Məhkəmə qərarları › İş №1-1(3-6)-10/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-6)-10/2026

24.08.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(3-6)-10/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X18, məhkum edilmiş təqsirləndirilən şəxs3, müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1, məhkum edilmiş təqsirləndirilən şəxs4, müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi2, məhkum edilmiş təqsirləndirilən şəxs1, müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi4 iştirakları ilə, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum olunmuş təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi3, məhkum olunmuş təqsirləndirilən şəxs4 müdafiəçisi müdafiəçi5, məhkum olunmuş təqsirləndirilən şəxs1, müdafiəçisi müdafiəçi7 Babalı oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və məhkum edilmiş təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (hakimlər Məmmədov Bilal Mahir oğlunun sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə) ## ###### 1975-ci il tarixdə Masallı rayonunun Musaküçə kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, fərdi qaydada avtomobil təmiri ustası işləmiş, Masallı rayonunun Musaküçə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, təqsirləndirilən şəxs4 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ## ###### 2001-ci il tarixdə Masallı rayonunun Bala Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Masallı rayonunun Bala Təklə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ## #### 1995-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəmkir rayonunun Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ## ###### 2000-ci il tarixdə Lerik rayonunun Noda kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Müdafiə Nazirliyinin Bakı şəhəri Suraxanı rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində xidmət etmiş, Lerik rayonunun Noda kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanasında ünvansız evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və xüsusi müsadirə məsələləri həll edilmişdir. Işin halları: Məhkəmənin müəyyən etdiyinə əsasən, təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmü ilə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2015-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza 08 (səkkiz) il 06 (altı) aya endirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, lakin məhkumluğu götürülməmiş və ödənilməmiş, yenidən 2023-cü ilin dekabr ayında Iran Islam Respublikasının xüsusi xidmət orqanının nümayəndələri Keyvan Banıshahar və özünü ona Heydər kimi təqdim etmiş Saeid Rostamkhanı ilə sövdələşib maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilərək, 2024-cü ilin sentyabr ayının ortalarından həmin ilin dekabr ayının 20-dək olan müddət ərzində sonuncunun tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verilən tapşırıqların icrası üçün istifadə etmək məqsədilə ona verilmiş «Nikon» markalı fotokamera vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Gəncə və Yevlax şəhərləri, Xızı, Salyan və digər rayonların ərazisində yerləşən müxtəlif hərbi hissələrin, həmin hərbi hissələrə məxsus zenit-raket komplekslərinin, aviasiya vasitələrinin yerləşmə məntəqələrinin foto və video çəkilişlərini edərək, onların sayları və digər dövlət sirri təşkil edən məlumatları toplayıb müxtəlif vaxtlarda istifadəsində olmuş «Redmi A2+» markalı mobil telefon və «HP» markalı notbukdan istifadə etməklə «Whatsapp» və «Telegram» sosial şəbəkə tətbiqləri vasitəsilə qəsdən tamah niyyəti ilə ötürmüş, bununla da xarici xüsusi xidmət orqanlarının gizli tapşırıqlarını icra edib onlara kömək etməklə və dövlət sirrini xarici dövlətə verməklə casusluq formasında dövlətə xəyanət etmişdir. təqsirləndirilən şəxs3 2024-cü ilin avqust ayında Iran Islam Respublikasında yaradılmış qanunsuz silahlı birləşmənin üzvü və həmin ölkənin xüsusi xidmət orqanlarının maraqları istiqamətində və tapşırıqlarına uyğun olaraq Azərbaycan Respublikasındakı əlaqələrinin imkanlarından istifadə edərək Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq, habelə aktiv terror-təxribat fəaliyyəti həyata keçirməyə cəhd edən, əvvəllər məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.3, 214.2.6 və 283.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində axtarış elan edilmiş X15 ilə sövdələşib sonuncu vasitəsi ilə özünü Həmzə kimi təqdim etmiş Iran Islam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsi Saeid Rostamkhanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilməklə ona «Mustafa» təxəllüsü verilmiş, Saeid Rostamkhanı və həmin xüsusi xidmət orqanının özünü Heydər kimi təqdim etmiş digər nümayəndəsi Saeed Mohammadzadeh tərəfindən onlarla əməkdaşlığın forma və metodları, o cümlədən görüşlər, əlaqələr, məlumatların xüsusi proqram təminatları vasitəsilə ötürülməsi və sair barədə təlimatlandırılmış, 2024cü ilin dekabr ayınadək olan müddət ərzində həmin xüsusi xidmət orqanı tərəfindən «Hüseyn» təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilərək onunla əlaqələndirilmiş digər Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Saeid Rostamkhanı və Saeed Mohammadzadehin fəaliyyətinin gizliliyini təmin etmək üçün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mövcud dövlətlərarası münasibətlərə ziyan vurmaq məqsədilə onlara verilmiş «Nikon» markalı fotokamera vasitəsilə Türkiyənin Adana şəhərindəki «Incirlik» adlanan ərazidə yerləşən müxtəlif hərbi obyektlərin məntəqələrinin foto və video çəkilişlərini edərək, onlar barədə və digər məlumatları toplayıb müxtəlif vaxtlarda istifadələrində olmuş «Lenovo» markalı notbukdan istifadə etməklə «Telegram» və «Zangi» sosial şəbəkə tətbiqləri vasitəsilə qəsdən tamah niyyəti ilə ötürmüş, bununla da xarici xüsusi xidmət orqanlarının gizli tapşırıqlarını icra edib onlara kömək etməklə casusluq formasında dövlətə xəyanət etmişdir. təqsirləndirilən şəxs2 2024-cü ilin avqust ayında Iran Islam Respublikasında yaradılmış qanunsuz silahlı birləşmənin üzvü və həmin ölkənin xüsusi xidmət orqanlarının maraqları istiqamətində və tapşırıqlarına uyğun olaraq Azərbaycan Respublikasındakı əlaqələrinin imkanlarından istifadə edərək ölkəmizə qarşı kəşfiyyat-pozuculuq, habelə aktiv terror-təxribat fəaliyyəti həyata keçirməyə cəhd edən, əvvəllər məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.3, 214.2.6 və 283.2.1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində axtarış elan edilmiş X15 ilə sövdələşib sonuncu vasitəsi ilə özünü Həmzə kimi təqdim etmiş Iran Islam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsi Saeid Rostamkhanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilməklə ona «Hüseyn» təxəllüsü verilmiş, Saeid Rostamkhanı və həmin xüsusi xidmət orqanının özünü Heydər kimi təqdim etmiş digər nümayəndəsi Saeed Mohammadzadeh tərəfindən onlarla əməkdaşlığın forma və metodları, o cümlədən görüşlər, əlaqə, məlumatların xüsusi proqram təminatları vasitəsilə ötürülməsi və sair barədə təlimatlandırılmış, 2024-cü ilin dekabr ayınadək olan müddət ərzində həmin xüsusi xidmət orqanı tərəfindən «Mustafa» təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilərək onunla əlaqələndirilmiş digər Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Saeid Rostamkhanı və Saeed Mohammadzadehin fəaliyyətinin gizliliyini təmin etmək üçün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası, X37, eləcə də Israil dövləti arasında mövcud dövlətlərarası münasibətlərə ziyan vurmaq məqsədilə onlara Iran Islam Respublikasının xüsusi xidmət orqanının özünü Heydər adı ilə təqdim etmiş digər nümayəndəsi Keyvan Banıshahar tərəfindən Istanbul şəhərində verilmiş «Nikon» markalı fotokamera vasitəsilə Türkiyənin Adana şəhərindəki «Incirlik» adlanan ərazidə yerləşən müxtəlif hərbi obyektlərin məntəqələrinin foto və video çəkilişlərini edərək, onlar barədə və digər məlumatları toplayıb müxtəlif vaxtlarda istifadələrində olmuş «Lenovo» markalı notbukdan istifadə etməklə, həmin fotokamera vasitəsilə X37 Akaba şəhərində yerləşən müxtəlif hərbi obyektlər, eləcə də həmin şəhərdən görünən Israil dövlətinin Eylat şəhərində yerləşən hərbi və digər obyektlərin foto və video çəkilişlərini edərək, onlar barədə və digər məlumatları toplayıb müxtəlif vaxtlarda istifadələrində olmuş «Asus» markalı notbukdan istifadə etməklə «Telegram» və «Zangi» sosial şəbəkə tətbiqləri vasitəsilə qəsdən tamah niyyəti ilə ötürmüş, bununla da xarici xüsusi xidmət orqanlarının gizli tapşırıqlarını icra edib onlara kömək etməklə casusluq formasında dövlətə xəyanət etmişdir. təqsirləndirilən şəxs1 2021-ci ilin yaz aylarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri Suraxanı rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində xidmət edərkən Iran Islam Respublikasında yaradılmış qanunsuz silahlı birləşmənin üzvü və həmin ölkənin xüsusi xidmət orqanlarının maraqları istiqamətində və tapşırıqlarına uyğun olaraq Azərbaycan Respublikasındakı əlaqələrinin imkanlarından istifadə edərək Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq, habelə aktiv terror-təxribat fəaliyyəti həyata keçirməyə cəhd edən, əvvəllər məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.3, 214.2.6 və 283.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində axtarış elan edilmiş X15 ilə maddi maraq müqabilində sövdələşib sonuncu vasitəsi ilə özünü Həmzə adı ilə təqdim etmiş Iran Islam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsi Saeid Rostamkhanı tərəfindən həmin xüsusi xidmət orqanının xeyrinə məxfi əməkdaşlığa cəlb edilərək, 2021-ci ilin sonlarından 2024-cü ilin sonlarınadək olan müddət ərzində həmin ölkənin xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verilmiş tapşırıqların icrası qaydasında xidmət etdiyi «N» saylı hərbi hissənin məkan məlumatlarını, eləcə də həmin hərbi hissədə mövcud olan pilotsuz uçuş aparatları və digər hərbi təyinatlı texnikaların xüsusiyyətlərinə dair məlumatları toplayıb müxtəlif vaxtlarda mobil telefondan istifadə etməklə «Telegram» və «Zangi» sosial şəbəkə tətbiqləri vasitəsilə qəsdən tamah niyyəti ilə ötürmüş, bununla da xarici xüsusi xidmət orqanlarının gizli tapşırıqlarını icra edib onlara kömək etməklə və dövlət sirrini xarici dövlətə verməklə casusluq formasında dövlətə xəyanət etmişdir. Apellyasiya şikayətlərinin və əlavənin dəlilləri: Həmin hökmdən məhkum olunmuş təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs3 heç bir qanun pozmamışdır. Dövlətə qarşı hər hansı hərəkət etməmişdir. O, başqa dövlətin ərazisində yerləşən ABŞ-a məxsus bazanın şəklini çəkib Iran vətəndaşına göndərib. Hazırda Iran və ABŞ-la müharibə gedir. Bunun ölkəyə aidiyyəti yoxdur. Ittiham əsassızdır. Həmin hökmdən məhkum olunmuş təqsirləndirilən şəxs4 müdafiəçisi müdafiəçi5 apellyasiya şikayətinə verərək, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs Qəbnərov Ilkin Bəyəli oğlunun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284-1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsinə dair yeni hökmün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsiləndirilən şəxs illər boyu ticarətlə məşğul olubdur. Daha sonra narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün o, 9 (doqquz) il 6 (altı) ay müddət azadlıqdan məhrm olunmuş, amnistiyaya qərarına əsasən isə vaxtından əvvəl cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə Iran Islam Respublikasına getmiş, 2-3 il orada meyvə, daha sonra isə taxta satışı ticarətilə məşğul olmuşdur. Məhz bu ticarət əlaqələrinin genişləndirilməsi üçün o, Keyvan ilə tanış olmuşdur. Lakin qurduqları ticarət işi alınmadığı üçün, təqsirləndirilən şəxs Iran Islam Respublikasından Azərbaycan Respublikasına geri dönməyə qərar vermişdir. Ölkəyə qayıtmağa 3 gün qalmış 2023-cü ilin dekabr ayında o, Heydər adlı şəxslə tanış olur və Azərbaycana qayıdır. Azərbaycana gəldikdə isə 2024-cü ilin sentyabr ayınadək avto təmir işi məşğul olur. 2024-ci ilin sonunda Heydər adlı şəxs ona whatsapp tətbiqi ilə yazır və Azərbacanda yerləşən müxtəlif yerlərin şəkillərin pul müqabilində çəkməyə tapşırır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 maddi vəziyyətinin yaxşılaşdırılması üçün, hansı tapşırığın yerinə yetirəcəyinin fərqinə varmadan razılaşır. O, şəkilləri olduqca uzaq məsafədən, aydın olmayan şəkildə çəkir. Cinayət işinin materiallarında isə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 niyyəti, yəni Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə heç subuta yetirilməyb. Qeyd edir ki, dövlətə xəyənət etmək istəyən şəxs dövlət qarşı nifrət hissi ilə yaşamalıdır, müyyən çağırışlar etməlidir, sosal şəbəkələrdə aktiv şüarlarla çıxış etməlidir, cəmiyyət içində bu fikirləri yaymalıdır. Iş üzrə şahid qismində çağırılan şəxslərin heç biri belə bir fikirlərin və yya çıxışların olmasını eşitmədikərini qeyd edimişlər və bildirmişdirlər ki, o, ümumiyyətlə vətənə qarşı xəyanət edəcək şəxslərdən deyildir. Ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dəvət olunan şəxslərin heç biri iş ürzə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbər vermədi. Heç bir şahid aydın şəkildə deyə bilmədi ki, təqsiləndirilən şəxs vətənə xəyanət etmək niyyəti ilə Heydər və Keyvan adlı şəxslərə şəkillər göndərib, vətənə xəyanət etmək istəyib. Şahidlər yalnız onların bank kartlarına müəyyən pul məbləğlərinin gəlməsini təsdiq etdilər. Amma həmin pulların kim tərəfindən və nə hansı iş üçün göndərilməsi ilə bağlı məlumatsız olduqlarını söylədilər. Məhkəmənin hökmündə qeyd edilmişdir ki, iş üzrə keçirilmiş çoxsaylı istintaq hərəkətləri ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən xarici xüsusi xidmət orqanlarının gizli tapşırıqlarını icra edib onlara kömək etməklə və dövlət sirrini xarici dövlətə verməklə casusluq formasında dövlətə xəyanət etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Dövlət sirri haqqında qanun 1.0.1 -ci maddəsinə əsasən, dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. təqsirləndirilən şəxs4 nə hərbiçi olub, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətində iştirak edib, nə də ki, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlara çıxışı olub. Bu o deməkdir ki, təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinin dispozisiyasında qeyd edilən cinayəti törədə bilməzdi. Dövlət sirri anlayışı açıqlanmadan əvvəl, həmin məlumatın dövlət sirri olduğunu bilmək lazımdır. Bu məlumatlara çıxış (icazə) iş fəaliyyəti və ya xidmət vəzifələrinin icrası ilə əlaqədar verilə bilər. Bu halda məlumatı xarici dövlətə ötürən şəxs həmin informasiyanın dövlət sirri olduğunu aydın və dəqiq şəkildə anlayır. Onu ümumi istifadədə olan məlumatla səhv salmaq demək olar ki, mümkün deyil: məxfi sənədlər yalnız imza qarşılığında təqdim edilir və onların üzərində məxfilik qrifləri olur. Məsələn, "xüsusi əhəmiyyətli” qrifi yayılması bütövlükdə dövlətin maraqlarına zərər vura biləcək məlumatlara verilir; "tam məxfi” qrifi isə açıqlanması müvafiq dövlət orqanının və ya iqtisadiyyatın müəyyən sahəsinin maraqlarına zərər yetirə biləcək məlumatlara şamil olunur. "Məxfi” qrifi dövlət sirrinə aid digər bütün məlumatlara verilir ki, onların açıqlanması hərbi, xarici siyasət, iqtisadi, elmi-texniki, kəşfiyyat, əkskəşfiyyat və ya əməliyyat-axtarış fəaliyyəti sahəsində müəssisənin, idarənin və ya təşkilatın maraqlarına zərər vura bilər. Dövlətə xəyanət qəsdən törədilən cinayətdir. Belə əməlləri ehtiyatsızlıqdan törətmək mümkün deyil. Bu o deməkdir ki, dövlətə xəyanət edən şəxs öz hərəkətlərinin mahiyyətini tam şəkildə dərk edir. O, həmçinin anlayır ki, onun hərəkətləri dövlətin təhlükəsizliyinə qarşı yönəlib və istənilən formada zərər vurur. Lakin təqsirləndirilən şəxs4 həmin şəkilləri göndərərkən, bunun xüsusi ağır cinayət olmasını bilmirdi və anlamırdı. O, sadəcə, pul qazanmaq üçün, bir neçə aydın olmayan fotoşəkilləri Heydər adlı şəxsə göndərdiyini düşünürdü. Dövlətə xəyanət hallarında cinayət məsuliyyəti aşağıdakılara görə müəyyən edilir: 1. məlumatın xarici dövlətə, beynəlxalq və ya xarici təşkilata ötürülməsi faktı. 2. həmin məlumatın dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə istifadə olunması imkanının mövcudluğu. Ekspertizaların və mütəxəssis rəylərinin öyrənilməsi ibtidai istintaq mərhələsində təyin edilməli idi və mütəxəssislər tərəfindən məlumatların dövlət sirrinə aid olubolmaması barədə rəy verilməli idi. O da ki, cinayət işinin materiallarında yoxdur. Bundan əlavə, cinayət işinin materiallarında qeyd edilir ki, Keyvan Banıshahar və Heydər kimi təqdim etmiş X16 Islam Respublikasının xüsusi xidmət orqanının nümayəndələridir. Məlumatın alıcısının statusuna dair sübutların yoxlanılması vacibdir — yəni həmin şəxsin həqiqətən xarici dövlətin, beynəlxalq və ya xarici təşkilatın nümayəndəsi olub-olmadığı müəyyən edilməlidir. Lakin buna dair hər hansı yoxlamanın aparılması cinayət işinin materialarına əlavə edilməmişdir. Məlumatı alan şəxsin xarici dövlət orqanları ilə bağlılığını sübut etmək ittiham tərəfinin vəzifəsidir və bu hal müvafiq, mötəbər və yol verilən sübutlarla təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən tam sübuta yetirilir ki, Qəbnərov Ilkin Bəyəli oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinin dispozisiyasında qeyd edilən cinayət əməli deyil, məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284-1-ci maddəsinin dispozisiyasında qeyd edilən cinayət əməlini törətmişdi, yəni Dövlət sirri təşkil edən məlumatların, məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə qanunsuz əldə edilməsi, dövlətə xəyanət və ya casusluq əlamətləri olmadıqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbacan Respublikasının Cinayət Prosessual Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar ittihamın düzgün həlli üçün əhəmiyyət kəsb edən halları müəyyən etməlidir. Həmin hökmdən məhkum olunmuş təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini və hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində heç bir cinayət tərkibli əməlinin olmamasına baxmayaraq təqsirsiz olduğunu sübut edən heç bir vəsatəti təmin olunmamışdır. Həmin hökmdən məhkum olunmuş təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 Babalı oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və məhkum olunmuş təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində xidmət etməmiş, ümumiyyətlə Suraxanı rayonundakı hərbi hissədə hərbi xidmət yoxdur, o, əvvəl Kürdaxanı kəndində, sonra isə Şuşada hərbi xidmətdə olmuşdur. təqsirləndirilən şəxs1 ifadələrində bildirmişdir ki, o, xidmət etdiyi hərbi hissədə baş atıcı vəzifəsində xidmət etmiş, daxili qarnizon qarovulu aparmış, məxfi məlumatlara heç bir buraxılışı olmamış, hərbi hissə ərazisinə smart telefonla buraxılış olmamış və heç vaxt o, hərbi hissəyə smart telefonla girməmiş, heç bir hərbi texnikanın şəkillərini çəkməmiş, kiməsə göndərməmişdir. Istintaq orqanı tərəfindən yuxarıda təqsirləndirilən şəxs1 güya hərbi texnika çəkilişi aparması ilə əlaqədar heç bir sübut yoxdur və cinayət işinin materlallarında bu barədə heç bir sənəd yoxdur. təqsirləndirilən şəxs1 vermiş olduğu ifadlərində göstərmişdir ki, o, anası xəstə olduğuna görə bu barədə Vüsalla danışarkən Vüsal ona maddi yardım göstərmək üçün 500 manat vermişdir. Bunun müqabilində təqsirləndirilən şəxs1 heç bir sir təşkil edən məlumatı “kriti Vüsal”a gösərtməmiş, o, da bunu istəməmişdir. Iş üzrə şahid kimi dindirilmiş şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ildə təqsirləndirilən şəxs1 ondan ona məxsus bank kartını istəmiş, ona görə ki, Vüsalın banklara borcu olduğundan ona gələn pullar silinir. Ona görə də şahid8 təqsirləndirilən şəxs1 bank kartını vermişdir. Bakı Hərbi Məhkəməsi hökmdə göstərmişdir ki, guya təqsirləndirilən şəxs1 Israil Dövlətinin istehsalı pilotsuz uçuş aparatı və digər texnikalara dair sənədləri çəkmişdir, lakin bu faktı təsdiq edən hər hansı bir sübut cinayət işinin materallarında yoxdur. təqsirləndirilən şəxs1 da ifadələrində göstərmişdir ki, onun hər hansı bir döyüş texnikasına sənədlərinə buraxılışı olmamış və belə bir əməli törətməmişdir. Bakı Hərbi Məhkəməsi ancaq təqsirləndirilən şəxs1 tərəfindən ilkin istintaq vaxtı verdiyi ifadələrə istinad edir, təqsirləndirilən şəxs həmin ifadələri DTX əməkdaşları tərəfindən ona psixoloji təzyiq nəticəsində verdiyini göstərmiş və həmin ifadələrin həqiqətə uyğun olmadığını bildirmişdir. Bundan əlavə bildirmək istəyir ki, ## ### 2025-ci il tarixdə təqsirləndirilən şəxs1 11:05-dən 12:00-a qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Idarəsində dindirilərkən vəkili X19 dindirmədə iştirak etməmiş, istintaqın axırında ibtidai istintaqı aparan orqan dindirmə protokolunun surətini təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1a təqdim etsə də, həmin sənəddə vəkilin imzası yoxdur. Məhkəmə prosesində müdafiə tərəfindən məhkəmədə vəsatət qaldırılaraq vəkil X20 ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə giriş-çıxış etməsi barədə həmin orqana sorğu verilməsini tələb etsə də, məhkəmə tərəfindən təmin olunmamışdır. Bundan əlavə dövlət ittihamçısı tərəfindən bildirilmişdir ki, guya ## ### 2025-ci il tarixli təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs kimi dindirmə protokolu onun tərəfindən imza yerlərinə kağız qoyularaq saxtalaşdırılmışdır. Müdafiə tərəfi bildirmişdir ki, təqsirləndirilən şəxs1 ## ### 2025-ci il tarixli 6 dindirmə protokolu istintaq orqanı tərəfindən verilmiş və o, istintaq təcridxanasına ola-ola həmin sənədi heç cür saxtalaşdıra bilməz. Müdafiə tərəfi ## ### 2025-ci il tarixli təqsirləndirilən şəxs1 dindirmə protokolunda hər hansı bir imzanın doğruluğunu müəyyən etməklə əlaqədar məhkəmə texniki ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, lakin Bakı Hərbi məhkəmənin hakimləri sənədin kserosurət olduğunu bəhanə gətirərək vəsatəti təmin etməmişdir. Bakı Hərbi Məhkəməsinin hakimləri özlərini mütəxəssis kimi aparmış və iş üzrə qərəzli olduqlarını göstərmişlər. Buna görə müdafiə tərəfindən məhkəmə tərkibinə etiraz verilmiş, lakin etiraz da təmin olunmamışdır. Bundan sonra ## #### 2025-ci ildə təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs kimi dindirilərkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq orqanı təqsirləndirilən şəxs1 vəkili kimi dindirilmə protokolunda müdafiəçi X19 adını göstərmişdir. Halbuki, həmin vaxt artıq X19 təqsiləndirilən şəxs müdafiəçi təqsirləndirilən şəxs1 tərəfindən etiraz verilmişdir və etiraz təmin olunmuşdur. Bakı Hərbi Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən təqsirləndirilən şəxs1 epizodu üzrə ancaq anası və özünün bank kartı istifadə edilə bilinmədiyinə görə dostu Bədələov Ercanın bank kartından istifadə etmiş, o, da bu səbəbdən məhkəmədə dindirilmişdir. Bu şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü il maddəsi ilə əlaqədar hər hansı cinayət barədə heç bir məlumatları olmamış və heç bir ifadə verməmişlər. Göründüyü kimi Bakı Hərbi Məhkəməsi yalnız fərziyyə və şübhə əsasında hökm çıxarmışdır. Həmin hökmdən müdafiəçi müdafiəçi4 apellyasiya şikayətinə əlavə verərək, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxs1 münasibətdə ləğv edilməsi və ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, şəxs yalnız törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunduqda cinayət məsuliyyətinə cəlb edilə bilər. Lakin təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə yalnız ehtimallara və DTX tərəfindən saxlanılarkən qanunsuz yollarla əldə edilmiş ilkin ifadələrə istinad etmişdir. Maddi sübutun yoxluğu: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1.2-ci maddəsinə görə, sübutlar əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini mütləq göstərməlidir. təqsirləndirilən şəxs1 üzərindən xarici kəşfiyyata ötürülməsi iddia olunan heç bir sənəd, çertyoj, gizli fotoşəkil və ya texniki vasitə aşkar edilməmişdir. PUA məlumatları ilə bağlı ziddiyyət: Ittihamda Vüsalın PUA-lara dair məlumat ötürdüyü deyilsə də, o, xidmət etdiyi 7-ci Zenit raket divizionunda ümumiyyətlə pilotsuz uçuş aparatlarının (PUA) olmadığını qətiyyətlə bildirmişdir. Məhkəmə bu faktiki ziddiyyəti araşdırmadan hökm çıxarmaqla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsini (hökmün ehtimallara əsaslanmaması) pozmuşdur. təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verərək ## ### 2025-ci il tarixdə saxlanılarkən başına torba keçirildiyini, əl-qolunun bağlandığını və işgəncə hədəsi altında qabaqcadan hazırlanmış ifadələrə imza atmağa məcbur edildiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən, zorakılıq və ya işgəncə ilə əldə edilmiş sübutlar hüquqi qüvvəyə malik deyildir və ittihamın əsasına qoyula bilməz. Məhkəmənin bu iddiaları "özünü müdafiə xarakterli" hesab edərək rədd etməsi əsassızdır. Residivlə müqayisə: Digər təqsirləndirilən təqsirləndirilən şəxs4 əvvəllər ağır cinayətlərə görə məhkum olunmuş, əməlində xüsusi təhlükəli residiv olan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə, residivə görə cəza daha ağır cəza müəyyən edilir. təqsirləndirilən şəxs1 şəxsiyyəti: təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır, əks-hücum əməliyyatlarında iştirakına görə fəxri fərmanla təltif edilmişdir. Yaşayış yeri üzrə müsbət xasiyyətnaməsi vardır. Qeyd edilən bu hallara görə təqsirləndirilən şəxs1 barəsində daha yüngül cəza müəyyən edilir. Disproporsionallıq: Xüsusi təhlükəli residivist olan və fəaliyyəti aktiv koordinasiya etməkdə təqsirləndirilən təqsirləndirilən şəxs4 da 18 il, hərbi xidmətdə müsbət xarakterizə olunan və ilk dəfə məsuliyyətə cəlb olunan təqsirləndirilən şəxs1a da 18 il cəza verilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin (cəza təyin edilərkən şəxsiyyətin nəzərə alınması) birbaşa pozulmasıdır. təqsirləndirilən şəxs1 aldığı pul vəsaiti casusluq fəaliyyəti üçün deyil, anasının ağır cərrahiyyə əməliyyatı üçün yardım məqsədilə alınmışdır. Vüsal tibbi epiqrizi belə qarşı tərəfə göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.5ci maddəsinə görə, cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə bu halı və Vüsalın tamah deyil, ehtiyac zəminində hərəkət etməsini düzgün qiymətləndirməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə və əlavəyə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş təqsirləndirilən şəxs3 və müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi və əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284-1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş təqsirləndirilən şəxs4 və müdafiəçisi müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi və əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284-1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş təqsirləndirilən şəxs1 və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi4 verilmiş apellyasiya şikayətini və əlavəsini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin və əlavəsinin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X18 verilmiş apellyasiya şikayətlərinin və əlavənin dəlillərini əsassız hesab edərək, şikayətlərin və əlavənin təmin edilməməsini, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin və əlavəsinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayətprosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin və əlavənin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxslərin və müdafiəçilərin apellyasiya baxışı zamanı şikayətlərin və əlavənin dəlilləri barədə çıxışlarından görünür ki, məhkum edilmiş təqsirləndirilən şəxs1 və müdafiəçisi bəraət hökmünün çıxarılmasını xahiş etmiş, məhkum edilmiş təqsirləndirilən şəxs3 və müdafiəçisi, məhkum edilmiş təqsirləndirilən şəxs4 və müdafiəçisi əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası müdafiə tərəfinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi ittiham hökmünü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2009-2010-cu illərdə tez-tez Iran Islam Respublikasına gedərək orada mövsümi meyvələr alıb Rusiya bazarlarına göndərməklə meyvə ticarəti ilə məşğul olmuş, həmin dövrdə Iranda meyvə ticarəti ilə məşğul olan Keyvan və Əlirza adlı əslən iranlı tacirlərlə tanış olub alver etmişdir. 2014-cü ildə həbs olunduqdan sonra həmin şəxslərlə əlaqəsi kəsilmiş, 2021-ci ilin sonlarında həbsdən azad olunduqdan sonra 2023-cü ilin sentyabr ayınadək Masallı rayonunda fərdi qaydada avtomobil təmiri ustası kimi fəaliyyət göstərmişdir. 2023-cü ilin sentyabr ayında “Whatsapp” tətbiqi ilə Keyvan Bənişəhrlə əlaqə yaratmış, bir qədər hal-əhval tutduqdan sonra X17 adlı şəxsin zəng edərək meyvə işi görmək istədiyini bildirmişdir. Keyvan Fuad adlı şəxs barədə məlumatlı olduğunu deyərək Irana gedəcəyi təqdirdə bu işi birlikdə görə biləcəklərini demiş və onu Irana dəvət etmişdir. X7 şəhərində yaşamaqla meyvə ticarəti ilə məşğil olmuş, xarici görünüşcə 45-50 yaşlarında, orta boylu, dolu bədən quruluşlu, bığsız və saqqalsız, qaraşın, qara seyrək saçlı, gözü qəhvəyi rəngli olmuşdur. 2023-cü ilin sentyabr ayının sonlarında təyyarə ilə Bakıdan Iranın Tehran şəhərinə, oradan isə avtobusla Iranın Astara şəhərinə gedib “Perşia” otelində gecələmiş, səhəri günü Keyvanla “Whatsapp” tətbiqi vasitəsilə əlaqə yaratdıqdan sonra sonuncu özünə məxsus ağ rəngli “Saipa” markalı avtomobillə onu qaldığı oteldən götürərək gömrüyə yaxın ərazidə yerləşən kafeyə aparmışdır. Həmin görüş zamanı onlar meyvə ticarəti ilə məşğul olmaq barədə razılığa gəlmiş, beləliklə 2023-cü ilin sentyabr ayından dekabr ayınadək portağal, mandarin, kivi, kələm, kahı kimi meyvə-tərəvəzləri dəfələrlə Irandan Rusiyaya göndərmişlər. Iranda olan zaman tanış olduğu Rauf adlı Iran Islam Respublikasının vətəndaşı Rusiyada olan tanışlarından taxta alaraq Irana göndərmək lazım olduğunu bildirmiş, bunun üçün Rauf meyvə ticarətindən əldə etdikləri gəliri Rusiyadan götürməmək, həmin pulu Rusiyada taxta işi görən öz tanışı olan əslən azərbaycanlı Rövşən adlı şəxsin götürməsini, taxta Irana gəlib çatdıqda isə həmin pulu Raufun ona və Keyvana verməsini təklif etmişdir. Rusiyada meyvə ticarətinə görə əldə etdikləri pulu Irana gətirməyin daha çətin olduğuna görə onlar Raufun bu təklifi ilə razılaşmış, bu yolla pullarını daha rahat götürməyi nəzərdə tutmuşlar. Bu qaydada onlar Rusiyadaki Rövşən adlı şəxsə 12 min dollarlıq taxta sifariş vermiş, lakin müəyyən müddət keçsə də Rövşən həmin taxtanı Irana göndərmədiyinə görə pulları batmışdır. Bundan sonra Irandan Azərbaycana qayıtmaq qərarına gəlmiş, Azərbaycana qayıtmağına təxminən 2-3 gün qalmış təxminən 2023-cü ilin dekabr ayının 19-20-si ərəfələrində Keyvan onu Iranın Astara şəhərində gömrük məntəqəsinə yaxın ərazidə Heydər adlı iranlı ilə tanış etmişdir. Keyvan Heydəri ona Azərbaycanda müxtəlif işlər görən şəxs kimi təqdim etmiş və bu işlərdə Heydərə kömək etmək lazım olduğunu, bunun müqabilində isə pul mükafatı ala biləcəyini ona bildirmiş, onlar bir qədər söhbət etdikdən sonra Heydərin Azərbaycandakı işlərinə kömək edəcəyinə öz razılığını bildirmişdir. Görüşün sonunda onlar lazım olan vaxt Heydər adlı şəxsin özünün onunla əlaqə saxlayacağı barədə razılaşmış, Heydər adlı şəxs təxminən 40-45 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, az saqqallı, qara seyrək saçlı, qara gözlü şəxs olmuşdur. ## ###### 2023-cü il tarixdə avtobusla Tehran şəhərinə, oradan isə təyyarə ilə Bakı şəhərinə, oradan isə yaşadığı Masallı rayonuna qayıtmış, bundan sonrakı dövrdə Masallı rayonunda avtomobil təmiri işi ilə məşğul olmağa davam etmişdir. 2024-cü ilin təxminən sentyabr ayının ortalarında Heydər adlı iranlı onun telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə mesaj yazaraq hal-əhval tutmuş, onlar “Whatsapp” tətbiqi vasitəsilə Heydərlə danışan zaman sonuncu Azərbaycanın müxtəlif yerlərindən, əsasən hava limanları və hərbi obyektlərin yaxınlığından foto və video çəkilişlər edərək göndərməsini tapşıraraq bunun müqabilində ona pul mükafatları göndərəcəyini demişdir. Heydər adlı iranlının bu tapşırığının səbəbini, yəni Azərbaycanın hərbi potensialını öyrənmək məqsədilə olduğunu, eləcə də Heydərin iş adamı deyil, Iranın xüsusi xidmət orqanları əməkdaşı olmasını başa düşmüş, lakin pula ehtiyacı olduğuna görə bu tapşırıqları yerinə yetirəcəyinə razılıq vermişdir. Heydər ona notbuk və kamera göndərəcəyini, foto və videoçəkilişləri həmin kamera vasitəsilə etməsini, daha sonra göndərəcəyi notbuka həmin foto və video materialları köçürməyi, notbuka “Telegram” proqramı yazmağı və həmin sosial şəbəkədə profil açmağı, foto və video materialları “Telegram” vasitəsilə özünün profilinə göndərməyi tapşırmış, onlar razılaşdıqdan sonra sağollaşmışlar. Bu danışıqdan 2-3 gün sonra 2024-cü ilin sentyabr ayının təxminən 18-20-si aralığından Heydər ona “Whatsapp” tətbiqi vasitəsilə xəritədə məkan (location) göndərmiş və həmin yerdən notbuk və kameranı götürməsini tapşırmışdır. Telefonun xəritəsi vasitəsilə Masallı rayonunun Öncəqala kəndinə gedən yolda “Masoil” adlı yanacaq doldurma məntəqəsini keçdikdən sonra yolun kənarındakı həmin yerə getmiş, orada olan yol hərəkəti nişanın altında gizlədilmiş notbuk və kameranı taparaq götürüb yaşadığı evə gətirmişdir. Evdə olarkən oğlu Səid Qənbərova bu notbuk və kameranı Iranlı tanışı ilə müştərək görəcəyi işlə bağlı olduğunu, iranlı tanışının göndərdiyini deyərək həmin notbuka “Telegram” proqram tətbiqi yazmasını xahiş etmiş, oğlu isə notbuka bu proqramı yazaraq onun 050-344-94-54 mobil telefon nömrəsilə qeydiyyatdan keçirməklə ona profil açmışdır. Bu barədə Heydərə məlumat vermiş, 2024cü ilin noyabr ayının ortalarında Heydər ona “Whatsapp” tətbiqi vasitəsilə zəng edərək Xızı rayonunda işlək olmayan yol kənarında yerləşən köhnə hərbi hissənin fotoşəkillərini çəkərək göndərməsini tapşırmışdır. Heydərlə razılaşdıqdan sonra özünə məxsus “VAZ 21015” markalı, N389XB71 Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı avtomobili ilə Xızı rayonu istiqamətində yola düşmüş, yol ilə gedərkən yolun sağ tərəfində yerləşən həmin yeri görərək dayanmışdır. Oranın fotoşəkillərini həm telefon, həm də kamera vasitəsilə çəkdikdən sonra telefonla çəkdiyi fotoşəkilləri “Whatsapp” tətbiqi vasitəsilə Heydərə göndərmiş, kamera ilə çəkdiklərini isə evə getdikdən sonra notbuka köçürərək “Telegram” proqramı vasitəsilə göndərəcəyini bildirərək Masallıya öz evinə qayıtmışdır. Evə gələrək oğlu Səidin köməyi ilə kamera ilə çəkdiyi fotoşəkilləri notbuka köçürdükdən sonra həmin fotoşəkilləri “Telegram” proqramı vasitəsilə Heydərə göndərmiş, oğlu Səid bu fotoşəkillərin nə olduğunu və nə üçün uzaqdan çəkildiyini soruşduqda həmin yer palçıq olduğundan yaxından çəkə bilmədiyini, iranlı ilə görəcəkləri ticarətlə bağlı olan fotoşəkillər olduğunu demişdir. Bununla da Heydərin ilk tapşırığı ilə bağlı onun işi başa çatmış, Xızı rayonundan qayıdarkən Heydər ona göndərəcəyi kart nömrəsinə 200 manat pulu öz cibindən köçürməsini tapşırmış, sonradan həmin pulu artıqlaması ilə geri qaytaracağını bildirmişdir. Həmin gün Masallı rayonunda xatırlamadığı yerdəki “Milliön” ödəniş terminalı vasitəsilə 200 manat pulu verilmiş kart nömrəsi üzrə şahid8 kart hesabına köçürmüş və bu köçürmənin qəbzini Heydərin “Whatsapp” nömrəsinə göndərmişdir. 2024-cü ilin noyabr ayının təxminən 20-22-si ərəfələrində Heydər onu Türkiyəyə dəvət edərək növbəti tapşırıqları müzakirə etməyi təklif etmiş, eləcə də ona pul mükafatı verəcəyini bildirmişdir. ## ###### 2024-cü il tarixdə təyyarə bileti alaraq Bakıdan Türkiyənin Istanbul şəhərinə yollanmış və orada “ABC” otelində yerləşmişdir. ## ###### 2024-cü il tarixdə “Taksim Meydanında” yerləşən məscidin həyətində Heydərlə görüşüb təxminən 1 saata yaxın söhbət etmiş, söhbət zamanı Heydər ona Gəncə, Yevlax, Kürdəmir, Salyan şəhərlərində, eləcə də Hacı Zeynalabdin qəsəbəsində yerləşən hərbi və digər obyektlərin foto və video çəkilişlərini etməsini tapşırmışdır. Bundan başqa Heydər ona fərqli şəxslərə çatası pullar, eləcə də həmin şəxslərin kart hesablarını “Whatsapp” tətbiqi vasitəsilə göndərəcəyini bildirmiş, həmin pul vəsaitlərini bildiriləcək kart hesablarına köçürməli, pulun qalan hissəsini isə özünə götürməli olmuşdur. Həmin gün Heydər ona gördüyü işlər üçün təşəkkür olaraq 700 ABŞ dolları pul vermiş, bununla da onların görüşü yekunlaşmışdır. Həmin gün Istanbul şəhərində qalmış, səhəri gün, yəni ## ###### 2024-cü il tarixdə təyyarə ilə Bakı şəhərinə, oradan isə Masallı rayonuna qayıtmışdır. 2024-cü ilin noyabr ayının təxminən 30-u ərəfələrində Heydər ona zəng edərək göndərəcəyi Gəncə şəhərindəki məkana (location) getməsini və oradan X8 fotoşəkillərini çəkərək göndərməsini tapşırmış, Heydərin tapşırığı ilə razılaşaraq özünə məxsus “VAZ 21015” markalı, N389XB71 Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərinə yola düşmüşdür. Heydərin göndərdiyi məkana çatdıqda həmin yerin Gəncə şəhərindən Şəmkir rayonuna gedən yolun üstündə, Gəncə hava limanını keçdikdən sonra yolun sağında yerləşən köhnə və işləməyən yanacaqdoldurma məntəqəsi olduğunu görmüş, həmin yerdən telefon və Heydərin göndərdiyi kamera vasitəsilə X8 çox sayda fotoşəklini, eləcə də 1-2 videosunu çəkmişdir. Telefon vasitəsilə çəkdiyi fotoşəkilləri “Whatsapp” tətbiqi vasitəsilə dərhal Heydərin özünə göndərmiş, kamera ilə çəkdiklərini isə evə qayıtdıqdan sonra kompüterə köçürərək “Telegram” proqramı vasitəsilə göndərəcəyini bildirmişdir. Bundan sonra Heydər ona geri qayıdarkən Yevlax rayonunda yerləşən hava limanının da foto və video çəkilişlərini edərək göndərməsini tapşırmış, Gəncə şəhərindən çıxaraq Yevlax istiqamətində yola düşmüşdür. Yevlax rayonunda “Yevlax aeroportu” yazısının qarşısında dayanaraq həmin yazının fotoşəklini çəkmiş, daha sonra bir qədər irəliləyərək Yevlax hava limanının uzaqdan foto və video çəkilişlərini etmişdir. Həmin yerin də foto və videolarını həm telefon, həm də kamera ilə çəkmiş, telefonla çəkdiklərini dərhal Heydərə göndərmiş, kamera ilə çəkdiklərini eyni qaydada evə çatdıqda notbuka köçürərək “Telegram” vasitəsilə göndərəcəyini bildirməklə Masallıya yola düşmüşdür. Masallıda evə çatdıqdan sonra foto və videoları kameradan notbuka köçürüb “Telegram” vasitəsilə Heydərə göndərmiş, bununla da Heydərin 2-ci tapşırığını yerinə yetirmişdir. Bundan 1-2 gün sonra Heydər onun icra etdiyi tapşırıqlara görə pul göndərə bilməsi üçün və heç kimdə pul köçürməsi zamanı şübhə yaranmaması üçün qohumluğunun olmadığı şəxsin kart nömrəsini göndərməsini tapşırmış, Heydərə tanışları şahid10 və şahid9 bank kartlarının fotoşəkillərini göndərmişdir. Həmin şəxslərə özünə məxsus kartın bloklandığını və usta kimi ona göndərilməli olan pulların sonuncuların kartlarına köçürüləcəyini qeyd edərək həmin vəsaitləri sonradan kartlarından çıxararaq özünə götürəcəyini bildirmiş, bundan sonra Heydər onun tanışlarının kartlarına dəfələrlə 200, 300, 900, 1300 və sair məbləğlərdə pul göndərmişdir. Tanışlarının kartlarına göndərilən pul vəsaitlərini sonradan oradan çıxararaq ödəniş terminalı vasitəsilə öz kart hesabına qoymuş, 2024-cü ilin dekabr ayının ortalarında Heydər ona “Whatsapp” tətbiqi vasitəsilə zəng edərək Salyan rayonu ərazisində BakıSalyan magistral yolunda yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsi ilə üz-üzə yerləşən hərbi obyektin, hərbi obyektin içərisində olan təyyarə və pilotsuz uçuş aparatlarının foto və video çəkilişlərini edərək göndərməsini tapşırmışdır. Heydərin tapşırığı ilə razılaşaraq özünə məxsus “VAZ 21015” markalı, N389XB71 Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan rayonu ərazisində Heydərin dediyi həmin yerə yola düşmüş, həmin yerə çatdıqda orada böyük bir hərbi təyinatlı obyektin olmasını görmüşdür. Həm telefon, həm də Heydərin göndərdiyi kamera vasitəsilə həmin hərbi obyektin, obyektin içərisində olan pilotsuz uçuş aparatlarının və digər qurğuların çox sayda foto və videolarını çəkmiş, telefon vasitəsilə çəkdiyi fotoşəkilləri dərhal Heydərin özünə “Whatsapp” tətbiqi vasitəsilə göndərmişdir. Kamera ilə çəkdiklərini isə evə qayıtdıqdan sonra kompüterə köçürərək “Telegram” proqramı vasitəsilə göndərəcəyini bildirdikdən sonra Masallıya yola düşmüş, Masallıdakı evində foto və video materialları kameradan notbuka köçürdükdən sonra “Telegram” vasitəsilə Heydərə göndərmişdir. Bununla da Heydərin 3-cü tapşırığını yerinə yetirmiş, sonuncu danışıqları zamanı Heydər yaxın gələcəkdə ona dediyi kimi fərqli şəxslərə çatacaq pul vəsaitlərini və bank kartlarını göndərəcəyini demişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının sonlarında Türkiyə Respublikasının Biləcik şəhərinə gedərək orada dönər daşıyan kimi işə düzəlmiş, həmin şəhərdə əslən azərbaycanlı olan Fərid və Nicat adlı tələbələrlə eyni evdə qalmışdır. 2024-cü ilin avqust ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində ayrı-ayrı şəxslərin canlı yayınlarına baxarkən “Vüsal Krıtı” kimi tanınan xaricdə yaşayan Vüsal Iskəndərlinin “TikTok” səhifəsinə rast gəlmiş və canlı yayımda Vüsal Iskəndərlinin hansısa azərbaycanlını nalayiq söyüşlərlə təhqir etməsini görmüşdür. Həmin canlı yayım zamanı Vüsal öz nömrəsini açıq şəkildə deyərək həmin təhqir etdiyi şəxsdən zəng etməsini tələb etmiş, Vüsalın bu hərəkətindən çox qıcıqlanaraq sonuncunun nömrəsini götürüb “Whatsapp” tətbiqi vasitəsilə zəng edərək düzgün etmədiyini bildirməklə nalayiq ifadələr işlətmişdir. Vüsal ona söyüşlə cavab vermədən telefonu üzünə bağlamış, təxminən 1 həftə ərzində Vüsaldan ona zəng gəlmədiyinə görə sonuncuya qarşı elə düz hərəkət etdiyini düşünmüşdür. Təxminən 7-10 gün sonra Vüsaldan onun “Whatsapp” nömrəsinə qardaşının işdən çıxarkən çəkilmiş fotoşəkli, atasının adı və sair məlumatlar göndərilmiş, bir neçə dəqiqə sonra Vüsal ona “Whatsapp” tətbiqi vasitəsilə zəng edərək nalayiq ifadələr işlətdiyinə görə onun və ailəsinin başına oyun açacağını, əlinin qolunun çox uzun olduğunu deməklə onu hədələmişdir. Vüsalın bu hərətkətindən çox ciddi narahatçılıq keçirmiş, Vüsalın Azərbaycanda olmaya-olmaya onun ailəsinin fotoşəkillərini tapa bilirsə həqiqətən də başlarına nəsə bir hadisə gətirə biləcəyini düşünmüşdür. Qorxduğuna görə Vüsala Türkiyədə olduğunu bildirərək ailəsinə heç nə etməməsi üçün nə etməli olduğunu soruşmuş, Vüsal bu barədə polis və digər orqanlara qətiyyən müraciət etməməsini, yaxın gələcəkdə nə etməli olduğunu bildirəcəyini, əks təqdirdə ailə üzvlərinin başına oyun gətirəcəyini demişdir. Həmin gün axşam Vüsal ona yenidən “Whatsapp” tətbiqi vasitəsilə zəng edərək telefonuna “Zangi” adlı tətbiqi yazmasını və həmin tətbiqdən gələcək kodu bildirməsini ona tapşırmış, tətbiqi yazdıqdan sonra həmin proqramdan ona zəng olunacağını bildirmişdir. Vüsalın dediyi ilə razılaşdıqdan sonra telefonuna “Zangi” sosial şəbəkə tətbiqini yazaraq tətbiqdən verilən şifrəni Vüsala bildirmiş, səhəri günü ona “Zangi” tətbiqi vasitəsilə zəng gəlmişdir. Telefonu açdıqda tanımadığı bir səslə iranlı ləhcəsi ilə bir kişi cinsli şəxs onunla hal-əhval tutmuş, Əli və Şöhrəti tanıyıb-tanımadığını soruşmuşdur. Həmin şəxsə adlarını qeyd etdiyi şəxslərdən birinin atası, digərinin isə qardaşı olduğunu bildirmiş, həmin şəxs Vüsalın məsələləri izah edib-etmədiyini soruşmuşdur. Məsələləri başa düşdüyünü demiş və ailəsinə zərər verməmələrini xahiş etmişdir. Həmin iranlı ona Vüsalın sözünə baxdığını, onun ailəsinə toxunmamasını Vüsala tapşıracağını, lakin bunun müqabilində bəzi tapşırıqları icra etməli olduğunu ona bildirmiş, ailəsinə dəyib-dolaşmaması üçün iranlıya nə istəsə edəcəyini demişdir. Iranlı yaxın günlərdə ona zəng edərək nə etməli olduğunu deyəcəyini bildirmiş, səhəri günü həmin şəxs ona “Zangi” tətbiqi vasitəsilə zəng edərək adının Həmzə olduğunu, bundan sonra ona Hüseyn kimi müraciət edəcəyini bildirmişdir. Daha sonra iranlı ona səsli mesaj şəklində tərcümeyi-halını, pasport və digər sənədlərinin fotoşəkillərini göndərməsini tapşırmış, danışıq zamanı həmin şəxsin istədiyi məlumatlar onda şübhə yaratdığı üçün bu şəxsin Iran dövlətinin kəşfiyyat işçisi olduğunu anlamışdır. Lakin ailəsinə görə narahat olduğundan həmin şəxsin tələbləri ilə razılaşmış və dərhal istədiyi səs yazısını və sənədlərinin fotoşəkillərini sonuncuya göndərmişdir. Bundan sonra Həmzə ona səhər saat 11 radələrində zəng edəcəyini, zəngini gözləməsini tapşırmış, səhəri gün saat 11 radələrində Həmzə ona yenə də “Zangi” tətbiqi vasitəsilə zəng edərək olduğu məkanın koordinatlarını göndərməsini tapşırmışdır. Həmzəyə məkan məlumatlarını göndərdikdən sonra yenidən zəng edərək sonuncuya lazım olan yerdən uzaq olduğunu demiş, bundan sonra Həmzə ona Adana şəhərinə gedərək kirayə ev tutmasını, kirayə tutacağı evin mütləq “Incirlik” hərbi bazasının yaxınlığında olmasını, yuxarı mərtəbələrdə olmasını, hərbi bazanın həmin evdən görünməli olduğunu və bir il müddətinə kirayə müqaviləsi bağlamalı olduğunu tapşıraraq bir illik kirayə müqaviləsinin pulunu ev sahibinin hesabına göndərəcəyini bildirmişdir. Həmzənin dedikləri ilə razılaşaraq avtobusla Adana şəhərinə yola düşərək təxminən 14 saat yol getdikdən sonra həmin şəhərə çatmış, həmin gün Həmzənin dediyi şərtlərə uyğun doqquz mərtəbəli binanın doqquzuncu mərtəbəsində kirayə ev tapmışdır. Evin sahibi əslən türk olan Erhan adlı şəxslə razılaşdıqdan sonra bir illik həmin ev üçün kirayə müqaviləsi bağlamağa qərarlaşmış, kirayə evin bir illik qiyməti təxminən 300.000 türk lirəsi təşkil etmişdir. Bu barədə Həmzəyə məlumat vermiş, sonuncu ev sahibinin hesab nömrəsini öyrənərək göndərməsini ona tapşırmışdır. Erhandan hesab nömrəsini alaraq Həmzəyə göndərmiş, Həmzə 300.000 türk lirəsini Erhanın hesabına köçürtdükdən sonra sonuncu ilə bir illik kirayə müqaviləsi bağlamışdır. Həmzə ona guya Adana şəhərində tələbə olmasını ev sahibinə deməsini tapşırmış, Həmzənin tələblərinin bununla yekunlaşacağını düşünsə də, Həmzə onu yenə də ailəsi ilə hədələyərək başqa tapşırıqlarının olacağını bildirmişdir. Həmzənin tapşırığı ilə Adanada evi kirayə götürdükdən sonra iki gün orada qalmış, daha sonra yenidən avtobusla Biləcik şəhərinə qayıtmışdır. 2024-cü ilin təxminən sentyabr ayının əvvəllərində Həmzə ona veriləcək pul vəsaitini Azərbaycana anasına göndərməsini, anasının isə ödəniş terminalı vasitəsilə həmin pulu Həmzənin deyəcəyi bank kartlarına köçürməsini tapşırmış, Həmzə ona qəti şəkildə anasının adından pul köçürülməsinin Azərbaycanda bilinməməsi və şübhə yaratmaması üçün həmin pulu kartdan karta yox, sırf ödəniş terminalından karta göndərməsini tapşırmışdır. Həmzədən anasına bunu necə izah etməsini soruşduqda, sonuncu ona ailəsinə guya Istanbulda restoranda işlədiyini, həmin restoranın türk olan sahibinin Bakıda da restoran açmağı planlaşdırdığını və restoranın işlərinə xərclənəcək pulu guya onun vasitəsi ilə göndərdiyini deməsini tapşırmış, bundan başqa Həmzə ona guya bu pul məbləğinin Vüsal Iskəndərlinin Azərbaycanda yaşayan anasına çatacağını demişdir. Həmzənin hədələrindən qorxaraq sonuncu ilə razılaşmış və pul vəsaitini Biləcikdə birlikdə yaşadığı ev yoldaşlarından hansınınsa kartına göndərməsini Həmzəyə demişdir. Həmzə 64.000 türk lirəsi pulu hazırda hansının olduğunu xatırlamadığı ev yoldaşlarından birinin kart hesabına göndərmiş, Həmzə ona həmin məbləğin yarısını, yəni 32000 türk lirəsi hissəsini anasına göndərməsini, qalan 32000 hissəsini isə özündə saxlamasını tapşıraraq həmin pulu nə edəcəyini sonradan deyəcəyini bildirmişdir. Həmzənin tapşırdığı şəkildə anası ilə danışaraq kartına pul göndərəcəyini, həmin pulu kartdan çıxardaraq deyəcəyi karta göndərməsini xahiş etmiş, Həmzənin dediyi kimi anasına pulun guya Bakıda restoran açmaq istəyən iş adamına aid olduğunu demişdir. Daha sonra Həmzə ona xxxx tərəfindən verilməklə üzərində “ILKIN HASANOV” yazıları olan kart şəkili göndərmiş, Həmzənin tapşırığına əsasən həmin kartın fotoşəkilini anasına göndərmişdir. Anası da öz növbəsində həmin pulu ödəniş terminalı vasitəsilə həmin kart hesabına köçürüb ödəniş qəbzinin fotoşəkilini çəkərək ona göndərmiş, o da həmin qəbzin fotoşəkilini Həmzəyə göndərmişdir. Təxminən 5-7 gün sonra Həmzə ona “Zangi” tətbiqi vasitəsilə zəng edərək Istanbul şəhərində Bağcılar məhəlləsində “Onur Market”in qarşısına gedərək orada gözləməsini, 1 nəfərin ona yaxınlaşaraq pul, kamera və notbuk verəcəyini, həmin əşyaları götürərək özündə saxlamasını, sonradan nə edəcəyini ona deyəcəyini bildirmiş, bundan başqa Həmzə ona özünə böyük ölçülü çamadan alıb həmin yerə aparmasını taşırmışdır. Avtobusla Istanbul şəhərinə gedərək Həmzənin dediyi yerə çatmış, orada gözləməyə başlamışdır. Bir müddət sonra bir nəfər şəxs ona yaxınlaşaraq Hüseyn olub-olmadığını soruşmuş, Hüseyn olduğunu təsdiqlədikdən sonra həmin şəxs adının Heydər olduğunu bildirmişdir. Heydər adlı şəxs əslən iranlı, bığsız və saqqalsız, ağ, seyrək saçlı, saçını arxaya darayan, orta boylu, orta bədən quruluşlu şəxs olmuş, onlar salamlaşdıqdan sonra həmin şəxs ona bir ədəd “Lenovo” markalı notbuk, 1 ədəd “Nikon” markalı fotokamera və 12000 türk lirəsi verdokdən sonra oradan getmişdir. Bundan sonra Həmzə ilə danışaraq sonuncunun dediyi şəxslə görüşdüyünü və həmin əşya və pulu götürdüyünü demiş, Həmzə isə ona 12000 türk lirəsini Adana şəhərinə gedib-gəldiyi üçün göndərdiyini, fotokamera və notbuku isə özündə saxlamasını, aldırdığı həmin çamadanda əşyaları saxlamasını və deyəcəyi vaxtda kiməsə aparıb verməli olduğunu tapşırmışdır. Həmzə ona evinə gedərək istirahət etməsini tapşırdıqdan sonra avtobusla Biləcik şəhərinə qayıtmış, təxminən 3-4 gün sonra Həmzə ona zəng edərək kamera və notbuku da özü ilə götürərək Adana şəhərinə getməsini, orada evin qapısının kilidini dəyişdirməsini ona tapşırmışdır. Həmzənin tapşırığı ilə avtobusla Biləcik şəhərindən Adana şəhərinə yollanmış və çamadana qoyduğu kamera və notbuku da özü ilə aparmışdır. Adanaya çatdıqda kirayə tutduğu evin qapısının kilidini dəyişdirmiş, bu barədə Həmzəyə məlumat verdikdə Həmzə ona səhəri gün kamera və notbukla birlikdə Istanbul şəhərinə getməsini tapşırmışdır. Həmin gün Adanada qaldıqdan sonra səhəri gün avtobusla Istanbul şəhərinə yollanmış, Istanbula çatdıqda Həmzəyə məlumat vermişdir. Həmzə saat 17-dək ondan xəbər gözləməsini tapşırmış, saat 17 radələrində Həmzə ona zəng edərək Istanbul şəhərində, Bayrampaşa adlanan ərazidə yerləşən “Lion” otelinin vizit-kartını göndərərək ora getməsini tapşırmışdır. Həmin otelə gəldikdə Həmzə onu otelin girişində qarşılamış və yuxarı mərtəbəyə otağa qaldırmışdır. Onlar otağa girdikdə orada 3 ədəd çarpayı olduğunu görmüş, otaqda oturduqdan sonra Həmzə ondan hədə tonu ilə ailəsi barədə maraqlanmışdır. X23 ailəsi ilə işinin olmamasını tapşırdığını demiş, lakin verilən tapşırıqları icra etməyə davam etməli olduğunu bildirmişdir. Həmzə ona indi otağa gətirəcəyi bir şəxsi Adanaya apararaq kirəyə tutduğu evdə yerləşdirməli olduğunu tapşırmış, həmin şəxslə əlavə hansısa bir söhbət aparmamasını, bu şəxsin Adana şəhərində həmin evdə yerləşərək veriləcək fotokamera ilə “Incirlik” hərbi bazasının fotoşəkillərini çəkərək notbuka yazacağı xüsusi proqramlar vasitəsilə gizli şəkildə Həmzəyə göndərəcəyi barədə məlumat vermişdir. Bundan sonra Həmzə otaqdan çıxaraq getmiş, təxminən yarım saat sonra yanında bir şəxslə birlikdə otağa geri qayıtmışdır. Həmzə onu həmin şəxsə Hüseyn olaraq, həmin şəxsi isə ona Mustafa olaraq təqdim etmiş, onlara səmimi münasibət qurmalarını, lakin bir-birilərinə artıq suallar verməmələrini tapşırmışdır. Bundan sonra Həmzə otaqdan çıxaraq 5 dəqiqəyə qayıdacağını bildirmiş, Həmzə otaqda olmadığı vaxt Mustafa adlı həmin şəxslə söhbət etməyə çalışsa da, sonuncu onun suallarına ümumi cavablar vermişdir. Həmzə qayıtdıqdan sonra həmin axşam dincəlmələrini, səhər yola çıxacaqlarını demiş, onlar Mustafa ilə birlikdə otelin yaxınlığındaki kafelərdən birinə gedərək yemək yeyib otelə qayıtmışlar. Mustafa ilə yenə də söhbət etməyə çalışmış, sonuncunun əslən Şəmkir rayonundan olmasını, Rusiyanın Sankt-Peterburq şəhərindən gəldiyini öyrənmişdir. Səhəri gün oyandıqdan sonra otelin restoranında Həmzə və yanındakı iki nəfərlə görüşmüş, həmin şəxslər hər biri özlərini Heydər kimi təqdim etmişlər. Otelin restoranında yemək yedikdən sonra Həmzə ona, Mustafaya və Heydər kimi özlərini təqdim edən şəxslərə notbukda fotoşəkilləri gizli şəkildə göndərməyin yollarını izah etmiş, bundan sonra Həmzə ona 800 ABŞ dolları verərək həmin pulu lirəyə çevirərək Mustafaya verməsini tapşırmışdır. Bundan əlavə də 200 ABŞ dolları verərək aviabilet alıb Adana şəhərinə təyyarə ilə getmələrini tapşırmışdır. Həmin gün Həmzənin tapşırığı ilə onlar Istanbul hava limanına yollanmış, orada Mustafanın və özünün pasportu ilə təyyarə bileti almışdır. Bilet alan zaman Mustafanın pasportuna baxdıqda sonnuncunun əsil adının təqsirləndirilən şəxs3 olduğunu görmüş, lakin bu barədə Məmmədin özünə heç nə deməmişdir. Onlar bilet aldıqdan sonra təyyarə ilə Adana şəhərinə yollanmış, oraya çatdıqdan sonra kirayə tutduğu evə yollanmışlar. Həmin gün Mustafa kimi təqdim olunmuş təqsirləndirilən şəxs3 evdə yerləşdirmiş, daha sonra Həmzənin tapşırığı əsasında ev sahibi Erhana xalası oğlunun özü ilə birlikdə həmin evdə qalacağını demişdir. Səhəri gün, təxminən 20-## ######## 2024-cü il tarixdə Həmzənin tapşırığı əsasında təyyarə ilə Istanbul şəhərinə qayıdaraq bu barədə Həmzəyə məlumat vermiş, X10 gedərək orada gözləməsini tapşırmışdır. Həmin məscidə gedərək orada Həmzəni gözləmiş, bir qədər sonra Həmzə və kök bədən quruluşlu Heydər oraya gələrək onunla görüşmüşlər. Həmzə ondan Mustafanı yerləşdirməsini soruşmuş, o isə hər şeyin normal keçdiyini, Mustafanı həmin evdə yerləşdirdiyini və ev sahibini də razı saldığını bildirmişdir. Bundan sonra Həmzə ona bir ədəd “Asus” markalı notbuk verərək Kiprə gedərək veriləcək tapşırıqları icra etməli olduğunu bildirmiş, internetdə Kiprə getmək şərtlərinə baxdıqda Azərbaycan vətəndaşlarının Kiprə viza əsasında gedə bildiyini müəyyən edərək yunan Kiprinə yox, X34 adlı yerə getməsini tapşırmışdır. Həmin görüş zamanı Həmzə ona Türkiyə Kiprində otel rezerv etməsini tapşırmış, bunun üçün Heydər adlı şəxs ona 20.000 türk lirəsi pul vermişdir. Bundan sonra onlar sağollaşmış, özü Biləcik şəhərinə qayıtmışdır. Səhəri gün Türkiyə Kiprində “Oscar” otelində təxminən 3 günlük otaq rezerv etmiş və bunun üçün 15.800 türk lirəsi pul ödəmişdir. Sentyabr ayının sonlarında Həmzə ona zəng edərək Kiprə getməyə ehtiyac qalmadığını bildirmiş, rezerv etdiyi şirkətlə danışıb rezervi ləğv etmək istəsə də, pulu geri qaytara bilmədikdə bu barədə Həmzəyə məlumat vermişdir. Həmzə bunun əhəmiyyət kəsb etmədiyini qeyd etmiş, bundan sonra Həmzə ona pasportunda Irana giriş-çıxış möhürləri olduğuna görə pasportunu dəyişməli olduğunu deyərək polisə gedib pasportunu itirdiyi barədə məlumat verməsini, sonra isə Azərbaycan konsulluğuna yeni pasport üçün müraciət etməsini tapşırmışdır. Həmzənin dediyi kimi edərək konsulluğa yeni pasport üçün müraciət etdikdə orada yeni pasportun təxminən 4045 gün ərzində hazır olacağı bildirilmiş, yeni pasportun hazır olmasını gözlədiyi dövrdə Həmzə ona zəng edərək Mustafaya göndərməsi üçün “Kapalı Çarşı”adlanan bazara gedərək Alirza adlı valyuta mübadiləsi yerinə getməsini və oradan 27.000 türk lirəsi pul götürərək Mustafaya çatdırmasını tapşırmışdır. Bundan başqa Həmzə həmin valyuta mübadiləsi yerində ona 32.000 türk lirəsi də ayrıca pul veriləcəyini deyərək, həmin pulu götürüb özünə Türkiyədə oturum sənədi düzəltməsini tapşırmışdır. Həmzənin dediyi kimi “Kapalı Çarşı”adlanan bazara gedərək Alirza adlı valyuta mübadiləsi yerinə daxil olmuş, orada sənədini təqdim edərək Həmzənin dediyi pul vəsaitlərini götürmüşdür. Həmzədən pulu Mustafaya necə göndərəcəyini soruşduqda, Həmzə pulu guya xalası oğlu olan Mustafaya çatdırması üçün ev sahibi Erhandan öz kart hesabını ona verməsini xahiş etməyi tapşırmış, pulu Erhanın kartına göndərəcəyini demişdir. Bundan sonra 27.000 türk lirəsi pulu Erhana göndərmiş, Erhan isə öz növbəsində pulu Mustafaya çatdırmışdır. Oturum sənədi almaq üçün Faruk adlı sənəd işinə baxan əslən türk olan şəxsi tapmış, pulu sonuncuya verərək ona oturum sənədi düzəltməsini xahiş etmişdir. Bir müddət sonra, təxminən oktyabr ayının əvvəllərində Faruk ona oturum sənədi düzəltmiş, oturum sənədi aldıqdan sonra Həmzənin tapşırığı ilə “Ziraatbank”a müraciət edərək oturum sənədi əsasında özünə bank hesabı və kartı açdırmışdır. Daha sonra Həmzə ona həmin bank kartına pul köçürüləcəyini bildirmiş, köçürüləcək pulu Azərbaycana anasının adına göndərməsini tapşıraraq sonuncunun da həmin pulu Azərbaycanda Həmzənin ona deyəcəyi hesaba köçürtməli olduğunu demişdir. Həmzə ona bu pul məbləğinin Vüsal Iskəndərlinin Azərbaycanda yaşayan anasına çatacağını demiş, bu pul məbləğini anasının ödəniş terminalı vasitəsilə köçürtməsini tapşırmışdır. Dəqiq sayını xatırlamasa da, Həmzə bu şəkildə ümumilikdə təxminən ona 4-5 dəfə pul göndərmiş, həmin pulları bəzən tam şəkildə, bəzən isə hissə-hissə anasına göndərməsini tapşırmışdır. Anası isə öz növbəsində onun dediyi kartlara ödəniş terminalları vasitəsilə həmin pulları köçürmüş, xatırladığı qədər Həmzənin dediyi kartların üzərində şahid10, Nərminə Məmmədova, soyadını xatırlamadığı Elməddin adlı şəxsin adlarına kartlara pul vəsaitləri köçürülmüşdür. Bundan başqa 1-2 halda anası pulları ödəniş terminalı vasitəsilə deyil, kartdan karta köçürmüş, Həmzənin tapşırığı ilə anasına göndərdiyi məbləğlər xatırladığı qədər 7.400 manat, 2.600 manat, 1.200 manat, 4.000 manat, 315 manat və digər xatırlamadığı məbləğlər olmuşdur. Təxminən ## ###### 2024-cü il tarixdə konsulluqdan yeni pasportunu aldıqdan sonra bu barədə Həmzəyə məlumat vermiş, həmin gün Fatih məscidinin qarşısında sonuncu ilə görüşmüşlər. Görüş zamanı Həmzə ona ailəsinin yaxşı olduğunu, belə davam edəcəyi təqdirdə ailəsinə heç nə olmayacağını demiş, Həmzə son bir iş tapşıracağını və bununla da işbirliyinin sonlanacağını deyərək ailəsinə və dostlarına guya Gürcüstana işləməyə gedəcəyini, lakin Misir tərəfdə bir yerə getməli olduğunu tapşırmışdır. Həmzə gedəcəyi yerin adının Ürdün olduğunu, oradan isə Aqaba şəhərinə gedəcəyini, gedəcəyi vaxtı ona dəqiq deyəcəyini bildirmişdir. Həmzə Ürdünə gedənə yaxın ona pul göndərəcəyini qeyd edərək həmin vaxt ona 1.000 ABŞ dolları verərək Mustafaya çatdırmasını tapşırmış, bundan başqa Həmzə 400 ABŞ dolları pulu isə xərclik üçün onun özünə vermişdir. Həmin vaxt Mustafa ilə danışaraq Həmzənin dişlərini düzəltdirməsi üçün pul göndərdiyini deyərək həmin pulu hara göndərməsini soruşmuş, Mustafa isə yaxınlıqdakı marketdə işləyən şəxslərdən bank kartı istəyərək ona göndərib pulu həmin hesaba köçürməsini xahiş etmişdir. Həmzənin verdiyi 1.000 ABŞ dolları pulu Mustafanın göndərdiyi bank kartına göndərmiş, Mustafa isə pulu həmin şəxslərdən götürmüşdür. Təxminən 3 gün keçdikdən sonra Həmzə ona zəng edərək ev yoldaşlarına yalandan guya Gürcüstana işləməyə getdiyini deməsini tapşırmış, evdən çıxaraq Əskişəhir şəhərinə getməsini və orada bir müddət oteldə qalmasını tapşırmışdır. Həmzənin tapşırığına əsasən Əskişəhir şəhərində “Şehir Rezidens” adlı oteldə otaq tutaraq ümumilikdə 5 gün orada qalmış, Əskişəhirdə olan zaman Həmzə onun kartına 1887 ABŞ dolları pul göndərərək eyni qaydada Azərbaycana göndərməsini tapşırmışdır. Eyni qaydada həmin pulu Azərbaycana anasına göndərmiş və Həmzənin ona göndərdiyi kartı da anasına göndərərək pulu həmin karta köçürməsini xahiş etmişdir. Beş gün Əskişəhirdə qaldıqdan sonra Həmzə onu gecə ilə Istanbul şəhərinə çağırmış, avtobusla Istanbul şəhərinə çatdıqdan sonra Həmzəyə bu barədə məlumat vermişdir. Həmzə “Kapalı Çarşı” bazarında fəaliyyət göstərən Alirza adlı valyuta mübadiləsi yerinə pul göndərdiyini deyərək ona həmin pul vəsaitini götürməsini, özünə yeni telefon, fotokamera və çamadan almasını tapşırmış, Alirza adlı valyuta mübadiləsi yerinə gedərək sənədini təqdim etdikdən sonra Həmzənin göndərdiyi 5.840 ABŞ dolları pulu götürmüşdür. Həmzənin tapşırığı əsasında özünə “Samsung S4” markalı mobil telefon və “Nikon” markalı fotokamera, eləcə də çamadan almışdır. Daha sonra Həmzə ona Iordaniyanın Akaba şəhərinə bilet almasını tapşırmış, birbaşa reys tapa bilmədiyinə görə Iordaniyanın Amman şəhərinə, oradan isə Akaba şəhərinə tranzit gediş-gəliş bileti almışdır. ## ###### 2024-cü il tarixdə təyyarə ilə Istanbuldan Amman, oradan isə Akaba şəhərinə getmiş və ## ###### 2024-cü il tarixdə Akabaya çataraq “Riti Tover” adlı oteldə yerləşmişdir. Səhəri gün Həmzə ona zəng edərək çatıb-çatmadığını soruşmuş, Həmzəyə çatdığını və otelə yerləşdiyini bildirmişdir. Həmzə bunun sonuncu iş olduğunu, restoranda yemək yeyərkən, gəzərkən çoxlu sayda fotoşəkillər çəkməsini, bu fotoşəkillərdə həm özünün həm də ətrafda olan hər şeyin fotoşəkilə düşməsini tapşırmış, bundan başqa Həmzə şəhərin kənarının dəniz olduğunu, dənizin qarşı tərəfinin isə “zalım” Israil dövlətinin ərazisi olduğunu qeyd edərək qarşı tərəfdə yerləşən Israilin Eylat şəhərini, oradakı gəmilər və digər obyektlərin çoxlu fotoşəkillərini çəkməsini tapşırmışdır. O, Həmzənin dediyi formada çox sayda foto və videoçəkilişlər edərək özündə saxlamışdır. Bundan üç gün sonra Həmzə ona zəng edərək verdiyi “Asus” markalı notbuka “Telegram” proqramı yükləməsini, yüklədiyi “Telegram” profilində Iraqa məxsus +************* saylı nömrə ilə qeydiyyatdan keçməsini və dəqiq xatırlamadığı “Saeid” adlı profilə daxil olmasını tapşırdıqdan sonra ona “Telegram” vasitəsilə bir qovluq göndərmiş, “Telegram”dan çıxaraq “win.rar” proqramı yükləməsini bildirmişdir. Həmin proqramı notbuka yüklədikdən sonra çəkdiyi foto və videoları “win.rar” proqramına atmasını tapşırmış, foto və videoları həmin proqrama atdıqdan sonra onların üzərində qıfıl işarəsi yaranmışdır. Bundan sonra faylların içərisindəkiləri görmək mümkün olmamış, daha sonra bu faylları “Telegram” vasitəsilə Həmzənin göndərdiyi qovluğa atmışdır. Bundan sonra Həmzənin tapşırığı əsasında oteldə qalma müddətini bir həftəlik uzatmış, təxminən iki gün sonra Həmzə ona yenidən zəng etdikdə sonuncuya pulunun bitdiyini söyləmişdir. Həmzə Akaba şəhərində yerləşən Abu Bazar yaxınlığında ağaclığın dibinə pul qoyulacağını deyərək ora gedərək həmin pulu götürməsini tapşırmış, Həmzənin dediyi yerə gedərək bu barədə sonuncuya məlumat vermişdir. Həmzə həmin yerə məxsus fotoşəkil göndərərək ağacı şəkildə işarələmiş və pulun həmin ağacın dibində olduğunu bildirmiş, həmin ağaca yaxınlaşaraq orada qara sellofana bükülü təxminən 2.000 iordaniya dinarı məbləğində pulu oradan götürmüşdür. Bundan bir neçə vaxt sonra təxminən ## ###### 2024-cü il tarixdə Həmzə ona zəng edərək digər foto və videoları da tələb etmiş, eyni qaydada digər foto və videoları Həmzəyə göndərmişdir. Bundan sonra Həmzə ilə danışıb Azərbaycana geri qayıdacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayının sonlarında işləmək məqsədi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmiş, orada olan həmkəndlisi Ilyas ona ərzaq mağazasında iş təşkil etmişdir. Təxminən bir il Sankt-Peterburq şəhərinin Vsevolovskiy rayonunun, Şişkanya 14 küçəsində yerləşən ərzaq mağazasında rəflərə nəzarətçi işləmiş və aylıq təxminən 765 manat ekvivalentində 45.000 rubl maaş almışdır. Mağazada kassir işləyən əslən Ağsu rayonundan olan Ilqar adlı şəxslə yaxınlıqda bir evdə kirayə yaşamış, təxminən bir il sonra Şəmkir rayonunun Çinarlı qəsəbəsinə geri dönmüşdür. Azərbaycana geri döndükdən sonra 2022-ci ilin yay fəslinin ortalarından 2023-cü ilin dekabr ayının ortalarına kimi Çinarlı qəsəbəsində fəhləlik etmiş, 2023-cü ilin dekabr ayının ortalarında yenidən Sankt-Peterburq şəhərinə getmişdir. Bu dəfə Sankt-Peterburq şəhərində Vsevolovskiy prospektində siqaret köşkündə satıcı kimi işə başlamış, günü 38 manat ekvivalentində 2200 rubla işləmişdir. Təxminən 2021-ci ildə “TikTok” sosial şəbəkəsində özünün “Memmedov9995” profili vasitəsilə “Kritiy Vüsal” adı ilə də tanınan Vüsal Iskəndərli ilə tanış olmuş, canlı yayım zamanı sonuncu telefon nömrəsini paylaşdığı üçün “Whatsapp” sosial şəbəkə tətbiqi ilə əlaqə yaratmışdır. Danışıqları zamanı o, Vüsal Iskəndərliyə şiə təriqətində olduğunu bildirmiş, X21 qeyd etmişdir. Təxminən 3 (üç) il ərzində Vüsal Iskəndərli ilə “Whatsapp” tətbiqi ilə müntəzəm əlaqə yaratmış, sonuncuya Rusiyanın Sankt-Peterburq şəhərində işlədiyini demişdir. Vüsal Iskəndərli ilə münasibətləri daha da dərinləşəndən sonra sonuncu onlarla eyni təriqətdə olan müəyyən din qardaşlarına onun nömrəsini bildirdiyini qeyd edərək həmin şəxslərlə münasibət qurmağı tapşırmış, danışıqda həmin insanların “yaxşı qardaşlar” olduğunu demişdir. Təxminən 2024-cü ilin avqust ayında ona “Whatsapp” sosial şəbəkəsindən xatırlamadığı nömrədən bir nəfər zəng edərək əlaqə yaratmış, həmin şəxs özünü Həmzə kimi təqdim edərək nömrəni Vüsal Iskəndərlidən aldığını bildirmişdir. Həmin şəxsin tapşırığı ilə “Zanqi” tətbiqini mobil telefonuna yükləmiş və qeyd olunan tətbiq vasitəsi ilə həmin şəxslə əlaqə yaratmışdır. Həmzə onun Vüsal Iskəndərli tərəfdən məsləhət görüldüyünü, Vüsal Iskəndərlinin onun barəsində yüksək fikirdə olduğunu demiş, Həmzə Rusiyada nə işlə məşğul olması və aylıq qazancı barədə maraqlanmışdır. Hər şeyi Həmzəyə olduğu kimi bildirmiş, Həmzə özünü iranlı kimi təqdim edərək onun dil bacarıqlarını soruşmuşdur. Həmzəyə türk və rus dillərini bildiyini demiş, X26 şəhərində iş olduğu halda işləmək istəməsi barədə maraqlanmışdır. Işin mahiyyətini dəqiqləşdirmədən Həmzəyə öz razılığını vermiş, bundan başqa Həmzəyə Sankt-Peterburqda işlədiyi dükan sahibinə 463 manat ekvivalentində 27.300 rubl borcu olduğunu, həmçinin aviabilet almağa pulunun olmadığını demişdir. Həmzə də öz növbəsində ona USDT kriptovalyutası ilə 800 ABŞ dolları pul göndərəcəyini bildirmiş, kriptovalyutadan başının çıxmadığı üçün Sankt-Peterburqda yaşayan və Murad adlı azərbaycanlı məktəbliyə müraciət etmişdir. Həmzə 800 dollarlıq USDT-ni Muradın elektron pul kisəsinə atdıqdan sonra Murad ona 1.204 manat ekvivalentində 71.000 rubl pul vermiş, həmin puldan 27.300 rubl borcunu Mamedə qaytardıqdan sonra Sankt-Peterburqdan Istanbula təyyarə bileti almışdır. ## ######## 2024-cü il tarixdə Istanbul şəhərinin Atatürk hava limanına gəlmiş, Həmzə ilə əvvəlcədən danışdığı kimi Istanbulun Bayrampaşa adlanan ərazisində “Lionel” otelinə getmişdir. Otelin girişində Həmzə onu qarşılamış, həmin vaxt Həmzənin yanında ortayaşlı ağ saçlı kişi olmuşdur. Həmzə onu dərhal otelin 9cu mərtəbəsində yerləşən otağa aparmış, həmin vaxt otaqda Həmzənin “Hüseyn” adı ilə təqdim etdiyi azərbaycanlı bir şəxs də olmuşdur. Həmzə həmin şəxsə onunla tanış olmağı, hal-əhval tutmağı tapşıraraq otaqdan ayrılmış, həmin şəxs ona əsl adının Tural olduğunu, lakin bundan sonra Hüseyn kimi müraciət etməsini tapşırmışdır. Tural Bakı şəhərindən olduğunu bildirdikdən sonra sanitar qovşağa keçmiş, təxminən 5-10 dəqiqə sonra Həmzə yenidən otağa qayıtmışdır. Həmzə onlardan tanış olubolmamalarını soruşduqda Tural tanış olduqlarını bildirmiş, Həmzə Turala ona işi başa salmasını tapşıraraq yenidən otaqdan ayrılmışdır. Tural söhbətə başlayaraq onu Türkiyənin Adana şəhərinə aparacağını, orada ona veriləcək evdən fotokamera vasitəsi ilə foto və video çəkilişlər edərək deyilən yerə elektron qaydada göndərməli olacağını, verilən tapşırığın məxfi olduğunu və heç kimin bilməli olmadığını demiş, öz razılığını verdikdən sonra Həmzənin kimliyi barədə maraqlanmışdır. Tural Həmzənin vəzifəli şəxs olduğunu bildirdikdə, Turalın təkidlə bütün baş verənlərin məxfi saxlanılmasını tapşırdığını nəzərə alaraq Həmzənin Iran xüsusi xidmət orqanının əməkdaşı olmasını dərhal başa düşmüş, həmin gecə Turalla bir otaqda qalmışdır. Səhər otelin foyesində Turalla birlikdə Həmzə və yanındakı şəxslə görüşmüş, aralarında baş tutan söhbət zamanı Həmzə kompyuter bacarıqlarını soruşduqda bu sahədə zəif olduğunu bildirmişdir. Həmzə və yanındakı şəxs faylların sıxılması üçün “Winrar Zip”, şifrələmək üçün “protector”, “Nextcloud”, “Psiphone” VPN proqlarını başa salmış, ilk dəfə olduğu üçün çox çətin olduğunu bildirsə də, Həmzə narahat olmamağı bildirərək gələcəkdə rahatlıqla mənimsəyəcəyini, ona aylıq 800 ABŞ dolları maaş verəcəyini demişdir. Adanada qalacağı evin kirayəsinin verildiyini də qeyd etmiş, Həmzə həmçinin hərdən xərclik pulu da verəcəyini söyləmişdir. Bunun qarşılığında isə Adanada ona göstəriləcək yerin mütəmadi olaraq foto və videolarını veriləcək fotokamera vasitəsilə çəkmək və notbuk vasitəsi ilə göndərmək lazım olduğunu bildirmiş, bundan sonra Həmzənin Iran xüsusi xidmət orqanının əməkdaşı olmasına tam əmin olmuşdur. Həmzə həmçinin danışılan bu işlərdən Vüsalın xəbərinin olmamasını tapşırmış, ona Mustafa ləqəbini verdiyini, bundan sonra danışanda özünü Mustafa kimi qələmə verməsini tapşırmışdır. Həmzəyə öz razılığını bildirmiş, Həmzə Turala 800 ABŞ dolları verərək xırdalayıb ona verməsini tapşırmışdır. Bundan sonra Turalla birlikdə Istanbuldan təyyarə ilə Adana şəhərinə gəlmiş, Adanada Tural 800 ABŞ dolları pulu türk lirəsinə çevirərək ona vermişdir. Tural Adana şəhərində onu Ahmet Zembilci bulvarında, Zengibar yaşayış binasında 9-cu mərtəbədə yerləşən 4 otaqlı mənzilə gətirmiş, mənzildə Tural ona “Nikon” markalı fotokamera verərək istifadə qaydasını başa salmışdır. Mənzilin qonaq otağı və mətbəx mənzərəsi böyük bir aviabazaya baxmış, Tural ona həmin aviabazanın X38 məxsus olduğunu bildirərək fotokamera vasitəsi ilə aviabazaya enən, qalxan təyyarələrin foto və videoçəkilişlərini etməsini tapşırmışdır. Tural fotoşəkillərdə və videolarda əsasən həmin aviabazada olan təyyarələrin və quyruq hissədə üzərində olan bayraqların çəkilməsinin vacib olduğunu qeyd etmiş, fotokameranın işıq saçan hissəsinə izolent vuraraq qəti şəkildə həmin hissəni açmamağı tapşırmışdır. Tural aviabazanın mənzildən kənarda fotoşəklinin və videosunun çəkilməsini qəti qadağan edərək bütün çəkilişlərin yalnız mənzildən aparılmasını tapşırmış, həmçinin ona oteldən gətirdiyi “Lenovo” markalı notbuku da vermişdir. Ertəsi gün Tural onu tərk edərək Türkiyədə yaşamaq icazəsi barədə sənədi götürmək üçün Ankaraya getməli olduğunu demiş, Tural getdikdən sonra Həmzə ilə “Zanqi” tətbiqi vasitəsilə əlaqə yaratmışdır. Həmzə çəkilən fotoşəkillərin yaddaş kartından “Telegram” vaistəsi ilə göndərməyin yolunu ona “Zanqi” tətbiqi vasitəsi ilə başa salmış, Həmzənin “Telegram”da adı Jahad və HH olmuşdur. Gündəlik olaraq aviabaza istiqamətindən fotoşəkillər və videolar çəkərək “Lenovo” markalı kompyuterdən istifadə etməklə “Telegram” vasitəsi ilə Həmzəyə göndərmiş, axşamlar mümkün olmadığı üçün çəkilişləri bir qayda olaraq günün aydın vaxtlarında aparmışdır. Ilkin olaraq həmin aviabazanın adını bilməsə də sonradan ətrafda yaşayan insanlar vasitəsi ilə həmin aviabazanın adının “Incirlik” olmasını öyrənmiş, müddət keçdikcə onun insanlarla münasibəti yaranmağa başlamışdır. Yaşadığı binanın altında ərzaq mağazası işlədən Talha Mumcu və Selim Anıl adlı iki nəfər türklə münasibəti yaranmış, hətta dostluq səviyyəsində olmuşdur. Həmin şəxslərə Adanada istirahət etdiyini bildirmiş, Turalla danışıq zamanı bu işlərin tərs gedəcəyi təqdirdə necə olacağını soruşduqda sonuncu tutulacağı təqdirdə özünü öldürəcəyini bildirmişdir. Bundan sonra 2024-cü ilin oktyabr ayının 20-24 arası Tural ev sahibi Erhan Inan adlı şəxsin vasitəsi ilə ona 1156 manat ekvivalentində 24.000 türk lirəsi pul vəsaiti göndərmiş, Turaldan həmin vəsaitin 100 ABŞ dollarını anasının kart hesabına köçürməsini xahiş etmişdir. Tural onun anasına 100 ABŞ dolları göndərək pulun qalan hissəsini onun götürməsi üçün Erhan adlı şəxsin hesabına köçürmüş, 2024-cü ilin noyabr ayının 20-24 arası X11 kart hesabını bildirərək göndərəcəyi 964 manat ekvivalentində 20.000 türk lirəsi pul vəsaitinin 7.000 türk lirəsi pulu anasının kartına, qalanını həmin karta göndərməsini xahiş etmişdir. Bundan başqa 2024-cü ilin noyabr ayında dişlərinin müalicəsi üçün Turaldan 2170 manat ekvivalentində 45.000 türk lirəsi pul almış, həmçinin ötən müddət ərzində Həmzə ilə razılaşdığı maaşdan əlavə xərclik pulu olaraq 10.000- 20.000 türk lirəsi məbləğində pul vəsaitini Turaldan almışdır. Qeyd olunan pul vəsaitlərini onun xahişi əsasında Həmzənin tapşırığı ilə Tural ona göndərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ildən 2024-cü ilə qədər Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin 7-ci zenit raket bölməsində mühafizə manqasının baş atıcı vəzifəsində xidmət etmiş, xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının əks hücum əməliyyatlarında iştirak edərək bununla bağlı Hərbi Hava Qüvvələrinin Komandanlığının fəxri fərmanı ilə təltif edilmişdir. 2022-ci ildə Vüsal Isgəndərlini “TikTok” şəbəkəsi vasitəsilə tanımış, sonuncu ilə dini mövzüda söhbət etmişdir. Vüsal Iskəndərli ilə 200-300 nəfər olan canlı yayımda, 3-4 nəfər arasında olan dini mövzuda söhbət edən şəxslərdən biri olmuş, orda cinayət tərkibli söhbətlər etməmişdir. Sadəcə olaraq sonuncunun adı Vüsal olduğuna görə, onun da adı Vüsal olduğuna görə, dini maraqları üst-üstə düşmüş, bu mövzuda söhbət etmişlər. Vüsal ilə tanışlığı nə isə müqabilində hər hansı bir məlumatı öturmək olmamış, valideyninin tibbi əməliyyatı zamanı maddi vəziyyəti bir az çətin olduğuna görə həmin ərəfələrdə xidmətdə olduğu zaman Vüsal ona zəng edib maddi çətinliyi olsa kömək etməyə hazır olduğunu bildirmişdir. Vüsal Isgəndərli ona orada xidmətdə olduğunu, əlindən gələn köməkliyi ona edə biləcəyini demiş, üstündən bir müddət keçəndən sonra valideyninin əməliyyat vaxtı gələndə Vüsal Isgəndərlidən 500 manat pul almışdır. Bunun qarşılığnda heç bir hərbi hissənin məkan məlumatını və yaxud ittiham aktında qeyd olunduğu kimi, pilotsuz uçuş aparatlarına dair materialları göndərməmişdir. Ibtidai istintaq zamanı verdiyi ifadələri qorxu təsiri altında vermiş, təsirə məruz qalmışdır. Dövlət Təhlükəsizlik Xidmətinin bellərində silah olan 8 nəfər əməkdaşı tərəfindən tutulmuş, əlləri, qolları bağlı şəkildə. Telefonumda “Zənqi” proqramı olmadığı halda, ona telefonunda “Zənqi” proqramının niyə olmaması barədə sual vermişlər. Vüsal Isgəndərli ilə əlaqəsi kəsildikdən sonra onun həmin proqram “Zənqi” proqramını telefonunda saxlamasına ehtiyacı olmamış, telefonuna baxış keçirilərkən həmin proqram aşkar edilməmişdir. Xidmətdə olduğu zaman Dövlət Təhlükəsizlik Xidməti komissiya təşkil edib telefonuna baxış keçirilmiş, telefonları təmiz şəkildə geri qaytarılmışdır. Saxlanıldığı zaman telefonuna baxış keçirilərkən onun hər hansı bir cinayət törətməsi və kiməsə məlumat göndərdiyini təsdiq edəcək məlumatlar aşkar edilməmişdir. ## ### 2025-ci il tarixdə nahar yeməyi almağa tükana girərkən 8 nəfər mülkü formada üstünə tökülüşüb zorla onu avtomaşına mindirmiş, avtomaşında da əlini-qolunu bağlayıb başına torba keçirtmişlər. Ona işgəncə metodlarını işlədəcəkləri ilə hədələdiklərinə görə əvvəlcədən formalaşdırılmış və qabağına qabağıma qoyulmuş ifadələri vermiş, o da məcbur qalıb həmin ifadələri vermişdir. Ilkin ifadə verdiyi zaman qorxu təsiri altında olmuş, hətta orda onun susma hüququ da daxil olmaqla bir sıra hüquqları pozulmuşdur. Qorxu altında olduğuna görə hər şeyi təsdiqləmiş, Dövlət Təhlükəsizlik Xidmətinə gələndə orda da əməliyyatçı onun başının üstündə olaraq imza atmağını dedidiynə görə o da imzamı atmışdır. Ikinci dəfə də vəkilin iştirakı ilə olan dindirmədə dövlətin verdiyi vəkil dindirimə protokolunu imzalamamış, ifadələrini vermiş, amma müstəntiqin dediklərini düzgün yazmayacağını bilməmişdir. Onun cinayət tərkibli heç bir əməli olmamış, heç bir xüsusi orqanının əməkdaşı ilə görüşməmişdır. Azərbaycan Respublikasından kənarda olmamış, aparıldığı zaman üstündən heç bir aparat, heç bir noutbuk, heç bir kompyuter tapılmamışdır. Xidmətdən tərxis olunmasına baxmayaraq güya 2021-ci ildən 2024-cü ilə qədər Həmzə adlı şəxsin Vüsal Isgəndərlinin vasitəsi ilə tanış olub tapşırıqlarını icra etməsi qeyd edilmiş, halbuki istintaqa 2025-ci ildə Həmzə adlı şəxsi tanımadığını bildirmişdir. Onun vətənə xəyanət eməsinə dair hər hansı bir fakt və sübut olmamış, hər hansı bir səs, har hansı bir mesaj, hər hansı bir sözdələşmə, hər hansı bir müqavilə, hər hansı bir fotoşəkil olmamışdır. Dövlət sirrinin mühafizəsinin pozulmasına dair heç bir əməl törətməmiş və heç bir məlumat göndərməmişdir. Hərbi hissənin daxilində olan asudə vaxtlarında Vüsal Iskəndərli ilə danışmış, hərbi hissənin daxilində danışmamışdır. Vüsal Iskəndərliyə konumla hərbi hissənin məlumatlarını göndərməmiş, belə bir hal olmamışdır. Vüsal Iskəndərli ona çatdırılması üçün uşaqlıq dostu şahid8 kartına 500 manat və 200 manat məbləğində pul göndərmiş, əlavə olaraq ona təxminən 150-200 manat pul göndərmişdir. Həmin pullara görə heç bir tapşırıq almamış, heç bir tapşırıq icra etməmişdir. 2025-ci ildə xidmətdən tərxis olandan 5 ay sonra maddi vəziyyəti yaxşı olmadığına görə Vüsal Iskəndərlidən 200 manat pul istəmiş, sonuncu ona işinin çox olmasını, pul göndərə bilməyəcəyini, amma ona “Zangi” proqramı vaxitəsilə nömrə göndərəcəyini, həmin şəxsə tapşırdığını, oraya kartı yazmasını və sonuncunun karta pul göndərəcəyini demişdir. Həmin vaxt “Zangi” proqramı vasitəsilə Həmzə adlı şəxslə danışmış, sonuncu karta 200 manat pul göndərmişdir. Hərbi Hava Qüvvələrinin X24 bölməsində baş atıcı vəzifəsində xidmət etməklə ərazinin mühafizəsinə baxmış, onun xidmət etdiyi hərbi hissədə pilotsuz uçuş aparatları olmamışdır. Onun aparatlara dair və başqa texnikalarla bağlı olan sənədlərə ümumiyyətlə çıxışı olmamış, həmin hərbi hissənin 7-ci bölməsində Şuşa rayonu Daş Altı istiqamətində xidmət etmişdir. Hərbi hissəyə girən vaxt Smarton markalı telefon üzərində olmamış, telefonla giriş qəti şəkildə qadağan olmuşdur. Vüsal Iskəndərliyə ümumi vəziyyəti bildirmək üçün hərbi hissənin daxilindən məkan məlumatını deyil, olduğu yerin məkan məlumatını göndərmişdir ki, həmin yer hərbi hissənin kənarında olmuşdur. X9 ilə birləşdirən ortaq dini dəyərləri, hər iksinin adının Vüsal olması və ikisinun də cənub bölgəsindən olması olmuş, sonuncunun onu xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etmək planı olsa da onun bu barədə heç bir məlumatı olmamışdır. Vüsal Iskəndərli ona nə isə çətinliyi olarsa kömək etməyə hazır olduğunu, xaricdən ancaq maddi cəhətdən kömək edə biləcəyini demiş, həmin vaxt sonuncudan heç nə istəməmişdir. Bir müddət keçdikdən sonra valideyni əməliyyat olunduğuna görə Şuşadakı hərbi hissədən Bakıya gəlməli olmuş, əməliyyat və dərman preparatlarının alınması üçün ona pul lazım olmuşdur. Vüsal Iskəndərliyə valideyninin əməliyyat olunacağını deyərək hətta epiqrizi də sonuncuya atmış, sonuncu onun göndərdiyi bank kartına 500 manat pul göndərmişdir. Vüsal Iskəndərli ona PUA-ların şəklini çəkməsini, hərbi hissənin yerinin çəkilişini, çertyojların çəkməsini təklif etməmiş, Vüsal Iskəndərliyə, Həmzə adlı şəxsə dövlət sirrinə dair heç bir məlumat göndərməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs1 göstərmişdir ki, təxminən 2019-2020-ci illərdə ibadət edən zaman “TikTok” sosial şəbəkəsində Vüsal Krıtı kimi tanınan Vüsal Iskəndərli ilə tanış olmuş, həmin sosial şəbəkədə dini mövzuda müzakirə aparan zaman dostlaşmışlar. 2021-ci ildə Bakı şəhəri Suraxanı rayonunda yerləşən N saylı hərbi hissəyə müddətdən artıq xidmət edən hərbiçi kimi işə düzəlmiş, həmin ərəfələrdə anasını xəstə olduğu üçün əməliyyat etdirməli olmuşdur. Bu barədə Vüsal Iskəndərli ilə danışmış, sonuncu ona anasının əməliyyatına görə 500 manat yardım edəcəyini vəd etmişdir. Buna görə Vüsal Iskəndərli ondan bank kartı nömrəsi istəmiş, həmin vaxt istifadəsində olan xxxx kartını sonuncuya göndərmişdir. Vüsal Iskəndərli də həmin karta 500 manat pul göndərmiş, danışıq zamanı Vüsala hərbiçi kimi işə düzəlməsindən və qazancının az olmasından gileylənmişdir. Vüsal Iskəndərli həmin vaxt ondan hansı hərbi hissəyə düzəldiyini və vəzifəsi barədə maraqlanmış, danışıqdan bir neçə vaxt sonra təxminən 2021-ci ilin sonlarında Vüsal Iskəndərli onunla danışan zaman xidmət etdiyi hərbi hissənin məkan məlumatlarını göndərməsini ondan xahiş etmişdir. Vüsal Iskəndərliyə xidmət etdiyi hərbi hissənin məkan məlumatlarını “Telegram” proqramı vasitəsilə göndərmiş, bundan sonra bankdan kredit götürdüyünə görə öz kartını ləğv etdirmişdir. Vüsal Iskəndərli məkan məlumatı göndərdiyinə görə ona təşəkkür etmək məqsədilə kart istədikdə öz kartının olmadığını demiş, Vüsal Iskəndərli isə hər-hansı bir tanışının bank kartını bildirməsini ona tapşırmışdır. Bundan sonra eyni məktəbdə oxuduğu uşaqlıq dostu şahid8 xahiş edərək Vüsal Iskəndərlinin ona pul göndərəcəyini, lakin kartının olmadığını, bu səbəbdən də şahid8 özünə məxsus kart məlumatlarını ona verməsini xahiş etmiş, şahid8 onun Vüsal Iskəndərli ilə necə tanış olduğunu soruşduqda sonuncu ilə sosial şəbəkədə tanış olduğunu, Vüsal Iskəndərlinin göndərdiyi pulun isə sadəcə maddi yardım olduğunu demişdir. şahid8 öz kartını ona verdikdən sonra həmin kart məlumatlarını Vüsal Iskəndərliyə göndərmiş, aradan çox vaxt keçdiyinə və Vüsal Iskəndərlinin ona dəfələrlə pul göndərdiyinə görə hansı vaxt hansı məbləğdə pul göndərildiyini xatırlamamışdır. X27 ümumilikdə 8-9 dəfə olmaqla ona gösndərdiyi 300, 400, 500, 700, 800 manat məbləğində pul vəsaitlərini hər dəfə şahid8 kartından çıxararaq şəxsi istifadəsi üçün xərcləmiş, Vüsal Iskəndərli pul vəsaitlərini ona xidmət etdiyi hərbi hissənin məkan məlumatlarını, eləcə də hərbi hissədə Israil istehsalı PUA və digər texnikalara dair olan sənədlərin fotoşəkillərini göndərdiyi üçün göndərmişdir. Bundan başqa, Vüsal Iskəndərli ona dəfələrlə pul göndərərək həmin pulları göndərdiyi bank kartlarına köçürməsini xahiş etmiş, Vüsal Iskəndərli ona bu bank kartı sahiblərinin imkansız və ehtiyacı olan ailələr olduğunu, həmin ailələrə yardımlar etdiyini bildirmişdir. Bundan başqa, 2024-cü ilin yaz aylarında, o hərbi xidmətdən tərxis olunmağa hazırlaşan zaman Vüsal Iskəndərli ona mobil telefonuna “Zangi” tətbiqini yükləməsini və bundan sonra özü ilə yalnız həmin tətbiq vasitəsilə əlaqə saxlamasını tapşırmış, hərbi xidmətdən 2024-cü ilin aprel ayında tərxis olunduqdan sonra Vüsal Isgəndərlinin tapşırığı ilə “Zangi” tətbiqini yazmışdır. Həmin tətbiq vasitəsilə Vüsal Iskəndərli onu Həmzə adı ilə təqdim etdiyi iranlı ilə əlaqələndirərək özünün işlərinin çox olması səbəbindən bundan sonra həmin iranlı ilə danışmalı olacağını demiş, bundan sonra “Zangi” tətbiqi vasitəsilə Həmzə adlı həmin şəxslə danışmağa başlamışdır. Vüsal Iskəndərli ilə daha az danışmağa başlamış, bundan sonrakı dövrlərdə sonuncu ona bir dəfə 200 manat pul vəsaiti göndərmişdir. Həmzə adlı iranlı ona maddi yardım olaraq bir dəfə göndərdiyi 700 manat pul da şahid8 kartına köçürülmüş, daha sonra söhbətləri zamanı Həmzə adlı iranlı ona Bakı şəhərində olan əslən yəhudi olan şəxslər barədə məlumatlar toplamağı tapşırmışdır. Buna imkanı olmadığına dair hər dəfə bir bəhanə ilə söhbətdən yayınmış, bundan sonra münasibətlər soyuyaraq danışıqları dayandırmışlar. “Zangi” tətbiqini mobil telefonundan təxminən aprel ayının ortalarında silmiş, təxminən 2025-ci ilin əvvəllərindən Vüsal Iskəndərli ilə danışmayaraq ancaq sosial şəbəkələrdə arabir salamlaşmışlar. Mobil telefonu təxminən bir il əvvəl sınmış, həmin telefonda Vüsal Iskəndərliyə göndərdiyi məlumatlar da qalmamışdır. Mobil telefonun yaddaşındaki “Həmzə1” adı ilə qeyd edilmiş “1025341970” nömrə və “Hamza2” adı ilə qeyd edilmiş “1045328462” nömrə “Zangi” sosial şəbəkə tətbiqinə aid olmuş, həmin nömrələrdən biri Vüsal Isgəndərlinin, digəri isə sonuncunun onu telefon vasitəsilə tanış etdiyi Həmzə kimi təqdim edilmiş şəxsə aid olmuşdur. Aradan çox vaxt keçdiyinə görə həmin nömrələrdən hansının Vüsala, hansının Həmzəyə aid olduğunu xatırlamamışdır. Əvvəllər hərbi xidmətdə olan zaman Vüsal Isgəndərli ilə “Telegram” sosial şəbəkəsi vasitəsilə danışıqlar aparmış, hərbi xidmətdən tərxis olunduqdan sonra Vüsal Isgəndərli ona “Zangi” proqramı ilə danışmağın daha təhlükəsiz olduğunu, bu səbəbdən də bu proqramı mobil telefonuna yazmasını tapşırmışdır. Təxminən 2025-ci ilin aprel ayının əvvəllərində Vüsal və Həmzə ilə əlaqəsini kəsdiyinə görə “Zangi” sosial şəbəkə tətbiqini mobil telefonundan silmiş, xidmət etdiyi hərbi hissənin içərisindən yox, girişinin qarşısından məkan məlumatlarını “Zangi” proqramı vasitəsilə Vüsala göndərmişdir. Bakı şəhərində xidmət etdiyi dövrdə Vüsal Isgəndərlidən maddi vəziyyəti pis olduğuna görə pul istəmiş, bu zaman Vüsal ondan hərbi xidmətdə olub-olmadığını soruşduqda bunu təsdiq etmək üçün Vüsala “Zangi” proqramı vasitəsilə məkan göndərmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədə icraat zamanı verdiyi ifadəsində şahid11 göstərmişdir ki, atası təqsirləndirilən şəxs4 2014-cü ildə 1-ci dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuş, 2021-2022-ci il ərəfəsində cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Atası həbsdən azad olunduqdan sonra bir müddət onunla birlikdə avtomobil təmiri ustası kimi işləmiş, bundan başqa müxtəlif ticarətlə məşğul olumuşdur. Atası ## ###### 2024-cü ildə saxlanılan zaman sonuncuya verilən suallardan atası təqsirləndirilən şəxs4 xarici ölkələrə məxfi məlumatlar ötürdüyünü anlamış, sonradan atasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274cü maddəsinə əsasən, yəni dövlətə xəyanət etdiyinə görə həbs olunduğunu bilmişdir. 2023-cü ildə maddi vəziyyətləri yaxşı olmadığına görə atası Irana gedərək orada Keyvan adlı köhnə tanışı ilə meyvə ticarəti ilə məşğul olmaq qərarına gəlmiş, həmin ilin sentyabr ayının sonlarında atası Irana getmişdir. 2023-cü ilin dekabr ayının sonlarında atası Irandan Masallıya qayıtmış, meyvə ticarətindən əldə etdiyi pul vəsaitini Rusiyada olan bir şəxsin aldadaraq ələ keçirdiyini və pulu geri qaytarmadığını bildirmişdir. Buna görə də təqsirləndirilən şəxs4 2024cü ilin aprel ayında Rusiyaya getmiş, lakin pulu həmin şəxsdən geri ala bilmədiyi üçün təxminən 20 gün sonra qayıtmışdır. 2024-cü ilin sentyabr ayında atası evə fotokamera və notbuk gətirmiş, ailə üzvləri təqsirləndirilən şəxs4 həmin əşyaların haradan və nə üçün olduğunu soruşduqda sonuncu iranlıların Azərbaycanda tikinti işləri görəcəyini, həmin kamera ilə tikintini çəkərək iranlılara göndərəcəyini bildirmişdir. Bunun üçün atası ondan “Telegram” səhifəsi açmasını xahiş etmiş, atasının 050-344-94-54 mobil telefon nömrəsi ilə “Telegram” sosial şəbəkəsində səhifə açdıqdan sonra özünə məxsus profili atasının profilindən taparaq sonuncuya göstərməklə profili necə edəcəyini izah etmişdir. Bundan başqa atası sonradan evə gətirdiyi fotokamerada olan fotoşəkilləri hansı qaydada notbuka köçürə biləcəyini soruşmuş, xüsusi naqilli cihaz vasitəsilə fotokameranın yaddaş kartında olan fotoşəkillərin bəzilərini notbuka köçürərək atasına göstərmişdir. Köçürdüyü fotoşəkillər əsasən çöl şəraitində çəkilmiş, anbara bənzəyən yerlər, traktorlar olan fotoşəkillər olmuş, həmin fotoşəkillər barədə soruşduqda atası bunun iranlılarla gördüyü tikinti işi ilə bağlı olan çəkilişlər olduğunu demişdir. Bundan sonra atası özü sərbəst şəkildə notbukdan istifadə etmiş, ona və digər ailə üzvlərinə notbukdan istifadə etməyə icazə verməmişdir. Atası 2024-cü ilin sentyabr ayından dekabr ayınadək dəfələrlə Bakı şəhərinə getdiyini deyib evdən çıxmış və 2-3 gün sonra geri qayıtmışdır. Bu səfərlər barədə soruşduqda atası iranlılarla gördüyü tikinti işi ilə bağlı olduğunu bildirmiş, təqsirləndirilən şəxs4 noyabr ayının təxminən 20-si ərəfələrində təxminən 2-3 günlük Istanbul şəhərinə gedərək sonradan qayıtmışdır. Istanbul şəhərində olarkən atası ona və digər ailə üzvlərinə fotoşəkillər atmış, bundan başqa atası evdə olarkən arabir telefonla əsasən Hacı deyə müraciət etdiyi hansısa iranlı dostu ilə danışmışdır. Lakin bu danışıqlar onun və digər ailə üzvlərinin yanında aparılmadığından danışıqların məzmunu barədə məlumatı olmamışdır. Atasının həmişə borcu olmuş və maddi cəhətdən həmişə kasıb göstərilməklə hansısa tapşırığı yerinə yetirməsi müqabilində kimdənsə pul almasını eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid10 ifadəsində göstərmişdir ki, həmkəndlisi təqsirləndirilən şəxs4 öz kartının krediti olduğuna görə bloklanması səbəbindən gördüyü işin qarşılığı olaraq müştərilərin verməli olduğu pulları öz kartına köçürtdürə bilmədiyini, bu səbəbdən müştərilərin pulları köçürmələri üçün bir neçə dəfə onun bank kartının fotoşəkilini istəmiş, o da təqsirləndirilən şəxs4la normal münasibətləri olduğuna görə razılşaraq bank kartının fotoşəklini sonuncuya göndərmişdir. Ümumilikdə təqsirləndirilən şəxs4 çatdırılması üçün onun kartına 3 dəfə köçürülmüş pul məbləğləri fərqli olmuş, məbləğlər təxminən 700, 1.500, 2.500 manat olmuşdur. Kartına göndərilən həmin pul vəsaitlərini kartdan çıxararaq təqsirləndirilən şəxs4 özünə vermiş, kart hesabına köçürülən pul vəsaitlərinin hər hansı qanunsuz əməl nəticəsində köçürüldüyündən şübhələnməmiş və təqsirləndirilən şəxs4 qanunsuz əməllərindən məlumatsız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş şahid9 eyni məzmunlu ifadə verərək şahid10 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid8 ifadəsində göstərmişdir ki, dostu Vüsalın bankda problemləri olduğuna görə özünə məxsus bank kartını sonuncuya vermiuş, həmçinin bankın mobil proqramı da Vüsalda olmuşdur. Vüsal ilə bir məktəbdə bir yerdə oxumaqla sonuncunun dostlarını tanımamış, Vüsal “Kritiy Vüsal” barədə danışmaqla sonuncunun kasıblara kömək etdiyini demişdir. Vüsal ona “Krıtıy Vüsalın” Azərbaycan dövlətinə qarşı əməlləri barədə heç nə deməmiş, “Krıtıy Vüsalın” Tik-Tok saytına girməmişdir. Vüsal ilə aralarına “Krıtıy Vüsala” görə işdən çıxması barədə söhbətləri olmamış, “Krıtıy Vüsalın” Azərbaycana qarşı işləməsi barədə heç bir məlumatı olmamışdır. Vüsal “Krıtıy Vüsal” ilə əlaqəsi olması barədə ona demiş, “Tik-Tokda” “Krıtıy Vüsalın” Azərbaycan dövlətinin əleyhinə danışmasını bilmişdir. Bank kartını Vüsala oyunda istifadəsi üçün vermiş, kartdan keçirilən pullar barədə məlumatı olmamışdır. Sonradan narahat olduğuna görə kartı deaktiv edib yenisini aldıqdan sonra proqram özündə olmuş, Vüsal na hərbidə olanda nə isə işi ilə əlaqədar probleminin olduğunu demiş, o da “Kritiy Vüsalla” əlaqədar olduğunu hesab etdiyinə görə məhkəməyədək ifadəsində o cür göstərmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs1 2015-ci ildən Sabunçu rayonu ** saylı orta məktəbdə ondan bir sinif yuxarı oxuduğu vaxtdan tanımış, təqsirləndirilən şəxs1 məktəbi bitirdikdən sonra hərbi xidmətə göndərilmişdir. təqsirləndirilən şəxs1 daha sonra Müdafiə Nazirliyində Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə başlamış, təxminən 2020- 2024-cü illərdə hərbidə işləmişdir. təqsirləndirilən şəxs1 sözlərinə görə mobil telefonunda “Kritiy Vüsal” adlanan şəxslə əlaqəsi olduğu üçün işdən azad edilmiş, “Kritiy Vüsal” adlı şəxsi şəxsən tanımasa da təqsirləndirilən şəxs1lə əlaqəsi olduğunu sonuncunun özündən eşitmişdir. təqsirləndirilən şəxs1 sözlərinə görə “Kritiy Vüsal” birincinin vasitəsilə kasıb ailələrə maddi yardımlar etmiş, bir neçə dəfə təqsirləndirilən şəxs1 “Kritiy Vüsal” adlı şəxslə əlaqəsinin mahiyyəti barədə soruşsa da təqsirləndirilən şəxs1 onun biləcəyi iş olmadığını deyərək cavab verməkdən yayınmışdır. Bildiyi qədəri ilə təqsirləndirilən şəxs1 və “Kritiy Vüsal” adlı şəxs “TikTok”da tanış olmuş və “Telegram” vasitəsi ilə əlaqə saxlamışlar. Təxminən 2022-ci ildə təqsirləndirilən şəxs1 bankda probleminin olduğunu, öz adına kart ala bilmədiyini qeyd etmiş və ondan özünə məxsus bank kartını verməsini xahiş edərək həmçinin onun bank kartının mobil tətbiqini də öz telefonuna yükləmişdir. təqsirləndirilən şəxs1 qumar asılılığı olduğunu və “Pinap” deyilən tətbiqdə qumar oynadığı barədə məlumatlı olmuş, bəzən özü də mobil tətbiq vasitəsi ilə sonuncunun kart əməliyyatlarına baxdıqda Vüsalın kart vasitəsi ilə “Pinap”-a pul köçürdüyünü görmüşdür. təqsirləndirilən şəxs1 qumar oynamasından, həmçinin “Kritiy Vüsal” adlı şəxslə əlaqəsindən ehtiyat edərək təxminən 2024-cü ilin sonlarında banka müraciət edib həmin kartı deaktiv etdirmiş, təqsirləndirilən şəxs1 ondan kartın işləmədiyini soruşduqda sonuncuya yalandan bankla probleminin olduğunu demişdir. Bundan sonra özünə yeni kart sifariş vermiş və mobil tətbiqini öz telefonunda saxlamışdır. təqsirləndirilən şəxs1 təkidlə xahişindən sonra kartın nömrəsini yenidən sonuncuya bildirmiş, təqsirləndirilən şəxs1 “Pinap” tətbiqindəki hesabına onlayn qumar üçün pul qoyduqda ondan tətbiqdən təsdiqləməsini xahiş etmiş, təqsirləndirilən şəxs1 bu formada şərait yaratmaqda məqsədi sonuncunun qumarda pul udduğu halda ona da 15-20 manat pul verməsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş şahid7 ifadəsində göstərmişdir ki, oğlu təqsirləndirilən şəxs1 xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığına dair heç bir məlumatı olmamış, şahid8 oğlu təqsirləndirilən şəxs1 uşaqlıq dostu və məktəb yoldaşı olmuşdur. Oğlu təqsirləndirilən şəxs1 telefonunda kazino saytlarında oyunlar oynamasını bilmiş, bundan başqa oğlunun hər hansı qanunsuz iş görməsi barədə heç vaxt məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, oğlu təqsirləndirilən şəxs2 ona 2024-cü ilin iyun ayının sonlarında işləmək üçün Türkiyəyə yollandığını, Türkiyədə dönərçi işlədiyini bildirmiş, 2024-cü ilin sentyabr ayında oğlu Tural ona “Whatsapp” tətbiqi ilə zəng etdərək dönərçi işlədiyi restoranın sahibinin Bakı şəhərində də restoran açmaq fikrində olduğunu və restoran müdirinin Bakıdakı restorana dönər aparatı və digər avadanlıqlar almaq üçün təxminən 9.300 manat pul vəsaitini Azərbaycana göndərməsini xahiş etdiyini, həmin pul vəsaitini bank vasitəsilə onun adına göndərəcəyini qeyd edərək pul vəsaitini bankdan çıxararaq deyəcəyi bank kartlarına köçürməsini xahiş etmiş, sonra həmin pul vəsaitini onun adına “xxxx”ya göndərmişdir. Daha sonra Tural ona fərqli şəxslərin adına olan 2 bank kartı göndərmiş və bankdan götürdüyü təxminən 9.300 manat pul vəsaitini 2 yerə bölərək təxminən 2.500 manat hissəsini “Nərminə” adlı şəxsə məxsus karta göndərməsini, qalan təxminən 6.800 manat hissəsini isə “Elməddin” adlı şəxsə məxsus bank kartına “Milliön” ödəniş terminalı vasitəsilə köçürməsini xahiş etmişdir. Tural ona bu ödənişləri qətiyyən öz adından etməməsini, yalnız ödəniş terminalları vasitəsilə etməsini xahiş etdiyindən götürdüyü həmin pulları “Milliön” aparatı vasitəsilə göndərdikdən sonra pul köçürmələrinə dair ödəniş qəbzlərini “Whatsapp” tətbiqi vasitəsilə oğlu Turala göndərmişdir. Bundan sonra 2024-cü ilin oktyabr-noyabr aylarında oğlu Turalın ona eyni qaydada “Rabitəbank” vasitəsilə göndərdiyi müxtəlif məbləğlərdə pul vəsaitlərini 3 dəfə “Rabitəbank”ın “28 May” filialına gedərək pulları oradan çıxarmış, daha sonra pulları oğlunun dediyi bank kartlarına “Milliön” ödəniş terminalı vasitəsilə göndərmişdir. “Rabitəbank”dan götürdüyü pul vəsaitlərinin məbləğini dəqiq xatırlamasa da, həmin pulları o, oğlunun xahişi ilə bir neçə dəfəyə hissələrə bölərək ayrı-ayrı kartlara köçürmüşdür. Ümumilikdə Nərminə adlı şəxsin kartına bir dəfə, Elməddin adlı şəxsin kartına üç dəfə, şahid10 adlı şəxsin kartına isə 5-6 dəfə pul köçürməsi etmişdir. 2.600, 1.500, 750, 1.700 və başqa məbləğlərdə pul vəsaitlərini yuxarıda qeyd edilmiş kartlara köçürmüş, oğlu Turalı deməsinə görə həmin pulları Bakıda açılacaq restorana avadanlıqların alınmasına görə köçürmüşdür. Oğlunun hansısa xüsusi xidmət orqanlarının tapşırığı ilə bu pulları ona göndərməsini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid2 və şahid1 eyni məzmunlu ifadə verərək şahid6n yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismmində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, adına olan kreditləri istifadəsində olan 4169 7388 2908 **** nömrəli “xxxx” ASC tərəfindən verilmiş plastik bank kartı vasitəsilə əldə etmiş, bundan başqa aldığı aylıq maaşını da həmin kartına köçürmüşdür. Həmin bank kartına köçürülmüş və daha sonra kartdan nağdlaşdırılmış 3.500, 1.500, 1.000 manat məbləğlərində pul vəsaitlərindən xəbəri olmamış, rəfiqəsi şahid3 ilə yaşayan qızı Nərgiz Cavadovanın 2024-cü ilin oktyabr-noyabr aylarında onun istifadəsində olan 4169 7388 2908 **** nömrəli bank kartını bir neçə dəfə götürərək bir neçə saat sonra qaytardığını xatırlamışdır. Qızı rəfiqəsinə pul köçürülməli olduğunu, kartları limiti keçdiyinə görə rəfiqəsinin kartına köçəcək puldan faiz tutulacağını deyərək ondan qeyd olunan bank kartını verməsini xahiş etmiş, pul həmin karta köçürüldükdən sonra pulu nağdlaşdıracağını və sonra kartı ona geri qaytaracağını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində X12 göstərmişdir ki, birlikdə yaşadığı rəfiqəsi şahid3 2024-cü ildə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı turizm şirkətini yaratmış, həmin vaxtdan qeyri-rəsmi olaraq həmin şirkətə gedərək Züleyxanın ona verdiyi 400 manat müqabilində orada işi öyrənməyə çalışmışdır. Anası şahid5 kartlarına köçürülmüş müxtəlif məbləğlərdə pul vəsaitlərindən sonuncunun xəbəri olmamış, anasına məxsus bank kartını bir neçə dəfə götürərək pul vəsaitlərini həmin kartdan çıxartmışdır. Işlədiyi turizm şirkətinin rəhbəri və rəfiqəsi şahid3 sevgi münasibətində olduğu Türkiyədə yaşayan Zeyn adlı əslən türk olan Türkiyə vətəndaşı rəfiqəsinə Bakıda turizm agentliyi açmasını tapşırmış, həmin şirkətin işləri qaydasına düşənədək Züleyxaya maddi kömək göstərəcəyini demişdir. Beləliklə qeyd olunan pul məbləğlərini köçürmə yolu ilə Zeyn onun verdiyi anasının kartına göndərmiş, özünün və rəfiqəsi Züleyxanın kartında limit keçdiyinə görə nağdlaşdırma zamanı pul vəsaitindən faiz tutulduğuna görə anasının kartını Züleyxaya, sonuncu isə Zeynə göndərmişdir. Kartdan göndərilən pulları nağdlaşdıraraq ofisin xərclərini ödəmiş, eləcə də şirkətin hesabına pul köçürmüşdür. Qalan pulu Züleyxaya vermiş, sonuncu isə ona 400 manat aylıq maaş vermişdir. Bir neçə dəfə Züleyxanın Zeynlə telefon danışıqlarının şahidi olmuş, həmin danışıqlar zamanı Züleyxanın Zeynin suallarına cavab olaraq ətraflarında yəhudilərin olmasını dediyini, yəhudi olan şəxsləri turizm şirkətinə cəlb etməyə çalışacağını dediyini eşitmişdir. Züleyxa və Zeynin bir neçə dəfə telefon danışığını eşitsə də, şəxsi münasibətləri olduğundan danışıqlarına dərindən qulaq asmamış, 2024-cü ilin təxminən iyun ayında Züleyxa ona Zeynin tapşırığı əsasında Qubaya gedərək orada yəhudilərin məskunlaşdığı Qırmızı Qəsəbənin, orada vacib yerlərin fotoşəkillərini çəkərək Zeynə göndərmək lazım olduğunu demişdir. Züleyxa ilə birlikdə Qubaya gedərək orada üç gün müddətində “Gold” otelində qalmış, orada yəhudilərin məskunlaşdığı Qırmızı Qəsəbədə gəzərək qəsəbədəki Heydər Əliyev parkında, Albert Aqarunovun xatirə lövhəsinin qarşısında və digər yerlərdə fotoşəkillər çəkdirmiş, orada sinaqoqun yanındakı muzeydə olmaqla muzeyin rəhbəri Naum adlı şəxslə görüşmüşlər. Züleyxa Naum adlı şəxslə rus dilində nə isə danışmış, Züleyxa həmin fotoşəkilləri Zeynə göndərmişdir. Bundan başqa, Züleyxa Zeynin Bakı şəhərində “Expo” mərkəzdə keçiriləcək innovasiya sərgisində iştirak etmələrini və oradan fotoşəkillər çəkərək göndərmələrini tapşırdığını deyərək birlikdə bu sərgiyə getməyi təklif etmiş, təxminən 2022-ci ildə keçirilən həmin sərgidə Züleyxa ilə birlikdə iştirak edərək fotoşəkillər çəkdirdikdən sonra Züleyxa həmin fotoşəkilləri Zeynə göndərmişdir. Bundan başqa, Züleyxa və Zeynin telefon danışıqları zamanı Zeynin Züleyxaya hər hansı bilet satışı zamanı müştərilərin pasportlarının fotoşəkilləri olarsa “Zangi” sosial şəbəkə tətbiqi vasitəsilə göndərməsini tapşırdığını eşitmiş, buna görə də Züleyxanın tapşırığı ilə təxminən 2025-ci ilin fevral ayında öz telefonunda “Zangi” tətbiqində qeydiyyatdan keçdikdən sonra müxtəlif vaxtlarda işlədiyi şirkətə müraciət etmiş vətəndaşların pasportlarının fotoşəkillərini “Zangi” tətbiqi vasitəsilə Zeynə göndərmişdir. Bundan başqa həmçinin işçilərə verilmiş maaşlara, ofis xərclərinə dair qəbzləri, o cümlədən şirkətin sosial şəbəkə hesablarının kodlarını, hesab nömrələrini də “Zangi” tətbiqi vasitəsilə Zeynə göndərmiş, 2025-ci ilin fevral ayının sonlarında Zeyn “Zangi” tətbiqi vasitəsilə onunla əlaqə yaradaraq bir şəxsin Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin qarşısına gələrək ona nağd şəkildə verəcəyi 2500 dollar pul vəsaitindən şirkətin xərclərini ödəməsini tapşırmış, həmin gün “Aygün City” adlı ticarət mərkəzinin qarşısına gedib orada bir qədər gözlədikdən sonra qara rəngli hündür avtomobil ona yaxınlaşaraq qaraşın, orta boylu bir kişi avtomobilin içərəsindən ona Zeyn deyə səsləmiş, o da təsdiq etdikdən sonra həmin şəxs ona 2500 ABŞ dolları uzadaraq vermişdir. Orada pulu sayaraq həmin şəxsdən götürdükdən sonra həmin pulla ofisin xərclərini və işçilərin maaşlarını ödəmiş, qalan təxminən 500-600 manatı isə Züleyxa ilə öz ehtiyaclarına xərcləmişlər. Sonuncu dəfə 2025-ci ilin mart ayının sonlarında Zeyn ona “Zangi” tətbiqində yazaraq bir nəfərin ofis xərcləri üçün gətirib pul verməli olduğunu deyərək həmin şəxsin gələcəyi yeri soruşmuş, həmin şəxsin Buzovna qəsəbəsində “Rahat Market”in yaxınlığına gəlməsini Zeynə bildirmişdir. Saat 17-18 radələrində “Rahat Market”in arxasına gedib orada təxminən bir saata yaxın gözlədikdən sonra bir nəfər orta boylu, qaraşın, iri gözlü, 25-30 yaşlı kişi ona yaxınlaşaraq Zeyn deyə səsləmiş, o da təsdiq etdikdən sonra 4.100 manat pulu ona verərək uzaqlaşmışdır. Şəxsin arxası ilə baxdıqda həmin şəxsin ağ rəngli cip tipli avtomobilinə oturduğunu görmüş, daha sonra bu pul vəsaiti ilə də ofisin xərclərini və işçilərin maaşlarını ödədikdən sonra 500-600 manat pulu isə Züleyxa ilə şəxsi ehtiyaclarına xərcləmişlər. Zeyn onunla yazışan zaman ofis xərcləri üçün olan pulu həmin kartlara göndərməsi üçün ailə üzvlərindən olmayan şəxslərin kartlarını göndərməsini tapşırmış, bunun təhlükəli iş olub-olmamasını soruşduqda, Zeyn heç bir təhlükənin olmadığını demişdir. Buna görə də Zeynə öz anasının kartını göndərmiş, bundan əlavə Zeynin tapşırığı ilə sonuncuya “Zangi” tətbiqi vasitəsilə otellərin müqavilə işinə baxan, hazırda Türkiyədə yaşayan Gülnarə Cəlalovanın və Sinəm adlı şəxslərin mobil nömrələrini, eləcə də booking.com saytı ilə onların şirkəti arasında bağlanan müqavilələri göndərmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində şahid3 göstərmişdir ki, 2024-cü ilin son aylarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləsə də oradan cüzi gəlir əldə etmiş, təxminən 2025-ci ilin aprel ayının əvvəllərindən müxtəlif müəssisələrdə satıcı işləmiş Nərgiz Cavadova adlı qadınla bir yerdə yaşamışdır. “Kriti Vüsal” adı ilə tanınan əslən Astaradan olan X15 qardaşı Əli Iskəndərli ilə bir neçə il çox yaxın münasibəti olduğuna görə Vüsal Iskəndərli ilə də münasibəti yaranmış, lakin Vüsal Iskəndərliyə hər hansı məlumat ötürməmiş və sonuncudan hər hansı tapşırıq almamışdır. Pul qarşılığında müxtəlif şəxslərlə cinsi münasibətdə olmaqla həmin şəxslər həm cinsi münasibət qarşılığında, həm də cinsi münasibətdən sonra yaxınlığı yarandığına görə ona müxtəlif məbləğlərdə pul vəsaiti vermiş, eləcə də Əli Iskəndərli ilə münasibəti olduğu vaxt sonuncudan pul istəmişdir. Əli isə bu barədə qardaşı Vüsal Iskəndərliyə bildirdikdən sonra “Instagram” sosial şəbəkəsində Tural adlı şəxs xatırlamadığı profildən istifadəsində olan “deniz_kulieva” adlı profilinə yazaraq Vüsal Iskəndərlinin tapşırığı ilə ona pul vəsaiti göndərmək üçün bank kartının nömrəsini istəmişdir. 2022-ci ilin sentyabr ayında həmin şəxsə “xxxx” X13 Səhmdar Cəmiyyətindən aldığı **************** nömrəli bank kartını göndərmiş, həmin şəxs bank kartına hissəhissə olmaqla cəmi 600 manat məbləğində pul vəsaiti göndərmişdir. Bundan sonra Tural və Vüsalla əlaqəsi kəsilmiş, 2024-cü ilin may ayında Bakı şəhərinin “Tarqovı” adlanan Nizami küçəsində yerləşən “Boranı”adlı restoranda Türkiyə Respublikasının vətəndaşı, xatırladığı qədər ## #### 1961ci il təvəllüdlü Zeyn adlı şəxslə tanış olmuşdur. Zeynlə Bakı şəhərində xeyli vaxt keçirib gəzməklə otellərə getmiş, həmin müddət ərzində münasibətləri olduğuna görə Zeyn ona 400, 500, 600 manat məbləğində olmaqla cəmi 3000 manat məbləğində pul vəsaitini nağd formada vermişdir. Lakin verdiyi pul vəsaitlərinin müqabilində ondan heç nə istəməmiş, ailə başçısını itirməyə görə ona təyin edilmiş pensiya dayandırıldığından və xəstəliyi olduğuna görə cinsi münasibətdə olub pul qazana bilmədiyinə görə özü üçün yeni iş qurmaq, turizm fəaliyyəti ilə məşğul olan şirkət açmaq qərarına gəlmişdir. Bu barədə Zeynə dedikdə sonuncu bu işin real olub-olmamağını yoxlamaq üçün biznes plan istəmiş, Ismayıl adlı tanışı ilə birlikdə biznes plan hazırlayaraq “Instagram” sosial şəbəkəsində Zeynə göndərmişdir. Bundan sonra Zeyn ona Türkiyəyə gedərək birlikdə istirahət etməyi təklif etmiş, gediş-gəliş bileti almaq üçün onun “xxxx” X13 Səhmdar Cəmiyyətindən aldığı **************** nömrəli bank kartına təxminən 800 manat məbləğində pul vəsaiti göndərmişdir. ## ######## 2024-cü il tarixdə Bakı-Istanbul reysi ilə Istanbul şəhərinə gedərək orada Zeynlə görüşmüş, Türkiyədə Zeyn ondan açacağı şirkətdə təşkil ediləcək səyahətlərin istiqamətləri barədə məlumat verməsini istəməklə yanaşı, həm də səyahət etmiş şəxslərin pasportlarının fotoşəkillərini göndərməsini tapşırmışdır. Zeyn bir müddət ona dəstək duracağını demiş, Zeynlə razılaşdıqdan sonra sonuncu ona Istanbul şəhərində adını xatırlamadığı oteldə 5 min ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. ## ######## 2025-ci il tarixdə təyyarə ilə gələn zaman pul vəsaitini özü ilə Azərbaycana gətirdikdən sonra həmin pul vəsaitini “xxxx” ASC-nin Xəzər rayonu Şağan yolunun kənarında yerləşən filialında Azərbaycan manatına çevirərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti şirkətinin yaradılması və fəaliyyət göstərməsi üçün xərcləmiş, ofis yeri üçün Alyans Plazada 4-cü mərtəbə 406-cı otağı 1200 manat qarşılığında icarəyə götürmüşdür. “xxxx” MMC olaraq tanışı Ismayıla məxsus olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə partnyorluq etmiş, lakin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Ismayılın hansısa qadın tanışının adına rəsmiləşdirilmişdir. Icarə xərclərinin, işçiyə verilən əmək haqqının və digər xərclərin ödənilməsi üçün şirkət fəaliyyətə başladığı 2024-cü ilin oktyabr ayından başlayaraq Zeyn ona aylıq təxminən 2.500 ABŞ dolları məbləğində pul vəsaiti göndərmiş, Zeyn pul vəsaitlərinin bir hissəsini “xxxx” Kommersiya Bankı ASCdə açdığı bank kartına göndərmişdir. Bundan başqa, Zeyn həvalə yolu ilə 3 dəfə ona pul vəsaiti göndərmiş, Rusiya Federasiyasının mobil operatoruna məxsus mobil telefon nömrəsi işlədən təxminən 35 yaşlı bir kişi Buzovna qəsəbəsində yaşadığı evə 4 dəqiqəlik məsafədə yerləşən “Rahat Market”in qarşısına gələrək 2.500 ABŞ dolları məbləğində pul vəsaitini ona vermişdir. Nərgiz Cavadova həvalə yolu ilə göndərilmiş pul vəsaitini 2 dəfə digər yerdən götürürək yaşadıqları evdə ona vermiş, Zeyndən təkrarən pul almaq məqsədilə səyahət edən, eləcə də səyahət etmək üçün müraciət edən vətəndaşların pasportlarının fotoşəkillərinin Zeynə göndərilməsi üçün Nərgiz Cavadovaya vermişdir. Sonuncu isə pasportların fotoşəkillərini “X22” tətbiqi ilə Zeynə göndərmiş, Zeyn həmin tətbiqin daha təhlükəsiz olduğunu əsas gətirərək həmin tətbiq üzərindən əlaqə saxlamasını ona məsləhət görmüşdür. Bir müddət həmin tətbiqdən istifadə etmiş və Nərgiz Cavadovaya da tətbiqdən istifadə etməyi məsləhət görmüşdür. Zeynə bəzi məlumatları göndərməyəcəyi halda sonuncudan dəfələrlə pul vəsaiti ala bilməyəcəyinə görə sonuncuya az əhəmiyyətli hesab etdiyi məlumatları ötürmüş, Zeyn əsasən Israilə gedən şəxslər barədə məlumat istəmişdir. Zeynə Israilə gedən şəxslər barədə məlumat verməmiş, Tural adlı şəxs 8 ay əvvəl “Instagram” sosial şəbəkəsində onunla təkrar əlaqə yaradaraq pensiya kəsildikdən sonra ona 10.900 manat məbləğində dövlətə borcunun olmasına dair sənədi göndərib dövlətin onu pis vəziyyətdə qoyduğunu, lakin ona kömək etməyə hazır olduğunu bildirmişdir. Həmin sənədi haradan əldən etməsi barədə məlumatı olmamış, həmin danışıq zamanı Tural ondan işlərinin necə getdiyini soruşaraq kömək etməyə hazır olduğunu bildirmişdir. Turala 2022-ci ildə göndərdiyi 600 manatdan başqa kömək etmədiyini demiş, Tural turizm şirkətini necə yaratması barədə sual verərək həmin şirkətin yaradılmasında onun da rolunun olduğuna vurğulamışdır. Bundan sonra Zeynin onunla təsadüfi tanış olmadığını, Vüsal, Tural və Zeynin əlaqəli şəxslər olduğunu bilmiş, həmin şəxslərlə bir daha danışmaq istəməsə də maddi vəziyyəti ağır olduğundan həmin şəxsləri aldadaraq pullarını ələ keçirmək fikrinə düşmüşdür. Adları çəkilən şəxslərin tapşırıqlarını icra etmək adı ilə pul alıb, lakin heç bir köməklik göstərməmək qərarına gəlmiş, bundan sonra təxminən 2024-cü ilin sentyabr ayında Zeynin təklifi ilə Nərgiz Cavadova ilə birlikdə Quba şəhərinə istirahətə getmişdir. Zeyn onunla əlaqə saxlayaraq oradan Qırmızı qəsəbəyə getməsini istəmiş, bunun müqabilində Zeyndən pul istədikdə sonuncu ona 600 manat məbləğində pul vəsaiti göndərmişdir. Bundan sonra Nərgiz Cavadova ilə birlikdə Zeynin tapşırığına uyğun olaraq Qırmızı qəsəbəyə səfər edərək Sinaqoqa və muzeyə gedib içərisində fotoşəkil çəkdirmiş, bundan sonra həmin yerlərdə çəkdirdiyi öz fotoşəkillərini “Instagram” sosial şəbəkəsində Zeynə göndərmişdir. Daha sonra Zeynin tapşırığı ilə ## ######## 2024-cü ildə “X3”ndə olan sərgiyə getmiş, həmin sərgidə Iran, Israil, Türkiyə və digər dövlətlərin nümayəndələri olmuşdur. Oradan da öz fotoşəkillərini “Instagram” sosial şəbəkəsi vasitəsilə Zeynə göndərmiş, Zeyn ondan yəhudi millətindən olan tanışlarının olubolmamasını soruşduqda sonuncuya belə tanışlarının olmadığını bildirmişdir. Həmçinin Zeyn ona “xxxx” MMC-nin Qazaxıstan, Tayland, X31, Israildə filiallarının açılması istiqamətində işlər görməsini tapşırmış, lakin bunu etməyə imkan və vaxtı olmamaqla yanaşı bu iqtidarda da olmamışdır. Ismayıl adlı tanışı Azərbaycanda keçirilən COP-29 tədbirində iştirak etməyin işlərinin inkişafı üçün faydalı ola biləcəyini demiş, o da yaşıl zonaya (green zone) gedərək orada iştirak edib fotoşəkillər çəkdirmişdir. Zeyn sonradan COP-29 tədbirində çəkdirdiyi fotoşəkilləri istəmiş, o isə ancaq özünün əks olunduğu fotoşəkillləri 2024-cü ilin noyabr ayının ortalarında “Instagram” sosial şəbəkəsi vasitəsilə Zeynə göndərmişdir. Zeynə heç vaxt az da olsa əhəmiyyətli hesab etdiyi məlumatı göndərməmiş, sadəcə imkanı olmadığına görə Zeynə yalan məlumat verərək pul vəsaiti almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X19 ifadəsində göstərmişdir ki, təyinat qaydasında təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəməyədək icraat zamanı iştirak etmiş, təqsirləndirilən şəxsin iştirakı ilə keçirilən bütün istintaq hərəkətlərində iştirak edərək tərtib edilmiş istintaq hərəkəti protokollarını dərhal sonra təqsirləndirilən şəxslə birlikdə imzalamışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 barədə ## ###### 2025-ci il tarixli “Giriş-Çıxış və Qeydiyyat” IAMAS üzrə tələbnamənin məzmunundan görünür ki, o, 2008-2013-cü illərdə Iran Islam Respublikasına çoxsaylı səfərlər etmişdir. Bundan başqa, ## ######## 2023-cü il tarixdə təyyarə ilə Iran Islam Respublikasının Tehran şəhərinə səfər etmiş, ## ###### 2023-cü il tarixdə həmin şəhərdən təyyarə ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Daha sonra ## ##### 2024-cü il tarixdə təyyarə ilə Rusiya Federasiyasının Perm şəhərinə səfər etmiş, ## ### 2024-cü il tarixdə həmin şəhərdən təyyarə ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Son olaraq ## ###### 2024-cü il tarixdə təyyarə ilə Türkiyə Respublikasının Istanbul şəhərinə səfər etmiş, ## ###### 2024-cü il tarixdə həmin şəhərdən təyyarə ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barədə ## ###### 2025-ci il tarixli “Giriş-Çıxış və Qeydiyyat” IAMAS üzrə tələbnamənin məzmunundan görünür ki, o, ## #### 2024-cü il tarixdə təyyarə ilə Türkiyə Respublikasının Istanbul şəhərinə səfər etmiş, ## ###### 2024-cü il tarixdə həmin şəhərdən təyyarə ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 barədə ## ###### 2025-ci il tarixli “Giriş-Çıxış və Qeydiyyat” IAMAS üzrə tələbnamənin məzmunundan görünür ki, o, ## ###### 2023-cü il tarixdə təyyarə ilə Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə səfər etmiş, ## ###### 2024-cü il tarixdə Türkiyə Respublikasından təyyarə ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barədə ## ###### 2025-ci il tarixli “Giriş-Çıxış və Qeydiyyat” IAMAS üzrə tələbnamənin məzmunundan görünür ki, o, hal-hazıradək ölkə ərazisini tərk etməmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş işin halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinə verilmiş ## ###### 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq daxil olmuş ## ###### 2025-ci il tarixli */*** nömrəli məktubda bildirilmişdir ki, təqsirləndirilən şəxs4 ## ###### 1974-cü il təvəllüdlü, Iran Islam Respublikasının (IIR) vətəndaşı KEYVAN BANISHAHAR (pasport №*******, IAMAS mərlumatlarına əsasən ## #### 2012-ci il tarixdə Azərbaycan Respublikasında olmuşdur) ad-soyadlı şəxs tərəfindən Iran Islai Respublikası X28 Korpusunun əməkdaşı, Iran Islai Respublikası vətəndaşı “Heydər” şərti adlı ## ##### 1990-cı il təvəllüdlü SAEID ROSTAMKHANI (pasport № E********, mobil nömrə: +989300051559) ilə əlaqələndirmiş və sonuncu tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir. S.Rostamkhanı tərəfindən 2024-cü ilin oktyabr ayında təqsirləndirilən şəxs4 zəng edilərək Gəncə və Yevlax hava limanlarının, eləcə də Salyan rayonunda N saylı hərbi hissənin fotoşəkillərinin çəkilməsi istiqamətində tapşırıq verilmiş, çəkilişləri aparmaq və göndərmək üçün sonuncuya “Nikon” markalı fotoaparat göndərilmişdir (avadanlıq təqsirləndirilən şəxs4 yaşadığı kəndin yol hissəsində quraşdırılmış yol nişanının altına naməlum şəxslər tərəfindən qoyulmuş, kəşfiyyatçının məlumatı əsasında təqsirləndirilən şəxs4 axşam radələrində avadanlığı götürmüşdür). təqsirləndirilən şəxs4 qeyri-rəsmi istifadəsində olan H389XB71 Rusiya dövlət qeydiyyat nişanlı “VAZ 2115” markalı boz rəngli avtomobillə çəkilişlərə gedən zaman avtomobilin saxlanılacağı təqdirdə özünü hərbçi kimi təqdim etmək üçün hərbi mayka geyinmişdir. təqsirləndirilən şəxs4 ümumilikdə hərbi hissələr və hava limanları barədə 133 fotoşəkil və 26 video materialı kəşfiyyatçıya “Telegram” sosial şəbəkəsi vasitəsilə göndərmişdir. Həmçinin S.Rostamkhanının tapşırığı ilə təqsirləndirilən şəxs4 ## ####### 2024-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə ## ###### 2002-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan şahid8 adına sənədləşdirilmiş “xxxx” ASC-yə məxsus ******** nömrəli “Leo” bank kartına 200 manat pul göndərmişdir. Tapşırıqların icrası müqabilində təqsirləndirilən şəxsin bank kartına 450 AZN, eləcə də ## ######## 2001-ci il təvəllüdlü, Masallı rayonunun Musaküçə kəndində qeydiyyatda olan şahid9 adına sənədləşdirilmiş 4169738502470028 və ## ###### 1978-ci il təvəllüdlü, Masallı rayonunun Musaküçə kəndində qeydiyyatda olan şahid10 adına sənədləşdirilmiş **************** saylı bank kartlarına təxminən 5.000 manata yaxın vəsait göndərilmişdir. təqsirləndirilən şəxs4 qeyd edilən kartlara göndərilən vəsaiti həmin şəxslər vasitəsilə nağlaşdırmışdır. təqsirləndirilən şəxs4 vasitəsilə digər Azərbaycan Respublikası vətəndaşlarının Iran Islai Respublikası XXO tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi qeydə alınmamış, bu istiqamətdə kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş işin halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinə verilmiş ## ###### 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq daxil olmuş ## ###### 2025-ci il tarixli */*** nömrəli məktubda bildirilmişdir ki, təqsirləndirilən şəxs2 Iran Islam Respublikası (IIR) X28 Korpusunun (IIMK) əməkdaşı, Iran Islai Respublikası vətəndaşı “Həmzə” şərti adlı ##.##.1990-cı il təvəllüdlü SAEID ROSTAMKHANI (pasport № E********, mobil nömrə: +989300051559) tərəfindən “Hüseyn” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilmişdir. Həmin görüşdə texniki məsələlər ilə bağlı digər IIMK əməkdaşı “Heydər” təxəllüslü ## #### 1987-ci il təvəllüdlü, Iran Islai Respublikası vətəndaşı SAEED MOHAMMADZADEH (pasport № İ********, mobil nömrə: +989005031911) iştirak etmişdir. Həmçinin görüşdə əksmüşahidə ## ###### 1995-ci il təvəllüdlü, Iran Islai Respublikası vətəndaşı AMIRHESAM SEDGHISHARIF (pasport № X********) tərəfindən təşkil edilmişdir. Maddi vəsaitlər əsasən Türkiyə Respublikasında kəşfiyyatçı tərəfindən təqsirləndirilən şəxs2 adına göndərilmiş, sonuncu pul vəsaitlərini Istanbul şəhərində yerləşən “Alireza” adlı valyutadəyişmə məntəqəsindən götürmüşdür. Iran Islai Respublikası XXO əməkdaşı S.Rostamkhanının tapşırığı ilə təqsirləndirilən şəxs2 11400 manat vəsaiti Azərbaycan Respublikasında yaşayan anası şahid6 adına sənədləşdirilmiş 4098094416007449 və bacısı şahid2 adına sənədləşdirilmiş 4169738581860404 və **************** saylı kart hesablarına göndərmişdir. şahid1a və şahid2 tərəfindən təqsirləndirilən şəxs2 tapşırığı ilə həmin vəsaitlər ##.##.2001-ci il təvəllüdlü, Masallı rayonunun Musaküçə kəndində qeydiyyatda olan şahid9 adına sənədləşdirilmiş 4169738502470028, ## ###### 1978-ci il təvəllüdlü, Masallı rayonunun Musaküçə kəndində qeydiyyatda olan şahid10 adına sənədləşdirilmiş 5103071425732779 və ## ### 2000-ci il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatda olan X12 adına sənədləşdirilmiş **************** saylı kart hesablarına göndərilmişdir. Həmçinin təqsirləndirilən şəxs2 qardaşı şahid1 tərəfindən anasının adına göndərilmiş vəsaitdən 1.000 manatı ## ###### 1972-ci il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.S.ünvan 3 ünvanında qeydiyyatda olan şahid5 adına sənədləşdirilmiş **************** saylı kart hesabına Azərbaycan Respublikasındə fəaliyyət göstərən ödəmə terminalları vasitəsilə göndərilmişdir. təqsirləndirilən şəxs2 vasitəsilə digər AR vətəndaşlarının IIR XXO tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi qeydə alınmamış, təqsirləndirilən şəxs tərəfindən AR ərazisində pul köçürmələri təşkil edən digər şəxslər aşkarlanmamışdır. Hazırda bu istiqamətdə kompleks əməliyyataxtarış tədbirləri davam etdirilməkdədir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş işin halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinə verilmiş ## ###### 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq daxil olmuş ## ###### 2025-ci il tarixli */*** nömrəli məktubda bildirilmişdir ki, təqsirləndirilən şəxs3 Türkiyə Respublikasının (TR) Istanbul şəhərində fəaliyyət gösətərən “Lionel” oteldə ##.##.2024-cü il tarixdə, aylıq 800 ABŞ dolları müqabilində Iran Islam Respublikası (IIR) X35 Korpusunun (IIMK) əməkdaşı, IIR vətəndaşı “Həmzə” şərti adlı ##.##.1990-cı il təvəllüdlü SAEID ROSTAMKHANI (pasport № E********, mobil nömrə: +989300051559) tərəfindən “Mustafa” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilmişdir. Həmin görüşdə texniki məsələlər ilə bağlı digər IIMK əməkdaşı “Heydəri” təxəllüslü ##.##.1987-ci il təvəllüdlü, IIR vətəndaşı Saeed Mohammadzadeh (pasport № İ********, mobil nömrə: +989005031911) iştirak etmişdir. Həmçinin görüşdə əks-müşahidə təxminən 50 yaşlarında, ağ saçlı, orta çəkili digər IIMK əməkdaşı (şəxsiyyəti tərəfimizdən araşdırılır) tərəfindən aparılmışdır. Keçirilmiş görüşdən sonra S.Rostamkhanının tapşırığı ilə təqsirləndirilən şəxs2 (qeyd edilən kəşfiyyatçı tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir) tərəfindən TR-in Adana şəhərində mənzil kirayələnmiş, təqsirləndirilən şəxs3 həmin evdən “Incirlik” hərbi bazasının çəkilişlərinin aparılması tapşırılmış, ona S.Rostamkhanı tərəfindən “Nikon” markalı fotoaparat və notbuk təqdim edilmişdir. təqsirləndirilən şəxs3 gündəlik həmin hərbi bazadan foto və videoçəkilişlər apararaq şifrlənmiş şəkildə kəşfiyyatçıya göndərmişdir. təqsirləndirilən şəxs3 maddi vəsaitlər əsasən təqsirləndirilən şəxs2 tərəfindən göndərilmişdir. Belə ki, S.Rostamkhanının tapşırığına əsasən təqsirləndirilən şəxs2 onun adına göndərilmiş pul vəsaitlərini Istanbul şəhərində yerləşən “Alireza” adlı valyutadəyişmə məntəqəsindən götürmüş, daha sonra həmin şəhərdəki ödəmə terminallarından istifadə etməklə 25 vaqust 2003-cü il təvəllüdlü, AR vətəndaşı, TR-in Biləcik şəhəri, Şeyh Ədəbalı Universitetinin “Finans və Bankacılıq” fakültəsində təhsil alan, həmin ölkədə “Yeni Mah, Erdoğan Sok, №**-1 Bözüyük/Bilecik” ünvanında kirayə yaşayan X29 (passport №C********) və ## ### 2004-cü il təvəllüdlü, Biləcik şəhəri, Şeyh Ədəbalı Universitetinin “Finans və Bankacılıq” fakültəsində təhsil alan X14 (passport №C********) istifadəsindəki bank kartlarına köçürmüşdür. Daha sonra təqsirləndirilən şəxs2 həmin vəsaitləri Q.Abbasovun və F.Fərəcovun kartlarından təqsirləndirilən şəxs3 çatdırılması məqəsədilə Adanada market işlədən, TR vətəndaşları Selim Anlı və Talha Mumcunun adına sənədləşdirilmiş bank hesablarına göndərmişdir. Sonuncu dəfə isə S.Rostamkhanı tərəfindən TR vətəndaşı, ## #### 1991-ci il təvəllüdlü Salar Aslanın (passport №U********, F53516364) bank kartından istifadə etməklə Talha Mumcunun bank hesabına 13.500 türk lirəsi göndərilmiş,təqsirləndirilən şəxs3 pul vəsaitlərini onlardan götürmüşdür. təqsirləndirilən şəxs3 vasitəsilə digər Azərbaycan Respublikası vətəndaşlarının Iran Islam Respublikası xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi qeydə alınmamış, hazırda bu istiqamətdə zəruri tədbirlər davam etdirilməkdədir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş işin halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinə verilmiş ## #### 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq daxil olmuş ## ###### 2025-ci il tarixli */**** nömrəli məktubda bildirilmişdir ki, təqsirləndirilən şəxs4 ifadəsində qeyd edilən Keyvan adlı iranlı ## ###### 1974-cü il təvəllüdlü Iran Islam Respublikasının (IIR) vətəndaşı, həmin ölkədə yaşayan KEYVAN BANISHAHAR (passport №*******, mob: 989114812550) ad-soyadlı şəxsdir. O, sonuncu dəfə ## #### 2012-ci ildə Azərbaycan Respublikasına səfər etmişdir. K.Banıshahar təqsirləndirilən şəxs4 Heydər kimi təqdim olunan ## ##### 1990-cı il təvəllüdlü, Iran Islam Respublikasının (IIR) X35 Korpusunun (IIMK) əməkdaşı, IIR vətəndaşı SAEID ROSTAMKHANI (passport №E********, mob: +989300061559) ilə əlaqələndirmişdir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 IIR IIMK əməkdaşı, Iran Islam Respublikası vətəndaşı “Həmzə” şərti adlı ##.##.1990-cı il təvəllüdlü SAEID ROSTAMKHANI (passport №E********, mob: +989300061559) tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişlər. Həmin görüşdə texniki məsələlər ilə bağlı digər IIMK əməkdaşı “Heydər” təxəllüslü ##.##.1987-ci il təvəllüdlü, IIR vətəndaşı SAEED MOHAMMADZADEH (passport №İ********, mob: 9899005031911) də iştirak etmişdir. Həmçinin görüşdə əks-müşahidə ##.##.1995-ci il təvəllüdlü, IIR vətəndaşı AMIRHESAM SEDGHISHARIF (passport №X********) tərəfindən təşkil edilmişdir. Həmçinin təqsirləndirilən şəxs1 kəşfiyyatçı ilə əlaqələndirən “Vüsal Krıtı” adlı şəxs ##.##.1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Iran Islam Respublikasının Qum şəhərində yaşayan X15r. V.Iskəndərlinin IIR XXO-nun tapşırıqları əsasında Azərbaycan Respublikasına qarşı terror-təxribat fəaliyyəti həyata keçirməsi ilə bağlı faktlar əsasında barəsində DTX Istintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə 221900591 və ********* nömrəli cinayət işləri başlanılmışdır. təqsirləndirilən şəxs1 AR MN HHQ-nin N nömrəli hərbi hissəsinin 7-ci ZRD-də baş atıcı vəzifəsində xidmət etdiyi müddətdə “TikTok” sosial şəbəkəsində Vüsal Iskəndərli ilə tanış olmuş, sonuncunun tapşırığı ilə hərbi hissənin mövqe göstəriciləri, orada mövcud olan pilotsuz uçuş aparatlarının taktiki-texniki xüsusiyyətləri əks olunmuş sənədlərin fotoşəkillərini çəkərək V.Iskəndərli vasitəsilə Heydər ləqəbli ## ##### 1990-cı il təvəllüdlü Saeid Rostamkhanıya göndərmişdir. Bunun müqabilində 500 və 700 AZN pul vəsaiti ## ###### 2002-ci il təvəllüdlü şahid8 adına sənədləşdirilmiş və təqsirləndirilən şəxs1 istifadəsində olmuş X25 Cəmiyyətinə məxsus **************** nömrəli kart hesabına yüklənilmişdir. təqsirləndirilən şəxs1 həmin bank kartını şahid8 müvəqqəti istifadə üçün (əsasən səbəbini “online mərc oyunlarında əldə etdiyi pulu nağdlaşdırmaq” kimi göstərmişdir) götürmüşdür. AR vətəndaşları təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 məxfi əməkdaşlığa cəlb edən, eləcə də onlara və təqsirləndirilən şəxs1 tapşırıqlar verən ##.##.1990-cı il təvəllüdlü, Iran Islam Respublikası vətəndaşı, IIMK əməkdaşı Saeid Rostamkhanıdır. Həmin məktuba Iran Islam Respublikası xüsusi xidmət orqanı əməkdaşları və X15 fotoşəkilləri əlavə olunmuşdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Işin halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinə verilmiş ## ###### 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq daxil olmuş ## ###### 2025-ci il tarixli */**** nömrəli məktubda bildirilmişdir ki, təqsirləndirilən şəxs1 ##.##.2018-##.##.2019-cu il tarixlərdə Azərbaycan Respublikasının (AR) Müdafiə Nazirliyinin (MN) *** saylı, ## ###### 2019-## ##### 2019-cu il tarixlərdə isə N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Həmçinin təqsirləndirilən şəxs1 15. Fevral 2021-##.##.2021-ci il tarixlərdə AR MN-nin Hərbi Hava Qüvvələrinin (HHQ) N saylı hərbi hissəsində MAHHXHQ hazırlıq kursunda V (atıcı) ixtisası üzrə kurs keçmiş, ## #### 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək MN HHQ-nin N saylı hərbi hissəsinin 7-ci Zenit raket divizionunun maddi texniki təminat (MTT) tağımının mühafizə manqasında baş atıcı vəzifəsində xidmət etmişdir. O, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə HHQ komandanının ## ###### 2024-cü il tarixli *** saylı əmri ilə “hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41.0.6-cı maddəsinə əsasən (xidmətə uyğunsuzluq) müvafiq olaraq tərxis edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 məxsus əşyalara baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs4 saxlanılarkən üzərindən və yaşadığı ünvandan digər əşyalarla yanaşı sübut əhəmiyyətinə malik aşağıdakı əşyalar aşkar edilmişdir:

1. bir ədəd üzərində qeydlər olan təyyarə biletinin kəsilmiş hissəsi. Həmin kağız parçasının üzərində olan qeydlərdən görünür ki, təqsirləndirilən şəxs4 29 sentyabr tarixində saat 16:55 dəqiqədə J****** reys nömrəli Bakı-Tehran marşrutu üzrə hərəkət edən təyyarəyə oturmuşdur.

2. iki ədəd üzərində qeydlər olan təyyarə biletinin kəsilmiş hissəsi. Həmin kağız parçasının üzərində olan qeydlərdən görünür ki, təqsirləndirilən şəxs4 21 dekabr tarixində saat 16:25 dəqiqədə IR 3332Y reys nömrəli Rəşt-Tehran marşrutu üzrə hərəkət edən təyyarəyə oturmuşdur.

3. bir ədəd üzərində qeydlər olan təyyarə biletinin kəsilmiş hissəsi. Həmin kağız parçasının üzərində olan qeydlərdən görünür ki, təqsirləndirilən şəxs4 22 dekabr tarixində saat 18:45 dəqiqədə J28018 reys nömrəli Tehran-Bakı marşrutu üzrə hərəkət edən təyyarəyə oturmuşdur.

4. bir ədəd təqsirləndirilən şəxs4 məxsus Iran Islam Respublikasına məxsus “X4” adlı bank tərəfindən verilmiş 6037 6976 9408 **** nömrəli plastik bank hesab kartı. Kartın üzərində həmçinin IR 97 0190 0000 0011 9097 9830 03 qeydləri vardır.

5. bir ədəd təqsirləndirilən şəxs4 məxsus Iran Islam Respublikasına məxsus “Melal” adlı bank tərəfindən verilmiş 6062 5610 0252 **** nömrəli plastik bank hesab kartı. Kartın üzərində həmçinin IR 7907 5003 0310 2760 0010 8915 qeydləri vardır.

6. bir ədəd boz-qızılı rəngli Samsung Galaxy J7 Pro markalı mobil telefon. Mobil telefonun ekranında çat, korpusunda cızıq izləri vardır. Telefon işlək vəziyyətə gətirildikdənsonra mobil telefona ***-***-**-** saylı mobil nömrənin quraşdırıldığı, IMEI-1 kodunun 356202090405178, IMEI-2 kodunun 356203090405176 olması müəyyən edildi. Mobil telefonun kontaktlar bölməsində iş üzrə əhəmiyyət kəsb edəcək aşağıdakı nömrələr və adlar aşkar edilmişdir: - Keyvan 00989114812550; - Keyvan Danyal 00989115083986; - keyvan Ir +989114812550; - Heydər +989300061559; - Usda Elməddin **********; - Ilkin Taksi +************; - Ilkin Taksi 2 **********.

7. bir ədəd qara rəngli Redmi A2+ markalı mobil telefon. Mobil telefonun ekranında və korpusunda cızıq izləri yoxdur. Telefon işlək vəziyyətə gətirildikdən sonra mobil telefonun IMEI-1 kodunun 867549069775169, IMEI-2 kodunun 867549069775177 olması müəyyən edilmişdir. Mobil telefonun qalereyasında iş üzrə əhəmiyyət kəsb edəcək aşağıdakı fotoşəkillər və video aşkar edilmişdir: - IMG_20241124_112556 adlı fotoşəkil. Fotoşəkildə təqsirləndirilən şəxs4 Istanbul şəhərində olması ehtimal olunan məscidin qarşısında əks olunmuşdur. - IMG-20241015-WA0005 adlı fotoşəkil. Fotoşəkildə şəhərlərarası yolda quraşdırılmış göy rəngli üzərində “Gəncə 60, Qazax 176, Qırmız Körpü 205” yazıları olan lövhə əks olunmuşdur. - VID-20241124-WA0013 adlı videofayl. Videonu çəkən şəxsin danışığından onun təqsirləndirilən şəxs4 olması ehtimal olunur. Video 27 saniyədən ibarətdir, videonu çəkən şəxsin dediklərindən məlum olur ki, video Türkiyə Respublikasının Istanbul şəhərinin Taksim meydanında çəkilmişdir. - IMG_6842 adlı fotoşəkil. Fotoşəkildəki qeydlərdən görünür ki, şahid8 adına olan son 8 rəqəmi 64150349 olan kart hesabına ## ####### 2024-cü il tarixdə saat 22:21:04-də 200 manat pul vəsaiti “Milliön” ödəniş terminalı vasitəsilə ödənilmişdir. - IMG_6841 adlı fotoşəkil. Fotoşəkildə uzaqdan çəkilmiş yaşayış və hərbi hissə tipli binalar əks olunmuşdur. - IMG_6840 adlı videofayl. Videofayl təqsirləndirilən şəxs4 mobil telefonun qalereyasında olan videofaylın qeydə alınmasıdır. Həmin videofayldan görünür ki, mobil telefon sahibi uzaq məsafədən hərbi hissəyə bənzər köhnə tikilini qeydə almışdır. Mobil telefonun kontaktlar bölməsində iş üzrə əhəmiyyət kəsb edəcək aşağıdakı nömrələr və adlar aşkar edilmişdir: - Heydər +9893000061559; - Keyvan 09114812550; - Danyal Keyvan +989115083986.

8. Üzərində “Lock” “Mikro SD” “Adapter” “Bərpa” yazıları qeyd edilmiş mikrokart oxuyucusu və onun içərisində olan 4 GB həcmli mikro kart. Oxuyucu xüsusi qurğunun köməkliyi ilə kompüterə yerləşdirildi və içərisində olan məlumatlara baxış keçirildi. Mikrokartın yaddaşında aşağıda qeyd olunan məlumatlar aşkar edilmişdir: - ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixli ümumilikdə 58 ədəd fotoşəkil və 12 ədəd videoçəkiliş. Həmin foto və videoçəkilişlərin hər biri uzaq məsafədən yaxınlaşdırılaraq edilmiş çəkilişlərdir. Bu çəkilişlər fərqli-fərqli hərbi obyektlərə məxsusdur. Belə ki, foto və videoçəkilişlərdə hərbi hissələr, aerodromlar, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və sair hərbi təyinatlı tikililər qeydə alınmışdır.

9. 01 ədəd “HP Probook” markalı notbuk. Qeyd olunan notbuk qara rənglidir, korpusunda cızıq izlərinin olması müəyyən olunmuşdur. Qidaverici naqili cərəyana taxılaraq notbuk işlək vəziyyət gətirilmiş, notbukun Ekranında “Telegram” sosial şəbəkəsi proqram tətbiqinin quraşdırılması müəyyən edilmişdir. “Telegram” sosial şəbəkəsinə daxil olmaq istənildikdə orada qeydiyyatdan keçmiş profilin silindiyi müəyyən edilmişdir.

10. bir ədəd Nikon markalı fotoaparat.

11. Üzərində avtobus şəkili və “Vahid Amini” sözləri yazılmış 01 ədəd vizit kart. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məxsus əşyalara baxış keçirilməsi haqqında ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 saxlanılarkən üzərindən digər əşyalarla yanaşı sübut əhəmiyyətinə malik aşağıdakı əşyalar aşkar edilmişdir:

1. Rusiya Federasiyası Samara vilayətinin Qiqiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş şəxsi tibbi kitabça. Kitabçka 15 vərəqdən ibarətdir. Kitabçada olan qeydlərdən görünür ki, həmin sənədin nömrəsi 52038538-dir, sənəd ## ###### 2001-ci il təvəllüdlü təqsirləndirilən şəxs2 adına verilmişdir. Həmin sənəddən görünür ki, təqsirləndirilən şəxs2 aşbaz kimi fəaliyyət göstərir. Sənədin verilmə tarixi ## ######## 2022-ci il kimi qeyd olunmuşdur.

2. 01 ədəd Türkiyə Respublikasında iqamət sənədi. Sənəd ##.##.2001-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı təqsirləndirilən şəxs2 verilmişdir. Sənəd YAE 090785 seriya və nömrəlidir. Sənəd verilən şəxsin ana adı Aygün, ata adı Şöhrətdir, iqamet yeri isə Ankara şəhəri, iqamət müddəti ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək qeyd olunmuşdur.

3. 01 ədəd plastik bank kartı. Türkiyə Respublikasının “Ziraat Bankası” tərəfindən təqsirləndirilən şəxs2 adına verilmiş, bank kartının hesab nömrəsi 5124 4004 1884 0627-dir, son istifadə tarixi 09/2029-dur.

4. 01 ədəd qara rəngli fotokamera. Forokamera işlək vəziyyətə gətirildikdə onun saz vəziyyətdə olması müəyyən olundu. Fotokamera Nikon P1000 markalı, ******** nömrəlidir.

5. Nikon P1000 markalı fotokameranın alınmasına dair vizit-kart. Vizit-kartdan görünür ki, fotokamera Türkiyənin Istanbul şəhərində yerləşən “Focus Fotoğrafçılık” adlı mağazadan alınıb. Vizitkartda aparılmış qeydlərdən görünür ki, həmin fotokamera ******** nömrəlidir və 40000 türk lirəsinə alınmışdır.

6. 01 ədəd fotokamera üçün nəzərdə tutulmuş ştativ. Üzərindəki qeydlərdən görünür ki, ştativ PDX – 701 Pro Plus markalıdır.

7. 01 vərəqdən ibarət icarə müqaviləsi. Həmin müqavilədən görünür ki, təqsirləndirilən şəxs2 nağd ünvan 4 ünvanında yerləşən mənzili mənzil sahibi Tuncay Er adlı şəxsdən kirayə götürmüş, kirayə müddəti ##.##.2024-cü il tarixdən hesablanmışdır. Kirayə götürən şəxs qrafasının altında təqsirləndirilən şəxs2 və imzası, Kirayə verən şəxs qrafasının altında Tuncay Er və imzası vardır.

8. Təyyarə biletinin çap edildiyi vərəq. Həmin vərəqdən görünür ki, təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdə saat 20:55 dəqiqədə RJ *** nömrəli reys ilə Istanbul-Amman marşrutu ilə Iordaniya Krallığına təyyarə ilə getmiş, ##.##.2024-cü il tarixdə saat 06:50 dəqiqədə isə RJ *** nömrəli reys isə Amman-Aqaba marşrutu ilə Iordaniyanın Aqaba şəhərinə təyyarə ilə getmişdir.

9. 1 ədəd üzərində “xxxx” yazıları olan vizit-kart. Vizit-kart valyuta mübadiləsi şirkətinə məxsusdur.

10. 1 ədəd üzərində “Bahaa Ravahneh” yazıları olan vizit kart. Vizit-kart Iordaniyanın Aqaba şəhərində yerləşən turizm şirkətinə məxsusdur.

11. Üzərində “Syrox Extreme” yazıları olan mavi rəngli mikro kart. Mikrokart xüsusi qurğunun köməkliyi ilə kompüterə yerləşdirildi və içərisində olan məlumatlara baxış keçirildi. Mikrokart 64 GB həcmlidir. Mikrokarta baxış zamanı onun yaddaşında 2 qovluq aşkar edildi. Qovluqların içərisində aşağıdakı məlumatlar aşkar edildi: 1-ci qovluğun adı “turist”dir və içərisində 113 ədəd fotoşəkil vardır. Fotoşəkillərə birbir baxıldıqda onların təqsirləndirilən şəxs2 tərəfindən Iordaniya əraizisndə çəkildiyi müəyyən edildi. Həmin fotoşəkillərin bir qismində təqsirləndirilən şəxs2 özü özünü çəkmiş, qalanlarında isə müxtəlif məkanlarda fotoçəkilişlər etmişdir. 2-ci qovluğun adı “Xüsusi”dir və içərisində aşağıdakı fayllar aşkar edildi: - 21 ədəd fotoşəkil. Qeyd olunan fotoşəkillər uzaq məsafədən çəkilmişdir. Fotoşəkillərdə hərbi təyinatlı obyektlər, qurğular, dəniz limanı, gəmilər, yaşayış binaları, dağlıq ərazilər öz əksini tapmışdır. - 5 ədəd videofayl. Videoçəkilişlərdə hərbi təyinatlı obyektlər, qurğular, tikililər, dəniz limanı, gəmilər, gəmidə səyahət edən şəxslər öz əksini tapmışdır.

12. 01 ədəd qızılı rəngli “Samsung S24” markalı mobil telefon. Mobil telefonun ekranında və korpusunda çat və cızıq izləri yoxdur. Mobil telefon işlək vəziyyətə gətirilmək istədikdə onun nasaz olması müəyyən edildi.

13. 01 ədəd Oppo A58 markalı mobil telefon. Mobil telefon parlaq mavi rənglidir. Mobil telefonun korpusunda cızıq izləri, qoruyucu ekranın çat izləri vardır. Mobil telefon işlək vəziyyətə gətirilərək baxış keçirildi. Mobil telefonun IMEI1 kodu 869496067062695, IMEI2 kodu 869496067062687-dir. Mobil telefonun adlar və nömrələr bölməsində, “Whatsapp” tətbiqi tətbiqində iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Mobil telefonun qalereyasında iş üzrə əhəmiyyət kəsb edəcək 3 ədəd fotoşəkil aşkar edildiyindən həmin fotoşəkillər çap edilərək baxış protokoluna əlavə olunmuşdur.

14. 01 ədəd Asus markalı notbuk. Notbuk boz rənglidir. Korpusunda və ekranında cızıq və çat izləri yoxdur. Notbuk işlək vəziyyətə gətirildi. Notbukun “C” və “D” disklərində yalnız proqram təminatı faylları aşkar edildi. Bundan başqa, notbukda “Telegram” sosial şəbəkə tətbiqinin quraşdırıldığı müəyyən olundu. Bundan başqa notbukun yaddaşında iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 məxsus əşyalara baxış keçirilməsi haqqında ## #### 2025ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs3 saxlanılarkən üzərindən digər əşyalarla yanaşı sübut əhəmiyyətinə malik aşağıdakı əşyalar aşkar edilmişdir:

1. Rusiya Federasiyası Daxili Işlər Nazirliyi tərəfindən təqsirləndirilən şəxs3 adına verilmiş patent sənədi. Həmin sənəd 2024-cü ilin yanvar ayının 22-də verilmiş, sənədə əsasən təqsirləndirilən şəxs3 Rusiya Federasiyasının Sankt Peterburq şəhərində işləmək və yaşamaq icazəsi verilib.

2. 01 ədəd plastik bank kartı. Bank kartı Rusiya Federasiyasının “TINKOFF” bankı tərəfindən təqsirləndirilən şəxs3 adına verilmiş, bank kartının hesab nömrəsi 2200 7013 1840 6201-dir, son istifadə müddəti 06/2034-cü ildir.

3. 01 ədəd plastik bank kartı. Bank kartı “xxxx” ASC tərəfindən Məmməd Şərifoun adına verilmiş, bank kartının hesab nömrəsi 4098 5844 6861 5347-dir, son istifadə tarixi 06/2027-dir.

4. Üzərində “S-Link Class 64 GB” yazıları qeyd edilmiş mikrokart. Mikrokart xüsusi qurğunun köməkliyi ilə kompüterə yerləşdirildi və içərisində olan məlumatlara baxış keçirildi. Mikrokartın yaddaşında 8 ədəd irihəcmli faylların olması müəyyən edilsə də, həmin faylların xüsusi proqramlar vasitəsilə şifrələnməsi müəyyən edildi və həmin fayllara baxmaq mümkün olmadı. Bundan başqa, mikrokartın yaddaşında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Həmin kartın üzərinə şərti olaraq 1 yazısı qeyd edildi.

5. Üzərindəki yazıları silinmiş qara rəngli mikrokart. Mikrokart xüsusi qurğunun köməkliyi ilə kompüterə yerləşdirildi və içərisində olan məlumatlara baxış keçirildi. Baxış zamanı mikrokartın içərisində heç bir faylın olmadığı müəyyən edildi. Həmin kartın üzərinə şərti olaraq 2 yazısı qeyd edildi.

6. Üzərindəki yazıları silinmiş qara rəngli mikrokart. Mikrokart xüsusi qurğunun köməkliyi ilə kompüterə yerləşdirildi və içərisində olan məlumatlara baxış keçirildi. Baxış zamanı mikrokartın içərisində təqsirləndirilən şəxs3 Türkiyənin Istanbul şəhərində çəkdiyi özünə məxsus 133 ədəd foto və 1 ədəd videoçəkiliş vardır. Həmin kartın üzərinə şərti olaraq 3 yazısı qeyd edildi.

7. 1 ədəd qeyd kitabçası. Qeyd kitabçası ümumilikdə 32 vərəqdən ibarətdir. Qeyd kitabçasının ilk 3 vərəqində ardıcıl olaraq müxtəlif rəqəmlər və saylar yazılmışdır. Kitabçanın 5-ci vərəqində qələm ilə yazılmış şeir vardır. Bundan başqa kitabçada iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi.

8. 1 ədəd Redmi 9C markalı mobil telefon. Mobil telefon qara rənglidir, korpusunda cızıqlar, ekranın çat izləri vardır. Mobil telefon işlək vəziyyətə gətirildikdə ona heç bir simkartın quraşdırılmadığı müəyyən edildi. Mobil telefonun IMEI1 kodu 861529057886240-dır, IMEI2 kodu 861529057886257-dir. Mobil telefonun adlar və nömrələr bölməsində aşağıdakı məlumatlar müəyyən edildi: Hüseyn Qaqam - +639106973780 Talha Mumcu - +905422216901 Selim Anıl - +905367952628 Mobil telefonun “Whats app Business” proqram tətbiqində aşağıdakı danışıqlar müəyyən edildi: Hüseyn Qaqam (+639106973780) adlı şəxslə danışıqlar: ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək danışıqlar aparılmış, danışıqlar zamanı təqsirləndirilən şəxs3 iş üzrə digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ilə danışmışdır. Bu danışıqlar zamanı təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs3 “Ağa” kimi müraciət etdiyi şəxsin tapşırıqlarını dəqiqliyi ilə yerinə yetirməyi tapşırır. Bundan başqa, təqsirləndirilən şəxs2 pul köçürə bilməsi üçün təqsirləndirilən şəxs3 türk əsilli şəxslərin kartını istəyir, təqsirləndirilən şəxs3 isə Talha Mumcu və Selim adlı şəxslərin kartlarını təqsirləndirilən şəxs2 göndərir. Daha sonra Turşahid1 həmin kartlara köçürülmüş müxtəlif pul vəsaitlərindən 9.000 türk lirəsini başqa bir türk əsilli Erhan adlı şəxsin kartına köçürməsini təqsirləndirilən şəxs3 tapşırır və buna dair qəbzi ona göndərməsini xahiş edir. Mobil telefonun “Whats app” proqram tətbiqində aşağıdakı danışıqlar müəyyən edildi: Talha Mumcu (+905422216901) adlı şəxslə danışıqları: ## ####### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixdək danışıqlar aparılmış, danışıqlar zamanı təqsirləndirilən şəxs3 əslən türk olan Talha adlı şəxslə danışmışdır. Danışıqlardan məlum olur ki, Talha adlı şəxs təqsirləndirilən şəxs3 Adana şəhərində yaşadığı evin yaxınlığındakı ərzaq mağazasında işləyir, belə ki, təqsirləndirilən şəxs3 dəfələrlə Talha adlı şəxsə ərzaq siyahısı yazaraq evə gətirməsini xahiş edir. Bundan başqa, danışıqlar zamanı təqsirləndirilən şəxs3 Talha Mumcu adlı şəxsin kartına pul köçürüldüyünü deyir, Talha adlı şəxs bunu təsdiq edir, daha sonra təqsirləndirilən şəxs3 həmin pul vəsaitinin bir qismini, yəni 9.000 türk lirəsini başqa bir tükr əsilli Erhan adlı şəxsin kartını köçürməsini xahiş edir, Talha Mumcu qalan pul vəsaitini isə nağdlaşdıraraq təqsirləndirilən şəxs3 verir. Selim Anıl (+905367952628) adlı şəxslə danışıqları: ## ####### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixdək danışıqlar aparılmış, danışıqlar zamanı təqsirləndirilən şəxs3 əslən türk olan Selim adlı şəxslə danışmışdır. Danışıqlardan məlum olur ki, Selim adlı şəxs təqsirləndirilən şəxs3 məlumat verir ki, kartına 1 dəfə 15 min və 1 dəfə 19 min türk lirəsi pul gəlib, təqsirləndirilən şəxs3 isə həmin pulu qohumunun göndərdiyini deyir və həmin pulları birlikdə bankdan çıxaracaqları barədə razılaşırlar. Mobil telefonun “Zangi” proqram tətbiqində aşağıdakı danışıqlar müəyyən edildi: “.” adı ilə qeyd edilmiş proqram tətbiqinin verdiyi “10-9041-2130” nömrəli şəxslə danışıqlar: ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə danışıqlar aparılmış, danışıqlardan görünür ki, həmin şəxs təqsirləndirilən şəxs2dir, lakin sonradan həmin yazışmalar telefon sahibi tərəfindən silinmişdir. 1094173933 adı ilə qeyd edilmiş proqram tətbiqinin verdiyi **-****-**** nömrəli şəxslə danışıqlar: ## ####### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək danışıqlar aparılmış, danışıqlar zamanı təqsirləndirilən şəxs3 “Ağa” deyə müraciət etdiyi əslən iranlı olması ehtimal olunan şəxslə danışmışdır. Danışıqlara baxış zamanı “Ağa” kimi müraciət olunan şəxs təqsirləndirilən şəxs3 işləri gizli aparmasını, qeydə almış olduğu məlumatları vaxtında və gizli şəkildə mikrokartdan notbuka köçürməsini, daha sonra isə tez bir vaxtda notbuk vasitəsilə ona göndərilməsini, daha sonra isə mikrokartların format edilərək yaddaşlarının silinməsini tapşırır. Bundan başqa, təqsirləndirilən şəxs3 müxtəlif bəhanələrlə “Ağa” kimi müraciət olunan əslən iranlı şəxsdən məvacib istəyir, sonuncu isə bəzən özünün, bəzən isə “Hüseyn” adlı şəxsin vasitəsilə təqsirləndirilən şəxs3 pul göndərəcəyini deyir. David adı ilə qeyd edilmiş proqram tətbiqinin verdiyi “10-4532-8462” nömrəli şəxslə danışıqlar: ## ####### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək danışıqlar aparılmış, danışıqlar zamanı təqsirləndirilən şəxs3 1 nəfər kişi cinsli şəxslə danışır. Bu danışıqlar zamanı təqsirləndirilən şəxs3 və həmin şəxs bir-birləri ilə hal-əhval tutur. Şəxsiyyəti bəlli olmayan şəxs təqsirləndirilən şəxs3 “Həmzə” ilə münasibətləri barədə maraqlanır, “Həmzə”nin güclü şəxs olduğunu deyərək təqsirləndirilən şəxs3 onunla münasibətlərini yaxşı saxlamağı tapşırır. Bundan başqa, danışıqlar zamanı şəxsiyyəti məlum olmayan şəxs sionistlərlə mübarizə apardığını bildirir, təqsirləndirilən şəxs3 da onun bu mübarizəsini dəstəkləyir. Mobil telefonun qalereya bölməsində aşağıdakı fayllar aşkar edildi: - VID_20241121_161311 adlı videofayl. Videofayl açıldıqdan 30 saniyədən ibarət olması müəyyən edildi. Videofaydakı görüntüdən görünür ki, bu çəkiliş fotokameradan edilmiş çəkilişin telefon vasitəsilə təkrar çəkilişidir. Videogörüntüdə uzaqdan çəkilmiş böyük bir ərazini əhatə edən hərbi təyinatlı obyekt öz əksini tapmışdır. - VID-20241209-WA0012 adlı videofayl. Videofayl açıldıqdan 25 saniyədən ibarət olması müəyyən edildi. Videofaydakı görüntüdən görünür ki, bu çəkiliş fotokameradan edilmiş çəkilişin telefon vasitəsilə təkrar çəkilişidir. Videogörüntüdə uzaqdan çəkilmiş böyük bir ərazini əhatə edən hərbi təyinatlı obyekt, həmin obyektin içərisində qırıcı təyyarə, müxtəlif hərbi binalar, çoxlu sayda hərbiçilər öz əksini tapmışdır. - Türkiyə bankına məxsus ödəniş qəbzinin şəkili. Qəbzdə olan qeydlərdən görünür ki, ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs2 17.000 türk lirəsi məbləğində pul vəsaitini Talha Mumcu adlı şəxsin hesabına köçürmüşdür. - Türkiyə bankına məxsus ödəniş qəbzinin şəkili. Qəbzdə olan qeydlərdən görünür ki, təqsirləndirilən şəxs2 2.000 türk lirəsi məbləğində pul vəsaitini Talha Mumcu adlı şəxsin hesabına köçürmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli protokolla; protokoldan görünür ki, mobil telefonun kontaktlar bölməsində “Həmzə1” adı ilə qeyd edilmiş “1025341970” nömrə və “Hamza2” adı ilə qeyd edilmiş “1045328462” nömrə məlumatları vardır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə şahid şahid5 məxsus bank kartına baxış keçirilməsi haqqında ## #### 2025ci il tarixli protokoldan görünür ki, şahid5 yaşadığı ünvana keçirilmiş baxış zamanı “xxxx” ASC tərəfindən onun adına verilmiş 01 ədəd 4169 7388 2908 **** saylı plastik bank kartı aşkar edilərək götürülmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş «xxxx» Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş cinayət işi üzrə kart hesablarına dair məlumatlara baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı daxil olmuş məlumatlarda iş üzrə şahidlər şahid5 və şahid8, eləcə də təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 kart hesabları ilə aparılmış tranzaksiyalar öz təsdiqini tapmışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş «xxxx» ASCdən daxil olmuş cinayət işi üzrə kart hesablarına dair məlumatlara baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı daxil olmuş məlumatlarda iş üzrə şahidlər şahid6 adından «Western Union» sürətli pul köçürmə sistemi vasitəsilə aparılmış tranzaksiyalar öz təsdiqini tapmış, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Həmzə kimi tanıdığı Iran Islam Respublikası xüsusi xidmət orqanı əməkdaşı Saeid Rostamkhanı adlı şəxsin tapşırığı ilə 93.25 manat məbləğində pul vəsaitini başqabaşqa şəxslərə çatdırması üçün anasının adına göndərməsi müəyyən olunmuşdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş «xxxx» KB ASCdən daxil olmuş cinayət işi üzrə kart hesablarına dair məlumatlara baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı daxil olmuş məlumatlarda iş üzrə şahid şahid8 kart hesabı ilə aparılmış tranzaksiyalar öz təsdiqini tapmışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi Heydər adlı iranlı kimi tanımışdır. Heydər kimi tanıdığı həmin şəxs onu 2023-cü ilin sonlarında Iranda olarkən məxfi əməkdaşlığa cəlb etmiş, 2024cü ilin sentyabr ayından dekabr ayınadək ona müxtəlif tapşırıqlar vermiş, bunun müqabilində özünün və tanışlarının kart hesablarına pul vəsaitləri həmin şəxs tərəfindən göndərilmişdir. Bundan başqa, o, Heydər adlı şəxsin tapşırığı ilə şahid8 adlı şəxsin kart hesabına pul köçürməsi etmişdir. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil ##.##.1990-cı il təvəllüdlü Iran Islam Respublikasının vətəndaşı SAEID ROSTAMKHANI-nin fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi Keyvan Bənişəhr kimi 2009-2010-cu illərdən tanımış, sonuncu onu 2023-cü ilin sonlarında Iranda olan zaman Heydər kimi təqdim etdiyi şəxslə tanış edərək həmin şəxslə iş birliyi etməsini tövsiyyə etmişdir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1974-cü il təvəllüdlü Iran Islam Respublikası vətəndaşı KEYVAN BANISHAHAR adlı şəxsin fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi “TikTok” sosial şəbəkəsində Vüsal Astaralı kimi görüb qiyabi tanımış, lakin əlaqə qurmamışdır. Sosial şəbəkələrdə Vüsal kriminal yönümlü söhbətlər etmişdir. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1993-cü ildə Astara şəhərində doğulmuş X15 fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi Həmzə adlı iranlı kimi tanımışdır. O, həmin şəxsi “TikTok” sosial şəbəkəsində tanıdığı Vüsal Iskəndərli vasitəsilə tanımışdır. Həmzə ilə Türkiyənin Istanbul şəhərində oteldə görüşmüş, həmin şəxsin tapşırığı ilə o, təqsirləndirilən şəxs2lə birlikdə Adana şəhərinə gedərək Turalın tutduğu evdə yerləşmiş və Həmzənin tapşırığı ilə həmin evin yaxınlığındakı “Incirlik” hərbi bazasının foto və videoçəkilişlərini edərək verilmiş notbuka köçürmüş, daha sonra həmin çəkilişləri ona öyrədilmiş qaydada şifrələyərək Həmzəyə göndərmişdir. Bu işin müqabilində təqsirləndirilən şəxs2 tərəfindən ona xərclik pul vəsaiti çatdırılmışdır. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ##### 1990-cı il təvəllüdlü Iran Islam Respublikasının vətəndaşı SAEID ROSTAMKHANI-nin fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi Heydər adlı iranlı kimi tanımışdır. O və təqsirləndirilən şəxs2 Istanbulda Həmzə adlı iranlı ilə görüşən zaman Heydər adlı həmin şəxs də Həmzənin yanında olmuşdur. Həmin görüş zamanı Heydər özündəki notbuk vasitəsilə faylların şifrələnərək göndərilməsini izah etmişdir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## #### 1987-ci il təvəllüdlü Iran Islam Respublikası vətəndaşı SAEED MOHAMMADZADEH adlı şəxsin fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi “Krıtı” ləqəbli əslən Astara rayonundan olan Vüsal Iskəndərli kimi “TikTok” sosial şəbəkəsində tanımış, yaxşı münasibətləri yaranmış, əsasən dini mövzularda söhbətlər etmişlər. Daha sonra Vüsal telefonuna “Zangi” proqramını yazmasını tapşırmış, həmin proqram vasitəsilə onu Həmzə adlı iranlı ilə tanış edərək Həmzənin yaxşı insan olduğunu demiş və sonuncunun tapşırıqlarını edəcəyi təqdirdə pul alacağını ona bildirmişdir. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1993-cü ildə Astara şəhərində doğulmuş X15 fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 2 şərti nömrəli fotoşəkildəki şəxsi Həmzə adlı iranlı şəxs kimi tanımışdır. 2024-cü ildə sosial şəbəkədə tanış olduğu Vüsal Iskəndərli onu hədələyərək Həmzə adlı bu şəxslə tanış etmiş, sonradan bu şəxs özü də onu hədələyərək Türkiyə və Iordaniya ərazisində müxtəlif tapşırıqlar vermişdir. Həmçinin bu şəxsin tapşırığı ilə müxtəlif pul vəsaitlərini o, anasına bu şəxsin dediyi kart hesablarına köçürməsi üçün göndərmişdir. Həmzə ona bu pulların Vüsal Iskəndərlinin Azərbaycanda yaşayan anasına çatacağını demişdir. Fotocədvəldə 2 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ##### 1990-cı il təvəllüdlü Iran Islam Respublikasının vətəndaşı SAEID ROSTAMKHANI-nin fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi Türkiyənin Istanbul şəhərində oteldə olan zaman Həmzə kimi tanıdığı iranlının yanında görmüşdür. Bu şəxsi Həmzə ona Heydər adlı şəxs kimi təqdim etmişdir. Heydər adlı bu şəxs oteldə olan zaman otelin restoranında ona və təqsirləndirilən şəxs3 çəkəcəkləri foto və videoları şifrələməyi və notbuk vasitəsilə Həmzəyə göndərməyi öyrətmişdir. Fotocədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## #### 1987-ci il təvəllüdlü Iran Islam Respublikası vətəndaşı SAEED MOHAMMADZADEH adlı şəxsin fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokoludan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi “TikTok” sosial şəbəkəsində tanımış, ilk əvvəl normal münasibətləri olsa da sonradan o həmin şəxsi söymüş, buna görə də bu şəxs onu ailəsi ilə hədələyərək Həmzə adlı iranlı ilə tanış edib və sonuncunun tapşırıqlarını icra etməsə ailə üzvlərinə xəsarət yetirəcəyi ilə hədələmişdir. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1993-cü ildə Astara şəhərində doğulmuş X15 fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 4 şərti nömrəli fotoşəkildəki şəxsi tanıyır, o, Həmzə adlı şəxsin tapşırığı ilə Istanbul şəhərində olan zaman fotoşəkildəki Heydər kimi tanıdığı bu şəxsdən Bağcılar məhəlləsindəki Onur marketin qarşısında 12.000 türk lirəsi pul, kamera və notbuk götürmüş, bundan sonra həmin şəxsi görməmişdir. Foto-cədvəldə 4 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1974-cü il təvəllüdlü Iran Islam Respublikası vətəndaşı KEYVAN BANISHAHAR adlı şəxsin fotoşəkilidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, həmin protokola əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilmiş fotocədvəldə 3 şərti nömrəli fotoşəkildəki şəxsi “TikTok” sosial şəbəkəsində Vüsal Krıtı və Vüsal Iskəndərov kimi tanımışdır. Sosial şəbəkədə tanış olduqdan sonra həmin şəxslə yaxşı münasibəti yaranmış, dini məzmunda söhbətlər aparmışlar. Vüsal adlı şəxs ona maddi köməklik göstərmişdir. Fotocədvəldə 3 şərti sayı ilə işarələnmiş fotoşəkil ## ###### 1993-cü ildə Astara şəhərində doğulmuş X15 fotoşəklidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının ## ###### 2025-ci il tarixli *** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs4 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. təqsirləndirilən şəxs4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının ## ###### 2025-ci il tarixli *** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsin cizgiləri müəyyən edilir. təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəməpsixiatrik ekspertizasının ## #### 2025-ci il tarixli **** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. təqsirləndirilən şəxs2 xasiyyətin isterik cizgiləri müəyyən edilir. təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının ## ###### 2025-ci il tarixli *** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs3 hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeyd olunmamışdır. təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. təqsirləndirilən şəxs3 ona istinad edilən əməli törədərkən anlaqlı olmuşdur. təqsirləndirilən şəxs3 təsvir olunan əməli törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə edə bilməməsinə səbəb olan psixi pozuntu qeyd olunmamışdır. təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının ## #### 2025-ci il tarixli **** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs1 hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeyd olunmamışdır. təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. təqsirləndirilən şəxs1 ona istinad edilən əməli törədərkən anlaqlı olmuşdur. təqsirləndirilən şəxs1 təsvir olunan əməli törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə edə bilməməsinə səbəb olan psixi pozuntu qeyd olunmamışdır. təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs4 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs4 təyin edilmiş cəza 08 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyinə görə təqsirləndirilən şəxs4 əməlində cinayətin xüsusi təhlükəli residivi vardır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Masallı rayon Icra Hakimiyyəti Başçısının Bala Təklə kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs2 Masallı rayonu Bala Təklə kəndində qeydiyyatda olmaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon Icra Hakimiyyəti Başçısının Çinarlı kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs3Şəmkir rayonunun Çinarlı kəndində qeydiyyatda olmaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Iş materiallarında olan və məhkəməiclasında tədqiq edilmiş Lerik rayon Icra Hakimiyyəti Başçısının Noda kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs1 Lerik rayonu Noda kəndində qeydiyyatda olmaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, onların törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 törətmiş olduqları əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs1 pul müqabilində dövlətin maraqlarına zərər gətirə biləcək hər hansı məlumatı xairci dövlətin xüsusi xidmət orqanının əməkdaşına verməməsi, istintaq zamanı ona qarşı zor tətəbiq edildiyinə görə ilkin ifadəsini hədə-qorxu təsiri altında verməsinə dair ifadəsini öz məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul etmişdir. Belə ki, təqsirləndirilən şəxs1 ## ### 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilən zaman pul müqabilində Vüsal Iskəndərliyə xidmət etdiyi hərbi hissənin şəkillərini çəkib göndərdiyini bildirmiş, ## ### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman da eyni məzmunlu ifadələr vermişdir. təqsirləndirilən şəxs1 saxlanılan zaman Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğunu göstərsə də bununla bağlı hansısa dəlil təqdim etməmiş, ona qarşı zor tətbiq edilməsinə dair öz müdafiəçisinə bildirməməklə yanaşı, bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya barəsində həbs qətimkan seçiməsi məsələsinə baxılarkən məhkəməyə heç bir məumat verməmişdir. Bundan başqa təqsirləndirilən şəxs1 ## ### 2025-ci il tarixdə müdafiəçisinin iştirakı olmadan dindirilməsini bildirsə də, məhkəmə bunu da məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul etmişdir. Belə ki, məhkəmədə şahid qisminidə dindirilmiş müdafiəçi Taleh Rüstəmov ifadəsində təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman bütün istintaq hərəkətlərində iştirak etdiyini və istintaq hərəkəti protokollarını sonuncunun iştirakı ilə imzaladığını göstərmişdir. Bundan başqa Bakı şəhəri Səbail rayon məhkəməsinin ## ### 2025-ci il tarixli qərarında da müdafiəçi Taleh Rüstəmovun həmin məhkəmə iclasında iştirakı qeyd olunmuş, həmin məhkəmə iclası zamanı təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı olmadan dindirilməsi barədə məhkəmədə hansısa fikir bildirməmişdir. Ona görə də məhkəmə müdafiə tətəfinin müdafiəçi Taleh Rüstəmovun imzasının olmadığı ## ### 2025-ci il tarixli təqsirləndirilən Vüasl Ağayevin dindirilməsinə dair dindirmə protokolunun surətini sübut kimi qəbul etmir və işin hallarına uyğun gəldiyinə görə iş materiallarında olan ## ### 2025-ci il tarixli təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 dindirmə protokolunu sübut kimi qəbul etmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxs1 pul müqabilində dövlətin maraqlarına zərər vura biləcək hansısa məlumatları xarici xüsusi xidmət orqanlarına göndərməməsinə dair ifadəsinə də tənqidi yanaşmışdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur ki, X15 istər hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsləri, istərsə də digər şəxsləri müxtəlif üsullardan (hədə-qorxu gəlmə, “din” pərdəsi altında eyni əqidə daşıyıcıları olan həmfikirlərinə maddi yardım görüntüsü yaratmaqla pulla ələ alma və s.) istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan maraqlarına zərər vuran məlumatları xarici xüsusi xidmət orqanlarına ötürməsinə cəlb etmiş, bu məqsədlə həmin şəxsləri xarici xüsusi xidmət orqanının əməkdaşı ilə əlaqə yaratmasına nail olmuşdur. Iş materiallarından da göründüyü kimi xarici xüsusi xidmət orqanının əməkdaşı olan Saeid Rostamkhanının tapşırığı ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 ##.##.2024-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə ##.##.2002-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan şahid8 adına sənədləşdirilmiş “xxxx” ASC-yə məxsus ******** nömrəli “Leo” bank kartına 200 manat pul göndərmişdir. Məhkəmə araşdrıması zamanı müyyən olunmuşdur ki, təqsirləndirilən şəxs1 tanışı şahid8 bank kartından istifadə etmişdir. Məhkəmə xarici xüsusi xidmət orqanının əməkdaşı tərəfindən öz maraqlarına cavab verməyən heç bir məlumat almadığı halda təqsirləndirilən şəxs1 pul göndərməsini inandırıcı hesab etməmişdir. Məhkəmə həmçinin digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 özlərini casusluq cinayətinin tərkib əlamətlərinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirli bilmələrinə dair mövqeləri ilə də razılaşmamışdır. Belə ki, həm təqsirləndirilən şəxs3, həm də təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşları olduqlarına görə onların əməlində casusluq cinayətinin tərkib əlamətinin olması istisna edilir. Hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşları kimi xarici xüsusi xidmət orqanlarının tapşırıqları ilə etdikləri hərəkətləri ilə Azərbaycan Respubikasının maraqlarına ziyan vurduqlarına görə onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinin tərkib əlamətləri vardır. Göründüyü kimi məhkəmə məhkum edilmiş şəxslərin ifadələrində qeyd etdiyi xüsusatları araşdıraraq düzgün hüquqi qiymət vermişdir. Aparılan araşdırma zamanı məhkum edilmiş şəxslərin məhkəmədə irəli sürdüyü dəlillər öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, dövlətə xəyanət əməlinə dair ittiham tərəfindən təqdim edilən sübutların yolverilməzliyini mübahisələndirən müdafiə tərəfi yalnız ehtimallara söykənmişdir və şikayətin aidiyyəti dəlilləri sübutun yolverilməzliyinin əsası qismində çıxış edə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Kollegiya apellyasiya şikayətinin sübutların mötəbərliliyi barədə dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş təqsirləndirilən şəxs1 ibtidai istintaqda təqsirini etiraf etməsi digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Müdafiə tərəfinin təzyiqlə bağlı məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürdüyü, heç bir dəlillə möhkəmləndirilməyən arqumenti qəbul edilə bilməz. Odur ki, ibtidai istintaq zamanı verilmiş ifadələr, şahid ifadələri, maddi sübutlar, digər sübutlar məhkum edilmiş şəxsə bəraət verilməsini istisna edir. Cinayət Məcəlləsinin 284-1-ci maddəsinə əsasən dövlət sirri təşkil edən məlumatların, məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə qanunsuz əldə edilməsi, dövlətə xəyanət və ya casusluq əlamətləri olmadıqda – iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müdafiə tərəfi (təqsirləndirilən şəxs1 istisna olmaqla) hesab edir ki, əməldə dövlətə xəyanət və ya casusluq əlamətləri olmadığına görə əməl Cinayət Məcəlləsinin 284-1-ci maddəsinə tövsif edilməlidir. Lakin iş materiallarında olan ifadələr, yazışmalar, istintaq hərəkətləri, kart hesab məlumatları, mobil telefonda olan fayllar, danışıqlar və digər sübutlarla dövlətə xəyanət əlamətləri və niyyət müəyyən edilmişdir. Bu səbəbdən əməlin digər maddəyə tövsif edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslərin məlumatların xarici dövlətin xüsusi xidmət orqanına veriləcəyi təqdirdə bunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə yaradacağı nəticələrini dərk etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum edilmiş şəxslərin yuxarıda təsvir olunan şəraitdə və vaxtda xarici dövlətin xüsusi xidmət orqanının Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə tamah məqsədi ilə əməkdaşlıq etməyə razılıq verib bu istiqamətdə fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər və müdafiəçilər apellyasiya baxışı zamanı yanlış olaraq Cinayət Məcəlləsinin 274-cü maddəsi üzrə təqsirli bilinməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, maddi sübutların və digər yuxarıda sadalanan sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onların həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxslərin əməllərində cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs4 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsi, şahid ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi sanksiyası daxilində 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsi, şahid ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi sanksiyası daxilində 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyasında on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar yoxdur. Cinayət Məcəlləsinin 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal cinayətlərin xüsusi təhlükəli residivi və cinayəti tamah məqsədilə törətməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngüllşədirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədi ilə törətməsi onun cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngüllşədirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxs3 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədi ilə törətməsi onun cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngüllşədirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxs1 cinayəti tamah məqsədi ilə törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə cəza təyin olunarkən, ədalət prinsipinin tələbləri gözlənilmişdir. Belə ki, təyin edilən cəza onların şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Məhkəmə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə edib. Məhkəmə iclasında məhkum edilmiş şəxslərin cəzasının dəyişdirilib, onlara daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri və əlavə əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə və əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI:

Məhkum olunmuş təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi3, məhkum olunmuş təqsirləndirilən şəxs4 müdafiəçisi müdafiəçi5, məhkum olunmuş təqsirləndirilən şəxs1, müdafiəçisi müdafiəçi7 Babalı oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və məhkum edilmiş təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə və əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Mirzəyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Mirzəyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən: Habil Məmmədov Hakimlər: Anar Ibrahimov Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar