Məhkəmə qərarları › İş №1(100)-100/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-100/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-100/2021 07.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Bərdə rayonunun Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, hal - hazırda Bərdə rayonunun Otuzikillər kəndində daimi qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlama və tərkibində narkotik maddəllər olan bitkiləri külli miqdarda kultivasiya etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 2020-ci ilin aprel ayının axırlarında Bərdə rayonunun Otuzikilər kəndində yaşadığı evinin həyətyani sahəsində yerləşən torpaq sahəsində qanunsuz olaraq əkilib- becərilməsi qadağan olunmuş tərkibində narkotik maddəllər olan 16 ədəd çətənə ( kannabis) bitkisini küllü miqdarda əkib yetişdirməklə, çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edib kultivasiya etmiş, 10 avqust 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirərkən evinin həyətindən qanunsuz olaraq tərkibində narkotik maddəllər olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “ Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1 siyahısına və həmin qanunun “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddəllər olan bitkilərin 3-cü siyahısına” əsasən ümumi təmiz çəkisi 60200 qram olan 16 ədəd küllü miqdarda əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitgiləri və həmin yerdə ayrı- ayrılıqda təmiz çəkiləri 2900 qram, 1100 qram, 1050 qram, 610 qram ümumi təmiz çəkisi 5660 qram çəkidə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 il müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2019-cu ildə o, yoldan çətənə toxumu tapmış və həmin çətənə toxumunu evinin həyətində əkmişdir. 2020-ci ilin aprel ayının axırlarında həmin yerdə çətənə kollarının bitdiyini görmüşdür. O, həmin kollar topa halında bitdiyindən həmin kolları bir-bir çıxarıb cərgə ilə yenidən həyətinin sağ və sol tərəflərində əkmişdir. Onun məqsədi çətənə bitkisini böyüdüb qurudub istifadə etmək olmuşdur. Həmin çətənə kollarının sayı cəmi 16 ədəd olmuş, onlardan 8 ədədini evinin girəcək qapısından sol tərəfdə, 8 ədədini isə evin girəcək qapısından sağ tərəfdə məhlənin içəri tərəfində qırağında əkmiş və məhləni suvararkən onları da suvarmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə həmin çətənə kolunun budaqlarının quruduğunu görmüş, həmin qurumuş marixuanadan istifadə edərkən onun yaxşı qurumadığından acı olduğunu hiss etmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən səhər saat 06 radələrində yaşadığı evin həyət darvazası döyülmüş, o, qapıya gedib həyət darvazasını açanda polislər özlərini təqdim edib onun həyətyani sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Polislər onun həyətində narkotik bitkilər əkməkdə şübhələndiklərini demişlər. Həmin vaxt polis işçiləri iki nəfər hal şahidinin və mütəxəssis aqronomun iştirakı ilə onun həyətinə baxış keçirmişlər, o da etiraz etməmişdir. O, polislərin sonuncunun yaşadığı evin həyətyani sahəsində narkotik bitkilər əkməsindən məlumatlarının olduğunu anlayıb artıq heç nəyi gizlətməmiş və çətənə kollarını əkməsindən peşman olmuşdur. Buna görə də o, özü polislərə həyətində əkdiyi 16 ədəd çətənə kolunu onlara göstərmişdir. Həmin vaxt orada iştirak edən polis işçiləri ilə birlikdə iştirak etmiş mütəxəssis aqronom da onun əkdiyi çətənə bitkilərinə baxaraq onlara qulluq göstərildiyindən böyümüş olduğunu bildirmişlər. Polislər onun həyətindən aşkar olunmuş həmin çətənə bitkilərini və quru halda olan marixuananı çəkmiş, sonra polislər həmin 16 ədəd çətənə kollarını və qurudulmuş marixuananı ayrıayrılıqda qablaşdırıb götürmüşlər. Həmin qablaşdırmalara kağız vərəqi yapışdırılmış, həmin vərəqin üzərinə o və hal şahidləri imza etmişlər. Həmin 16 ədəd çətənə bitkiləri və qurudulmuş marixuananı polis işçiləri tərəfindən qablaşdırıldıqdan sonra bu barədə protokol tərtib edilmişdir. O, həmin narkotik bitkilərini özü istifadə etmək üçün əkmiş və heç kimə satmamışdır. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsində NMQ-da əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Bərdə rayonunun Otuzikilər kənd sakini Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə qəbul etməsi və həyətində narkotik tərkibli bitkilər əkməsi barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs evinin həyətyan sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib becərməsini, yəni onu cinayət başında yaxalamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə tərəfiindən bu barədə raportla Bərdə RPŞ-nin rəisi polis polkovniki cənab Muradəli Babayevə müraciət etmiş, həmin raportun icrası onun özünə həvalə edilmişdir. Bundan sonra o, xx xxxxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində o, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” qərar qəbul etmişdir. Həmin qərar Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Babayev tərəfindən təsdiq olunmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə rayonun Otuzikillər kəndində yaşadığı evinin həyətyani sahəsinə baxış keçirməkdən ötrü o, Bərdə rayon polis şöbəsinin təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X26 oğlu, Bərdə RPŞ- nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Azərbaycan Kənd təsərürüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 Regional Mərkəzində toxum analizləri şöbəsinin müdiri Şahid5, Bərdə RPŞ-nin X3 baş inspektoru polis leytenantı Əhmədov Sənan Əli oğlu, Bərdə rayonunun Otuzikilər kənd sakini Şahid2, həmin kənddən dəvət olunmuş Şahid3 və Şahid6 birlikdə Təqsirləndirilən şəxs Bərdə rayonunun Otuzikillər kəndində yerləşən evinin həyət darvazası qarşısına gəlmişlər. Onu evdən çağırıb qapıya gəlməsini bildirmişlər. Həyət darvazası qarşısına gələn Təqsirləndirilən şəxs nəzərinə çatdırılmışdır ki, onun həyətində narkotik tərkibli bitkilər əkib yetişdirməkdə şübhəli olduğuna görə həyətyani sahəsinə onun, hal şahidlərinin, mütəxəssis aqronomun və qeyrilərinin iştirakı ilə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs oğlu həmin hallara qarşı və hal şahidlərinə qarşı heç bir etirazı olmadan həyətyani sahəsinə keçirilən baxışda iştirak edən şəxslərə etiraz etmədən onun həyətyani sahəsinə baxış keçirilməsinə razılıq vermişdir. Baxış zamanı onun evinin həyətində 16 ədəd tərkibində narkotik maddəllər olan çətənə bitkisinə oxşar bitkillər aşkar olunmuşdur. Baxış zamanı həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi, diblərinə su verildiyi, alaq otlarından təmizləndiyi, bir sözlə onların inkişafı üçün münbit şərait yaradılmış olduğunu baxışda iştirak edən şəxslər görmüşlər. Bu vəziyyətdən sonra Təqsirləndirilən şəxs fakt qarşısında qalaraq bildirmişdir ki, o, tərkibində narkotik maddəllər olan çətənə bitkilərinə bənzər bitkiləri özünün istifadəsi üçün, yəni həmin narkotik tərkibli bitkiləri yetişdirib sonra da onun yarpaq hissələrini qurudub istifadə edəcəyini onlara bildirib həmin bitkiləri əkmiş olduğu yerləri onlara göstərmişdir. Təqsirləndirilən şəxs həmin tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq göstərdiyini baxışda iştirak etmiş aqronom təsdiqləmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə etmiş, evinin həyətində çətənə kollarını özü istifadə etmək üçün aqrotexniki qaydada qulluq göstərmişdir. Baxış zamanı həmin həyətdən aşkar olunmuş 16 ədəd çətənə bitkisi kökündən çıxarılıb götürülmüşdür. Həmin kollar 1 ədəd baş- başa keçirilmiş sintetik tərkibli kisənin və 2 ədəd göy rəngli sintetik tərkibli kisənin içərisində yerləşdirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətindən həmin bitkilərin yaxınlığından quru halda marixuanaya bənzər kütlələr aşkar olunub həmin kütlələr tərəzidə çəkilmiş və cəmi çəkisi 6270 qram gəlmiş və həmin kütlələr 4 ədəd ağ rəngli sintetik tərkibli kisəyə yığılmış və həmin kisələrin ağzı bağlanaraq həmin yerə yapışdırılmış kağız vərəqi üzərinə möhür vurulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qurbanov Ramiz Hümbətov oğlu göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində ona Bərdə rayon polis şöbəsinin əməkdaşları bildirmişlər ki, həmkəndlisi Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli bitkilərdən olan çətənə bitkiləri əkdiyindən, sonuncunun həyətinə baxış keçirmək istəyirlər və onun da yerli idarəetmə orqanının sədri kimi həmin baxışda iştirak etməsini xahiş etmişlər, o da razılaşmışdır. Odur ki, o, xx.xx.2020-ci il tarixdə səhər saat 06 radələrində polis işçiləri, hal şahidi qismində dəvət edilmiş həmkəndliləri Şahid3, Şahid6 və aqronom Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyət darvazası qarşısına getmişdir. Polis işçiləri Təqsirləndirilən şəxs evinin həyət darvazası qarşısına səsləyib çağırmışlar. Bundan sonra Vüqara onun narkotik tərkibli çətənə bitkilərini evinin həyətində əkib- becərməsi barədə Bərdə RPŞ-nə əməliyyat məlumatı daxil olduğundan, onun evinin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs də evinin həyətinə polis işçilərinin baxış keçirilməsinə qarşı heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirilməmişdən əvvəl hal şahidlərinə hüquq və vəzifələrinin nədən ibarət olması onların hər birinə ayrı- ayrılıda olaraq izah olunmuşdur. Baxış zamanı evin həyətindən 16 ədəd çətənə kolları və həmin bitkilərdən toplanmış quru halda olan kütləni də aşkar edib onları ağ rəngli sintetik tərkibli kisəyə yığıb qablaşdırmışlar. Baxışda iştirak etmiş aqronom həmin bitkilərə aqrotexniki qulluq göstərildiyini bildirmişdir. Həmin vaxt Vüqar həmin bitkiləri özünün istifadə etməsi üçün əkmiş olduğunu satmaq və sair hər hansı bir fikirinin də olmadığını bildirmişdir. Polislər həmin həyətdən aşkar edib götürmüş olduqları yaş halda olan 16 ədəd bitkiləri və quru halda olan kütlələri sintetik tərkibli kisələrə yığıb ağzını bağlayıb möhür vurub qablaşdırmışlar. Baxış zamanı polislər fotoşəkillər çəkmiş, bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokolda qeyd olunanların doğruluğu baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü də səmimi etiraf edib narkotik tərkibli bitkiləri özünün istifadəsi üçün əkdiyini və satmaq fikiri olmdığını, etdiyi hərəkətdən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, Bərdə rayonunun Otuzikilər kəndində yaşamışdır. xx xxxxxx 2020-cı il tarixdə təxminən saat 06 radələrində kəndlərində polis işçiləri ona yaxınlaşıb, Təqsirləndirilən şəxs oğlunun evinin həyətində tərkibində narkotik maddəllər olan çətənə bitkisi əkməsi barədə məlumat olduğundan, onun evinin həyətinə keçiriləcək baxışda onun da hal şahidi kimi iştirak etməsini xahiş etmişlər, o da razılaşmışdır. Polis işçilərinin dəvəti əsasında könüllü surətdə onlarla birlikdə Təqsirləndirilən şəxs evinin həyətinə daxil olmazdan əvvəl Təqsirləndirilən şəxs evinin həyət darvazası qarşısına polis əməkdaşları çağırıb onun evinin həyətyani sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu və evinin həyətyani sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Vüqar Əliyev də polisin ona bildirdiyi həmin hallara qarşı heç bir etirazının olmadığını bildirərək, həmin baxışın keçirilməsinə razılıq vermişdir. Hal şahidləri polis işçiləri ilə və Vuqar Əliyev özü də olmaqla Vüqarın Bərdə rayonunun Otuzikillər kəndində yerləşən evinin həyətinə daxil olmuşlar. Həmin baxışa başlamazdan əvvəl polis işçisi tərəfindən onlara hal şahidlərinə malik olduqları hüquq və vəzifələri hər birsinə ayrı- ayrılıqda olaraq polis işçisi Əziz müəllim tərəfindən izah olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində 16 ədəd çətənə kolları əkmiş olduğunu görmüşlər. Həmin bitkillərin əkilmiş olduğu yerdə onların ətrafları alaq otundan təmizlənmiş və həmin əkmiş olduğu kolların diblərinə su da verildiyini müşahidə etmişlər. Baxışda iştirak edən mütəxəssis aqronom da həmin bitki kollarının çətənə kolları olmuş olduğunu və əkilərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin vaxt Vüqar özü də həmin narkotik tərkibli bitkiləri öz istifadəsi üçün əkib becərdiyini, lakin kiməsə satmaq və ya başqa hər hansı bir niyyəti olmadığını bildirmişdir. Bundan sonra polis işçiləri həmin aşkar olunmuş 16 ədəd çətənə kolunu kökündən çıxarıb sintetik tərkibli kisələrə yerləşdirmişlər. Eyni zamanda həmin yerdən quru halda hardasa 6-7 kq yaxın kütləni də aşkar etmişlər. Həmin bitkiləri və quru kütləni sintetik tərkibli kisələrdə qablaşdırmışlar. Sonra isə kisələrin ağzlını polislər bağlamış, kisənin ağzının bağlandığı yerə də kağız yapşıdırılmış və həmin yerə möhür vurulmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs oğlu və onlar hal şahidləri həmin yerə imza etmişlər. Sonra polis işçisi bu barədə protokol o və baxışda iştirak edən digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid5 göstərmişdir ki, o, Azərbaycan Kənd Təsərürüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Labarotoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzində toxum analizləri şöbəsinin müdiri vəzifəsində işləyir.xx xxxxxx 2020- ci il tarixə qədər Bərdə rayonunun Otuzikillər kənd sakini Təqsirləndirilən şəxs tanımamışdır.Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.10 avqust 2020ci il tarixdə səhər saatlarında Bərdə rayon polis şöbəsinin əməkdaşları ona Bərdə rayonunun Otuzikilər kəndində yaşayan Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu bildirib, həmin həyətə keçirilən baxışda aqronom mütəxəss kimi onun də iştirakışmın zəruriliyini bildirmişlər.O da onların bu təklifini qəbul etmişdir.Belə ki, polis işçiləri ilə birlikdə Bərdə rayonunun Otuzikillər kəndinə gəlmişdir.Orada vət. Təqsirləndirilən şəxs evinin həyətyani sahəsinə baxış keçirilməsindən ötrü polis işçiləri iki nəfər də hal şahidini baxışda iştirak etmək üçün dəvət etmişlər. Hələ baxışa başlanmazdan əvvəl polis işçiləri tərəfindən həmin hal şahidlərinə baxışda hüquq və vəzifələrinin nədən ibarət olması izah olunmuşdur.Həmin vaxt polis işçiləri vət. Təqsirləndirilən şəxs oğlunu da evinin həyət darvazası qarşısına çağıraraq ona evinin həyətində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğundan evin həyətinə baxış keçiriləcəyini bildirmişlər.Vüqar Əliyev də baxışın keçirilməsinə qarşı heç bir etirazının olmadığını bildirərək, onlarla bərabər həyət darvazasından keçib evinin həyətinə daxil olmuşdur.Həmin baxış təxminən saat 06 radələrində olmuşdur.Təqsirləndirilən şəxs oğlunun nəzərinə polis işçiləri tərəfindən bir daha çatdırılmışdır ki, onun həyətində narkotik tərkibli bitkilər əkib yetişdirməkdə şübhəli olduğuna görə həyətyani sahəsinə onun, hal şahidlərinin, mütəxəssis aqronomun və qeyrilərinin iştirakı ilə baxış keçiriləcəkdir.Təqsirləndirilən şəxs həmin hallara qarşı və hal şahidlərinə qarşı heç bir etirazı olmadan həyətyani sahəsinə keçirilən baxışda iştirak edən şəxslərə etiraz etmədən onun həyətyani sahəsinə tərəflərindən baxış keçirilmişdir.Belə ki, baxış zamanı onun evinin həyətində 16 ədəd tərkibində narkotik maddəllər olan çətənə bitkilər aşkar olunmuşdur.Belə ki, baxış zamanı Təqsirləndirilən şəxs oğlunun həyətyani sahəsindən 16 ədəd çətənə bitkiləri və quru halda kütlə müəyyən olunmuşdur. Baxış zamanı onlar baxış iştirakçıları və bilavasitə o,mütəxəssis olaraq baxıb görmüşdür ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş və bitkilərin diblərinə su verildiyi, alaq otlarından təmizləndiyi, bir sözlə onların inkişafı üçün tam münbit şərait yaradılmış olduğunu görmüşlər.Bu vəziyyətdən sonra Təqsirləndirilən şəxs oğlu fakt qarşısında donub qalaraq bildirmişdir ki, o, tərkibində narkotik maddəllər olan çətənə bitkilərini özünün istifadəsi üçün, yəni həmin narkotik tərkibli bitkiləri yetişdirib sonra da onun yarpaq və hissələrini qurudub istifadə edəcəyini onlara baxış iştirakçılarının nəzərinə çatdırmışdır.Vüqar Əliyev həmin tərkibində narkotik maddələr olan bitkiləri 2020-ci ilin aprel ayının axırlarında həmin həyətyani sahəsinə əkib onlara aqrotexniki qaydada qulluq göstərdiyini də baxış iştirakçılarının diqqətinə çatdırmışdır.Onu da qeyd edir ki, Əliyev Vüqar Mahmud oğlunun evinin həyətyani sahəsinə keçirilən baxışda o, hal şahidləri və polis əməkdaşları və həmin kəndin bələdiyyə sədri Ramiz müəllim iştirak etmişlər.Həmin vaxt Təqsirləndirilən şəxs özü də həmin an fakt qarşısında qalaraq bildirmişdir ki, bəli o, bir il olar ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə edir.Ona görə də evinin həyətində çətənə kolları əkib- yetişdirməklə məşğuldur və həmin bitgiləri əkmiş olduğu yerləri də onlara bilavasitə onun özü göstərmişdir.Baxış zamanı həmin bitgilərə aqrotexniki qaydada qulluq göstərildiyini o, özü bir aqronom mütəxəssis kimi baxış iştirakçılarının nəzərinə çatdırmışdır.Baxış zamanı həmin bitkilərin elə yerindəcə fotoşəkilləri də polis əməkdaşları tərəfindən çəkilmişdir.Baxış zamanı həmin həyətdən 16 ədəd çətənə bitgisi kolları polis işçiləri tərəfindən Vüqar Əliyevin iştirakı ilə kökündən çıxarılıb götürülmüşdür.Hələ onlar tərəfindən yerindəcə kökündən çıxarmazdan əvvəl həmin bitgillərin olduğu yerə baxarkən onların diblərinə su verildiyi, alaq otlarından təmizləndiyi, həmçinin dibinə peyin verilməklə yaxşı inkişaf etməsinə şərait yaradılmış olduğunu da müəyyən etmişlər.Bütün bunları o, bir aqronom mütəxəssis kimi görüb müşahidə etmişdir.Baxış zamanı vət.Təqsirləndirilən şəxs həyətindən aşikar olunub götürülmüş həmin narkotik tərkibli bitkilər sintetik tərkibli kisələrə polis işçiləri tərəfindən qoyulmuş və kisələrin ağzı bağlanaraq, həmin yerə yapışdırılmış kağız vərəqi üzərinə 94 saylı arayışlar üçün də möhür də vurulmuşdur. Kisənin üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar olunmuş narkotik tərkibli bitkilər” sözləri yazılmışdır.Həmçinin həmin qeyd aparılan yerə Təqsirləndirilən şəxs oğlu və hal şahidləri imza etmişlər.Eyni zamanda həmin yerə qablaşdırmanın polis işçiləri tərəfindən aparılması barədə qeyd də yazılmış və həmin yerə möhür də vurulmuşdur. Sonra polis işçiləri bu barədə protokol tərtib edib protokolu ucadan onlarabaxış iştirakçılarına oxumuşlar.Protoklolda hər şey olduğu kimi doğru və düzgün yazılmış olduğundan,onlar iştirakçılar da protokolda qeyd olunanların doğruluğunu öz imzaları ilə təsdiq etmişlər.Həmin protokola polis işçiləri baxışda iştirak edən hal şahidləri və o, aqronom mütəxəssis olaraq imza etmişdir.Suala cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs Mhmud oğlunun evinin həyətinə baxış zamanı onun həyətindən aşkar olunub götürülmüş cəmi 16 ədəd çətənə bitkilərinin aqrotexniki qaydada əkilib yetişdirildiyi bitkilərə baxarkən tərəfindən bir mütəxəssis kimi müəəyyən olunmuşdur.Belə ki, həmin bitkilərin hamısının dibi alaq otlarından təmizlənmiş və diblərinə su verilmiş olduğu və habelə diblərinə peyin də verilmiş olduğunu o, bilavasitə müşahidə edib baxış iştirakçılarının nəzərinə çatdırmışdır.Həmin bitkiləri əkən Təqsirləndirilən şəxs həmin çətənə kollarını evinin həyətində olan alaq otlarının əhatəsində əkməklə, bununla da həmin bitkilərin kənardan nəzəri diqqəti cəlb etməmələrinə nail olmaq üçün belə etmişdir.Ancaq həmin bitkilərin hər birinə yaxınlaşıb onları müşahidə edərkən açıqaydın həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş olduğunu o və baxışda iştirak edən şəxslər görmüşlər. Təqsirləndirilən şəxs həmin əkmiş olduğu çətənə bitkilərini göstərib baxış iştirakçılarının diqqətinə çatdırarkən, həmin halların fotoşəkilləri də polis əməkdaşları tərəfindən çəkilmişdir.Suala cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs Mahmud oğlunun evinin həyətinə baxış zamanı onun tərəfindən baxışın keçirilməsi qaydasına qarşı hər hansı bir şikayət və təklif daxil olmamışdır.Baxış zamanı Vüqar Əliyev özü səmimi etiraf edib bildirmişdirv ki, o, həmin narkotik tərkibli çətənə bitkisini özünün istifadəsi üçün əkmiş və satmaq fikiri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 oğlu göstərmişdir ki, o, Azərbaycan Kənd Təsərürüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Labarotoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzində toxum analizləri şöbəsinin müdiri vəzifəsində işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bərdə rayon polis şöbəsinin əməkdaşları ona Bərdə rayonunun Otuzikilər kəndində yaşayan Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu bildirib, həmin həyətə keçirilən baxışda aqronom mütəxəssis kimi onun da iştirakışmın zəruriliyini bildirmişlər. O da onların bu təklifini qəbul etmiş və polis işçiləri ilə birlikdə Bərdə rayonunun Otuzikillər kəndinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs evinin həyətyani sahəsinə baxış keçirilməsindən ötrü polis işçiləri iki nəfər də hal şahidini baxışda iştirak etmək üçün dəvət etmişlər. Polis işçiləri Təqsirləndirilən şəxs oğlunu evinin həyət darvazası qarşısına çağıraraq ona evinin həyətində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğundan evin həyətinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs də baxışın keçirilməsinə qarşı heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində 16 ədəd tərkibində narkotik maddəllər olan çətənə bitkiləri və quru halda kütlə müəyyən aşkar olunmuşdur. Baxış zamanı o, mütəxəssis olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini və bitkilərin diblərinə su verildiyini, alaq otlarından təmizləndiyini, bir sözlə onların inkişafı üçün tam münbit şərait yaradılmış olduğunu görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs tərkibində narkotik maddəllər olan çətənə bitkilərini özünün istifadəsi üçün, yəni həmin narkotik tərkibli bitkiləri yetişdirib sonra da onun yarpaq və hissələrini qurudub istifadə edəcəyini bildirmiş, evinin həyətində əkmiş olduğu həmin bitkilərin yerlərini özü göstərmişdir. Baxış zamanı həmin bitkilərin fotoşəkilləri də polis əməkdaşları tərəfindən çəkilmişdir. Baxış zamanı həmin həyətdən 16 ədəd çətənə bitgisi kolları polis işçiləri tərəfindən kökündən çıxarılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həyətindən aşikar olunub götürülmüş həmin narkotik tərkibli bitkilər sintetik tərkibli kisələrə polis işçiləri tərəfindən qoyulmuş və kisələrin ağzı bağlanaraq, həmin yerə yapışdırılmış kağız vərəqi üzərinə möhür vurulmuş, Təqsirləndirilən şəxs və hal şahidləri imza etmişlər. Bundan sonra polis işçiləri tərəfindən bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu baxışda iştirak etmiş şəxslərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 10 avqust 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs oğlunun evinin həyətinə baxış keçirərkən evinin həyətindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 60200 qram olan 16 ədəd küllü miqdarda əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitgilərini və həmin yerdə ayrı- ayrılıqda təmiz çəkiləri 2900 qram, 1100 qram, 1050 qram, 610 qram ümumi təmiz çəkisi 5660 qram çəkidə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunduğu vəziyyətdə fotoşəkilləri çəkilərək həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir.Eyni zamanda həmin aşkar olunmuş narkotik tərkibli bitkilərin və narkotik vasitə olan marixuananın videoçəkilişi də aparılaraq həmin videoçəkiliş 01 ədəd diskə köçürülərək disk bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd diskdən görünür ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs evinin həyətyani sahəsinə baxış keçirilərkən həmin yerdən qeyd olunan narkotik tərkibli bitkilərin və qurudulmuş marixuananın aşkar edilməsinin videoçəkilişi aparılaraq, həmin videoçəkiliş 01 ədəd diskə köçürülərək disk bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Odur ki, cinayət işinin istintaq materialında həmin əsasda saxlanılan 01 ədəd disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən və özündə Təqsirləndirilən şəxsr Mahmud oğlunun evinin həyətindən tərkibində narkotik maddəllər olan 16 ədəd narkotik tərkibli çətənə bitkillərinin aşkar edilib götürülməsi görüntülərini və habelə 4 ( dörd) ədəd ağ rəngli sintetik kisələrdəki , ayrı- ayrılıqda təmiz çəkiləri 2900 qram, 1100 qram,1050 qram, 610 qram , ümumi təmiz çəkisi 5660 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkilərindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın görüntülərini əks etdirdiyindən maddi sübut kimi tanınması və cinayət işinin istintaq materialında saxlanması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-cı il tarixdə Azərbaycan Respubliksı Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 Regional Mərkəzində toxum analizləri şöbəsinin müdiri Şahid5 tərəfindən vermiş 63 saylı rəydən görünür ki, xx.xx.2020- ci il tarixdə Bərdə RPŞ- nə daxil olaraq, 138-23079 saylı nömrə ilə qeydiyyata alınaraq, həmin fakt üzrə araşdırma aparılan materiala əlavə edilmişdir.Belə ki, həmin rəydə göstərilir ki, “həqiqətən xx.xx.2020- ci il tarixdə, Bərdə rayon polis şöbəsinin əməkdaşları ilə həmin rayonun Otuzikilər kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirildi. Həyətyani sahədə 16 (on altı) ədəd narkotik tərkibli çətənə kolları aşkar olundu. Çətənə kollarına və əkilən sahəyə tərəfimizdən baxıldı.Məlum oldu ki, narkotik tərkibli çətənə kollarına aqrotexniki qulluq göstərilərək becərilmişdir”. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutma ilə ələqədar həbsdən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “polisin nəzarəti altına vermə" haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsindən alınmış xx xxxxxx 2020-cı il tarixli 16\557 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş çətənə kolları (Qurudulmuş marixuana) “ sözləri yazıılmış 4 (dörd) ədəd ağ rəngli sintetik kisələrdəki, ayrı- ayrılıqda təmiz çəkiləri 2900 qram, 1100 qram,1050 qram, 610 qram, ümumi təmiz çəkisi 5660 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkilərindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Bərdə rayonunun Otuzikillər kəndində yaşayan Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş çətənə kolları” yazılar və imzalar olan baş- başa keçirilmiş bir ədəd ağ rəngli sintetik kisədə və iki ədəd göy rəngli sintetik bağlamalarda, ümumi sayı 16 (on altı) ədəd, ümumi təmiz çəkisi 60200 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx xxxxxx 2020-cı il tarixli 16\ 557 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs oğlunun həyətindən aşkar olunmuş çətənə kolları( Qurudulmuş marixuana) “ sözləri yazıılmış 4 ( dörd) ədəd ağ rəngli sintetik kisələrdəki , ayrıayrılıqda təmiz çəkiləri 2900 qram, 1100 qram,1050 qram, 610 qram, ümumi təmiz çəkisi 5660 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkilərindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan tədqiqata 0,2 qram sərf edilməklə qalıq qalmış 5659,8 qram qurudulmuş marixuana .və Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş çətənə kolları” yazılar və imzalar olan baş- başa keçirilmiş bir ədəd ağ rəngli sintetik kisədə və iki ədəd göy rəngli sintetik bağlamalarda, ümumi sayı 16 ( on altı) ədəd, ümumi təmiz çəkisi 60200 qram bitki nümunələri tədqiqata cəmi 0,8 qram sərf olunmaqla qalıq qalmış 60199, 2 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə ( kannabis) bitkiləri maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxxx 2020 ci il tarixli 907 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələ olan kannabinoidlərindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon polis şöbəsindən əməliyyat tapşırığına alınmış 31.10. 2020-ci il tarixli 138 -3382-1120saylı əməliyyat tapşırığına cavab məktubunda görünür ki, Təqsirləndirilən şəxs evinin həyətyani sahəsində torpaq sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinin toxumunu kimdən nə vaxt və haradan əldə etməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri keçirilmişdir.Belə ki, keçirilmiş tədbirlər zamanı həmçinin Təqsirləndirilən şəxs oğlunun qonşuları və yaxın qohumları ilə aparılmış kəşfiyyat xarakterli sorğular zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin toxumunu haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır.Buna baxmayaraq həmin istiqamətdə tədbirlər davam etdirilir Gələcəkdə bu istiqamətdə müsbət nəticə əldə olunarsa istintaqa əlavə məlumat olaraq bildiriləcəkdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Əliyev Vüqar Mahmud oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə R.İ.H.B-nın Otuzikilər kənd İ.Ə.D-üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Əliyev Vüqar Mahmud oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə R.İ.H.B-nın Otuzikilər kənd İ.Ə.D-üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Əliyev Vüqar Mahmud oğlu Bərdə rayon Otuzikilər kəndində qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi arvadı 1985-ci il təvəllüdlü X6, 2003-cü il təvəllüdlü X10, oğluları 2004-cü il təvəllüdlü X14, 2005-ci il təvəllüdlü X7 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İ 699025, AZ-İ 325826 və AZ-İ 468026 saylı doğum haqqında şəhdətnamələrdən görünür ki, 2003cü il təvəllüdlü X10, 2004-cü il təvəllüdlü X8 və 2005-ci il təvəllüdlü X11 atası Təqsirləndirilən şəxs Mahmud oğludur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Bərdə rayon Mərkəzi Xəstəxanası” X22 arayışından görünür ki, Əliyev Vüqar Mahmud oğu Bərdə şəhər poliklikasının narkoloji kabunetində dispanser qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Bərdə rayon Mərkəzi Xəstəxanası” X22 xx.xx.2020-ci il tarixli 752 saylı arayışından görünür ki, Əliyev Vüqar Mahmud oğu Bərdə şəhər poliklikasının ruhi-əsəb kabunetində dispanser qeydiyyatda durmur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əliyev Vüqar Mahmud oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vadır.Təqsirləndirilən şəxs Əliyev Vüqar Mahmud oğlu özünə məxsus evin həyətyanı səhəsində narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Vüqar Mahmud oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Əliyev Vüqar Mahmud oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Vüqar Mahmud oğluna ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Məhkəmə hesab edir ki, təqsirləndirilən Əliyev Vüqar Mahmud oğlunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxs Əliyev Vüqar Mahmud oğluna ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Əliyev Vüqar Mahmud oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və onlar, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Əliyev Vüqar Mahmud oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı hökm çıxarılan gündən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə Əliyev Vüqar Mahmud oğlu narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsində saxlanılan, 4 (dörd) ədəd ağ rəngli sintetik kisələrdəki, ayrı- ayrılıqda təmiz çəkiləri 2900 qram, 1100 qram,1050 qram, 610 qram , ümumi təmiz çəkisi 5660 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkilərindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan tədqiqata 0,2 qram sərf edilməklə qalıq qalmış 5659,8 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş bir ədəd ağ rəngli sintetik kisədə və iki ədəd göy rəngli sintetik bağlamalarda, ümumi sayı 16 (on altı) ədəd, ümumi təmiz çəkisi 60200 qram bitki nümunələri tədqiqata cəmi 0,8 qram sərf olunmaqla qalıq qalmış 60199, 2 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə ( kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon polis şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik Əliyev Vüqar Mahmud oğlundan alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. Təqsirləndirilən Əliyev Vüqar Mahmud oğlunun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X12 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi təqsirləndirilən şəxs Əliyev Vüqar Mahmud oğluna 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əliyev Vüqar Mahmud oğlunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Əliyev Vüqar Mahmud oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Bərdə rayon polis şöbəsində saxlanılan, 4 (dörd) ədəd ağ rəngli sintetik kisələrdəki, ayrı- ayrılıqda təmiz çəkiləri 2900 qram, 1100 qram, 1050 qram, 610 qram, ümumi təmiz çəkisi 5660 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan tədqiqata 0,2 qram sərf edilməklə qalıq qalmış 5659,8 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş bir ədəd ağ rəngli sintetik kisədə və iki ədəd göy rəngli sintetik bağlamalarda, ümumi sayı 16 (on altı) ədəd, ümumi təmiz çəkisi 60200 qram bitki nümunələri tədqiqata cəmi 0,8 qram sərf olunmaqla qalıq qalmış 60199,2 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon polis şöbəsi və «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) ekspertiza xərci Əliyev Vüqar Mahmud oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Əliyev Vüqar Mahmud oğlunun müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X12 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar