Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-97/2024 10.07.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim: Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi ilə, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, X2 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs6, Müdafiəçi: Bakı şəhəri «A.İ.M.» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 7 nömrəli hərbi şəhərcikdə müvəqqəti qeydiyyatda olmaqla Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küçəsi, ev 16, mənzil 38-də yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Tərtər Hərbi Məhkəməsinin 13 sentyabr N-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və cəriməni ödəməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün rabitə və idarəetmə tağımının idarəetmə manqasının planşetçi-telefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, özgənin əmlakını qanunsuz ələ keçirib varlanmaq qərarına gələrək, bu məqsədlə, tutduğu vəzifəsi və tanışlıq əhatəsinə görə hər hansı şəxsin həqiqi hərbi xidmətə qəbul olunmasını, eləcə də, hər hansı hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini təşkil və ya təmin etməyə heç bir səlahiyyətə və ya real imkanlara malik olmadığı halda, tanıdığı müxtəlif hərbi qulluqçulara və mülki şəxslərə özünü belə imkanlara malik olan şəxs kimi təqdim edib guya yaxın münasibətdə olduğu, Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və hərbi rütbəli tanışlarının köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxslərə müxtəlif məbləğlərdə pul verilməsi müqabilində xidmət yerindən asılı olmayaraq istənilən hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini, habelə istənilən şəxsin həqiqi hərbi xidmətə qəbul olunmasını təşkil və təmin edə biləcəyini deyərək, tanıdığı hərbi qulluqçuları və mülki şəxsləri buna inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, aralarında daha öncə hər hansı tanışlıq münasibətlərinin olmadığı Abşeron rayonunun Saray qəsəbə sakini Zərərçəkmiş şəxs5 Ncü ilin fevral ayının ortalarında istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən « WhatsApp» mobil tətbiqi vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib, arvadı Şahid4 Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul olunmasını istədiyini bildirərək, bununla bağlı hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, yaranmış fürsətdən istifadə edib özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin hərbi hissəsində komandir olduğunu və yaxın tanışlıq münasibətində olduğu həmin qoşun növündə xidmət edən yüksək vəzifəli və rütbəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsilə həmin vəzifəli şəxsə N-cü ilin mart ayının sonunadək 3000 (üç min) manat məbləğində pul verilməsi müqabilində arvadı Şahid4 ixtisaslı hərbi-həkim komissiyasından keçirilib şəhadətləndirilməsini və müvafiq qəbul imtahanından müvəffəqiyyət qazanmasını, bundan qısa müddət sonra isə yaşadığı yerə yaxın olan, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhəri ərazisində yerləşən hərbi hissələrindən birində qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul olunmasını təşkil və təmin edə biləcəyini deyərək onu inandırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs5 onun təklifini qəbul etmiş və aralarındakı razılaşmaya əsasən, istifadəsində olan "xxxx" ASC-yə aid **********670108 nömrəli bank kartından 07 mart N-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə aid ilk altı rəqəmi 409858, son dörd rəqəmi 6387 olan bank kartına 1000 (bir min) manat məbləğində pul, 28 mart N-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə aid ilk altı rəqəmi 524375, son dörd rəqəmi 2099 olan bank kartına 1010 (bir min on) manat məbləğində pul, 07 aprel N-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə aid ilk altı rəqəmi 416973, son dörd rəqəmi 6118 olan bank kartına 200 (iki yüz) manat, 12 aprel N-cü il tarixdə 50 (əlli) manat, 19 aprel N-cü il tarixdə 150 (bir yüz əlli) manat, 20 aprel N-cü il tarixdə 30 (otuz) manat, 04 may N-cü il tarixdə 50 (əlli) manat, 08 may N-cü il tarixdə 50 (əlli) manat və 11 may N-cü il tarixdə 50 (əlli) manat məbləğində pul, habelə N-cü ilin aprel-may ayları ərzində ödəniş terminalları vasitəsilə onun tapşırdığı digər müxtəlif bank kartlarına hissə-hissə 210 (iki yüz on) manat məbləğində pul göndərməklə, ümumilikdə sonuncuya 2800 (iki min səkkiz yüz) manat məbləğində pul köçürmüş və sonrakı müddət ərzində əsgər Təqsirləndirilən şəxs həmin pulu vahid niyyətlə kartlardan məxaric edib verdiyi vəd üzrə Şahid4 xeyrinə heç bir iş görməyərək, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N-cü ilin mart ayının sonlarında xidmət etdiyi bölüyün radiolokasiya stansiyasının (5N84MA) sürücü-dizelçisi vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs4 hərbi hissənin ərazisində ona müraciət edib gizir olmaq arzusunda olduğunu bildirərək, müvafiq imtahan vermədən və zəruri sənədləşmə prosedurlarından kənar şəkildə gizir hazırlığı kursuna qəbul olunmasına və həmin kursu başa vurduqdan sonra xidmətini gizirlər üçün nəzərdə tutulmuş müvafiq vəzifələrdən birində davam etdirməsinə köməklik göstərə bilibbilməyəcəyini soruşduqda, yaranmış fürsətdən istifadə edib özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirmək məqsədi ilə əsgər Zərərçəkmiş şəxs4 yaxın tanışlıq münasibətində olduğu Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışının köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə pul verilməsi müqabilində onun gizir hazırlığı kursuna qəbul olunmasını və həmin kursu başa vurduqdan sonra gizir hərbi rütbəsini alaraq müvafiq vəzifəyə təyin olunmasını təşkil və təmin edə biləcəyini deyərək onu inandırmış, əsgər Zərərçəkmiş şəxs4 ona Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissəsində xidmətini davam etdirmək istədiyini bildirdikdə, ona həmin hərbi hissədə gizirlər üçün nəzərdə tutulmuş müvafiq vəzifələr üzrə vakant yerin olub-olmaması ilə maraqlandıqdan sonra məlumat verəcəyini demişdir. Aralarındakı həmin söhbətdən sonra əsgər Təqsirləndirilən şəxs növbəti gün günorta saatlarında xidmət etdikləri hərbi hissənin ərazisində əsgər Zərərçəkmiş şəxs4 yaxınlaşaraq N nömrəli hərbi hissədəki vakant gizir vəzifələri ilə maraqlandığını və orada nizami hissədə şəxsi heyətin uçotu bölməsinin nizami hissə rəisinin köməkçisi, maddi-texniki təminat bölüyünün anbar rəisi və yeməkxana rəisi vəzifələrinin vakant olduğunu deyərək, sonuncudan həmin vəzifələrdən hansında xidmət etmək istədiyini soruşmuş və əsgər Zərərçəkmiş şəxs4 ona N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin nizami hissə rəisinin köməkçisi vəzifəsinə təyin olunmaq istədiyini bildirdikdə, adını və rütbəsini demədiyi yaxın tanışına özünün vasitəsi ilə ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində onun gizir hazırlığı kursuna qəbul olunmasını və kursu bitirdikdən sonra gizir hərbi rütbəsi almaqla həmin vəzifəyə təyin edilməsini təşkil və təmin edə biləcəyini bildirmiş, əsgər Zərərçəkmiş şəxs4 maddi imkanı zəif olduğuna görə həmin məbləği toplaya bilməyəcəyini deyib daha aşağı məbləğdə pula həmin məsələni həll etməsini xahiş etdikdə, bu barədə Müdafiə Nazrliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Daha sonra əsgər Təqsirləndirilən şəxs, öz cinayətkar məqsədinə nail olmaq niyyəti ilə növbəti gün saat 12 radələrində yenidən əsgər Zərərçəkmiş şəxs4 xidmət etdikləri hərbi hissənin ərazisində yaxınlaşaraq adını və vəzifəsini demədiyi tanışı ilə danışdığını və özünün vasitəsi ilə həmin şəxsə 7200 (yeddi min iki yüz) manat məbləğində pul verilməsi müqabilində «işini həll edə biləcəyini» bildirmiş və əsgər Zərərçəkmiş şəxs4 həmin təklifi qəbul edərək razılaşmışdır. Bundan sonra əsgər Təqsirləndirilən şəxs aralarındakı razılaşmaya əsasən, əsgər Zərərçəkmiş şəxs4 28 aprel N-cü il tarixdə Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisində aralarında bağlanmış borc müqaviləsi əsasında 7200 (yeddi min iki yüz) manat məbləğində pul alıb ona təşkil olunacaq növbəti gizir hazırlığı kursuna çağırılacağına dair yalan vəd vermiş və sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, daha öncə birlikdə xidmət keçdiyi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 N-cü ilin may ayının əvvəllərində istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib yaxın qohumu olan Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin təlim döyüş tankları bölüyünün 1-ci təlim döyüş tankları tağımında tank komandiri vəzifəsində xidmət edən gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin valideynlərinin yaşadığı Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinə yaxın ərazidə yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istədiyini bildirərək, bununla bağlı sonuncuya hər hansı köməklik göstərə bilibbilməyəcəyini soruşduqda, yaranmış fürsətdən istifadə edib özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirmək məqsədi ilə əsgər Şahid2 Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilməklə onun həmin hərbi hissədə vakant olan baş texnik vəzifəsinə təyin olunmasını təşkil və təmin edə biləcəyini bildirmişdir. Əsgər Şahid2 tərəfindən bu barədə gizir Zərərçəkmiş şəxs2 məlumat verildikdə, sonuncu öz növbəsində əsgər Təqsirləndirilən şəxs yaxından tanımaq üçün üçlükdə görüşüb ətraflı söhbət etmək istədiyini bildirmiş və bir neçə gün sonra onlar Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən restoranların birində görüşərək, əsgər Təqsirləndirilən şəxs orada əsgər Şahid2 dediklərini bir daha sonuncunun yanında gizir Zərərçəkmiş şəxs2 təkrar edərək inandırmış və sonuncu təklifini qəbul edib razılaşmışdır. Daha sonra əsgər Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə N-cü ilin may ayının ortalarında N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor Şahid1 zəng edib özünü hərbi prokurorluq əməkdaşı kimi təqdim edərək, gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin dəyişdirilməsini istəyib-istəməməsini dəqiqləşdirib ona məlumat verməsini xahiş etmiş və mayor Şahid1 bu barədə gizir Zərərçəkmiş şəxs2 soruşduqda, sonuncu ona xidmət yerinin dəyişdirilməsini istəmədiyini bildirmişdir. 19 may N-cü il tarixdə gizir Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib artıq xidmət yerinin dəyişdirilməsini istəmədiyini bildirdikdə, əsgər Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini həyata keçirtmək məqsədi ilə aralarındakı danışıq zamanı gizir Zərərçəkmiş şəxs2 artıq xidmət yerinin dəyişdirilməsindən imtina etməsinin gec olduğunu, onun xidmət yerinin dəyişdirilməsi məsələsini həll edən yüksək vəzifəli və rütbəli tanışına bu barədə müraciət etdiyini və bu səbəbdən 8000 (səkkiz min) manat məbləğində pulun verilməli olduğunu deyərək gizir Zərərçəkmiş şəxs2 inandırmış və sonuncu həmin məbləğdə pulu verməyə razılaşmışdır. Daha sonra əsgər Təqsirləndirilən şəxs elə həmin gün, yəni 19 may N-cü il tarixdə gizir Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə gedib, orada aralarında bağlanmış borc müqaviləsi əsasında 8000 (səkkiz min) manat məbləğində pul alıb ona 26 iyun N-cü il tarixədək xidmət yerinin dəyişdiriləcəyinə dair yalan vəd vermiş və sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N-cü ilin may ayının ortalarında gizir Zərərçəkmiş şəxs2 xidmət yoldaşı olan N nömrəli hərbi hissənin 1-ci tank taborunun təlim döyüş tankları bölüyünün 1-ci təlim döyüş tankları tağımının komandiri-baş təlimatçısı vəzifəsində xidmət edən baş leytenant Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib, xidmət yerinin dəyişdirilməsini istədiyini bildirərək bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, yaranmış fürsətdən istifadə edib özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirmək məqsədi ilə ona bu barədə görüşüb ətraflı danışmaqlarını təklif etmişdir. Daha sonra əsgər Təqsirləndirilən şəxs baş leytenant Zərərçəkmiş şəxs1la növbəti gün, N-cü ilin may ayının ortalarında Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «20 Yanvar» stansiyasının yaxınlığında görüşmüş və orada aralarındakı söhbət zamanı Müdafiə Nazirliyində xidmət edən polkovnik rütbəli yüksək vəzifəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə müəyyən məbləğdə pul verilməsi müqabilində xidmət yerinin qısa müddət ərzində istənilən hərbi hissəyə dəyişdirilməsini təşkil və təmin edə biləcəyini deyərək baş leytenant Zərərçəkmiş şəxs1 buna inandırmışdır. Baş leytenant Zərərçəkmiş şəxs1 həmin vaxt ona konkret olaraq xidmət yerinin hansı hərbi hissəyə dəyişdirilməsi ilə bağlı düşünüb qəti qərar verdikdən sonra məlumat verəcəyini bildirmiş və elə həmin gün axşam saatlarında istifadəsində olan ***- ***-**-** saylı mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib, xidmət yerinin Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına Hərbi İnstituta və ya Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə dəyişdirilməsini istədiyini dedikdə, əsgər Təqsirləndirilən şəxs ona xidmət yerinin qeyd olunan hərbi təhsisatlara dəyişdirilməsinin qəliz olduğunu, lakin istədiyi təqdirdə onun xidmət yerinin Müdafiə Nazilriyinin Hərbi Hava Qüvvələrinin Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrindən birinə dəyişdirilməsini təşkil və təmin edə biləcəyini demişdir. Bu zaman baş leytenant Zərərçəkmiş şəxs1 ona xidmət yerinin Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsinə razılığını bildirmiş və bunun müqabilində nə qədər pul verməli olduğunu soruşduqda, əsgər Təqsirləndirilən şəxs adını çəkmədiyi yüksək vəzifəli polkovnik rütbəli tanışı ilə danışıb bu barədə məlumat verəcəyini bildirmiş və təxminən 01 (bir) saat sonra, baş leytenant Zərərçəkmiş şəxs1 zəng edib polkovnik rütbəli yaxın tanışına özünün vasitəsi ilə 10000 (on min) manat məbləğində pul verilməsi müqabilində xidmət yerinin dəyişdirilərək Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrindən birində müvafiq vəzifəyə təyin olunmasını təşkil edə biləcəyini demişdir. Baş leytenant Zərərçəkmiş şəxs1 valideynləri ilə məsləhətləşdikdən sonra həmin təklifi qəbul etmiş və aralarındakı razılaşmaya əsasən əsgər Təqsirləndirilən şəxs 24 may N-cü il tarixdə 06 nömrəli «ASAN Xidmət Mərkəzi»ndə yerləşən notariat məntəqəsində baş leytenant Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs6 ilə aralarında bağlanmış borc müqaviləsinə əsasən 10000 (on min) manat məbləğində pul almış və sonrakı müddət ərzində verdiyi vəd üzrə baş leytenant Zərərçəkmiş şəxs1 xeyrinə heç bir iş görməyərək, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N-cü ilin aprel ayının sonlarında aralarında daha öncə hər hansı tanışlıq münasibətlərinin olmadığı Şahid6 istifadəsində olan orta bazar dəyəri təxminən 11000 (on bir min) manat təşkil edən, 1998-ci ildə istehsal olunmuş «Mercedes Benz» markalı, «C230» modelli, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili satmaq istədiyini öyrənib ilkin olaraq 3000 (üç min) manat məbləğində pulu nəğd şəkildə verib, hər ay 500 (beş yüz) manat məbləğində pulu 24 (iyirmi dörd) ay müddətində ödəmək şərti ilə avtomobili ümumilikdə 15000 (on beş) min manat məbləğində pula almağı təklif etmiş və Şahid6 həmin təklifi qəbul edib razılaşdıqdan sonra sonuncuya 3000 (üç min) manat məbləğində pul verərək, 01 may N-cü il tarixdə ondan sonradan avtomobili öz adına keçirtmək şərti ilə həmin avtomobili idarə etməyə dair 02 (iki) il müddətinə ödəniş müddətinin sonunadək, yəni 01 may 2025-ci il tarixədək etibarnamə almışdır. Daha sonra N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli əmrindən çıxarışa əsasən, həmin hərbi hissənin 14-cü radiolokasiya qovşağının rabitə və idarəetmə tağımının çoxkanallı rabitə bölməsinin mexanik-xətt nəzarətçisi vəzifəsinə təyin edilmiş əsgər Təqsirləndirilən şəxs N-cü ilin iyun və iyul aylarında hər ay 500 (beş yüz) manat məbləğində pul olmaqla Şahid6 əlavə 1000 (bir min) manat məbləğində pul vermiş və bir müddət sonra avtomobilin surətlər qutusu və mühərrikində yaranmış nasazlıqlar, həmçinin arxa hissəsinin qəzalı vəziyyətə düşməsi səbəbindən avtomobili idarə etməyərək xidmət etdiyi bölmənin qarşısında saxlamışdır. N-cü ilin avqust ayının ortalarında əsgər Təqsirləndirilən şəxs həmin avtomobil üzərində sərəncam vermək hüququ olmadığı və bunu bildiyi halda, şifahi razılaşma əsasında Şahid6 məxsus avtomobili özünə məxsus avtomobil kimi təqdim edib başqa şəxsə satmaqla özgənin əmlakını (pulunu) aldatma yolu ilə ələ keçirib qanunsuz varlanmaq qərarına gəlmiş və bu məqsədlə həmin avtomobilin fotoşəkillərini çəkib «Tap.az» alqı-satqı saytına yerləşdirərək onu 3000 (üç min) manat məbləğində pula satdığı barədə elan verib satıcı kimi əlaqə saxlanılması üçün istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsini qeyd etmişdir. 15 avqust N-cü il tarixdə aralarında daha öncə hər hansı tanışlıq münasibətlərinin olmadığı Ağstafa rayonunun Poylu kənd sakini Zərərçəkmiş şəxs7 həmin elanı görüb avtomobili almaq qərarına gələrək, bu məqsədlə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng etmiş və elə həmin gün saat 23 radələrində qaynı Şahid5 ilə birlikdə Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində onunla görüşüb avtomobilə baxmışdır. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs avtomobili 2200 (iki min iki yüz) manat məbləğində pulu nəğd şəkildə vermək və avtomobilə dair yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara dair tərtib edilərək qüvvəyə minmiş 07 (yeddi) protokol üzrə 246.60 (iki yüz qırx altı manat altmış qəpik) manat məbləğində pulu ödəmək şərti ilə satdığını bildirmiş, daha sonra Zərərçəkmiş şəxs7 avtomobili alqı-satqı müqaviləsi əsasında sata bilməyəcəyini nəzərə alıb sonuncunun əmlakını (pulunu) qanunsuz ələ keçirmək məqsədi ilə ona guya adına avtomobil olduğu zaman hərbi qulluqçu kimi kirayə haqqı pul kompensasiyasından yararlana bilməyəcəyi səbəbindən avtomobili Şahid6 ad və soyadlı xalası oğlunun adına rəsmiləşdirdiyini, sonuncunun da ona avtomobili idarə etmək üçün etibarnamə verdiyini, Şahid6 tır, yəni yük avtomobili sürücüsü olduğundan ölkə xaricində olduğunu və təxminən yaxın 10 (on) gün müddətinə Azərbaycan Respublikasına qayıdacağını deyərək, ölkəyə qayıtdıqdan sonra həmin avtomobili alqı-satqı yolu ilə onun mülkiyyətinə keçirəcəyini bildirib Zərərçəkmiş şəxs7 buna inandırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs7 onun təklifini qəbul etmiş və elə orada qaynı Şahid5 yanında 22 (iyirmi iki) ədəd 100 (bir yüz) manatlıq əskinaslardan ibarət 2200 (iki min iki yüz) manat məbləğində pulu əsgər Təqsirləndirilən şəxs verib, avtomobili evakuatorla qaynı Şahid5 avtomobil təmiri sexinə yollamış, 16 avqust N-cü il tarixdə isə avtomobilə dair tərtib edilərək qüvvəyə minmiş 07 (yeddi) protokol üzrə 246.60 (iki yüz qırx altı manat altmış qəpik) manat məbləğində cəriməni dövlət büdcəsinə ödəmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs, cinayətkar məqsədinə nail olmaq niyyəti ilə öz qanunsuz əməllərini davam etdirərək, 20 avqust N-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***- **-** mobil danışıq nömrəsinə zəng edərək xalası oğlu Şahid6 idarə etdiyi yük avtomobilinin mühərriki xarab olduğuna görə təxminən 01 (bir) ay müddətinə Azərbaycan Respublikasına qayıda biləcəyini, bu səbəbdən istədiyi təqdirdə tanışı vasitəsi ilə 300 (üç yüz) manat məbləğində pul müqabilində avtomobili onun adına rəsmiləşdirə biləcəyini bildirmiş, eyni zamanda istifadəsində olan ***-***-**-** mobil mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə mesaj yazıb özünü avtomobilin mülkiyyətinə keçirilməsi ilə bağlı köməklik edəcək şəxs kimi təqdim edərək, ondan şəxsiyyət vəsiqəsinin və avtomobilin şəhadətnaməsinin fotoşəkillərini göndərməsini xahiş etmiş, eyni zamanda "xxxx" ASC-yə aid əmək haqqı kartının nömrəsini qeyd edib həmin bank kartına 300 (üç yüz) manat məbləğində pul köçürməsini tapşırmışdır. Lakin əsgər Təqsirləndirilən şəxs dediklərinə inanmayaraq ona göndərilmiş mesajdan şübhələnmiş Zərərçəkmiş şəxs7 növbəti gün, yəni 21 avqust N-cü il tarixdə Şahid6 yaşadığı ünavana gedib avtomobilin onun mülkiyyətində olduğunu və şifahi razılaşma əsasında əsgər Təqsirləndirilən şəxs satıldığını öyrənərək avtomobili qanuni sahibinə, yəni Şahid6 qaytarmış və verdiyi ümumilikdə 2446.60 (iki min dörd yüz qırx altı manat altmış qəpik) məbləğində pulu tələb etsə də, əsgər Təqsirləndirilən şəxs sonrakı müddət ərzində həmin pulu qaytarmayaraq, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, aralarında tanışlıq münasibətinin olduğu Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 N-cü ilin avqust ayının əvvəllərində istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək, həmin hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün başçavuşu, gizir Zərərçəkmiş şəxs3 xidmət yerinin dəyişdirilməsini istədiyini bildirib danışması üçün mobil telefonu sonuncuya vermiş və aralarındakı söhbət zamanı gizir Zərərçəkmiş şəxs3 xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin vakant olan tibb məntəqəsinin baş çavuşu vəzifəsinə dəyişdirilməsini istədiyini deyərək, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, əsgər Təqsirləndirilən şəxs yaranmış fürsətdən istifadə edib özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirmək məqsədi ilə yaxın tanışlıq münasibətində olduğu Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli şəxsin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə müvafiq məbləğdə pul verilməsi müqabilində xidmət yerinin N nömrəli hərbi hissənin vakant olan tibb məntəqəsinin baş çavuşu vəzifəsinə dəyişdirilməsini təşkil və təmin edə biləcəyini deyib tələb olunan məbləği dəqiqləşdirdikdən sonra ona xəbər edəcəyini bildirmişdir. Daha sonra əsgər Təqsirləndirilən şəxs, öz cinayətkar məqsədinə nail olmaq niyyəti ilə aralarındakı həmin danışıqdan bir neçə saat sonra, istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə gizir Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**- ** mobil danışıq nömrəsinə zəng edərək, özünün vasitəsi ilə Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli şəxsə 2000 (iki min) manat məbləğində pul verilməsi müqabilində N-cü ilin sentyabr ayının sonunadək xidmət yerinin dəyişdirilərək, N nömrəli hərbi hissənin tibb məntəqəsinin baş çavuşu vəzifəsinə təyin olunmasını təşkil və təmin edə biləcəyini bildirmiş və gizir Zərərçəkmiş şəxs3 onunla həmin məbləğdə pulu hissəhissə verməsinə dair razılığa gəlmişdir. Daha sonra əsgər Təqsirləndirilən şəxs gizir Zərərçəkmiş şəxs3la 24 avqust N-cü il tarixdə, saat 12 radələrində metronun «Koroğlu» stansiyasının yaxınlığında görüşüb orada «ABB» mobil tətbiqi vasitəsilə "xxxx" ASC-yə aid **********461740 nömrəli kartdan Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə aid ilk altı rəqəmi 416973, son dörd rəqəmi 6118 olan bank kartına 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul köçürərək 05 (beş) manat pulu sonuncuya nəğd şəkildə vermiş, daha sonra 19 sentyabr N-cü il tarixdə istifadəsində olan həmin bank kartından «ABB» mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs tapşırığına əsasən əsgər Şahid3 istifadəsində olan "xxxx" ASC-yə aid ilk dörd rəqəmi 4127, son dörd rəqəmi 6150 olan bank kartına 500 (beş yüz) manat məbləğində pul köçürmüşdür. Bundan sonra əsgər Təqsirləndirilən şəxs gizir Zərərçəkmiş şəxs3 tərəfindən göndərilmiş ümumilikdə 1495 (bir min dörd yüz doxsan beş) manat məbləğində pulu vahid niyyətlə kartlardan məxaric edib sonuncuya məxsus 1500 (bir min beş yüz) manat məbləğində pulu əldə edərək sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, özgənin əmlakını qanunsuz ələ keçirib varlanmaq məqsədi ilə N-cü ilin oktyabr ayında «KOMANDİR_9395» profil adı ilə qeydiyyatdan keçidyi «TikTok» sosial şəbəkədə müxtəlif şəxslər tərəfindən açılmış və istənilən şəxsin daxil ola biləcəyi canlı söhbətlərə qoşularaq, orada özünü geniş əlaqələrə malik olan və vətəndaşların müxtəlif yerlərdə işə düzəlməsini təşkil edə bilən şəxs kimi təqdim etmiş və bununla bağlı ona müraciət etmək istəyən şəxslərin əlaqə saxlaması üçün istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsini orada qeyd etmişdir. N-cü ilin noyabr ayının əvvəllərində əsgər Təqsirləndirilən şəxs həmin profil adı ilə «TikTok» sosial şəbəkədə gəmiçilər tərəfindən açılmış canlı söhbətə qoşularaq, bir nəfər şəxsin əvvəllər gəmidə aşpaz peşəsi üzrə işlədiyini və həmin peşə üzrə işçi lazım olarsa ona məlumat vermələrini xahiş etdiyini görüb, öz cinayətkar məqsədinə nail olmaq niyyəti ilə həmin canlı söhbət zamanı 17 (on yeddi) nəfər şəxsi Türkiyə Respublikasında gəmidə aşpaz peşəsi üzrə işə düzəltdiyini qeyd edib həmin peşə üzrə işə düzəlmək istəyən olduğu təqdirdə ona müraciət oluna biləcəyinə dair elan yazmışdır. Bundan bir neçə dəqiqə sonra, həmin canlı söhbətə qoşulmuş vətəndaş Zərərçəkmiş şəxs8 mesaj bölməsində ona müraciət edib gəmidə aşpaz işləmək istədiyini bildirdikdə, əsgər Təqsirləndirilən şəxs həmin bölmədə 2500 (iki min beş yüz) manat məbləğində pul verməsi müqabilində onu müvafiq işə qəbul etdirəcəyini bildirib ətraflı şəkildə «WhatsApp» mobil tətbiqi vasitəsilə əlaqə saxlamaları üçün istifadəsində olan mobil danışıq nömrəsini Zərərçəkmiş şəxs8 vermişdir. Elə həmin gün Zərərçəkmiş şəxs8 «WhatsApp» mobil tətbiqi vasitəsilə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib əlaqə saxladıqda, əsgər Təqsirləndirilən şəxs yaxın tanışlıq münasibətində olduğu adını çəkmədiyi şirkətin nümayəndəsinin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə 2500 (iki min beş yüz) manat məbləğində pul verilməsi müqabilində onun aylıq 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində maaşla Türkiyə Respublikasında yük daşımaları ilə məşğul olan şirkətə məxsus gəmidə aşpaz ixtisası üzrə işə qəbul olunmasını təşkil və təmin edə biləcəyini deyərək onu inandırmışdır. Daha sonra əsgər Təqsirləndirilən şəxs E.S.Mehralıyelə 11 noyabr N-cü il tarixdə, saat 11 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «Nizami» stansiyasının qarşısında görüşüb orada sonuncudan anası Şahid7 yanında 1500 (bir min beş yüz) manat məbləğində pul, eləcə də, xarici pasportunu və şəxsiyyət vəsiqəsini almış və həmin pula təyyarə biletini də alacağını deyərək, Zərərçəkmiş şəxs8 17 noyabr N-cü il tarixdə Heydər Əliyev adına X6 təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedəcəyini bildirmişdir. 14 noyabr Ncü il tarixdə əsgər Təqsirləndirilən şəxs tapşırığına əsasən Zərərçəkmiş şəxs8 atası Saleh Mehralıyev tərəfindən ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə aid **********965284 nömrəli bank kartına 200 (iki yüz) manat məbləğində pul köçürülmüş və bundan sonra Təqsirləndirilən şəxs 17 noyabr N-cü il tarixdə Zərərçəkmiş şəxs8lə əlaqə saxlayıb işləyəcəyi gəminin Hollandiya Krallığında olduğunu və hələ Türkiyə Respublikasına çatmadığını deyərək, bu səbəbdən təyyarə biletinin tarixinin 17 noyabr Ncü il tarixdən 27 noyabr N-cü il tarixə dəyişdirilməsi üçün əlavə 50 (əlli) manat məbləğində pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs8 də elə həmin gün ödəmə terminalı vasitəsilə onun istifadəsində olan həmin bank kartına 50 (əlli) manat məbləğində pul köçürmüşdür. Bundan sonra əsgər Təqsirləndirilən şəxs, öz cinayətkar əməllərini davam etdirərək, N-cü ilin dekabr ayının əvvəllərində yenidən Zərərçəkmiş şəxs8lə əlaqə saxlayıb eyni bahanə ilə təyyarə biletinin 27 noyabr N-cü il tarixdən 05 dekabr N-cü il tarixə dəyişdirilməli olduğunu bildirib bunun üçün 58 (əlli səkkiz) manat məbləğində pul ödənməli olduğunu deyərək 50 (əlli) manat məbləğində pul göndərəcəyi təqdirdə özünün təyyarə bilteni müvafiq tarixə dəyişəcəyini demiş və Zərərçəkmiş şəxs8 tərəfindən 04 dekabr N-cü il tarixdə ödəmə terminalı vasitəsilə onun istifadəsində olan həmin bank kartına 50 (əlli) manat məbləğində pul göndərilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs8 vahid niyyətlə ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində pul aldıqdan sonra əsgər Təqsirləndirilən şəxs ona 12 dekabr N-cü il tarixdən 13 dekabr N-cü il tarixə keçən gecə, saat 01:00-da hava limanında olmağı tapşıraraq həmin gün saat 03:00-da təyyarənin havaya qalxacağına dair yalan məlumatlar vermiş və Zərərçəkmiş şəxs8 xeyrinə heç bir iş görməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, Zərərçəkmiş şəxs8 yaxın tanışı olan Zərərçəkmiş şəxs9 26 noyabr N-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng etmiş və özünü kiçik qardaşı olan Şahid8 kimi təqdim edərək, gəmi motorçusu ixtisası üzrə təhsil aldığını və Türkiyə Respublikasında yük daşımaları ilə məşğul olan şirkətlərdən birində ixtisası üzrə işə qəbul olunmaq istədiyini bildirib, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman əsgər Təqsirləndirilən şəxs, yaranmış fürsətdən istifadə edib özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirmək məqsədi ilə ad çəkmədən yaxın tanışlıq münasibətlərinin olduğu, Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin nümayəndəsinin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul verilməsi müqabilində onun həmin ölkədə yük daşımaları ilə məşğul olan şirkətdə gəmi motorçusu kimi işə qəbul olunmasını deyərək, Zərərçəkmiş şəxs9 həmin işə qəbul olunduqdan sonra aylıq maaşının 1200 (bir min iki yüz) ABŞ dolları olacağını, bütün məişət xərclərinin şirkət tərəfindən qarşılanacağını, Türkiyə Respublikasına getmək üçün təyyarə biletinin də pulunun həmin 1750 (bir min yeddi yüz əlli) manat pulun içərisində olduğunu bildirmişdir. Onun dediklərinə inanıb təklifini qəbul etmiş Zərərçəkmiş şəxs9 maddi imkanı zəif olduğu üçün yalnız 1500 (bir min beş yüz) manat məbləğində pul verə biləcəyini dedikdə, əsgər Təqsirləndirilən şəxs etiraz etməyərək razılaşmış və işə başlamaq üçün təcili olaraq anket məlumatlarının əks olunduğu «SV»-nin də həmin pulla birlikdə verilməli olduğunu deyərək, istifadəsində olan "xxxx" ASC-yə aid **********965284 nömrəli plastik bank kartının fotoşəklini Zərərçəkmiş şəxs9 göndərmiş və beh olaraq həmin karta 50 (əlli) manat məbləğində pul köçürməsini tapşırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs9 tərəfindən elə həmin gün "xxxx" mobil tətbiqi vasitəsi ilə əsgər Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş bank kartına 50 (əlli) manat məbləğində pul köçürülmüş, habelə qardaşı Şahid8 barəsində anket məlumatlarının əks olunduğu «SV» və sonuncunun pasportunun fotoşəkli ona göndərilmişdir. Daha sonra Zərərçəkmiş şəxs9 tərəfindən əsgər Təqsirləndirilən şəxs tapşırığına əsasən istifadəsində olan "xxxx" ASC-yə aid bank kartına 27 noyabr N-cü il tarixdə saat 13:23-də «PashaPay» elektron ödəmə sisteminin Xaçmaz rayonunun Bakı prospektində yerləşən «Nabran Market»də quraşdırılmış 51127 №-li terminalı vasitəsi ilə 1440 (bir min dörd yüz qırx) manat məbləğində pul və həmin gün saat 13:28-də əlavə 10 (on) manat məbləğində pul, habelə 29 noyabr N-cü il tarixdə qardaşı Şahid8 tərəfindən ödəniş terminal vasitəsilə 50 (əlli) manat məbləğində pul köçürülmüşdür. Ona köçürülmüş pulları kartlardan məxaric etməklə Zərərçəkmiş şəxs9 ümumilikdə vahid niyyətlə 1550 (bir min beş yüz əlli) manat məbləğində pul aldıqdan sonra, əsgər Təqsirləndirilən şəxs ona 12 dekabr N-cü il tarixdən 13 dekabr N-cü il tarixə keçən gecə, saat 01:00-da hava limanında olmağı tapşıraraq həmin gün saat 03:00-da təyyarənin havaya qalxacağına dair yalan məlumatlar vermiş və Şahid8 xeyrinə heç bir iş görməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, onun zərərçəkmiş şəxslər, baş leytenant Zərərçəkmiş şəxs1, gizir Zərərçəkmiş şəxs2, gizir Zərərçəkmiş şəxs3, əsgər Zərərçəkmiş şəxs4, vətəndaşlar Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 ilə aralarında hər hansı qohumluqları, düşmənçilikləri və ya ədavətləri olmamış, onlarla müxtəlif vaxtlarda və şəraitlərdə tanış olmuşdur. O, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yerləşən 14-cü radiolokasiya bölüyünün rabitə və idarəetmə tağımının idarəetmə manqasının planşetçi-telefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, öz maddi vəziyyətini yaxşılaşdırmaq üçün qanunsuz olaraq özgənin pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə tanıdığı hərbi qulluqçulara və mülki şəxslərə guya Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və hərbi rütbəli tanışlarının olduğunu, həmin tanışlarının köməkliyi ilə özünün vasitəsilə həmin şəxslərə müvafiq məbləğlərdə pul verilməsi müqabilində istənilən hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini yaxud istənilən şəxsin həqiqi hərbi xidmətə qəbul olunmasını təşkil və təmin edəcəyini deyərək ayrı-ayrı hərbi qulluqçuları və vətəndaşları buna inandırmışdır. N-cü ilin fevral ayının ortalarında aralarında daha öncə hər hansı tanışlıq münasibətlərinin olmadığı Zərərçəkmiş şəxs5 «WhatsApp» mobil tətbiqi vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng etmiş və arvadı Şahid4 Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul olunmasını istədiyini bildirərək, bununla bağlı hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman o, yaranmış fürsətdən istifadə edərək həmin danışıq zamanı Zərərçəkmiş şəxs5 guya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nömrəsini demədiyi hərbi hissəsində komandir olduğunu və yaxın tanışlıq münasibətində olduğu həmin qoşun növündə xidmət edən yüksək vəzifəli və rütbəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsilə həmin vəzifəli şəxsə N-cü ilin mart ayının sonunadək 3000 (üç min) manat məbləğində pul verilməsi müqabilində arvadı Şahid4 ixtisaslı hərbi-həkim komissiyasından keçirilib şəhadətləndirilməsini və müvafiq qəbul imtahanından müvəffəqiyyət qazanmasını, bundan qısa müddət sonra isə yaşadığı yerə yaxın olan, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhəri ərazisində yerləşən hərbi hissələrindən birində qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul olunmasını təşkil edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs5 onun dediklərinə inanıb təklifini qəbul etmiş və həmin pulu hansı qaydada ona verəcəyini soruşduqda, o, pulu istifadəsində olan bank kartına göndərməli olacağını demişdir. Bundan sonra, o, bir neçə dəfə Zərərçəkmiş şəxs5lə əlaqə saxlayaraq işə başlamaq üçün 3000 (üç min) manat pulu tezliklə göndərməsini istəmiş və sonuncu N-cü ilin mart ayının əvvəllərindən etibarən onun fotoşəklini çəkib «WhatsApp» mobil tətbiqi ilə göndərdiyi "xxxx" ASC və "xxxx" ASC-yə aid bank kartlarına pul göndərməyə başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs5 N-cü ilin mart ayının əvvəllərində onun "xxxx" ASC-yə aid bank kartına 1000 (bir min) manat məbləğində pul, 28 mart N-cü il tarixdə həmin karta 1010 (bir min on) manat məbləğində pul, N-cü ilin aprel-may aylarında isə "xxxx" ASC-yə aid bank kartlarına hissə-hissə olmaqla ümumilikdə 790 (yeddi yüz doxsan) manat məbləğində pul göndərmiş və o, göndərilmiş ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu qeyd edilən kartlardan məxaric edib öz şəxsi ehtiyaclarına xərcləmiş, verdiyi vəd üzrə də Şahid4 xeyrinə heç bir iş görməmişdir. Bundan başqa, N-cü ilin mart ayının sonlarında yaxın tanışlıq münasibətində olduğu və xidmət etdiyi bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgər Zərərçəkmiş şəxs4 hərbi hissənin ərazisində ona müraciət edərək gizir olmaq arzusunda olduğunu bildirmiş, müvafiq imtahan vermədən və zəruri sənədləşmə prosedurlarından kənar şəkildə gizir hazırlığı kursuna qəbul olunmaq və həmin kursu başa vurduqdan sonra xidmətini gizirlər üçün nəzərdə tutulmuş müvafiq vəzifələrdən birində davam etdirmək istədiyini deyib bununla bağlı ona nə kimi köməklik göstərə biləcəyini soruşmuşdur. O da cavabında əsgər Zərərçəkmiş şəxs4 yaxın tanışlıq münasibətində olduğu Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışının olduğunu bildirib həmin şəxsin köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə pul verilməsi müqabilində onun gizir hazırlığı kursuna qəbul olunmasını və həmin kursu başa vurduqdan sonra gizir hərbi rütbəsini alaraq müvafiq vəzifəyə təyin olunmasını təşkil edə biləcəyini demişdir. Bu zaman əsgər Zərərçəkmiş şəxs4 ona xidmətini Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsində davam etdirmək istədiyini demiş və o, əsgər Zərərçəkmiş şəxs4 özünə qarşı inamı daha da artırmaq məqsədi ilə həmin hərbi hissədə gizirlər üçün nəzərdə tutulmuş müvafiq vəzifələr üzrə vakant yerin olub-olmaması ilə maraqlanıb məlumat verəcəyini demişdir. Növbəti gün, günorta saatlarında o, xidmət etdikləri hərbi hissənin ərazisində əsgər Zərərçəkmiş şəxs4 yaxınlaşaraq N nömrəli hərbi hissədəki vakant gizir vəzifələri ilə maraqlandığını bildirib orada nizami hissədə şəxsi heyətin uçotu bölməsinin nizami hissə rəisinin köməkçisi, maddi-texniki təminat bölüyünün anbar rəisi və yeməkxana rəisi vəzifələrinin vakant olduğunu deyərək, həmin vəzifələrdən hansında xidmət etmək istədiyini soruşduqda, əsgər Zərərçəkmiş şəxs4 hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin nizami hissə rəisinin köməkçisi vəzifəsinə təyin olunmaq istədiyini bildirmişdir. Bundan sonra o, elə orada əsgər Zərərçəkmiş şəxs4 adını və rütbəsini demədiyi yaxın tanışına özünün vasitəsi ilə ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində onun gizir hazırlığı kursuna qəbul olunmasını və kursu bitirdikdən sonra gizir hərbi rütbəsi almaqla həmin vəzifəyə təyin edilməsini təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs4 ona maddi imkanı zəif olduğuna görə həmin məbləği toplaya bilməyəcəyini deyib daha aşağı məbləğdə pula həmin məsələni həll etməsini xahiş etdikdə, o, bu barədə Müdafiə Nazrliyində xidmət edən tanışı ilə danışıb məsləhət etməli olduğunu deyərək ona nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. Növbəti gün, saat 12 radələrində o, yenidən xidmət etdikləri hərbi hissənin ərazisində əsgər Zərərçəkmiş şəxs4 yaxınlaşaraq guya həmin tanışı ilə danışdığını və özünün vasitəsi ilə həmin şəxsə son olaraq 7200 (yeddi min iki yüz) manat məbləğində pul verilməsi müqabilində işini həll edə biləcəyini bildirmiş, əsgər Zərərçəkmiş şəxs4 də onunla razılaşaraq həmin məbləğdə pulu topladıqdan sonra məlumat verəcəyini demişdir. Aralarındakı razılaşmaya əsasən, o, 28 aprel N-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs4lə görüşərək Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində yerləşən 31 saylı notariat məntəqəsində sonuncudan borc müqaviləsi əsasında 7200 (yeddi min iki yüz) manat məbləğində pul almış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək sonrakı müddət ərzində verdiyi vədlər üzrə əsgər Zərərçəkmiş şəxs4 xeyrinə heç bir iş görməmişdir. Bundan başqa, N-cü ilin may ayının əvvəllərində daha öncə birlikdə xidmət keçdiyi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək, yaxın qohumu olan Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin valideynlərinin yaşadığı Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinə yaxın ərazidə yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istədiyini bildirmiş və bununla bağlı sonuncuya hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman o, yaranmış fürsətdən istifadə edib qanunsuz qazanc əldə etmək məqsədi ilə həmin telefon danışığı zamanı əsgər Şahid2 Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirilməklə onun həmin hərbi hissədə vakant olan baş texnik vəzifəsinə təyin olunmasını təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxt əsgər Şahid2 ona bu barədə gizir Zərərçəkmiş şəxs2la danışıb nəticəsi barədə məlumat verəcəyini demiş və N-cü ilin may ayının əvvəllərində o, Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən restoranların birində əsgər Şahid2 iştirakı ilə gizir Zərərçəkmiş şəxs2la görüşmüşdür. Həmin görüş zamanı o, əsgər Şahid2 dediklərini bir daha gizir Zərərçəkmiş şəxs2 təkrarlamış və sonuncu inanıb onun təklifini qəbul edərək, həmin məbləğdə pulu tam olaraq topladıqdan sonra məlumat verəcəyini bildirmişdir. Lakin həmin vaxtdan bir neçə gün keçməsinə baxmayaraq, gizir Zərərçəkmiş şəxs2 bir xəbər çıxmadığını görərək o, onun işi ilə məşğul olduğu görüntüsü yaradaraq sonuncunu özünə tam şəkildə inandırmaq məqsədi ilə N-cü ilin may ayının ortalarında N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor Şahid1 zəng edib özünü hərbi prokurorluq əməkdaşı kimi təqdim edərək, gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin dəyişdirilməsini istəyibistəməməsini dəqiqləşdirib ona məlumat verməsini xahiş etmiş, mayor Şahid1 da bir müddət sonra onunla əlaqə saxlayıb, gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin dəyişdirilməsini istəmədiyini demişdir. Bundan bir müddət sonra gizir Zərərçəkmiş şəxs2 onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib xidmət yerinin dəyişdirilməsini istəmədiyini bildirmiş və o, gizir Zərərçəkmiş şəxs2 artıq xidmət yerinin dəyişdirilməsindən imtina etməsinin gec olduğunu bildirib, onun xidmət yerinin dəyişdirilməsi məsələsini həll edən yüksək vəzifəli və rütbəli tanışına bu barədə müraciət etdiyini deyərək, bu səbəbdən 8000 (səkkiz min) manat məbləğində pulun verilməli olduğunu bildirib gizir Zərərçəkmiş şəxs2 razı salmışdır. Daha sonra o, elə həmin gün gizir Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 31 saylı notariat məntəqəsinə gedərək orada aralarında bağlanmış borc müqaviləsi əsasında ondan 8000 (səkkiz min) manat məbləğində pul almış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək verdiyi vədlər üzrə sonuncunun xeyrinə heç bir iş görməmişdir. Bundan başqa, N-cü ilin may ayının ortalarında gizir Zərərçəkmiş şəxs2 xidmət yoldaşı olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Zərərçəkmiş şəxs1 onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək, xidmət yerinin dəyişdirilməsini istədiyini bildirmiş və bununla bağlı ona hər hansı köməklik göstərə bilibbilməyəcəyini soruşmuşdur. Bu zaman o, yaranmış fürsətdən istifadə edib qanunsuz qazanc əldə etmək məqsədi ilə baş leytenant Zərərçəkmiş şəxs1 bu barədə görüşüb ətraflı danışmaqlarını təklif etmiş, sonuncu da onunla razılaşmışdır. Daha sonra o, baş leytenant Zərərçəkmiş şəxs1la gizir Zərərçəkmiş şəxs2 iştirakı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «20 Yanvar» stansiyasının yaxınlığında görüşmüş və orada aralarındakı söhbət zamanı baş leytenant Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyində xidmət edən polkovnik rütbəli yüksək vəzifəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə müəyyən məbləğdə pul verilməsi müqabilində xidmət yerinin qısa müddət ərzində istənilən hərbi hissəyə dəyişdirilməsini təşkil edə biləcəyini demişdir. Baş leytenant Zərərçəkmiş şəxs1 həmin vaxt ona konkret olaraq xidmət yerinin hansı hərbi hissəyə dəyişdirilməsi ilə bağlı düşünüb qəti qərar verdikdən sonra məlumat verəcəyini bildirmiş və elə həmin gün axşam saatlarında onunla əlaqə saxlayaraq xidmət yerinin Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına Hərbi İnstituta yaxud da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə dəyişdirilməsini istədiyini demişdir. O da öz növbəsində, baş leytenant Zərərçəkmiş şəxs1 xidmət yerinin qeyd olunan hərbi təhsisatlara dəyişdirilməsinin qəliz olduğunu, lakin istədiyi təqdirdə onun xidmət yerinin Müdafiə Nazilriyinin Hərbi Hava Qüvvələrinin Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrindən birinə dəyişdirilməsini təşkil edə biləcəyini demişdir. Bu zaman baş leytenant Zərərçəkmiş şəxs1 ona xidmət yerinin Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsinə razılığını bildirmiş və bunun müqabilində nə qədər pul verməli olduğunu soruşduqda, o, adını demədiyi yüksək vəzifəli polkovnik rütbəli tanışı ilə danışıb bu barədə məlumat verəcəyini bildirmişdir. Aradan təxminən 01 (bir) saat sonra o, baş leytenant Zərərçəkmiş şəxs1 zəng edib polkovnik rütbəli yaxın tanışına özünün vasitəsi ilə 10000 (on min) manat məbləğində pul verilməsi müqabilində xidmət yerinin dəyişdirilərək Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrindən birində müvafiq vəzifəyə təyin olunmasını təşkil edə biləcəyini demiş, baş leytenant Zərərçəkmiş şəxs1 da ona ailə üzvləri ilə məsləhətləşib xəbər edəcəyini bildirmişdir. 22 may N-cü il tarixdə o, baş leytenant Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs6 ilə yaşadıqları Bakı şəhərinin Xətai rayonu ərazisində görüşərək onlara da, baş leytenant Zərərçəkmiş şəxs1 dediklərini bir daha təkrarlamışdır. Bundan sonra baş leytenant Zərərçəkmiş şəxs1 və valideynləri ona tam olaraq inanaraq təklifini qəbul etmiş və aralarındakı razılaşmaya əsasən o, 24 may N-cü il tarixdə 06 nömrəli «ASAN Xidmət Mərkəzi»ndə yerləşən notariat məntəqəsində Zərərçəkmiş şəxs6 ilə aralarında bağlanmış borc müqaviləsinə əsasən 10000 (on min) manat məbləğində pul almış və ona övladı Zərərçəkmiş şəxs1 26 iyun N-cü il tarixədək müvafiq vəzifəyə təyin olunacağına dair yalan vəd verib aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, o, N-cü ilin aprel ayının sonlarında aralarında daha öncə hər hansı tanışlıq münasibətlərinin olmadığı Şahid6 istifadəsində olan 1998-ci ildə istehsal olunmuş «Mercedes Benz» markalı, «C230» modelli, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili satmaq istədiyini öyrənərək ona, sonuncunun tanışı Şahid10 vasitəsilə həmin avtomobili ilkin olaraq 3000 (üç min) manat məbləğində pulu nəğd şəkildə verib, hər ay 500 (beş yüz) manat məbləğində pulu 24 (iyirmi dörd) ay müddətində ödəmək şərti ilə ümumilikdə 15000 (on beş) min manat məbləğində pula almağı təklif etmişdir. Şahid6 onun təklifini qəbul edib razılaşdıqdan sonra sonuncuya 3000 (üç min) manat məbləğində pul verərək, 01 may N-cü il tarixdə ondan sonradan avtomobili öz adına keçirtmək şərti ilə almış, ardınca isə vətəndaş Şahid6 həmin avtomobili idarə etməyə dair 02 (iki) il müddətinə ödəniş müddətinin sonunadək, yəni 01 may 2025-ci il tarixədək ona etibarnamə vermişdir. Bundan sonra o, N-cü ilin iyun və iyul aylarında hər ay 500 (beş yüz) manat məbləğində pul olmaqla Şahid10 vasitəsilə Şahid6 əlavə 1000 (bir min) manat məbləğində pul vermiş, bir müddət sonra isə avtomobilin surətlər qutusu və mühərrikində yaranmış nasazlıqlar, həmçinin arxa hissəsinin qəzalı vəziyyətə düşməsi səbəbindən avtomobili idarə etməyərək xidmət etdiyi bölmənin qarşısında saxlamışdır. N-cü ilin avqust ayının ortalarında o, pula ehtiyacı olduğuna görə Şahid6 məxsus avtomobili özünə məxsus avtomobil kimi təqdim edib şifahi razılaşma əsasında başqa şəxsə satmaq qərarına gəlmiş və bu məqsədlə həmin avtomobilin fotoşəkillərini çəkib «Tap.az» alqı-satqı saytına yerləşdirərək onu 3000 (üç min) manat məbləğində pula satdığı barədə elan verib satıcı kimi əlaqə saxlanılması üçün istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsini qeyd etmişdir. 15 avqust N-cü il tarixdə aralarında daha öncə hər hansı tanışlıq münasibətlərinin olmadığı Zərərçəkmiş şəxs7 həmin elanı görüb avtomobili almaq qərarına gələrək, bu məqsədlə onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng etmiş və elə həmin gün, saat 23 radələrində qaynı Şahid5 ilə birlikdə onunla Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində görüşüb avtomobilə baxmışdır. Həmin vaxt o, avtomobili 2200 (iki min iki yüz) manat məbləğində pulu nəğd şəkildə vermək və avtomobillə bağlı inzibati xətalara dair tərtib edilərək qüvvəyə minmiş 07 (yeddi) protokol üzrə 246.60 (iki yüz qırx altı manat altmış qəpik) manat cəriməni ödəmək şərti ilə satdığını bildirmiş, eyni zamanda avtomobili alqı-satqı müqaviləsi əsasında sata bilməyəcəyini nəzərə alıb Zərərçəkmiş şəxs7 guya adına avtomobil olduğu zaman hərbi qulluqçu kimi kirayə haqqı pul kompensasiyasından yararlana bilməyəcəyi səbəbindən avtomobili Şahid6 ad və soyadlı xalası oğlunun adına rəsmiləşdirdiyini, sonuncunun da ona avtomobili idarə etmək üçün etibarnamə verdiyini, Şahid6 iri həcmli yük avtomobili sürücüsü olduğundan ölkə xaricində olduğunu və təxminən yaxın 10 (on) gün müddətinə Azərbaycan Respublikasına qayıdacağını deyərək, ölkəyə qayıtdıqdan sonra həmin avtomobili alqı-satqı yolu ilə onun mülkiyyətinə keçirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs7 onun dediklərinə inanıb təklifini qəbul etmiş və elə orada qaynı Şahid5 yanında 22 (iyirmi iki) ədəd 100 (bir yüz) manatlıq əskinaslardan ibarət 2200 (iki min iki yüz) manat məbləğində pulu ona vermiş, eyni zamanda 246.60 (iki yüz qırx altı manat altmış qəpik) manat məbləğində cəriməni də dövlət büdcəsinə ödəyəcəyini bildirib ardınca avtomobili evakuatorla qaynı Şahid5 avtomobil təmiri sexinə yollamışdır. 20 avqust N-cü il tarixdə o, Zərərçəkmiş şəxs7 zəng edib xalası oğlu Şahid6 idarə etdiyi yük avtomobilinin mühərriki xarab olduğuna görə təxminən 01 (bir) ay müddətinə Azərbaycan Respublikasına qayıdacağını, bu səbəbdən istədiyi təqdirdə tanışı vasitəsi ilə 300 (üç yüz) manat məbləğində pul müqabilində avtomobili onun adına rəsmiləşdirə biləcəyini bildirmiş, eyni zamanda istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi Zərərçəkmiş şəxs7 mesaj yazıb özünü avtomobilin mülkiyyətinə keçirilməsi ilə bağlı köməklik edəcək şəxs kimi təqdim edərək, ondan şəxsiyyət vəsiqəsinin və avtomobilin şəhadətnaməsinin fotoşəkillərini göndərməsini xahiş etmiş, eyni zamanda "xxxx" ASC-yə aid əmək haqqı kartının nömrəsini qeyd edib həmin bank kartına 300 (üç yüz) manat məbləğində pul köçürməsini tapşırmışdır. Lakin Zərərçəkmiş şəxs7 aldadılmasından şübhələnərək Şahid6 tanışları ilə birlikdə onun xidmət yerinə gəlmiş və ona öz iradlarını bildirərək, verdiyi 2200 (iki min iki yüz) manat məbləğində pulu və dövlət büdcəsinə ödədiyi 246.60 (iki yüz qırx altı manat altmış qəpik) manat məbləğində cəriməni geri tələb etsə də o, aldığı pulu şəxsi ehtiyaclarına xərclədiyindən Zərərçəkmiş şəxs7 heç bir məbləğdə pul qaytarmamışdır. Bundan başqa, N-cü ilin avqust ayının əvvəllərində əvvəlcədən aralarında tanışlıq münasibətinin olduğu Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək, həmin hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün baş çavuşu, gizir Zərərçəkmiş şəxs3 xidmət yerinin dəyişdirilməsini istədiyini bildirib danışması üçün mobil telefonu sonuncuya vermiş və aralarındakı söhbət zamanı gizir Zərərçəkmiş şəxs3 xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin vakant olan tibb məntəqəsinin baş çavuşu vəzifəsinə dəyişdirilməsini istədiyini deyərək, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman o da öz növbəsində, yaranmış fürsətdən istifadə edib qanunsuz qazanc əldə etmək məqsədi ilə həmin danışıq zamanı gizir Zərərçəkmiş şəxs3 yaxın tanışlıq münasibətində olduğu Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli şəxsin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə müvafiq məbləğdə pul verilməsi müqabilində xidmət yerinin N nömrəli hərbi hissənin vakant olan tibb məntəqəsinin baş çavuşu vəzifəsinə dəyişdirilməsini həll edə biləcəyini demiş və gizir Zərərçəkmiş şəxs3 bunun müqabilində nə qədər pul verməli olduğunu soruşduqda, bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Aradan bir neçə saat sonra o, istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə gizir Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək, özünün vasitəsi ilə Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli şəxsə 2500 (iki min) manat məbləğində pul verilməsi müqabilində N-cü ilin sentyabr ayının sonunadək xidmət yerinin dəyişdirilərək, N nömrəli hərbi hissənin tibb məntəqəsinin baş çavuşu vəzifəsinə təyin olunmasını təşkil edə biləcəyini bildirmiş, gizir Zərərçəkmiş şəxs3 maddi imkanı zəif olduğuna görə həmin məbləği toplaya bilməyəcəyini deyib daha aşağı məbləğdə pula həmin məsələni həll etməsini xahiş etdikdə, bu barədə Müdafiə Nazrliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra o, yenidən gizir Zərərçəkmiş şəxs3la əlaqə saxlayaraq, həmin tanışı ilə danışdığını və özünün vasitəsi ilə həmin şəxsə son olaraq 2000 (iki min) manat məbləğində pul verilməsi müqabilində işini həll edə biləcəyini bildirmiş və aralarındakı razılığa əsasən gizir Zərərçəkmiş şəxs3 ona həmin pulu hissə-hissə, yəni öncədən 1000 (bir min) manat məbləğində pul verib N-cü ilin sentyabr və oktyabr ayları üzrə əmək haqqını aldıqdan sonra hər ay 500 (beş yüz) manat məbləğində pul verəcəyini demiş, o da bununla razılaşmışdır. Bundan sonra gizir Zərərçəkmiş şəxs3 onunla N-cü ilin avqust ayının sonlarında, saat 12 radələrində metronun «Koroğlu» stansiyasının yaxınlığında görüşüb orada «ABB» mobil tətbiqi vasitəsilə onun "xxxx" ASC-yə aid bank kartına 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul köçürüb 05 (beş) manat pulu nəğd şəkildə vermiş, N-cü ilin sentyabr ayının ortalarında isə onun tapşırığına əsasən əsgər Şahid3 bank kartına 500 (beş yüz) manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, gizir Zərərçəkmiş şəxs3 xidmət yerinin dəyişdirilməsi müqabilində aldığı ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində puldan, N-cü ilin noyabr ayının sonlarında sonuncunun "xxxx" ASC-yə aid bank kartına göndərməklə, yalnız 500 (beş yüz) manat məbləğində pul geri qaytarmış, qalan pulu isə qaytarmayaraq verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməmişdir. Bundan başqa o, N-cü ilin oktyabr ayında «KOMANDİR_9395» profil adı ilə qeydiyyatdan keçidyi «TikTok» sosial şəbəkədə müxtəlif şəxslər tərəfindən açılmış və istənilən şəxsin daxil ola biləcəyi canlı söhbətlərə qoşularaq, orada özünü vətəndaşların müxtəlif yerlərdə işə düzəlməsini təşkil edə bilən şəxs kimi təqdim etmiş və bununla bağlı ona müraciət etmək istəyən şəxslərin əlaqə saxlaması üçün istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsini orada qeyd etmişdir. N-cü ilin noyabr ayının əvvəllərində o, həmin profil adı ilə «TikTok» sosial şəbəkədə gəmiçilər tərəfindən açılmış canlı söhbətə qoşularaq, bir nəfər şəxsin əvvəllər gəmidə aşpaz peşəsi üzrə işlədiyini və həmin peşə üzrə işçi lazım olarsa ona məlumat vermələrini xahiş etdiyini görüb, həmin canlı söhbət zamanı 17 (on yeddi) nəfər şəxsi Türkiyə Respublikasında gəmidə aşpaz peşəsi üzrə işə düzəltdiyini qeyd edib həmin peşə üzrə işə düzəlmək istəyən olduğu təqdirdə ona müraciət oluna biləcəyinə dair elan yazmışdır. Bundan bir neçə dəqiqə sonra həmin canlı söhbətə qoşulmuş vətəndaş Zərərçəkmiş şəxs8 mesaj bölməsində ona müraciət edib gəmidə aşpaz işləmək istədiyini bildirmiş və o, cavabında həmin bölmədə 2500 (iki min beş yüz) manat məbləğində pul verməsi müqabilində onu müvafiq işə qəbul etdirəcəyini bildirib ətraflı şəkildə «WhatsApp» mobil tətbiqi vasitəsilə əlaqə saxlamaları üçün istifadəsində olan mobil danışıq nömrəsini Zərərçəkmiş şəxs8 vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs8 elə həmin gün «WhatsApp» mobil tətbiqi vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng etmiş və aralarındakı danışıq zamanı o, Zərərçəkmiş şəxs8 yaxın tanışlıq münasibətində olduğu adını çəkmədiyi şirkətin nümayəndəsinin köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə 2500 (iki min beş yüz) manat məbləğində pul verilməsi müqabilində onun aylıq 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində maaşla Türkiyə Respublikasında yük daşımaları ilə məşğul olan şirkətə məxsus gəmidə aşpaz ixtisası üzrə işə qəbul olunmasını təşkil edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs8 ona bu barədə valideynləri ilə danışıb məlumat verəcəyini bildirmiş və elə həmin gün sonuncunun atası Saleh Mehralıyev onunla əlaqə saxlayaraq maddi imkanı zəif olduğu üçün həmin məbləği toplaya bilməyəcəyini deyib 1500 (bir min beş yüz) manat məbləğində pul verə biləcəyini bildirmişdir. O, Saleh Mehralıyevə işi düzəldən tanışı ilə danışıb məlumat verəcəyini bildirmiş və təxminən 01 (bir) saat sonra Saleh Mehralıyevlə əlaqə saxlayıb oğlu Zərərçəkmiş şəxs8 işini 1500 (bir min beş yüz) manat məbləğində pul müqabilində həll edəcəyini deyib həmin puldan sonuncuya təyyarə bileti də alacağını bildirərək, növbəti gün həmin pulu, habelə Zərərçəkmiş şəxs8 xarici pasportunu şəxsiyyət vəsiqəsi ilə birlikdə ona verməli olduğunu qeyd etmişdir. 11 noyabr N-cü il tarixdə, saat 11 radələrində o, Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «Nizami» stansiyasının qarşısında Zərərçəkmiş şəxs8lə görüşüb orada sonuncudan anası Şahid7 yanında 1500 (bir min beş yüz) manat məbləğində pul, eləcə də, xarici pasportunu və şəxsiyyət vəsiqəsini almış və həmin pula təyyarə biletini də alacağını deyərək Zərərçəkmiş şəxs8 17 noyabr N-cü il tarixdə Heydər Əliyev adına X6 təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedəcəyini bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs8 əlavə pul verməli olduğunu deyərək pul istəmiş və onun tapşırığına əsasən 14 noyabr N-cü il tarixdə Saleh Mehralıyev tərəfindən ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə aid bank kartına 200 (iki yüz) manat məbləğində pul köçürülmüşdür. Bundan sonra o, 17 noyabr N-cü il tarixdə Zərərçəkmiş şəxs8lə əlaqə saxlayaraq guya işləyəcəyi gəminin Hollandiya Krallığında olduğunu və hələ Türkiyə Respublikasına çatmadığını deyərək, bu səbəbdən təyyarə biletinin tarixinin 17 noyabr Ncü il tarixdən 27 noyabr N-cü il tarixə dəyişdirilməli olduğunu bildirib bunun üçün əlavə 50 (əlli) manat məbləğində pul lazım olduğunu demiş, Zərərçəkmiş şəxs8 də elə həmin gün ödəmə terminalı vasitəsilə onun istifadəsində olan həmin bank kartına 50 (əlli) manat məbləğində pul köçürmüşdür. Daha sonra o, N-cü ilin dekabr ayının əvvəllərində yenidən Zərərçəkmiş şəxs8lə əlaqə saxlayıb eyni bahanə ilə təyyarə biletinin 27 noyabr N-cü il tarixdən 05 dekabr N-cü il tarixə dəyişdirilməli olduğunu bildirib bunun üçün 58 (əlli səkkiz) manat məbləğində pul ödənilməli olduğunu deyərək 50 (əlli) manat məbləğində pul göndərəcəyi təqdirdə özünün təyyarə bilteni müvafiq tarixə dəyişəcəyini demiş və Zərərçəkmiş şəxs8 də 04 dekabr N-cü il tarixdə ödəmə terminalı vasitəsilə onun istifadəsində olan həmin bank kartına əlavə 50 (əlli) manat məbləğində pul göndərmişdir. Beləliklə də o, Zərərçəkmiş şəxs8 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində pul almış və sonuncuya 12 dekabr N-cü il tarixdən 13 dekabr N-cü il tarixə keçən gecə, saat 01:00-da hava limanında olmağı tapşırıb, həmin gün saat 03:00-da təyyarənin havaya qalxacağını bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs8 aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, N-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs8 yaxın tanışı olan Zərərçəkmiş şəxs9 «WhatsApp» mobil tətbiqi vasitəsi ilə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib özünü sonradan bildiyinə görə qardaşı Şahid8 kimi təqdim edərək, gəmi motorçusu ixtisası üzrə təhsil aldığını və Türkiyə Respublikasında yük daşımaları ilə məşğul olan şirkətlərdən birində ixtisası üzrə işə qəbul olunmaq istədiyini bildirib, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman o, növbəti dəfə yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs9 ad çəkmədən yaxın tanışlıq münasibətlərinin olduğu, Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin nümayəndəsinin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul verilməsi müqabilində onun həmin ölkədə yük daşımaları ilə məşğul olan şirkətdə gəmi motorçusu kimi işə qəbul olunmasını deyərək, Zərərçəkmiş şəxs9 həmin işə qəbul olunduqdan sonra aylıq maaşının 1200 (bir min iki yüz) ABŞ dolları olacağını, bütün məişət xərclərinin şirkət tərəfindən qarşılanacağını, Türkiyə Respublikasına getmək üçün təyyarə biletini həmin 1750 (bir min yeddi yüz əlli) manat məbləğində puldan alacağını bildirmişdir. Onun dediklərinə inanmış Zərərçəkmiş şəxs9 təklifini qəbul etmiş, lakin maddi imkanı zəif olduğu üçün yalnız 1500 (bir min beş yüz) manat məbləğində pul verə biləcəyini demişdir. O da Zərərçəkmiş şəxs9 təklifini qəbul etmiş və sonuncuya işə başlamaq üçün təcili olaraq anket məlumatlarının əks olunduğu «SV»-ni də həmin pulla birlikdə verilməli olduğunu deyib istifadəsində olan "xxxx" ASC-yə aid bank kartının fotoşəklini Zərərçəkmiş şəxs9 göndərib beh kimi həmin karta 50 (əlli) manat məbləğində pul köçürməsini tapşırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs9 elə həmin gün "xxxx" mobil tətbiqi vasitəsi ilə onun qeyd olunan bank kartına 50 (əlli) manat məbləğində pul köçürmüş, habelə qardaşı Şahid8 barəsində anket məlumatlarının əks olunduğu «SV»-ni və sonuncunun pasportunun fotoşəklini ona göndərilmişdir. Növbəti gün, Zərərçəkmiş şəxs9 ödəniş terminal vasitəsilə həmin bank kartına 1450 (bir min dörd yüz əlli) manat pul göndərmiş, bundan bir neçə gün sonra isə onun istəyinə əsasən ödəniş terminal vasitəsilə həmin bank kartına 50 (əlli) manat məbləğində pul köçürmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ümumilikdə Zərərçəkmiş şəxs9 1550 (bir min beş yüz əlli) manat məbləğində pul aldıqdan sonra, sonuncuya yalandan 12 dekabr N-cü il tarixdən 13 dekabr N-cü il tarixə keçən gecə, saat 01:00-da hava limanında olmağı tapşıraraq, həmin gün, saat 03:00-da təyyarənin havaya qalxacağını bildirmiş və sonuncunun xeyrinə heç bir iş görməyib aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, hazırda törətdiyi əməllərindən peşmandır, həmin əməlləri pula ehtiyacı olduğu üçün törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 göstərdi ki, Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin təlim döyüş tankları bölüyünün 1-ci tank tağımının komandiri-baş təlimatçısıdır, baş leytenantdır. Təqsirləndirilən şəxs gizir Zərərçəkmiş şəxs2 vasitəsilə tanımış, münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. N-cü ilin may ayının ortalarında gizir Zərərçəkmiş şəxs2 ona xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi müqabilində əsgər Təqsirləndirilən şəxs borc müqaviləsi əsasında 8000 (səkkiz min) manat pul verdiyini bildirmişdir. O da həmin ərəfədə xidmət yerinin ailə üzvlərinin yaşadığı Bakı şəhərinin Xətai rayonu ərazisinə yaxın yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini arzu etdiyindən, istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil danışıq nömrəsinə zəng edib, xidmət yerinin dəyişdirilməsini istədiyini bildirərək bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman əsgər Təqsirləndirilən şəxs də ona bu barədə görüşüb ətraflı danışmaqlarını təklif etmiş və növbəti gün Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «20 Yanvar» stansiyasının yaxınlığında o, gizir Zərərçəkmiş şəxs2 və əsgər Təqsirləndirilən şəxs üçlükdə görüşmüşlər. Həmin görüş zamanı əsgər əsgər Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində xidmət edən polkovnik rütbəli yüksək vəzifəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə müəyyən məbləğdə pul verilməsi müqabilində xidmət yerinin qısa müddət ərzində istənilən hərbi hissəyə dəyişdirilməsini həll edə biləcəyini demişdir. O da öz növbəsində əsgər Təqsirləndirilən şəxs konkret olaraq xidmət yerinin hansı hərbi hissəyə dəyişdirilməsi ilə bağlı düşünüb qəti qərar verdikdən sonra məlumat verəcəyini bildirmiş və elə həmin gün axşam saatlarında əsgər Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb, xidmət yerinin Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına Hərbi İnstituta və ya Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə dəyişdirilməsini istədiyini demişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs ona xidmət yerinin qeyd olunan hərbi təhsisatlara dəyişdirilməsinin qəliz olduğunu, lakin istədiyi təqdirdə onun xidmət yerinin Müdafiə Nazilriyinin Hərbi Hava Qüvvələrinin Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrindən birinə dəyişdirilməsini həll edə biləcəyini söyləmişdir. O da əsgər Təqsirləndirilən şəxs xidmət yerinin Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi müqabilində nə qədər pul verməli olduğunu soruşduqda, sonuncu cavabında yüksək vəzifəli polkovnik rütbəli tanışı ilə danışıb bu barədə məlumat verəcəyini bildirmişdir. Aradan 01 (bir) saat sonra, əsgər Təqsirləndirilən şəxs ona zəng edib polkovnik rütbəli yaxın tanışına özünün vasitəsi ilə 10000 (on min) manat məbləğində pul verilməsi müqabilində xidmət yerinin dəyişdirilərək Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Qala qəsəbəsi ərazisində yerləşən hərbi hissələrindən birində müvafiq vəzifəyə təyin olunmasını təşkil edə biləcəyini demişdir. O da öz növbəsində bu barədə atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs6 məlumat vermiş və sonuncular da öz növbəsində əsgər Təqsirləndirilən şəxs görüb şəxsən tanımaq istəmişlər. Həmin ərəfədə atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs6 Bakı şəhərinin Xətai rayonu ərazisində əsgər Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu həmin vaxt valideynlərinə də ona dediklərini təkrar söyləmiş və 10000 (on min) manat məbləğində pulu notariat məntəqəsində borc müqaviləsi əsasında qəbul edəcəyini, 26 iyun N-cü il tarixədək onun xidmət yerinin dəyişdiriləcəyini bildirmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs6 23 may N-cü il tarixdə "xxxx" ASC-dən kreditlə əldə etdiyi pul hesabına aralarındakı razılaşmaya əsasən 24 may N-cü il tarixdə 06 nömrəli «ASAN Xidmət Mərkəzi»ndə yerləşən notariat məntəqəsində borc müqaviləsi əsasında əsgər Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pul vermişdir. Daha sonra o, atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs6 mütamadi olaraq əsgər Təqsirləndirilən şəxs zəng edib işi bağlı maraqlanmış, N-cü ilin iyun ayının əvvəllərində, günorta saatlarında N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor Şahid1 onunla əlaqə saxlayaraq ***- ***-**-** mobil danışıq nömrəsinin kimin olmasını, onun xidmət yerinin dəyişdirilməsi ilə bağlı maraqlandığını, həmin şəxsin özünü hərbi prokurorluq əməkdaşı kimi təqdim etdiyini bildirmişdir. Lakin müəyyən müddətdən sonra o və gizir Zərərçəkmiş şəxs2 aldadıldıqlarını başa düşmüş və əsgər Təqsirləndirilən şəxs pullarını tələb etməyə başlamışlar, buna baxmayaraq sonuncu pulunu geri vermədiyi üçün anası Zərərçəkmiş şəxs6 hərbi prokurorluğa şikayət etmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, əsgər Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, bu səbəbdən hazırda əsgər Təqsirləndirilən şəxs şikayətçidir və törətdiyi cinayət əməllərinə görə sonuncunun ən ciddi şəkildə cəzalanmasını xahiş edir. Təqsirləndirilən şəxs verilən pul anasınındır, ancaq kreditin ödənilməsinə o da anasına kömək edir. Mülki iddianın təmin edilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək əlavə olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 xidməti yerinin dəyişdirilməsi ilə bağlı danışmaq üçün görüşərkən tanımış, aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, 22 may N-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs1la birlikdə yaşadıqları Bakı şəhərinin Xətai rayonunun ərazisində əsgər Təqsirləndirilən şəxs ilə görüşüb oğlu Zərərçəkmiş şəxs1 xidmət yerinin dəyişdirilməsi ilə bağlı söhbət etdikdən sonra, sonuncuya inanaraq növbəti gün, yəni 23 may N-cü il tarixdə "xxxx" ASC-dən kreditlə əldə etdiyi pul hesabına aralarındakı razılaşmaya əsasən həmin məqsədlə 24 may N-cü il tarixdə 06 nömrəli «ASAN Xidmət Mərkəzi»ndə yerləşən notariat məntəqəsində borc müqaviləsi əsasında əsgər Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pul vermişdir. Həmin pul onundur, ancaq kreditin ödənilməsinə oğlu Namiq də kömək edir. Təqsirləndirilən şəxs şikayətçidir və onun cəzalanmasını, mülki iddianın təmin edilməsini istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin təlim döyüş tankları bölüyünün 1-ci tank tağımının 3-cü heyətinin tank komandiridir, gizirdir. Təqsirləndirilən şəxs qohumu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 vasitəsilə tanımış, onunla heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. N-cü ilin may ayının əvvəllərində söhbət əsnasında əsgər Şahid2 ona sabiq xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışının vasitəsi ilə istənilən hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsinə köməklik edə bildiyini demiş və o da öz növbəsində əsgər Şahid2 xidmət yerinin ailə üzvlərinin yaşadığı Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinə yaxın ərazidə yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istədiyini bildirərək, sonuncudan bununla bağlı əsgər Təqsirləndirilən şəxs maraqlanmasını xahiş etmişdir. Bundan sonra əsgər Şahid2 da ona əsgər Təqsirləndirilən şəxs ilə qeyd olunan məsələ ilə bağlı maraqlandığını və sonuncunun Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində onun xidmət yerinin Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissənin vakant olan baş texnik vəzifəsinə dəyişdirilməsini həll edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra o, əsgər Şahid2 və əsgər Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən restoranların birində görüşmüş və sonuncu orada Şahid2 dediklərini bir daha ona da təkrar etmişdir. Həmin vaxt o, əsgər Təqsirləndirilən şəxs təklifini qəbul edərək razılaşmış və həmin pulu topladıqdan sonra məlumat verəcəyini bildirmişdir. Lakin sonradan xidmət yerinin dəyişdirilməsi ilə bağlı qəti qərar verməkdə tərəddüd etdiyindən, bir müddət gözləmişdir. 19 may N-cü il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor Şahid1 onunla əlaqə saxlayaraq, hərbi prokurorluqdan onun xidmət yerinin dəyişdirilməsini istəyib-istəməməsi ilə maraqlandıqlarını demiş və o da öz növbəsində mayor Şahid1 xidmət yerinin dəyişdirilməsini istəmədiyini demişdir. Elə həmin gün o, istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib xidmət yerinin dəyişdirilməsini istəmədiyini bildirdikdə, əsgər Təqsirləndirilən şəxs ona artıq xidmət yerinin dəyişdirilməsindən imtina etməsinin gec olduğunu, onun xidmət yerinin dəyişdirilməsi məsələsini həll edən yüksək vəzifəli və rütbəli tanışına bu barədə müraciət etdiyini və bu səbəbdən 8000 (səkkiz min) manat məbləğində pulun verilməli olduğunu demişdir. O da öz növbəsində mayor Şahid1 zəng edən şəxsin əsgər Təqsirləndirilən şəxs tanışı olmasını güman edib, sonuncuya inamı artmış və həmin məbləğdə pulu verməyə razılaşmışdır. Daha sonra o, 23 yanvar N-cü il tarixdə "xxxx" ASC-dən özünə avtomobil almaq üçün kreditə götürməklə əldə etdiyi puldan 19 may N-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs ilə görüşüb birlikdə Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 31 saylı notariat məntəqəsinə gedərək, orada aralarında bağlanmış borc müqaviləsi əsasında sonuncuya 8000 (səkkiz min) manat məbləğində pul vermişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs də ona 26 iyun N-cü il tarixədək xidmət yerinin dəyişdiriləcəyini bildirmişdir. Bundan sonra o, xidmət yerinin dəyişdirilməsini istəyən xidmət yoldaşı baş leytenant Zərərçəkmiş şəxs1 da əsgər Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Aradan bir neçə gün sonra isə baş leytenant Zərərçəkmiş şəxs1 da anasının vasitəsi ilə borc müqaviləsi əsasında xidmət yerinin dəyişdirilməsi müqabilində əsgər Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pul vermişdir. Lakin müəyyən müddətdən sonra o və baş leytenant Zərərçəkmiş şəxs1 aldadıldıqlarını başa düşmüş və əsgər Təqsirləndirilən şəxs pullarını tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, bu səbəbdən hazırda Təqsirləndirilən şəxs şikayətçidir, pullarını tələb edir, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 göstərdi ki, Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin təlim döyüş tankları bölüyünün 1-ci tank tağımının 3-cü heyətinin tank komandiridir, gizirdir, Təqsirləndirilən şəxs xidmət yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət edən əsgər Şahid3 vasitəsi ilə tanımış, aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, N-cü ilin avqust ayının əvvəllərində söhbət əsnasında əsgər Şahid3 xidmət yerinin dəyişdirilməsini istədiyini bildirmiş və sonuncu da ona tanışı əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışının vasitəsi ilə hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsinə pul müqabilində köməklik etdiyini demişdir. Bu zaman onun xahişi əsasında əsgər Şahid3 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə əsgər Təqsirləndirilən şəxs istifadəsində olan mobil danışıq nömrəsinə zəng edərək, sonuncuya onun xidmət yerinin dəyişdirilməsini istəməsi barədə məlumat vermiş və danışığı davam etdrimək üçün mobil telefonu ona vermişdir. Həmin vaxt o, aralarındakı danışıq zamanı əsgər Təqsirləndirilən şəxs xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin vakant olan tibb məntəqəsinin baş çavuşu vəzifəsinə dəyişdirilməsini istədiyini deyərək, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuş, əsgər Təqsirləndirilən şəxs də cavabında ona Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli şəxsin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə müvafiq məbləğdə pul verilməsi müqabilində xidmət yerinin qeyd olunan vəzifəyə dəyişdirilməsini həll edə biləcəyini demişdir. Bu zaman o, əsgər Təqsirləndirilən şəxs xidmət yerinin dəyişdirilməsi müqabilində nə qədər pul verməli olduğunu soruşduqda, sonuncu həmin tanışı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Ardınca o, əsgər Təqsirləndirilən şəxs ilə maddi imkanının zəif olması ilə bağlı apardığı danışıqlardan sonra, xidmət yerinin dəyişdirilməsi müqabilində sonuncunun vasitsilə Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli şəxsə əvvəlcədən 1000 (bir min) manat məbləğində, N-cü ilin sentyabr və oktyabr aylarının əmək haqqısını alarkən isə hər ay 500 (beş yüz) manat məbləğində olmaqla, ümumilikdə 2000 (iki min) manat məbləğində pul verilməsi barədə aralarında razılıq əldə olunmuş, həmçinin, əsgər Təqsirləndirilən şəxs ona N-cü ilin sentyabr ayının sonunadək xidmət yerinin dəyişdiriləcəyini bildirmişdir. Daha sonra o, N-cü ilin avqust ayının sonlarında məzuniyyətə buraxılaraq yaşadığı Bərdə rayonuna getmiş, orada qardaşı X1 vasitəsilə borc aldığı 1000 (bir min) manat məbləğində pulu "xxxx" ASC-yə aid bank kartına köçürmüş və Bakı şəhərinə gedib metronun «Koroğlu» stansiyasının yaxınlığında əsgər Təqsirləndirilən şəxs ilə görüşüb orada «ABB» mobil tətbiqi vasitəsilə həmin bank kartından əsgər Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə aid bank kartına 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul köçürərək, 05 (beş) manat pulu sonuncuya nəğd şəkildə vermişdir. 18 sentyabr N-cü il tarixdə əmək haqqısı köçmüş və növbəti gün, yəni 19 sentyabr N-cü il tarixdə isə istifadəsində olan həmin bank kartından «ABB» mobil tətbiqi vasitəsilə əsgər Təqsirləndirilən şəxs tapşırığına əsasən əsgər Şahid3 istifadəsində olan "xxxx" ASC-yə aid bank kartına 500 (beş yüz) manat məbləğində pul köçürmüşdür. Lakin onun xidmət yeri dəyişdirilmədiyi üçün əsgər Təqsirləndirilən şəxs verdiyi ümumilikdə 1500 (min beş yüz) manat pulu geri tələb etməyə başlamış və həmin pulu tam şəkildə geri göndərməsi üçün istifadəsində olan "xxxx" ASC-yə aid əmək haqqı kartının nömrəsini əsgər Təqsirləndirilən şəxs göndərmişdir. Hal-hazıradək əsgər Təqsirləndirilən şəxs yalnız onun həmin bank kartına 500 (beş yüz) manat məbləğində pul geri göndərmiş və qalan 1000 (bir min) manat pulu isə geri qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və törətdiyi cinayət əməllərinə görə sonuncunun ən ciddi şəkildə cəzalanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 göstərdi ki, Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin təlim döyüş tankları bölüyünün 1-ci tank tağımının 3-cü heyətinin tank komandiridir, gizirdir, Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımış, aralarında yaxın tanışlıq münasibətləri olmaqla heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, N-cü ilin mart ayının sonlarında əsgər Təqsirləndirilən şəxs gizir olmaq arzusunda olduğunu bildirərək, müvafiq imtahan vermədən və zəruri sənədləşmə prosedurlarından kənar şəkildə gizir hazırlığı kursuna qəbul olunmasına və həmin kursu başa vurduqdan sonra xidmətini gizirlər üçün nəzərdə tutulmuş müvafiq vəzifələrdən birində davam etdirməsinə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs ona yaxın tanışlıq münasibətində olduğu Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışının köməkliyi ilə özünün vasitəsilə həmin şəxsə pul verilməsi müqabilində onun gizir hazırlığı kursuna qəbul olunmasını və həmin kursu başa vurduqdan sonra gizir hərbi rütbəsini alaraq müvafiq vəzifəyə təyin olunmasını həll edə biləcəyini demiş, hətta ona «Bu məsələ mənim sağ əlimin işidir» deyə bildirmişdir. Bu zaman o, əsgər Təqsirləndirilən şəxs Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissəsində xidmətini davam etdirmək istədiyini bildirdikdə, sonuncu cavabında ona həmin hərbi hissədə gizirlər üçün nəzərdə tutulmuş müvafiq vəzifələr üzrə vakant yerin olubolmaması ilə maraqlandıqdan sonra məlumat verəcəyini demişdir. Növbəti gün, günorta saatlarında əsgər Təqsirləndirilən şəxs xidmət etdikləri hərbi hissənin ərazisində ona yaxınlaşaraq N nömrəli hərbi hissədəki vakant gizir vəzifələri ilə maraqlandığını və orada nizami hissədə şəxsi heyətin uçotu bölməsinin nizami hissə rəisinin köməkçisi, madditexniki təminat bölüyünün anbar rəisi və yeməkxana rəisi vəzifələrinin vakant olduğunu deyərək, ondan həmin vəzifələrdən hansında xidmət etmək istədiyini soruşmuşdur. O da öz növbəsində əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin nizami hissə rəisinin köməkçisi vəzifəsinə təyin olunmaq istədiyini bildirdikdə, adını və rütbəsini demədiyi yaxın tanışına özünün vasitəsi ilə ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində onun gizir hazırlığı kursuna qəbul olunmasını və kursu bitirdikdən sonra gizir hərbi rütbəsi almaqla həmin vəzifəyə təyin edilməsini həll edə biləcəyini bildirmişdir. Bu zaman o, maddi imkanı zəif olduğuna görə əsgər Təqsirləndirilən şəxs həmin məbləği toplaya bilməyəcəyini deyib daha aşağı məbləğdə pula həmin məsələni həll etməsini xahiş etmiş, sonuncu da bu barədə Müdafiə Nazrliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Növbəti gün, saat 12 radələrində əsgər Təqsirləndirilən şəxs xidmət etdikləri hərbi hissənin ərazisində ona yaxınlaşaraq adını və vəzifəsini demədiyi tanışı ilə danışdığını və özünün vasitəsi ilə həmin şəxsə son olaraq 7200 (yeddi min iki yüz) manat məbləğində pul verilməsi müqabilində «işini həll edə biləcəyini» bildirmişdir. O da əsgər Təqsirləndirilən şəxs təklifini qəbul edərək razılaşmış və həmin məbləğdə pulu topladıqdan sonra məlumat verəcəyini demişdir. Bundan sonra o, aralarındakı razılaşmaya əsasən 28 aprel N-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs ilə görüşüb, Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 31 saylı notariat məntəqəsində aralarında bağlanmış borc müqaviləsi əsasında 7200 (yeddi min iki yüz) manat məbləğində pulu sonuncuya vermişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs pulu alıb ona təşkil olunacaq növbəti gizir hazırlığı kursuna çağırılacağını bildirmişdir. Lakin müəyyən müddətdən sonra o, əsgər Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb sonuncudan pulunu geri tətəb etməyə başlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 göstərdi ki, o, Təqsirləndirilən şəxs ilkin olaraq mobil telefonla danışarkən tanımış, aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. N-cü ilin fevral ayının ortalarında istifadəsində olan ***-***- **-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib, aralarındakı danışıq zamanı sonuncuya arvadı Şahid4 Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul olunmasını istədiyini bildirərək, bununla bağlı hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman əsgər Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin hərbi hissəsində komandir olduğunu və həmin qoşun növündə xidmət edən yüksək vəzifəli və rütbəli yaxın tanışının köməkliyi ilə özünün vasitəsilə həmin vəzifəli şəxsə N-cü ilin mart ayının sonunadək 3000 (üç min) manat məbləğində pul verilməsi müqabilində arvadı Şahid4 ixtisaslı hərbi-həkim komissiyasından keçirilib şəhadətləndirilməsini, müvafiq qəbul imtahanından müvəffəqiyyət qazanmasını, bundan qısa müddət sonra isə yaşadığı yerə yaxın olan, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhəri ərazisində yerləşən hərbi hissələrindən birində qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul olunmasını həll edə biləcəyini demişdir. O da öz növbəsində əsgər Təqsirləndirilən şəxs təklifini qəbul etmiş və tezliklə həmin məbləğdə pulu toplayıb ona verəcəyini bildirmişdir. Bundan sonra o, fərdi əməklə məşğul olub qazandığı və 28 mart N-cü il tarixdə "xxxx" ASC-yə aid bank kartına göndərtdirməklə tanışından borc aldığı pul hesabına, qeyd olunan bank kartından əsgər Təqsirləndirilən şəxs "xxxx" ASC və "xxxx" ASC-yə aid bank kartlarına 07 mart N-cü il tarixdə 1000 (bir min) manat, 28 mart N-cü il tarixdə 1010 (bir min on) manat, 07 aprel N-cü il tarixdə 200 (iki yüz) manat, 12 aprel N-cü il tarixdə 50 (əlli) manat, 19 aprel N-cü il tarixdə 150 (bir yüz əlli) manat, 20 aprel N-cü il tarixdə 30 (otuz) manat, 04 may N-cü il tarixdə 50 (əlli) manat, 08 may N-cü il tarixdə 50 (əlli) manat və11 may N-cü il tarixdə 50 (əlli) manat məbləğlərində pul, habelə N-cü ilin aprel-may ayları ərzində ödəniş terminalları vasitəsilə onun tapşırdığı müxtəlif nömrəli bank kartlarına hissə-hissə 210 (iki yüz on) manat məbləğində pul göndərməklə, ümumilikdə sonuncuya 2800 (iki min səkkiz yüz) manat məbləğində pul köçürmüşdür. Lakin müəyyən müddətdən sonra əsgər Təqsirləndirilən şəxs tərəfindən aldadıldığın başa düşmüş və buna görə də, müxtəlif qurumlara şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, bu səbəbdən hazırda əsgər Təqsirləndirilən şəxs şikayətçidir və törətdiyi cinayət əməllərinə görə sonuncunun ən ciddi şəkildə cəzalanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 göstərdi ki, o, Təqsirləndirilən şəxs ondan avtomobil alarkən tanımış, aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, 15 avqust N-cü il tarixdə «Tap.az» alqı-satqı saytında özünə münasib qiymətə almaq üçün avtomobil axtararkən, 1998-ci ildə istehsal olunmuş «Mercedes Benz» markalı, «C230» modelli, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 3000 (üç min) manat məbləğində pula satıldığı barədə elanı görüb, istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən elanda satıcı kimi göstərilmiş əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng etmiş və elə həmin gün saat 23 radələrində qaynı Şahid5 ilə birlikdə Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində əsgər Təqsirləndirilən şəxs ilə görüşüb avtomobilə baxmışdır. Həmin vaxt o, əsgər Təqsirləndirilən şəxs ilə avtomobili 2200 (iki min iki yüz) manat məbləğində pulu nəğd şəkildə vermək və avtomobilə dair yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara dair tərtib edilərək qüvvəyə minmiş 07 (yeddi) protokol üzrə 246.60 (iki yüz qırx altı manat altmış qəpik) manat məbləğində cəriməni ödəmək şərti ilə almaq barədə razılığa gəlmişdir. Lakin qeyd olunan zaman əsgər Təqsirləndirilən şəxs ona avtomobili alqı-satqı müqaviləsi əsasında sata bilməyəcəyini, adına avtomobil olduğu zaman hərbi qulluqçu kimi kirayə haqqı pul kompensasiyasından yararlana bilməyəcəyi səbəbindən avtomobili Şahid6 ad və soyadlı xalası oğlunun adına rəsmiləşdirdiyini, sonuncunun da ona avtomobili idarə etmək üçün etibarnamə verdiyini, Şahid6 tır, yəni yük avtomobili sürücüsü olduğundan ölkə xaricində olduğunu və təxminən yaxın 10 (on) gün müddətinə Azərbaycan Respublikasına qayıdacağını demiş və sonuncunun ölkəyə qayıtdıqdan sonra həmin avtomobili alqı-satqı yolu ilə onun mülkiyyətinə keçirəcəyini bildirmişdir. Bu zaman o da əsgər Təqsirləndirilən şəxs inanaraq sonuncunun təklifini qəbul etmiş və elə orada qaynı Şahid5 yanında 22 (iyirmi iki) ədəd 100 (bir yüz) manatlıq əskinaslardan ibarət 2200 (iki min iki yüz) manat məbləğində pulu əsgər Təqsirləndirilən şəxs verib, avtomobili evakuatorla qaynı Şahid5 avtomobil təmiri sexinə yollamışdır. 16 avqust N-cü il tarixdə isə o, avtomobilə dair tərtib edilərək qüvvəyə minmiş 07 (yeddi) protokol üzrə 246.60 (iki yüz qırx altı manat altmış qəpik) manat məbləğində cəriməni dövlət büdcəsinə ödəmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs 20 avqust N-cü il tarixdə ona zəng edərək xalası oğlu Şahid6 idarə etdiyi yük avtomobilinin mühərriki xarab olduğuna görə təxminən 01 (bir) ay müddətinə Azərbaycan Respublikasına qayıda biləcəyini, bu səbəbdən istədiyi təqdirdə tanışı vasitəsi ilə 300 (üç yüz) manat məbləğində pul müqabilində avtomobili onun adına rəsmiləşdirə biləcəyini bildirmiş, eyni zamanda istifadəsində olan ***-***-**-** mobil mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə mesaj yazıb özünü avtomobilin mülkiyyətinə keçirilməsi ilə bağlı köməklik edəcək şəxs kimi təqdim edərək, ondan şəxsiyyət vəsiqəsinin və avtomobilin şəhadətnaməsinin fotoşəkillərini göndərməsini xahiş etmiş, eyni zamanda "xxxx" ASC-yəaid əmək haqqı kartının nömrəsini qeyd edib həmin bank kartına 300 (üç yüz) manat məbləğində pul köçürməsini tapşırmışdır. Lakin o, əsgər Təqsirləndirilən şəxs dediklərinə inanmayaraq ona göndərilmiş mesajdan şübhələnmiş və 21 avqust N-cü il tarixdə Şahid6 yaşadığı ünavana gedib avtomobilin onun mülkiyyətində olduğunu, şifahi razılaşma əsasında əsgər Təqsirləndirilən şəxs satıldığını öyrənərək avtomobili qanuni sahibinə, yəni Şahid6 qaytarmışdır. Daha sonra o, əsgər Təqsirləndirilən şəxs verdiyi ümumilikdə 2446.60 (iki min dörd yüz qırx altı manat altmış qəpik) məbləğində pulu tələb etsə də, sonuncu ona həmin pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, hazırda əsgər Təqsirləndirilən şəxs şikayətçidir və törətdiyi cinayət əməllərinə görə sonuncunun barəsində qanuna müvafiq olaraq tədbirlər görülməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, bu səbəbdən hazırda əsgər Təqsirləndirilən şəxs şikayətçidir və törətdiyi cinayət əməllərinə görə sonuncunun ən ciddi şəkildə cəzalanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə «TikTok» sosial şəbəkədə tanış olmuş, aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, əvvəllər gəmidə aşpaz olaraq işləmiş, lakin sonradan iş şəraiti onu qane etmədiyi üçün işdən xaric olmuş və N-cü ilin sentyabr ayından etibarən özünə yeni iş yeri axtarmağa başlamışdır. 10 noyabr N-cü il tarixdə «TikTok» sosial şəbəkədə gəmiçilər tərəfindən açılmış canlı söhbətə qoşularaq, əvvəllər gəmidə aşpaz peşəsi üzrə işlədiyini və həmin peşə üzrə işçi lazım olarsa ona məlumat vermələrini xahiş etmiş, elə bu zaman «KOMANDİR_9395» profil adı ilə qeydiyyatdan keçmiş, əsgər Təqsirləndirilən şəxs həmin canlı söhbət gedişatında 17 (on yeddi) nəfər şəxsi Türkiyə Respublikasında gəmidə aşpaz peşəsi üzrə işə düzəltdiyini qeyd edib həmin peşə üzrə işə düzəlmək istəyən olduğu təqdirdə ona müraciət oluna biləcəyinə dair elan yazmışdır. Bundan sonra o da öz növbəsində mesaj bölməsində əsgər Təqsirləndirilən şəxs müraciət edib gəmidə aşpaz işləmək istədiyini bildirdikdə, əsgər Təqsirləndirilən şəxs həmin bölmədə 2500 (iki min beş yüz) manat məbləğində pul verməsi müqabilində onu müvafiq işə qəbul etdirəcəyini bildirmiş, həmçinin, ətraflı şəkildə «WhatsApp» mobil tətbiqi vasitəsilə əlaqə saxlamaları üçün istifadələrində olan mobil danışıq nömrələrini bir-birinə bildirmişlər. Ardınca o, «WhatsApp» mobil tətbiqi vasitəsilə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib əlaqə saxladıqda, sonuncu ona yaxın tanışlıq münasibətində olduğu adını çəkmədiyi şirkətin nümayəndəsinin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə 2500 (iki min beş yüz) manat məbləğində pul verilməsi müqabilində onun aylıq 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində maaşla Türkiyə Respublikasında yük daşımaları ilə məşğul olan şirkətə məxsus gəmidə aşpaz ixtisası üzrə işə qəbul olunmasını həll edə biləcəyini demişdir. Daha sonra o, bu barədə atası Saleh Mehralıyev və anası Şahid7 bildirmiş, atası Saleh Mehralıyev də əsgər Təqsirləndirilən şəxs ilə danışıb, onun Türkiyə Respublikasında yük daşımaları ilə məşğul olan şirkətə məxsus gəmidə aşpaz ixtisası üzrə işə qəbul olunması müqabilində 1500 (bir min beş yüz) manat məbləğində pul verəcəyi barədə aralarında razılıq əldə olunmuşdur. 11 noyabr N-cü il tarixdə, saat 11 radələrində o, anası Şahid7 ilə birlikdə Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «Nizami» stansiyasının qarşısında əsgər Təqsirləndirilən şəxs ilə görüşüb, orada sonuncuya 1500 (bir min beş yüz) manat məbləğində pul, eləcə də, xarici pasportunu və şəxsiyyət vəsiqəsini vermiş, həmçinin, həmin vaxt əsgər Təqsirləndirilən şəxs qeyd olunan puldan onun üçün təyyarə bileti də alacağını deyərək, 17 noyabr N-cü il tarixdə Heydər Əliyev adına X6 təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedəcəyini bildirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə ondan 14 noyabr N-cü il tarixdə 200 (iki yüz) manat pul istəmiş, atası Saleh Mehralıyev də elektron ödəmə terminalı vasitəsilə əsgər Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid bank kartına 200 (iki yüz) manat məbləğində pul köçürmüşdür. Ardınca əsgər Təqsirləndirilən şəxs 17 noyabr N-cü il tarixdə ona işləyəcəyi gəminin Hollandiya Krallığında olduğunu və hələ Türkiyə Respublikasına çatmadığını deyərək, bu səbəbdən təyyarə biletinin tarixinin 17 noyabr N-cü il tarixdən 27 noyabr N-cü il tarixə dəyişdirilməsi üçün əlavə 50 (əlli) manat məbləğində pul istəmiş, o da elə həmin gün ödəmə terminalı vasitəsilə onun istifadəsində olan həmin bank kartına 50 (əlli) manat məbləğində pul köçürmüşdür. Bundan sonra əsgər Təqsirləndirilən şəxs N-cü ilin dekabr ayının əvvəllərində yenidən onunla əlaqə saxlayıb eyni bahanə ilə təyyarə biletinin 27 noyabr N-cü il tarixdən 05 dekabr N-cü il tarixə dəyişdirilməli olduğunu bildirib bunun üçün 58 (əlli səkkiz) manat məbləğində pul ödənməli olduğunu deyərək 50 (əlli) manat məbləğində pul göndərəcəyi təqdirdə özünün təyyarə bilteni müvafiq tarixə dəyişəcəyini demiş, o da 04 dekabr N-cü il tarixdə ödəmə terminalı vasitəsilə əsgər Təqsirləndirilən şəxs istifadəsində olan həmin bank kartına 50 (əlli) manat məbləğində pul köçürmüşdür. Habelə o, tanışlıq münasibətində olduğu Zərərçəkmiş şəxs9 da qardaşı Şahid8 motorçu kimi işə qəbul olunmasına köməklik etməsi üçün əsgər Təqsirləndirilən şəxs ilə tanış etmiş, sonuncu da Zərərçəkmiş şəxs9 qardaşı Şahid8 Türkiyə Respublikasında yük daşımaları ilə məşğul olan şirkətə məxsus gəmidə motorçu kimi işə qəbul olunması müqabilində 1550 (bir min beş yüz əlli) manat almışdır. Əsgər Təqsirləndirilən şəxs ümumilikdə ondan 1800 (bir min səkkiz yüz) manat məbləğində pul aldıqdan sonra, ona 12 dekabr N-cü il tarixdən 13 dekabr N-cü il tarixə keçən gecə, saat 01:00-da hava limanında olmağı tapşıraraq həmin gün saat 03:00-da təyyarənin havaya qalxacağını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, bu səbəbdən hazırda əsgər Təqsirləndirilən şəxs şikayətçidir və törətdiyi cinayət əməllərinə görə sonuncunun ən ciddi şəkildə cəzalanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 göstərdi ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs8 vasitəsilə tanıyıb mobil telefonla əlaqə saxlamış, onu şəxsən görməmiş, aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, 26 noyabr N-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil danışıq nömrəsinə zəng etmiş və özünü kiçik qardaşı olan Şahid8 kimi təqdim edərək, gəmi motorçusu ixtisası üzrə təhsil aldığını və Türkiyə Respublikasında yük daşımaları ilə məşğul olan şirkətlərdən birində ixtisası üzrə işə qəbul olunmaq istədiyini bildirib, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman əsgər Təqsirləndirilən şəxs ona 1750 (bir min yeddi yüz əlli) manat pul müqabilində Türkiyə Respublikasında fəaliyyət göstərən yük daşımaları ilə məşğul olan şirkətdə gəmi motorçusu kimi işə qəbul olunmasını həll edə biləcəyini, həmin işə qəbul olunduqdan sonra aylıq maaşının 1200 (bir min iki yüz) ABŞ dolları olacağını, bütün məişət xərclərinin şirkət tərəfindən qarşılanacağını, Türkiyə Respublikasına getmək üçün təyyarə biletini də həmin 1750 (bir min yeddi yüz əlli) manat puldan alacağını bildirmişdir. Bu zaman o, əsgər Təqsirləndirilən şəxs təklifini qəbul etmiş və sonuncuya maddi imkanı zəif olduğu üçün yalnız 1500 (bir min beş yüz) manat məbləğində pul verə biləcəyini demişdir. Əsgər Təqsirləndirilən şəxs də onunla razılaşmış və ona işə başlamaq üçün təcili olaraq anket məlumatlarının əks olunduğu «SV»-nin də həmin pulla birlikdə verilməli olduğunu bildirmiş, həmçinin, istifadəsində olan "xxxx" ASC-yə aid bank kartının fotoşəklini ona göndərib beh kimi həmin karta 50 (əlli) manat məbləğində pul köçürməsini tapşırmışdır. O da öz növbəsində həmin gün "xxxx" mobil tətbiqi vasitəsi ilə əsgər Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş bank kartına 50 (əlli) manat məbləğində pul köçürmüş, habelə qardaşı Şahid8 barəsində anket məlumatlarının əks olunduğu «SV» və sonuncunun pasportunun fotoşəklini əsgər Təqsirləndirilən şəxs göndərmişdir. Daha sonra o, 27 noyabr N-cü il tarixdə "xxxx" ASC-dən kreditlə əldə etdiyi pul hesabına, həmin gün «PashaPay» elektron ödəmə sistemi vasitəsi ilə əsgər Təqsirləndirilən şəxs həmin bank kartına 1440 (bir min död yüz qırx) manat və 10 (on) manat olmaqla, cəmi 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul göndərmişdir. Bundan sonra isə əsgər Təqsirləndirilən şəxs istəyinə əsasən, sonuncunun həmin bank kartına 29 noyabr N-cü il tarixdə qardaşı Şahid8 tərəfindən ödəniş terminal vasitəsilə 50 (əlli) manat məbləğində pul köçürülmüşdür. Əsgər Təqsirləndirilən şəxs ondan ümumilikdə 1550 (bir min beş yüz əlli) manat məbləğində pul aldıqdan sonra, ona 12 dekabr N-cü il tarixdən 13 dekabr N-cü il tarixə keçən gecə, saat 01:00-da hava limanında olmağı tapşıraraq həmin gün saat 03:00-da təyyarənin havaya qalxacağını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, bu səbəbdən hazırda əsgər Təqsirləndirilən şəxs şikayətçidir və törətdiyi cinayət əməllərinə görə sonuncunun ən ciddi şəkildə cəzalanmasını xahiş edir. Məhkəmə iclasında Şahid4 Zərərçəkmiş şəxs5 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 Zərərçəkmiş şəxs2 ilə eyniməzmunlu ifadə verdi və əlavə olaraq bildirdi ki, N-cü ilin aprel ayında sabiq xidmət yoldaşı əsgər Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışının vasitəsi ilə istənilən hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini pul müqabilində həll edə bildiyini bildirmişdir. N-cü ilin may ayının əvvəllərində gizir Zərərçəkmiş şəxs2 onun vasitəsilə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar əsgər Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu da gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin N nömrəli hərbi hissənin vakant olan baş texnik vəzifəsinə dəyişdirilməsi müqabilində borc müqaviləsi əsasında 8000 (səkkiz min) manat məbləğində pul almışdır. Habelə əsgər Təqsirləndirilən şəxs gizir Zərərçəkmiş şəxs2 xidmət yoldaşı baş leytenant Zərərçəkmiş şəxs1 da xidmət yerinin dəyişdirilməsi müqabilində 10000 (on min) manat məbləğində pul almışdır. Məhkəmə iclasında Şahid1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la eynuməzmunlu ifadə verdi və əlavə olaraq bildirdi ki, N-cü ilin may ayının ortalarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib özünü prokurorluq əməkdaşı kimi təqdim edərək, onun gizir Zərərçəkmiş şəxs2 xidmət yerinin dəyişdirilməsini istəyib-istəməməsi ilə bağlı sonuncudan soruşub məlumat verməsini tapşırmış, o da öz növbəsində bu barədə gizir Zərərçəkmiş şəxs2 maraqlanıb sonuncunun xidmət yerini dəyişdirilməsini istəməməsi barədə əsgər Təqsirləndirilən şəxs məlumat vermişdir. N-cü ilin iyun ayının əvvəllərində əsgər Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq, baş leytenant Zərərçəkmiş şəxs1 xidmət yerinin dəyişdirilməsi ilə bağlı təqdimatının istənilib-istənilməməsi və ya ona hər hansı tapşırıq verilib-verilməməsi bağlı soruşmuş, o da cavabında baş leytenant Zərərçəkmiş şəxs1 xidmət yerinin dəyişdirilməsi ilə bağlı təqdimatın istənilmədiyini, ona bununla əlaqədar olaraq hər hansı tapşırıq verilmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid5 Zərərçəkmiş şəxs7 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Şahid6 göstərdi ki, N-cü ilin aprel ayının sonlarında tanışı Şahid10 vasitəsilə 1998-ci ildə istehsal olunmuş «Mercedes Benz» markalı, «C230» modelli, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alıb, 01 may N-cü il tarixdə şifahi razılaşma əsasında həmin avtomobili ilkin olaraq 3000 (üç min) manat məbləğində pulu nəğd şəkildə verib, hər ay 500 (beş yüz) manat məbləğində pulu 24 (iyirmi dörd) ay müddətində ödəmək şərti ilə ümumilikdə 15000 (on beş) min manat məbləğində pula əsgər Təqsirləndirilən şəxs satmışdır. Həmçinin, sonuncuya avtomobili idarə etməyə dair 02 (iki) il müddətinə ödəniş müddətinin sonunadək, yəni 01 may 2025-ci il tarixədək etibarnamə vermiş və ödənişləri tam şəkildə başa vurduqdan sonra həmin avtomobili alqısatqı yolu ilə adına keçirəcəyini bildirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs tanışı A.A.Səlomovun vasitəsi ilə N-cü ilin iyun və iyul aylarında hər ay 500 (beş yüz) manat məbləğində pul olmaqla, ona cəmi 1000 (bir min) manat məbləğində pul vermişdir. N-cü ilin avqust ayının ortalarında o, həmin avtomobilin əsgər Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq Zərərçəkmiş şəxs7 satıldığını öyrənmiş, sonuncu da həmin avtomobili ona qaytarmışdır. Məhkəmə iclasında Şahid10 Şahid6lə eyni məzmunlu ifadə verərək onun ifadəsini təsdiq etdi. Məhkəmə iclasında Şahid3 Zərərçəkmiş şəxs3la eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi və bildirdi ki, Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışının vasitəsi ilə istənilən hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsinə pul müqabilində köməklik edə bildiyini deyib gizir Zərərçəkmiş şəxs3 xidmət yerinin N nömrəli hərbi hissənin vakant olan tibb məntəqəsinin baş çavuşu vəzifəsinə dəyişdirilməsi müqabilində 1500 (bir min beş yüz) manat pul almışdır. Gizir Zərərçəkmiş şəxs3 həmin 1500 (bir min beş yüz) manat məbləğində pulun 500 (beş yüz) manatını əsgər Təqsirləndirilən şəxs istəyinə əsasən onun əmək haqqı kartına göndərmişdir. Əsgər Təqsirləndirilən şəxs də həmin 500 (beş yüz) manat məbləğində puldan 300 (üç yüz) manatını ona olan borcuna ödəmiş, qalan puldan 30 (otuz) manat məbləğində pulu əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsininin balansına köçürmüş, digər qalan 170 (bir yüz yetmiş) manat məbləğində pulu isə hissə-hissə əsgər Təqsirləndirilən şəxs dediyi bank kartlarına köçürmüşdür. Məhkəmə iclasında şahid X4 Zərərçəkmiş şəxs3 və Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında Şahid7 Zərərçəkmiş şəxs8lə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında Şahid8 Zərərçəkmiş şəxs9la eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Baxış keçirilməsi haqqında 25 avqust N-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs «WhatssApp» mobil tətbiqi vasitəsilə ona göndərdiyi səs yazılarının əks olunduğu 01 (bir) ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin səs yazıları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 sonuncunun arvadı Şahid4 qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul olunması ilə əlaqədar monoloqlarından ibarət olmuş, monoloqlarda sonuncunun müvafiq imtahan verəcəyi və tezliklə Kürdəmir rayonunda yerləşən hərbi hissədə kursa cəlb olunacağı, həmin kursun 10 (on) gün müddətinə davam edəcəyi, qeyd olunan işin müqabilində Zərərçəkmiş şəxs5 2800 (iki min səkkiz yüz) manat məbləğində pul alması barədə məlumatlar əks olunmuşdur. Məhkəmə-fonoskopik ekspertizasının 08 fevral 2024-cü il tarixli, 3/16-16/2-4/125- 4/131 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd CD formatlı diskdə olan fonoqramlardakı monoloq xarakterli danışıqların yazılı mətnlərində diktorların səsi və nitqi eyni bir şəxsə - Təqsirləndirilən şəxs məxsusdur. Sözügedən diskdə olan fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamışdır. Baxış keçirilməsi haqqında 15 dekabr N-cü il tarixli protokoldan və ona əlavələrdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, sonuncunun istifadəsində olmuş «Honor» markalı, «CRT-LX1» modelli mobil telefonun «Qalereya» bölməsində 27 noyabr N-cü il tarixdə, saat 12:23-də Xaçmaz rayonu, Bakı prospekti, «Nabran Market»də yerləşən «PashaPay» ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid ilk altı rəqəmi 416973, son dörd rəqəmi 5284 olan bank kartına göndərilmiş 1440 (bir min dörd yüz qırx) manat pulun, həmin gün saat 12:28-də qeyd olunan ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs eyni bank kartına göndərilmiş 10 (on) manat pulun qəbzlərinin, həmçinin, "xxxx" ASC-yə aid Zərərçəkmiş şəxs3 Novruz oğlunun **********461740 nömrəli bank kartının, «Mercedes Benz» markalı, «C230» modelli, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön və arxa tərəfdən fotoşəkilləri, habelə ***-***-**-** mobil danışıq nömrəsi ilə qeydiyyatdan keçdiyi «WA Business» mobil tətbiqində telefonunun yaddaşında «Hesen sim» adı ilə qeydə aldığı Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, «MANSUR X» adı ilə qeydə aldığı Zərərçəkmiş şəxs9 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, «ELTON» adı ilə qeydə aldığı Zərərçəkmiş şəxs8 istifadəsində olan ***- ***-**-** mobil danışıq nömrəsi, «MANSUR XACMAZ» adı ilə qeydə aldığı Şahid8 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi və «İsmayll» adı ilə qeydə aldığı şahid X1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən müvafiq olaraq Təqsirləndirilən şəxs zənglərinə cavab verməsi, «işlərinin həlli» müqabilində verdikləri pulu geri qaytarması, ondan polis orqanlarına şikayət edilməsi və s. barədə mesajlar gəlməsi aşkar edilmişdir. Baxış keçirilməsi haqqında 16 dekabr N-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə bir-birilərinə «WhatsApp» mobil tətbiqi vasitəsilə göndərilən skrin edilmiş (ekran görüntüsünün fotoşəkli) mesajların fotoşəkillərinin əks olunduğu 04 (dörd) ədəd «A-4» formatlı vərəqlərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında sonuncunun arvadı Şahid4 qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul olunması ilə əlaqədar söhbət aparılması, bununla əlaqədar Zərərçəkmiş şəxs5 «komandir» kimi müraciət etdiyi Təqsirləndirilən şəxs bank kartına 07 mart N-cü il tarixdə 1000 (bir min) manat pul göndərməsi, sonuncunun rütbəsinin «kapitan» olduğunu bildirməsi və sair barədə məlumatlar öz əksini tapmışdır. Baxış keçirilməsi haqqında 16 dekabr N-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 bir-birilərinə «WhatsApp» mobil tətbiqi vasitəsilə göndərdikləri skrin edilmiş (ekran görüntüsünün fotoşəkli) mesajların fotoşəkillərinin əks olunduğu 08 (səkkiz) ədəd «A-4» formatlı vərəqlərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında sonuncunun xidmət yerinin dəyişdirilməsi ilə bağlı söhbət aparılması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu və gizir Zərərçəkmiş şəxs2 aldatmasından narahatlıq keçirərək işlərinin həlli ilə bağlı real hərəkətlərin icra olunmaması, mayor Şahid1 işi həll edən şəxs tərəfindən deyil, məhz Təqsirləndirilən şəxs tərəfindən zəng edilməsi, işinin alınmaması təqdirdə sonuncuya verdiyi pulu geri qaytarmalı olması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xidmət yerinin dəyişdirilməsinə dair inandırıcı sözlər deməsi barədə məlumatlar öz əksini tapmışdır. Baxış keçirilməsi haqqında 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş, onun Təqsirləndirilən şəxs ilə «TikTok» sosial şəbəkədə aralarında aparılan yazışmaların skrin edilmiş (ekran görüntüsünün fotoşəkli) fotoşəkillərinin, sonuncunun "xxxx" ASC-yə aid bank kartına pul göndərməsinə dair qəbzin fotoşəklinin əks olunduğu 08 (səkkiz) ədəd «A-4» formatlı vərəqlərə və 01 (bir) ədəd qəbzin əslinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin yazışmalarda Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs peşəsinin aşpaz olduğunu və gəmidə aşpaz olaraq işləmək istəməsi, peşəsi üzrə 05 (beş) sertifikatı olması, sonuncunun da Zərərçəkmiş şəxs8 iş olması, həmin gün saat 11-də 17 (on yeddi) nəfər şəxsi aşpaz, texnik və matros kimi işə qəbul olunmasına köməklik edərək Türkiyə Respublikasına göndərməsi, sənədləri hazırdırsa onu da işləmək üçün göndərə biləcəyi, lakin bunun üçün təyarrə biletinin pulu da daxil olmaqla 2500 (iki min beş yüz) manat məbləğində ödəniş etməsi, daha sonra isə Təqsirləndirilən şəxs «WhatsApp» mobil tətbiqində Zərərçəkmiş şəxs8 danışıqlarını davam etdirmələrini təklif etməsi, bu zaman sonuncu istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsini Təqsirləndirilən şəxs, sonuncu isə ***-***-**-** mobil danışıq nömrəsini Zərərçəkmiş şəxs8 göndərməsi, 12 dekabr N-cü il tarixdə Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs «men biden cav ver tez ol» məzmunlu mesaj göndərməsinə dair məlumatlar əks olunmuşdur. Habelə pul göndərilməsinə dair 27199 nömrəli qəbzin fotoşəklinin kserosurətindən görünür ki, «Mpay» elektron ödəmə sisteminin ünvan 1 ünvanındakı «ARAZ Market»də yerləşən 4022 nömrəli terminalından 17 noyabr N-cü il tarixdə, saat 13:06-da Təqsirləndirilən şəxs ilk altı rəqəmi 416973, son dörd rəqəmi 5284 olan "xxxx" ASC-yə aid bank kartına 50 (əlli) manat və16960 nömrəli qəbzə əsasən isə «Mpay» elektron ödəmə sisteminin həmin terminalından 04 dekabr N-cü il tarixdə, saat 18:35-dəTəqsirləndirilən şəxs eyni bank kartına 50 (əlli) manat məbləğlərində pul köçürülmüşdür. Baxış keçirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə bir-birilərinə «WhatsApp» mobil tətbiqi vasitəsilə göndərilən skrin edilmiş (ekran görüntüsünün fotoşəkli) mesajların fotoşəkillərinin əks olunduğu 18 (on səkkiz) ədəd «A-4» formatlı vərəqlərə və sonuncunun "xxxx" ASC-yə aid bank kartına pul göndərməsinə dair 02 (iki) ədəd qəbzin əslinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 **********965284 nömrəli plastik bank kartının fotoşəklini, sonra isə sonuncunun Təqsirləndirilən şəxs həmin bank kartına 26 noyabr N-cü il tarixdə, saat 15:09-da 50 (əlli) manat məbləğində pul göndərməsinə dair elektron qəbzin fotoşəklini göndərməsi, Təqsirləndirilən şəxs küləkli hava şəraiti ilə əlaqədar gəminin Türkiyə Respublikasına gec gəlməsi, həmin vaxtadək 24 (iyirmi dörd) nəfər şəxsi işləmək üçün Türkiyə Respublikasına göndərməsi, Zərərçəkmiş şəxs9 artıq təyyarə biletinin hazır olması, sonuncunun 12 dekabr N-cü il tarixdən 13 dekabr N-cü il tarixə keçən gecə saat 01-də hava limanında olması, İstanbul şəhərinə gedəcəyi, uçuşun «Buta» aviareysi ilə həyata keçiriləcəyi, işləyəcəyi şirkətin adının «Lider» olması, lakin gəminin adını bilməməsi barədə məlumatlar əks olunmuş, habelə pul göndərilməsinə dair qəbzlərə əsasən, «PashaPay» elektron ödəmə sisteminin Xaçmaz rayonu, Bakı prospekti, Nabran marketdə yerləşən 51127 nömrəli terminalından 27 noyabr N-cü il tarixdə, saat 13:23-də Təqsirləndirilən şəxs məxsus, ilk altı rəqəmi 416973 və son dörd rəqəmi 5284 olan "xxxx" ASC-yə aid bank kartına 1440 (bir min dörd yüz qırx) manat, həmin gün saat 13:28-də isə 10 (on) manat məbləğlərində pul köçürülmüşdür. Baxış keçirilməsi haqqında 29 dekabr N-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil danışıq nömrələri, Şahid2 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Şahid3 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil danışıq nömrələri arasında uzun və qısamüddətli çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Şahid2 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil danışıq nömrəsi ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil danışıq nömrələri, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil danışıq nömrələri, Şahid4 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, şahid Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Şahid1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi, Şahid3 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil danışıq nömrələri, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsi arasında uzun və qısamüddətli çoxsaylı danışıqların aparılması, habelə Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə onun hansı səbbədən gizir hazırlığı kursuna çağırılmaması, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***- ***-**-** mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə «işin həlli» üçün verilən pulun geri qaytarılması məzmununda mesajlar göndərilməsi müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-in 15 yanvar 2024-cü il tarixli, HTİD-OUT-00181-2024 №-li məktubu ilə göndərilmiş 01 (bir) ədəd CD, "xxxx" ASC-in 30 yanvar 2024-cü il tarixli, 2024/111/2630 №-li məktubu ilə göndərilmiş 01 (bir) ədəd CD və həmin tarixli 2024/111/2631 №-li məktubu ilə göndərilmiş 01 (bir) ədəd CD formatlı disklərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs5 ilk altı rəqəmi 409858, son dörd rəqəmi 0108 olan bank kartından Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid ilk altı rəqəmi 409858, son dörd rəqəmi 6387 olan bank kartına 07 mart N-cü il tarixdə 1000 (bir min) manat məbləğində, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid ilk altı rəqəmi 524375, son dörd rəqəmi 2099 olan bank kartına 28 mart N-cü il tarixdə 1010 (bir min on) manat məbləğində, Təqsirləndirilən şəxs ilk altı rəqəmi 416973, son dörd rəqəmi 6118 olan "xxxx" ASC-yə aid bank kartına 07 aprel N-cü il tarixdə 200 (iki yüz) manat, 12 aprel N-cü il tarixdə 50 (əlli) manat, 19 aprel N-cü il tarixdə 150 (bir yüz əlli) manat, 20 aprel N-cü il tarixdə 30 (otuz) manat, 04 may N-cü il tarixdə 50 (əlli) manat, 08 may N-cü il tarixdə 50 (əlli) manat və 11 may N-cü il tarixdə 50 (əlli) manat məbləğlərində pul köçürülmüş, o cümlədən, Zərərçəkmiş şəxs5 qeyd olunan kartına 28 mart N-cü il tarixdə «AzərTürkBank» mobil tətbiqi vasitəsi ilə 1470 (bir min dörd yüz yetmiş) manat məbləğində pul köçürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid ilk altı rəqəmi 416973, son dörd rəqəmi 6118 olan bank kartına 24 avqust N-cü il tarixdə "xxxx" ASC-yə aid «İBA» mobil tətbiqi vasitəsilə 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul köçürülmüşdür. O cümlədən, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid ilk altı rəqəmi 416973, son dörd rəqəmi 5284 olan bank kartına 14 noyabr N-cü il tarixdə 200 (iki yüz) manat, 17 noyabr N-cü il tarixdə 50 (əlli) manat, 26 noyabr N-cü il tarixdə 50 (əlli) manat, 27 noyabr N-cü il tarixdə 1440 (bir min dörd yüz qırx) manat, həmin tarixdə 10 (on) manat, 29 noyabr N-cü il tarixdə 50 (əlli) manat və 04 dekabr N-cü il tarixdə 50 (əlli) manat məbləğlərində pul köçürülmüş, habelə həmin kartdan 28 noyabr N-cü il tarixə Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə aid **********461740 nömrəli kartına 500 (beş yüz) manat məbləğində pul köçürülmüşdür. "xxxx" ASC-yə aid Zərərçəkmiş şəxs3 **********461740 №-li əmək haqqı kartından çıxarışdan görünür ki, onun həmin kartına ödəniş terminalı vasitəsilə 24 avqust N-cü il tarixdə 1000 (bir min) manat məbləğində pul köçürülmüş, ardınca isə həmin gün qeyd olunan kartdan digər karta 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul köçürülmüş, habelə 18 sentyabr N-cü il tarixdə əmək haqqısı kartına köçürülmüş, 19 sentyabr N-cü il tarixdə isə qeyd olunan kartdan digər karta 500 (beş yüz) manat məbləğində pul köçürülmüş, 28 noyabr N-cü il tarixdə isə onun həmin kartına 500 (beş yüz) manat məbləğində pul köçürülmüşdür. "xxxx" ASC-yə aid Şahid3 ilk dörd rəqəmi 4127, son dörd rəqəmi 6150 olan bank kartından çıxarışdan görünür ki, onun həmin kartına 19 sentyabr N-cü il tarixdə 500 (beş yüz) manat məbləğində pul köçürülmüş, habelə həmin gün qeyd olunan kartdan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinin balansına 30 (otuz) manat pul köçürülmüşdür. 28 aprel N-cü il tarixli kredit (borc) müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən həmin tarixdə Bakı şəhəri 31 saylı notariat məntəqəsində Təqsirləndirilən şəxs 7200 (yeddi min iki yüz) manat məbləğində pul verilmişdir. 23 yanvar N-cü il tarixli, BPM**********58 №-li kredit müqaviləsi və ona əlavələrin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə "xxxx" ASC-in Xırdalan filialından 9500 (doqquz min beş yüz) manat məbləğində pul krediti götürmüşdür. 19 may N-cü il tarixli kredit (borc) müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən həmin tarixdə Bakı şəhəri 31 saylı notariat məntəqəsində Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat məbləğində pul verilmişdir. 23 may N-cü il tarixli, F7_791/K-23 №-li kredit müqaviləsi və ona əlavələrin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən həmin tarixdə "xxxx" ASC-in Neftçilər filialından 10000 (on min) manat məbləğində pul krediti götürülmüşdür. 24 may N-cü il tarixli kredit (borc) müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən həmin tarixdə 06 saylı Bakı «Asan Xidmət Mərkəzi»nin notariat məntəqəsində Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pul verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsindən göndərilmiş 29 dekabr N-cü il tarixli, 3-13-16/2-183234/23 №-li məktubdan və ona əlavədən görünür ki, 01 may N-cü il tarixdə «Mercedes Benz» markalı, «C230» modelli, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında Şahid6 mülkiyyətinə keçirilmişdir. «Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında» ƏN-VİN 456621 №-li etibarnamədən görünür ki, Şahid6 mülkiyyətində olan 1998-ci il istehsallı, «Mercedes Benz» markalı, «C230» modelli, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün Bakı şəhəri 18 saylı notariat məntəqəsində 01 may N-cü il tarixdən 02 (iki) illik müddətə, yəni 01 may 2025-ci il tarixədək Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs BA043461 seriya və nömrəli sürücülük vəsiqəsi üzrə Zərərçəkmiş şəxs7 tərəfindən 16 avqust N-cü il tarixdə EQ15651032 nömrəli cərimə protokoluna görə 10 (on) manat, İXP5487576 nömrəli cərimə protokoluna görə 48 (qırx səkkiz) manat, EQ15183390 nömrəli cərimə protokoluna görə 10.80 (on manat səksən qəpik) manat, EQ15555869 nömrəli cərimə protokoluna görə 50 (əlli) manat, İXP5486266 nömrəli cərimə protokoluna görə 48.40 (qırx səkkiz manat qırx qəpik), EQ15134065 nömrəli cərimə protokoluna görə 11 (on bir) manat və EQ15053730 nömrəli cərimə protokoluna görə 68.40 (altmış səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 07 (yeddi) protokol üzrə 246.60 (iki yüz qırx altı manat altmış qəpik) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2024-cü il tarixli, 9/514 №-li rəyindən görünür ki, 1998-ci il buraxılışlı, ban nömrəsi WDB2020241F677208, texniki pasport nömrəsi **********7486 saz vəziyyətdə olan **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı «Mercedes Benz» markalı, «C230» minik modelli avtomobilin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq N-cü ilin may-avqust aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 11000 (on bir min) manat təşkil etmişdir. Lakin qeyd olunan avtomobili Təqsirləndirilən şəxs 2446.60 (iki min dörd qırx altı manat altmış qəpik) manat məbləğində pula Zərərçəkmiş şəxs7 satmışdır. "xxxx" ASC-yə aid Zərərçəkmiş şəxs9 məxsus ilk altı rəqəmi 540269 son dörd rəqəmi 6501 olan əmək haqqı kartından çıxarışdan görünür ki, 26 noyabr N-cü il tarixdə "xxxx" tətbiqi vasitəsilə digər karta 50 (əlli) manat məbləğində pul köçürülmüşdür. "xxxx" ASC-yə aid Zərərçəkmiş şəxs9 məxsus ilk altı rəqəmi 523915, son dörd rəqəmi 9494 olan «MC Bir Bank CashBack» kartından çıxarışdan görünür ki, 27 noyabr Ncü il tarixdə həmin kartdan 2000 (iki min) manat məbləğində pul kreditlə məxaric edilmişdir. 14-cü radiolokasiya qovşağının rəisi tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 13 sentyabr N-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işi materiallarıa əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin 20 aprel 2024-cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 13 sentyabr N-cü il tarixli hökmü üzrə təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzasından heç bir ödəniş edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 məhkəməyə təqdim etdikləri 18 aprel 2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan ödənilməmiş, təqsirləndirilən şəxsə qarşı şikayətçidirlər. Cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 24 aprel 2024-cü il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilməmiş, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarındakı məlumatlara əsasən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan 500 manat Zərərçəkmiş şəxs3 ödənilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi 24 aprel 2024-cü il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 23 may 2024-cü il tarixli ərizəyə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsüf edilmişdir və o, həmin maddələr ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün saymır. Ona görə də, ona təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Hazırki işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs onun barəsində Tərtər Hərbi Məhkəməsi tərəfindən 13 sentyabr N-cü il tarixdə hökm çıxarıldıqdan sonra Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Təqsirləndirilən şəxs həmin maddələr ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə tamamilə birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Çünki, CM-nin 67.1-ci və digər madələrinin (məsələn, CM-nin 71.4 və 71.5-ci maddələri) tələbinə və mənasına görə, şəxsə hökmlərin məcmusu üzrə qəti cəza o halda təyin edilir ki, həmin şəxsin onun barəsində hər hansı cinayətin və ya cinayətlərin törədilməsinə görə təqsirli biliniməsi haqqında hökm çıxarıldıqdan sonra onun başqa cinayət (cinayətlər) törətməsi də müəyyən edilmiş olsun. Məhkəmənin hazırki iş üzrə Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, həmin Qərarın 17-ci bəndinə görə başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). ”Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 38-ci bəndində göstərilmişdir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərşəkmiş şəxs cinayət təqibi mərhələsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 179-183-cü maddəllərinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək maddi ziyana görə 10.000 (on min) manat , mülki iddia üçün ödənilən 120 manat dövlət rusumunun və iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 50 manat xidmət haqqının onlara qaytarılmasını xahiş etmişlər. Məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin olunmalı, 10.000 (on min) manat məbləğində pul, mülki iddia üçün ödənilən 120 manat dövlət rusumu və iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 50 manat xidmət haqqı Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs6 ödənilməlidir.Çünki müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilən pul Zərərçəkmiş şəxs6 məxsus olmuşdur. Zərərçəkmiş şəxs1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs verilən pulun ona aid olması barədə sübut təqdim etməmiş, məhkəmədə də bu hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7, Zərərçəkmiş şəxs7, X5 və Zərərçəkmiş şəxs9 vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə maddi sübut:- Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 (bir) ədəd «Honor» markalı, «CRT-LX1» modelli smartfon tipli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalı, səs yazılarının əks olunduğu 01 (bir) ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan məhkəmə xərci 200 (iki yüz ) manat təqdsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “A.İ.M.”Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “A.İ.M.” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan, Lənkəran rayonunun Cil kəndində yerləşən 0,08 ha həyətyanı (dəyəri 4800 manat) və 0,55 ha kənd təsərrüfatı (dəyəri 5500 manat) təyinatlı torpaq sahələrinin üzərinə Bakı Hərbi Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qoyularaq həmin qərar icraya yönəldilmişdir. Məhkəmə gələcəkdə dəymiş ziyanla bağlı həyata keçiriləcək icra tədbirlərini nəzərə alaraq həmin əmlakların üzərindən həbsin götürülməsini lazım bilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 13 sentyabr N-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 4000 (dörd min) manat məbləğində cərimə cəzası bu hökmlə təyin olunan 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 dekabr N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Cavabdeh-Təqsirləndirilən şəxs maddi ziyana görə 10.000 (on min) manat, dövlət rüsumu kimi 120 manat və iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş xidmət haqqı kimi 50 manat, cəmi 10170 (on min yüz yetmiş) manat pul tutularaq Zərərçəkmiş şəxs6 ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7, Zərərçəkmiş şəxs7, X5 və Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə maddi sübut:- Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 (bir) ədəd «Honor» markalı, «CRT-LX1» modelli smartfon tipli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qayrarılsın, səs yazılarının əks olunduğu 01 (bir) ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədiqatının keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “A.İ.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “A.İ.M.” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən) Əliyev Fikrət
Məhkəmə qərarları › İş №1-1(093)-97/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-97/2024
10.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver