Məhkəmə qərarları › İş №1(100)-430/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-430/2025

14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-430/2025 14.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X20 və X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Tovuz rayonunun Xatınlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər Ağstafa rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(015)-8/2011 saylı hökmü ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Tovuz rayonunun Cilovdarlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1, 283-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin 02 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 30 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunsa da məhkumluğu götürülmədən və ya ödənilmədən 29 oktyabr 2015-ci il tarixdə «Astara» sərhəd-keçid məntəqəsindən İran İslam Respublikası ərazisinə keçərək orada olan Azərbaycan Respublikasının vətəndaşı X2 digər şəxslərlə birgə ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o cümlədən onun rəhbərliyi və nəzarəti altında müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyətilə yaratdığı «Hüseyniyun» adlandırdıqları cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid3, Şahid5, Şahid6 və Şahid7, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixi hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid1, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixi hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid4, eləcə də iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş X21, X5, X22 və digərləri ilə birlikdə cinayətin residivi formasında həmin cinayətkar birliyin tərkibində 2016-cı ilin yanvar ayından 2024-cü ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində qəsdən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikasının Palmira rayonunun Tadmor və Əs-Suxna şəhərləri, Deyr əz-Zor, Hələb şəhəri, Hələb şəhərinin Xan Tuman və Tel Al-eys rayonları, Cabla şəhəri, Al-Rusafa şəhəri, Dəməşq şəhəri, Dəməşq şəhərinin yaxınlığındakı Zeynəbiyə məntəqəsi və digər şəhər və rayonlarda aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib, həmin müddət ərzində cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşnikov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almış, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərinə görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2014-cü il tarixdə İrana gedib orda təhsil almış, 2024-cü ildə Özbəkistana bilet alıb işlə bağlı ora getmişdir. Özbəkistana gedəndə orda axtarışda olduğumu demişlər. 2014-cü ilə qədər Azərbaycanda olmuş, fərdi əməklə məşğul olmuş, dülgər işləmişdir. 2014-cü ildən 2024cü ilə qədər 10 il müddətində İranda dini təhsil almış, 10 il ərzində Azərbayana gəlibgetmiş, sonuncu dəfə Azərbaycanda 2018-ci ildə olmuşdur. Onu burda olduğu müddətlərdə DTX-nin Tovuz şöbəsindən çağırıb izahatını almış, İranda nə işlə məşğul olmasını soruşmuşlar. Sonradan öyrənmişdir ki, Azərbaycanda 2018-ci ildən axtarışa verilmişdir. Həmin müddətdən sonra İranda olmuş, təhsilini davam etdirmiş, axtarışda olmasını ailə üzvləri də bilməmişdir. 2024-cü ildə təhsilini bitirdikdən sonra işləmək üçün Özbəkistana bilet alıb gedəndə hava limanında ona Azrbaycanda axtarışda olduğunu dedilər. Oradan 12 dekabr 2024-cü ildə Bakıya bilet alıb Azərbaycana gəlmiş, sərhəddə pasportu təqdim edəndə orada onu təxminən 4-5 saat gözlətmiş, polis əməkdaşları gəlib onu hava limanının polis şöbəsinə aparmış, oradan isə DTX əməkdaşları onu götürüb aparmışlar. DTX əməkdaşları ona 2018-ci ildən axtarışda olduğunu, Suriyada olanların izahatlarında onun da adını çəkdiyini, hətta vətənə xəyanətdə təqsirləndiyini dedilər. Ona əvvəlcə CM-nin 279-cu maddə ilə ittiham vermiş, sonradan digər maddələrlə ittiham versələr də özünü heçnədə təqsirli bilməmişdir. Məhkəmədə verilən suallarla cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, İrana özü getmiş, dini təhsil almışdır. İrana yalnız dərs oxumağa getmiş, ordan Suriyaya gedən azərbaycanlılar çox olsa da, onlarla əlaqəsi olmamışdır. İbtidai istintaqda onu təhdid etmiş, psixi təzyiq göstərmiş, zorla razılaşmağı demişlər. Müstəntiqə Suriyada iştirak etməyini deməmişdir. Terrorçuluqla məşğul olmamışdır. İranda təxminən 10 il qalmış, Suriyaya isə ümumiyyətlə getməmişdir, hər dəfə Azərbaycana gələndə DTX onu çağırıb izahatını almış, İrandakı bütün fəaliyyətini öyrənib qeydiyyata almışdır. Onun adını iş üzrə şahidlər izahatlarında çəkmiş, bunu özü də görmüşdür. Lakin həmin məsələlərə heç bir aidiyyəti yoxdur. Məhkəmədən günahı olmadığı üçün ədalətli qərar verilməsini azad edilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində özünü təqsirli bilərək göstərmişdir ki, 2011-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azad edildikdən sonra bir müddət Tovuz şəhərində fəhlə işləmişdir. 2014-cu ilin sentyabr ayında bildiyinə görə hələ də İran İslam Respublikasında yaşayan Abuzər Cəbiyev adlı tanışının köməyi ilə Biləsuvar şəhərindən İran İslam Respublikasının ərazisinə keçib Məşhəd ziyarətinə getmiş, orada X53 şəhərində təhsil almağın mümkün olduğunu ona demişdir. O ziyarət bitən kimi Qum şəhərinə gedərək orada «Xomeyni» adına mədrəsədə imtahan vermiş və Tovuz rayonuna qayıtmışdır. Bir müddət sonra həmin mədrəsədə oxumaq üçün İrana viza almış, Astara şəhərindən İrana keçmiş Təbriz şəhərindəki mədrəsədə oxumağa başlamışdır. Mədrəsədə təxminən 7 ay fars dilini ona tədris etmişlər. Təbriz şəhərində sıxıldığı və müəyyən məhdudiyyətlər olduğundan o Qum şəhərində yaşamaq və təhsilini davam etdirmək istədiyindən oraya müraciət etmiş, lakin onu qəbul etməmişlər. 2015-ci ildə Məşhəd şəhərində Təmvidiyyə mədrəsəsinə qəbul olunmuş, həmin ilin sonunda təhsilini bitirməklə Qum şəhərindəki Karşinas mədrəsəsinə köçürülmüş və təhsilini orada davam etdirmiş, təxminən 2019-2020-ci illərdə isə təhsilini bitirmişdir. 2015-cı ildə öyrənmişdir ki, Suriyaya gedib orada hərbi xidmət keçmək mümkündür və o əsnada ora getmək üçün yollar axtarmağa başlamışdır. Məşhəd şəhərində olarkən öyrənmişdir ki, Suriyaya getmək istəyənləri özünü şeyx adlandıran, əslən Lənkəran rayonundan olan, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş Tohid İbrahimbəyli göndərir və sonuncun yaşadığı adı yadında qalmayan Məşhəd şəhərində yerləşən mədrəsəyə yollanmışdır. X17 ilə görüşərək Suriyada xidmət etmək niyyətini ona bildirmişdir. Tohid İbrahimbəyli «Hüseyniyun» qanunsuz silahlı birləşmənin mövcud olduğunu ona demiş, o da həmin vaxt həmin qruplaşmaya qoşulmaq fikrinə gəlmişdir. Tohid İbrahimbəyli ona orada olan şəraiti, yəni hələlik qanunsuz silahlı birləşmələrdə xidmətin 2 aylıq olduğunu, silahlı təlim keçəcəyini, Suriyada ərazisindəki hərəmi müdafiə edəcəyini və 2016-cı ilin yanvar ayında oraya getməyin lazım olduğunu ona bildirmişdir. Tohid İbrahimbəyli özünün mobil telefon nömrəsini ona vermişdir. Suriyaya getməmişdən əvvəl o bir neçə dəfə Tohid İbrahimbəyliyə zəng edib dəqiq nə vaxt getməyin lazım olduğunu soruşmuş və bir dəfə də onunla görüşmüşdür. 2015-ci ilin sonu 2016-cı ilin əvvəllərindən başlayaraq X15 dini təhsil alan digər azərbaycanlı şəxslərin bir hissəsi, yəni «Abbas» ləqəbli Şahid2, «Əhməd» ləqəbli Vüsal Əhmədov, «Möhsün» ləqəbli Şahid1, «Müştəba» ləqəbli Valeh İsmayılov, «Əkrəm» ləqəbli Elşad Hacıyev, «Heydər» ləqəbli Şahid7la görüşlər keçirilməsindən xəbəri olmuşdur. Həmin ərəfədə o Tohid İbrahimbəylidən eşitmişdir ki, sonuncunun rəhbərliyi ilə müəssisə daxilində keçirilən həmin gizli görüşdə iştirak edən şəxslər yaradılmış «Hüseyniyun» silahlı birləşmənin tərkibində Suriyanın Dəməşq şəhərində hərbi təlimlər keçirlər, hərbi təlimlər qurtardıqdan sonra Suriyanın ayrı-ayrı yaşayış məntəqələrində «İŞİD»ə qarşı aparılan döyüş əməliyyatlarında iştirak edirlər. «Abbas» ləqəbli Şahid2 də sonradan eşidibmiş ki, onlar Tohid İbrahimbəylinin rəhbərliyi ilə təxminən 16 nəfər heyətlə birlikdə Suriyanın Dəməşq şəhərində «Hüseyniyun» silahlı birləşmənin tərkibində hərbi təlimlərdə, daha sonra isə döyüş əməliyyatlarında iştirak ediblər. Tohid İbrahimbəylinin rəhbəri olduğu «Hüseyniyun» qanunsuz silahlı birləşməsinə üzv olaraq Suriya dövləti ərazisində hərbi təlimlərdə, daha sonra isə aparılan döyüş əməliyyatlarında iştirak etmək qərarına gəlib həmin istəyini Tohid İbrahimbəyliyə bildirmiş, bundan əvvəl Tohid İbrahimbəyli özü ona həmin təklifi etmişdir. 2016-cı ilin yanvar ayında o Qum şəhərinə gedərək Cəmkəran məscidinin yanındakı qonaq evində qalmış, Suriyaya getməsindən bir gün əvvəl Tohid İbrahimbəyli ona zəng edərək gedəcəkləri günü və saatı ona demiş, o da deyilən vaxtda və yerdə orada olmuşdur. Tohid İbrahimbəyli danışıqda bildirmişdir ki, Suriya ərazisində müxtəlif müsəlman dövlətlərinin, o cümlədən İraq, Əfqanıstan və Pakistandan olan şiələr özlərinin təşkilatlarını çoxdan yaradıblar və həmin təşkilatın üzvləri Suriya ərazisində şiələrin müqəddəs hesab etdikləri ziyarətgahları qorumaq üçün oraya gəliblər, təlimlər keçiblər və döyüş əməliyyatlarında iştirak edirlər. Azərbaycanlılardan ibarət isə belə bir təşkilat olmadığı üçün, o «Hüseyniyun» təşkilatının yaradıldığını və həmin təşkilata özünün rəhbərlik etdiyini, Suriyaya göndəriləcək şəxslərin hamısı «Hüseyniyun» təşkilatının üzvü olduqdan sonra Suriyaya aparılacağını demişdir. Tohid İbrahimbəylinin danışığından «Hüseyniyun» təşkilatının maliyyələşməsi İranda yaşayan və dövlətə bağlı şəxslərin hesabına aparılır və daha sonra da aparılacaqdır. Tohid İbrahimbəyli yaratdığı «Hüseyniyun» təşkilatının üzvlərinin əmək haqqı məsələsinin Suriyada hərbi təlimlərdə və döyüşlərdə iştirak edən hər bir şəxsə pul şəklində hədiyyələr veriləcəyini təşkilatın güclənəcəyindən və sıralarını artıracağını, xidmət haqqının əlbəəl veriləcəyini bildirmiş, onun yaxınındakı şəxslər Orxan və Musa olmuşdur. Tohid İbrahimbəyli, «Musa» ləqəbli Rövşən adlı şəxs, «Əlirza» ləqəbli Nurlan adlı şəxs, «Cavad» ləqəbli Orxan Məmmədov, «Miqdad» ləqəbli Şahid3, «Nasir» adlı şəxs, «Abdullah» ləqəbli əslən Neftçala rayonundan olan Elçin adlı şəxs, «Əbdülrəhman» və yaxud «Nurullah» ləqəbli Seyid İbrahim adlı şəxs, «Təqi» ləqəbli Rusiya Federasiyasından İrana gəlmiş Hacı Taleh adlı şəxs, əslən Şəmkir rayonundan olan «Salman» ləqəbli Taleh adlı şəxslər Qumdan Tehran hava limanına gəlmiş və oradan təyyarə ilə Suriyanın Dəməşq şəhərinə uçmuşlar. Hava limanına gedərkən yolda Tohid İbrahimbəyli onlara pasportlarını, həmin pasportlar əsasında xüsusi qaydada hazırlanmış şəxsiyyətlərini təsdiq edən sənədləri özündə saxlamışdır. Tohid İbrahimbəylinin və onların olduqları «Hyundai» markalı, mikroavtobus tipli nəqliyyat vasitəsi Tehran hava limanına arxa darvazasından hava limanı ərazisinə daxil olmuşdur. Onlar orada xüsusi yoxlama aparatlarına yaxınlaşmış və sumkalarını aparatdan keçirmişlər. Onların keçdikləri yerdə başqa heç kim, yəni digər sərnişinlər olmamışdır. Sərnişinlər keçən yer hava limanının digər hissəsi olmuş, onlar isə hava limanına arxa tərəfdən daxil olmuşlar. Hava limanında xidmət aparan əməkdaş onların yəni Suriyaya gedən şəxslərin heç birinin sənədlərinə baxmamış və sadəcə sumkalarını aparatdan keçirmişdir. Daha sonra Tohid İbrahimbəyli, o və adlarını sadaladığı şəxslər hava limanının gözləmə salonuna, hamının olduğu yerə qalxmış, bir-iki saat gözlədikdən sonra onları təyyarəyə gətirmişlər. Həmin təyyarədə heç bir qadın, uşaq, qoca və yaşlı qadın yox imiş, hamısı onlar kimi cavan oğlanlar olmuşdur. Onların bir qismi İraq ərəbləri olmuş, sonuncular da onlar kimi Suriya ərazisinə hərbi təlimlərdə və hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya uçmuşlar. Təyyarədə təxminən 150-170 nəfər olmuş, iki saat təyyarədə uçmuş, Dəməşq hava limanına endikdən sonra onları orada sonradan İran xüsusi xidmət orqanı olan «SEPAH»ın əməkdaşı kimi bildiyi «Əbu Əmin» adlı şəxs qarşılamışdır. Hava limanından təxminən 20 dəqiqə yol qət etdikdən sonra bir ünvana gəlmişlər. Həmin həyətin sahəsi geniş olmuş, orada yaşayış üçün nəzərdə tutulmuş evlər olmuş, onlar həmin evlərdən birində bir həftə orada qalmışlar, yeyib-içməklərini orada yaşayan ərəblər gətirmişdir. Təxminən bir həftə sonra O, Tohid İbrahimbəyli və digər qeyd etdikləri ilə birlikdə hərbi təlimlərə başlamışlar. Dəməşqə çatandan sonra ona “Yusif” ləqəbi verilmişdir. Təlimdə 21 gün olmuş, onlara nəzəri cəhətdən hərbi sahə ilə bağlı məsələləri öyrədilmiş, təlim keçən şəxslərin əksəriyyəti iran və ərəblər olmuşdur. Təlimlər yaşadıqları evdən təxminən bir saatlıq yolu olan başqa ərazidə, kazarma tipli yerdə keçirilmişdir. Hər gün onları mikroavtobusla aparıb-gətirirmişlər. Təlimlər saat 09:00-da başlayırmış, zöhr namazınadək, yəni 13:00dək davam etmiş, saat 17-18 radələrinədək istirahət verilmiş, sonra isə saat 21:00-dək hərbi təlimlərlə bağlı dərslər davam edirmiş. Təlimlərin ilk 21 günü nəzəriyyə təşkil etmiş, onlara topoqrafik xəritələrdən, müxtəlif odlu silahlardan istifadə qaydalarını, göy səmasında ulduzlar vasitəsilə coğrafi koordinatların istiqamətlərini müəyyən edilməsi qaydaları, kəşfiyyatın aparılması, hərbi əməliyyatlar zamanı döyüşməyin taktikasını öyrədirmişlər. Odlu silahlardan isə əsasən «Kalaşnikov» tipli avtomatdan, qranatamyotdan və pulemyotdan istifadəni öyrətmişlər. Təlim keçən şəxslərin dediklərini dəftərə yazmışlar və qaldıqları yerdə hər gün üçün yazdıqlarını təkrarlamışlar. Təlimə başlamamışdan əvvəl onların hər birinə hərbi forma vermişlər və onlar həmin formada iştirak edirmişlər. Formadan başqa hər birinə «Kalaşnikov» tipli avtomat silahı və üç ədəd hər birinin içərisi avtomat patronları ilə dolu daraqlar vermiş həmin silah-sursatı özləri ilə daşıyıb gəzdirmişlər. Yaşadıqları, yerə də həmin silah-sursatla gedib-gəlmiş, təlim başlamamışdan əvvəl hər birinə verilmiş silah-sursatın qeydiyyatı aparılmış, silah-sursatı təhvil almaları barədə qeydlər etmiş və imzalamışlar. Silah-sursatın qeydiyyatını ərəblər aparmışdır. Tohid İbrahimbəylidən başqa hamısında silah-sursat olmuş, Tohid isə yalnız hərbi geyim formasında olmuşdur. Təxminən 3-4 dəfə silahdan atəş açmaq üçün poliqona aparılmış və orada silahlardan atəşlər açmışlar. 21 gündən sonra Tohid və Əbu-əmin ləqəbli «Sepah» əməkdaşı keçdikləri təlimin nəzəriyyə hissəsi yekunlaşdığını və yaxın günlərdə qruplar şəklində döyüşlərin aparıldığı ərazilərə göndəriləcəklərini demiş, təxminən 3-4 gün sonra «Mohsin» ləqəbli Müsəllim, «Taleh» ləqəbli Taleh adlı şəxs, «Həbib» ləqəbli Abbas, «Miqdad» ləqəbli Şahid3, «Təqi» ləqəbli Rusiya Federasiyasından İrana gəlmiş Hacı Taleh adlı şəxs və digərləri hərbi yük təyyarəsi ilə Suriyanın Hələb şəhərinə uçmuşlar. Hələb şəhərində Xantuman adlanan kənddə onları iki mərtəbədən ibarət bir evə aparmış, oraya gəldikləri tərkibdə olan şəxsləri 3-4 nəfər şəklində döyüşlərin aparıldığı ərazilərə kəşfiyyata və ya müşahidəyə aparacaqlarını demişlər. Hələb şəhərində getdikləri qrupun döyüş bölgələrində müşahidə ilə bağlı xidmət yekunlaşdıqdan sonra onlar yenidən təyyarə ilə Dəməşq şəhərinə qayıtmışlar. Suriyada hərbi təlimlərdə və döyüş əməliyyatlarındakı postlarda xidmətlərinə görə hər birinə 350 ABŞ dolları pul verilmişdir. Həmin pulu Dəməşq şəhərində ərəblər ona əlbəəl vermişlər. Suriyanın Dəməşq şəhərində təxminən 15-20-gün ərzində Zeynəbiyyə adlı yaşayış yerində qalmış, hərbi təlimlər başa çatdıqlan sonra o Qum şəhərinə qayıdaraq təhsilini davam etdirmişdir. 2016-cı ildə Məşhəd şəhərində olarkən ailə həyatı qurmuş, həmin izdivacdan 2017-ci ildə Hüseyn, 2019-cu ildə Əbülfəz və 2021-ci ildə Məhəmməd adlı oğlanları dünyaya gəlmişdir. 4 ay müddətində Qum şəhərində qalandan sonra Tohidin köməyi ilə yenidən 2016-cı ilin yay aylarında eyni yolla Suriyanın Hələb şəhərinin Əl Eys adlı kəndinə getmişdir. Həmin kənddə əvvəlki səfərində olduğu kimi ona «Kalaşnikov» markalı avtomat təhkim edilmiş və o kameralara baxaraq nəzarəti həyata keçirməyə başlamışdır. 2 ay müddətində orada qalmış və eyni yolla Qum şəhərinə qayıtmışdır. Bütün gedişlərində gündəlik olaraq təminat gətirilirmişdir. Qum şəhərində təhsilini davam etdirmiş, Qum şəhərində olarkən o hər ay 150 ABŞ dolları məbləğində təqaüd almışdır. 2017-ci ilin əvvəlində Tohid İbrahimbəyli ilə danışıb yenidən Suriyanın Hələb şəhərinin Xantuman kəndinə yollanmışdr. Həmin səfərində onunla birlikdə Taleh, Müslüm adlı tanışları da getmiş, hər gedişində eyni xidməti həyata keçirirmişdir. Növbəti gedişində, yəni 2017-ci ilin yay aylarında o Vüsal və Həbiblə birlikdə Suriyanın Tedmor şəhərinə getmişlər. Xidməti fəaliyyət eyni qaydada olmuşdur. 2017-2018-ci illərdə Suriyanın Sıxnə, Qabaqəb və Deyr əz-zor şəhərlərindəki qanunsuz hərbi birləşmələrdə xidmət etmişdir. Deyr əz-zor şəhərində olarkən təminat işləri ilə məşğul olmuş, orada təxminən 50 nəfər şəxs olmuşdur. Ümumilikdə təxminən 2021-ci ilədək Deyr əz-zor şəhərində xidmət etmiş və hər 2-3 aydan bir Qum şəhərinə gəlib-getmişdir. Deyr əz-zor şəhərində olarkən həm də təminat məsələləri ilə məşğul olmuş, aylıq olaraq təxminən onların pulu ilə 1 milyon pul vəsaiti verilmiş və o həmin pul vəsaitini təminat, yəni bazarlıq, yemək, şirniyyat və digər ehtiyaclarına xərcləmişdir. Bundan əlavə Sıxnə şəhərində postda xidmət edərkən Deyr əz-zor şəhəri ilə Tedmor şəhəri arasında olan yolu vəhabilər (dayiş) bağladıqları üçün Tedmordan silahlı qrup xidmət etdiyi yerə gəlmiş, o həmin silahlı qrupla birlikdə yolun açılması məqsədilə döyüşlərdə iştirak etmiş və yolu açmışlar. 2017-ci ildə Qum şəhərində olarkən o, Müslüm, Həbib və X16 ilə növbəti görüşlərində sonuncu onları “Sepah”ın əməkdaşı Əzizxani adlı şəxslə tanış etmiş və Suriyaya göndərilmə üzrə nəzarətçinin Əzizxani adlı şəxsin olacağını ona bildirmişdir. Görüşdə onlar Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak məsələləri müzakirə etmişləlr. Həmin görüşdən sonra onlar Suriyaya getmək məqsədilə ancaq Əzizxani ilə danışırmışlar. 2017-ci ildə o Tedmor şəhərində olarkən oranın məsul şəxsi “Sepah”ın əməkdaşı azərbaycanlı və bəzi ərəblərin kuratoru Əbu Əmin adlı şəxslə tanış olmuşdur. Ümumilikdə Suriyada olarkən nəzarəti Əbu Əmin adlı şəxs həyata keçirirmiş. 2021-ci ildən sonra Əzizxaninin göndərişi ilə o Suriya Ərəb Respublikasında Rəssafə şəhərində qanunsuz silahlı birləşmələrdə xidmət etmiş, orada da təxminən 50 nəfər döyüşçü olurmuş. Rəssafədə olarkən o bir aydan bir Deyr əz-zora gedərək oradan təminat götürüb Rəssafədə olan məntəqəyə gətirirmiş. Orada xidmət edərkən də 2-3 aydan bir Qum şəhərinə ailəsinin yanına gedib gəlmişdir. 2024-cü ilin sentyabr ayında Rəssafə şəhərindən Qum şəhərinə qayıtmış və pul qazanmaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, bir müddət sonra Azad suriya ordusu adlanan qruplaşmanın Suriyanı ələ keçirdiyini öyrənmiş, 2024-cü ilin dekabr ayının 9-u Rusiya Federasiyasından Özbəkistana, oradan da Çeçenistana yollanmış, Qroznı şəhərinə çatdıqda axtarışda olduğunu bildiriblər və onu Özbəkistana geri qaytarmış, oradan da o Bakı şəhərinə qayıtmışdır. “Sepah” əməkdaşları olan Əzizxani və Əbu Əmin adlı şəxslər, eləcə də digər şəxslər onu məxfi əməkdaşlığa cəlb etmək üçün hər hansı təklif irəli sürməmiş, Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrdə iştirakının məqsədi Həzrəti Zeynəbin hərəmi adlanan ziyarətgahın müdafiəsi olmuşdur. Suriya dövləti ərazisində iştirak etdiyi hərbi təlimlər və hərbi əməliyyatlar zamanı onunla birlikdə olmuş azərbaycanlı şəxslərdən həlak olan və ya yaralanmış şəxslər olmamış, Suriya dövləti ərazisində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiyinə görə həmin dövlətdə və İranda məhkum olunmamışdır. İbtidai istintaqın son mərhələsində isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1 və 283-1.3-cü maddələri ilə ona elan olunmuş ittihamın üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o «Hüseyniyun» təşkilatının tərkibində Suriya ərazisində hərbi təlimlərdə iştirak etsə də, həmin təşkilatının üzvü olaraq heç vaxt heç bir dini təbliğatla məşğul olmamış, heç bir şəxsi həmin təşkilata üzv olmaq üçün işlər aparmamış, terrorçuluq məqsədilə də hər hansı fəaliyyətlə məşğul olmamışdır. Hər hansı bir ərazilərin və yaxud obyektlərin partladılmasında, eləcə də partlayıcı maddələrin hazırlanması üzrə təlimlərdə iştirak etməmişdir. O yalnız «Hüseyniyun»un tərkibində Suriya ərazisində hərbi təlimlərdə olmuşdur. Hərbi təlimlərdəki məqsədi də Azərbaycan dövlətinə və xalqına qarşı olmamışdır. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, Suriyada olsa da Rəşadı orada görməmişdir, özü məhkum olunmuşdur və 7 ildir həbsdədir. Suriyada şəxslərin ayrı-ayrı ləqəbləri olsa da kimin ləqəbinin nə olmasını xatırlamır, öz ləqəbi Abbas olmuşdur. 2015-2017-ci illərdə orada olmuşdur. Məqsədi dini yerlərin qorunması olmuşdur ki, ora da xanım Zeynəbin hərəmi və sair yerlər aid olmuşdur. Həmin yerləri İŞİD terrorçusu hazırda isə Suriyanın prezidenti olan şəxsdən və onun kimilərdən qorumuşlar, hansı ki, həmin adam bir zaman terrorçu olmuş, insan başı kəsmişdir. Özü və onun kimiləri müqəddəs dini yerləri müdafiə etsələr də “terrorçu” kimi tanınmışlar. Ancaq Suriyada fəaliyyət göstərmiş, təlim zamanı “Kalaşnikov” silahından istifadə etməyi öyrənmişlər. Orada iştirak edən azərbaycanlılardan tanıdıqları da olmuşdur. 5-6 nəfərlə birlikdə fəaliyyət göstərmişlər. Hələb şəhərində olmamış, ancaq Palmera şəhərində olmuşlar. Dəməşqdə fəaliyyət göstərməmiş, orada aeroportda düşüb sonra Palmeraya getmiş, özü Palmerada, başqaları digər şəhərlərdə fəaliyyət göstərmişlər, orada hər kəsin məqsədi dini yerləri qorumaq olmuş, silahı birləşmələrdə iştirakın cinayət olduğunu bilməmişdir. Qarabağ müharibəsində Pakistandan, Əfqanıstandan gəlib xidmət edənlərin xidmətləri qanuni sayıldığı kimi özlərinin də oradakı xidmətlərini normal olduğunu ehtimal etmişdir. Suriyanın həmin dövrki hakimiyyətinin onların fəaliyyətinə etirazı olmamış, dövlətin onlarla bağlı rəsmi razılığı olmasa da könüllü olaraq getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Rəşadı tanımır, ilk dəfədir məhkəmədə görür. 2016-2017-ci illərdə Suriyada olmuş, 2-3 dəfə 3-4 aylıq getmiş, Hz Hüseynin bacısı xanım Zeynəbin və qızı Rüqəyyənin hərəmlərini müdafiə etmişdir. Ora könüllü olaraq, İŞİD terrorçularının hücumundan xəbərdar olub müdafiəyə getmişdir. Tohidlə Suriyaya getməmişdən əvvəl tanış olmuş, Tohid özü də orada olmuşdur. Valeh, Orxan, Davud kimi şəxslər də Suriyada olan şəxslər olmuşdur. İlk dəfə Dəməşqdə 45 gün təlim keçmiş, sonra Palmera şəhərində olmuşdur. Ordakılar İŞİD-ə qarşı mübarizə aparmışdır. Xidmətlərinə görə onlara hər hansı əmək haqqı verilməmiş, saxlanma xərclərini isə İran dövləti təmin etmişdir. “Kalaşnikov” silahından istifadə etməyi öyrənmiş, 2018-ci il iyulun 9-u həbs edilmişdir. Bundan əvvəl isə Suriyada məhkumluğu olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Rəşadı tanımır, ilk dəfədir, görür. Özü Suriyada hər cür silahlarla bağlı təlimdə olmuş, 2018-ci il iyul ayının 14ü həbs edilmişdir. Rəşadla heç bir halda heç yerdə qarşılaşmamışdır və onu tanımır, 2016cı ildə Suriyada, Dəməşq və Hələb şəhərində olmuş, lakin orada da Rəşadla qarşılaşmamışdır. Adətən Hələbə 3 günlük getmiş, qalan vaxt Dəməşqdə olmuş və dini yerlərin giriş-çıxışını qoruyub, nəzarət-yoxlama işlərini yerinə yetirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Rəşadı ilk dəfə istintaq təcridxanasında görmüşdür və onu tanımır. Özü Suriyada təxminən 2-3 ay olmuş, təlimlərdə iştirak etmiş, “Kalaşnikov” silahından istifadə etməyi bilir. Oradakı müqəddəs yerləri terror təşkilatı olan İşiddən qorumuş, Rəşadla heç bir yerdə tanışlığı olmamışdır. 2018-ci ildə həbs olunmuş və hazırda da cəza çəkir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, daha əvvəl Rəşadı görməmişdir və onu tanımır. Öz cinayət işi ilə bağlı onu istintaqda sual-cavab edəndə Rəşadla bağlı ona heç kim heç nə deməmişdir. Özü Suriyada tələbə olmuş, Suriyaya ümumilikdə 7-8 dəfə gedib-gəlmişdir. Suriyada tələbə olmaqla yanaşı, dini yerlərin mühafizəsində də iştirak etmişdir. Ordakı, azərbaycandan olan yoldaşlarını xatırlamır, çünki uzun illər keçib. Əslən Goranboy rayonundan olmuş, təlimlərdə 3 dəfə iştirak etmişdir. Silahlardan istifadə etməyi öyrənmiş, işi İŞİD-ə qarşı kəşfiyyat aparılması olmuş, döyüş əməliyyatlarında deyil, kəşfiyyat işində olmuşdur. İranda məhkum olmamış, son dəfə onu 19 fevralda saxlamışlar. Suriyada ləqəbi “Möhsin” olmuş, 2013-cü ildən 2018-ci ilə qədər Suriyada olmuş, Suriyaya tələbə olan vaxtlarda gedib gəlmiş, dərsi bitəndə geri qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2016-2017-ci illərdə Suriyada olmuş, həmin müddətdə Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Məqsədi orada Xanım Zeynəbin hərəmini qorumaq olmuşdur. Orada vəzifələri düşmən ərazisini kamera vasitəsi ilə müşahidə etmək olmuş, düşmən isə terror qruplaşması olan İŞİD olmuşdur. Döyüşlərin heç birində iştirak etməmiş, yalnız kameralar vasitəsi ilə ümumi nəzarəti həyata keçirtmişdir. Suriyaya İran tərəfdən İranın əli lə getmiş, özü tək olmuşdur. Orada, yəni Suriyada azərbaycanlı ilə rastlaşmamışdır. Təlimlərdə və tədbirlərdə olsa da həmin vaxt azərbaycanlıları görməmiş, təlimlərdə yalnız iranlı və suriyalılar olmuşdur. Suriyada tanıdığı azərbaycanlı olmamışdır. İrandan 2018-ci ildən etibarən çıxmış, sonra nə baş verməsi ilə bağlı heç bir məlumatı yoxdur. İstintaq zamanı iş materiallarında olan şəkillərin altına imza etməyini dedikləri üçün imzalamış və mahiyyətini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 2016-cı ildə Suriyada müharibə gedəndə ora getmiş, X42 övladlarını ziyarətə getmiş, ziyarətdə olduqdan sonra həmin müqqəddəs yerləri qorumaq üçün Suriyada qalmışdır. Suriyada olduğu müddətdə orada azərbaycanlı görməmiş, İŞİDLƏ mübarizə aparmış, 7 ay müddətində İmam Əlinin övladlarını qorumuşdur. Sonradan isə Azərbaycana qayıtmış, qayıtdıqdan il yarım sonra isə saxlanılmışdır. Orada olduğu müddətdə Rəşadı görməmiş, nə də adını eşitməmişdir. Suriyada iranlılarla birgə olmuşdur, azərbaycanlıların yanında olmamışdır. 21 gün təlimdə olmuş, təlimə iranlılarla birlikdə getmişdir. Onlara pul verilməmiş, yalnız hədiyyələr verilmişdir. Suriyada 7 ay olmuş, İrandan Suriyaya hərbi birləşmə vasitəsi ilə, hərbi təyyarə ilə keçmiş, Rəşadı isə orada ümumiyyətlə görməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 23 iyul 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, hazırki iş üzrə şahid Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş Şahid2 ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərinə görə dərhal tanıyaraq, həmin şəxsin “Yusif” ad və yaxud ləqəbli şəxs olduğunu, onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etdiyini, Suriyaya üçüncü səfərində həmin şəxslə birlikdə Palmera şəhərində postlara çıxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 23 iyul 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, hazırk iş üzrə şahid Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş Şahid5 ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi sifət cizgilərindən dərhal tanıyaraq, həmin şəxsin əslən Tovuz rayonundan olan “Malik” ləqəbli Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə həm birinci, həm də ikinci dəfə Suriyada döyüşlərdə və təlimdə iştirak etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 23 iyul 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, hazırki iş üzrə şahid üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş Şahid3 ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi sifət cizgilərindən tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 09 avqust 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundna görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş hazırkı iş üzrə Şahid7 ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi sifət cizgilərindən tanıyaraq, barəsində ifadə verdiyi həmin şəxsin, Suriyada hərbi təlimlərdə və döyüşlərdə iştirak etmiş əslən Tovuz rayonundan olan “Malik” və ya “Yusif” ləqəbli Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 11 avqust 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, hazırki iş üzrə şahid Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş Şahid6 ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən dərhal tanıyaraq, barəsində ifadə verdiyii və Suriyanın Dəməşq və Hələb şəhərlərində onunla birlikdə olmuş Rəşad adlı şəxs olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə ararşdırılan 11 mart 2019-cu il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş hazırkı iş üzrə Şahid1 ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq həmin şəxsin əslən Tovuz rayonundan olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü olan “Yusif” ləqəbli şəxs olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 04 avqust 2020-ci il il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, hazırki iş üzrə şahid Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş hazırkı iş üzrə Şahid4 ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə görə dərhal tanıyaraq, həmin şəxsin barəsində ifadəsində göstərdiyi “Malik” ləqəbli şəxs olduğunu, sonuncunun «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü olmuş, Tohid İbrahimbəyli və digər «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvləri ilə birlikdə onu İranın Qum şəhərində İsgəndər Hüseynova məxsus müəssisədə görmüş, Malik Suriyada hərbi təlimlərdə və döyüşlərdə olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən tanıyaraq həmin şəxslə, eləcə də Şahid1 və digərləri ilə birlikdə Suriyanın Tedmor yaşayış məntəqəsində bir yerdə olduqlarını bildirmişdir. Həmin şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş Şahid2 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən tanıyaraq həmin şəxsin əslən Şirvan şəhərindən olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü “Miqdad” ləqəbli Pərviz adlı şəxs olduğunu bildirmişdir. Həmin şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş Şahid3 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin barəsində ifadəsində göstərdiyi «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü “Möhsün” ləqəbli Şahid1 olduğunu, sonuncu ilə birlikdə Suriyada səhv etmirsə 2017-ci ildə hərbi təlimlərdə iştirak etdiyini Şahid1 Şahid2 və digər adlarını hazırda xatırlamadığı şəxslərlə birlikdə xidmətinin Suriyanın Tedmor, yəni Palmira yaşayış məntəqəsindəki postların birində xidmət apardığını, xidmətlərinin postları ilə üzbə-üz olan İŞİD mövqelərini binokl vasitələri ilə müşahidə edib izləməkdən ibarət olduğunu bildirmişdir. Həmin fotoşəkildəki “Möhsün” ləqəbli şəxs isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş Şahid1 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən tanıyaraq, həmin şəxsin barəsində ifadələrində göstərdiyi əslən Gəncə şəhərindən olan «Seyfullah» ləqəbli, soyadını və atasının adını bilmədiyi Tariyel adlı şəxs olduğunu, sonuncu ilə birlikdə «Hüseyniyun»un tərkibində 2017-ci ildə Suriyanın Deyr əz-Zor yaşayış məntəqəsində xidmət apardıqlarını bildirmişdir. Həmin fotoşəkildəki şəxs isə barəsində beynəlxalq axtarış elan edilmiş X9 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən tanıyaraq, həmin şəxsin əslən Saatlı rayonundan olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü “Səccad” ləqəbli İbadət Fərəcov olduğunu, sonuncunu 2017-2018-ci illərdə Suriyanın Deyr əz-Zor yaşayış məntəqəsində hərbi geyimdə gördüyünü bildirmişdir. İbadət Fərəcov da onun kimi qanunsuz silahlı birləşmənin ərzaq təminatı məsələləri ilə məşğul olan şəxslərdən biri olmuş, «Hüseyniyun» təşkilatının üzvlərinin bir qismi ilə Suriya ərazisində hərbi təlimlərdə, hərbi təlimlərdən sonra isə bir sıra yaşayış məntəqələri uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. «Hüseyniyun» təşkilatının üzvlərinin əksəriyyətini əsasən Suriyanın Deyr əz-Zor şəhərində görmüşdür. i Suriyanın Dəməşq şəhərində hərbi təlim keçdikdən sonra «Hüseyniyun»un üzvləri ayrıayrı qrup şəklində Suriyanın Bukamal və Meyəddin yaşayış məntəqəsindəki postlarda xidmət aparmaq üçün həmin ərazilərə getmək üçün məhz Deyr əz-Zor şəhərinə gəlmişlər, orada bir-iki gün qaldıqdan sonra xüsusi ayrılmış hərbi maşınlar vasitəsilə xidmət aparacaqları postlara aparılmışdır. Qanunsuz silahlı birləşmənin maliyyə və ərzaq, silahsursat təminatının bazası Deyr əz-Zor şəhərində yaşayış evlərinin birində yerləşdiyinə görə «Hüseyniyun»un üzvlərini o əsasən Deyr əz-Zor şəhərində görmüşdür. Həmin fotoşəkildəki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X10 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq Sumqayıt şəhərindən olan “Nurullah” ləqəbli İbrahim Əhmədzadə adlı şəxs olduğunu, sonuncunu «Hüseyniyun» təşkilatının üzvü olaraq 2018-ci ildə Suriyanın Deyr əz-Zor şəhərində hərbi geyimdə gördüyünü bildirmişdir. Həmin fotoşəkildəki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X6 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin Sənan Məmmədov adlı şəxs olduğunu, sonuncunu 2018-ci ildə Suriyanın Deyr əz zor şəhərində gördüyünü bildirmişdir. Həmin fotoşəkildəki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X11 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin barəsində ifadəsində göstərdiyi əslən Astara rayonundan olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü “Aşiq” ləqəbli Şahid6 olduğunu, sonuncu ilə birlikdə 2016-cı ildə Suriyada hərbi təlimdə olduğunu etiraf etmişdir. Həmin fotoşəkildəki şəxs Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-c il tarixli hökmü ilə məhkum edilmiş Şahid6 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin “Salman” ləqəbli Rəşid Hacıyev olduğunu, sonuncu ilə birlikdə 2016-cı ildə Suriyada hərbi təlimdə olduqlarını bildirmişdir. Həmin fotoşəkildəki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X12 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin barəsində ifadələrində göstərdiyi “Salman” ləqəbli Şahid5 olduğunu, sonuncu ilə birlikdə 2016-cı ildə Suriyada hərbi təlimdə iştirak etdiyini, sonrakı vaxtlarda Şahid5 İranın Qum şəhərində də gördüyünü bildirmişdir. Həmin fotoşəkildəki şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-c il tarixli hökmü ilə məhkum edilmiş Şahid5 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü Elşad Hacıyev olduğunu, sonuncu ilə birlikdə 2016-cı ildə Suriyada hərbi təlimdə iştirak etdiyini bildirmişdir. Həmin fotoşəkildəki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X23 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü “Əli” ləqəbli, Tohid İbrahimbəylinin dayısı oğlu olan “Davud” adlı şəxs olduğunu, sonuncu ilə birlikdə 2016-cı ildə Suriyada hərbi təlimdə iştirak etdiyini bildirmişdir. Həmin fotoşəkildəki şəxs Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X7 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin əslən Gəncə şəhərindən olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü, soyadını və atasının adını bilmədiyi “Nasir” ləqəbli şəxs olduğunu, sonuncunun Suriyanın Deyr əz-zor şəhərində təminat məsələsi ilə məşğul olduğunu bildirmişdir. Həmin fotoşəkildəki şəxs Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X24 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən dərhal tanıyaraq, “Mürtəza” ləqəbli həmin şəxsi 2017-ci ildə Suriyanın Deyr əz-zor şəhərində gördüyünü bildirmişdir. Həmin fotoşəkildəki şəxs Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X25 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən dərhal tanıyaraq, həmin şəxsi Suriyada hərbi təlimlərdə, sonradan isə İranın Qum şəhərində gördüyünü bildirmişdir. Həmin fotoşəkildəki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X4 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin əslən Gəncə şəhərindən olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü «Hürr» ləqəbli şəxs olduğunu bildirmişdir. Həmin fotoşəkildəki şəxs Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X26 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən dərhal tanıyaraq, həmin şəxsin əslən Gəncə şəhərindən olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü olduğunu bildirmişdir. Həmin şəxs Suriyada da olmuş və yeni bir silahlı dəstənin yaradıcısıdır. Həmin fotoşəkildəki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X27 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən dərhal tanıyaraq, həmin şəxsin Valeh adlı şəxs olduğunu, onunla birlikdə 2016-cı ildə Suriyada hərbi təlimdə olduqlarını bildirmişdir. Həmin şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X5 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən dərhal tanıyaraq bildirmişdir ki, həmin şəxs Mehdi adlı əxsdir, sonuncunun Suriyada olduğundan məlumatlı olmuşdur. Həmin fotoşəkildəki şəxs, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş Şahid4 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üç cizgilərindən dərhal tanıyaraq həmin şəxslə birlikdə 2016-cı ildə Suriyada hərbi təlimlərdə olduğunu bildirmişdir. Həmin fotoşəkildəki şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü ilə məhkum edilmiş X28 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq həmin şəxsin «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü “Əlirza” ləqəbli Nurlan olduğunu bildirmişdir. Həmin fotoşəkildəki şəxs, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X13 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq həmin şəxslə birlikdə 2016-cı ildə Suriyada hərbi təlimlərdə olduğunu bildirmişdir. Həmin fotoşəkildəki şəxs Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş Şahid7 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 dekabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq həmin şəxsin adının Amid olduğunu, sonuncunu 2016-cı ildə Suriyada baş tutan təlimlərdə, daha sonra isə Suriyanın Deyr əz zor şəhərində gördüyünü bildirmişdir. Həmin fotoşəkildəki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş X29 olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən verilən 20 iyul 2018ci il tarixli 2/3177 №-li əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx xxxx 1990cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, «Malik» (yaxud Yusif) ləqəbli şəxs (X2 rəhbərliyi və təşkilatçılığı ilə yaradılmış «Hüseyniyun» adlı qanunsuz silahlı birləşmənin üzvüdür. İş materiallarında olan və məhkəmədə araşdırılan 23 iyul 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan etmək mümkün olmadığından həmin gün barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Səbail rayon Məhkəməsinin 4 (009)-425/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasına çoxsaylı səfərləri olmuş, Təqsirləndirilən şəxs 29 oktyabr 2015-ci il tarixdə saat 17:44 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 24 iyun 2017-ci ildə saat 09:19 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasına qayıtmış, 20 avqust 2017-ci il tarixdə saat 09:09 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 15 may 2018-ci il tarixdə saat 12:00 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasına qayıtmış, 15 iyun 2018-ci il tarixdə saat 19:10 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 12 dekabr 2024-cü il tarixdə saat 05:38 dəqiqədə «Heydər Əliyev» X39 vasitəsilə Azərbaycan Respublikasına qayıtmışdır İş materiallarında olan və məhkəmədə araşdırılan 28 dekabr 2024-cü il tarixli 3818 №-li məhkəmə psixatrik-psixoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeyd olunmamış, hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə edə bilməməsinə səbəb olan psixi pozuntu qeyd olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərarda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs, X34, X27, X26, X9, X21, X5, X22 və qeyriləri, eləcə də digər xüsusatlarla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.1,279.1, 12.3,214.-3.1, 283-1.3 və sair maddələri ilə ********* №li cinayət işindən hazırki cinayət işi digər icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəqiqləşdirilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1 və 283-1.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarış üzrə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində 12 dekabr 2024-cü il tarixdə saat 05:38 dəqiqədə X19 Hava limanında dövlət sərhədindəki buraxılış məntəqəsindən Azərbaycan Respublikasına keçərkən saxlanılmış və ibtidai istintaq orqanına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 4(009)-160/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 iyun 2025-ci il tarixədək uzadılmışdır. Müdafiə tərəfindən verilən vəsatət əsasında Dövlət Təhlükəsizliyi Xidmətinə verilmiş sorğuya cavab olaraq göndərilmiş, məhkəmədə elan və tədqiq edilən xx.xx.2025-ci il tarixli, 3-39-9/2-4905/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barədə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat orqanının topladığı, açıqlanması mümkün olan bütün materiallar, eləcə də qanunla açıqlanması mümkün olan bütün materiallar, eləcə də qanunla açıqlanması mümkün olan həddə əməliyyat məlumatları icraatda olan cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Hüseyn Nəcəfov, xx.xx.2020-ci il təvəllüdlü Əbülfəzl Mürsəlov və xx.xx.2021-ci il tarixli Məhəmməd Mürsəlov xx.xx.2025-ci il təvəllüdlü Əli Mürsəlov adlı Qum şəhərində doğulmuş azyaşlı övladları var. Belə ki iş materiallarında olan və məhkəmədə araşdırılan Ağstafa rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1 (015)-8/2011 saylı hökmündən görünür ki, Mürsəlov X8 Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmənin əvvəli xx.xx.2010-cu il tarixdən heablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan sərhəd keçmə hesabatından görünür ki, xx.xx.2014-cü ildə Biləsuvar istiqamətində ilk dəfə, xx.xx.2018-ci ildə isə son dəfə Astara nəzarət buraxılış məntəqəsindən İran İslam Respublikası istiqamətində ölkəni tərk etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Tovuz RİHB-nin Cilovdarlı qədirli İəd üzrə nümayəndəlikdən verilmiş 85 saylı, xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmiş, xx.xx.2018-ci ildən ailəsi ilə birlikdə İran İslam Respublikasına köçərək ailəsi ilə birlikdə orada yaşamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Suriya Ərəb Respublikasının xx.xx.1949-cu il tarixli Cinayət Məcəlləsi və xx.xx.2012-ci il tarixli “Terrorla mübarizə haqqında” Qanunun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya Respublikasında da cəza təhdidi altında qadağan edilən cinayət əməli kimi nəzərdə tutulmuşdur. Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsinə əsasən terror cinayət törətmək məqsədilə silahlı qruplaşmaların tərkibində iştirak edən şəxslər ömürlük, terror fəaliyyəti məqsədilə müxtəlif növ silah sursatlar partlayıcılar, həmçinin kommunikasiya vasitələrinin istifadəsi və hərbi doyüş sənəti üzrə təlim almaq və ya bir və daha çox şəxsə təlim keçmə on ildən iyirmi ilədək, terror təşkilatına qoşulan və digər şəxsləri qoşulmağa təhrik edən şəxslər isə yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları ...Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında İran İslam Respublikasına 2014-cü ildə əvvəl ziyarət sonra isə təhsil almaq məqsədilə ilə getdiyini və on il orada müxtəlif mədrəsələrdə dini təhsil aldığını, Suriyaya isə ümumiyyətlə getmədiyini, hər hansı silahlı qruplaşmaya terror təşkilatına üzv olmadığını və döyüş əməliyyatlarında iştirak etmədiyini, ümumiyyətlə özünü hər hansı cinayət əməlində təqsirli bilmədiyini göstərmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin göstərdikləri ilə razılaşmır və bunun ağır cəzadan yayınmaq və özünümüdafiə hüququnun həyata keçirilməsini kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən cinayət məsuliyyətinə cəlb edildiyi ilk vaxtlarda, istintaqın ilkin dövründə şübhəli və təqsirləndirilən şəxslərdə ifşa olunmuş əməlin könüllü etirafı ilə yanaşı, gələcəkdə öz məsuliyyətini yüngülləşdirmək üçün cinayət təqibi orqanı ilə əməkdaşlıq meylləri yüksək olsa da sonradan kənar təsir (təcridxanada eynixarakterli əməlləri törətmiş şəxslərlə ünsiyyət, kirminal aləmlə tanışlıq və müxtəlif daxili meyllər özünümüdafiəni gücləndirməklə)nəticəsində inkaredici mövqe tutmaq, əqidə yoldaşlarını ifşa etməmək (xüsusilə mənəvi məsələlərlə bağlı) meylləri güclənir. Hazırki iş üzrə də Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saxlanılıb cinayət məsuliyyətinə cəlb edildikdən sonra ilkin olaraq səmimi, etirafedici ifadələr versə də, cinayətin digər iştirakçılarının ifşa edilməsi istiqamətində davranış sərgiləsə də, istintaqın sonuna doğru onda məsuliyyətdən qaçma meyllər güclənmiş, Suriyaya ancaq ziyarətə getməsi məhkəmə baxışında isə ümumiyyətlə Suriyada olmamasını bildirməsi ilə nəticələnmişdir. Məhkəmə baxışında tərəflərin iştirakı ilə tədqiq edilən Təqsirləndirilən şəxs ilkin ifadələrindən görünür ki, o hadisələri və şəxsləri ardıcıl, məntiqi və qanunauyğun şəkildə ətraflı şəkildə göstərərək təsvir etmiş, İran islam Respublikasında təsir altında qoşulduğu cinayətkar birliyin üzvləri və fəaliyyəti barədə, eləcə də özünün Suriya Ərəb Respublikasının Dəməşq, Deyz-əz zor, Palmira və sair döyüş əməliyyatlarının aparıldığı şəhərlərdəki fəaliyyətlərini, keçirilən hərbi təlim və müşahidə obyektlərini hadisənin üzərindən xeyli müddət keçməsinə baxmayaraq (məhkəməni qənaətinə görə döyüş əməliyyatlarında gördüyü mənzərə və hadisələrə yaddaşda silinməz izlər qoyduğu üçün) hərtərəfli göstərmişdir. Məhkəmədə tədqiq edilən çoxsaylı fotoşəkil üzrə tanımaya təqdimetmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda onunla həmin silahlı qruplaşmalarda iştirak etmiş və hazırki məhkəmə baxışında şahid qismində dindirilmiş şəxsləri ad, yaxud ləqəblə tanımış, onları gördüyü yer və fəaliyyətlərini göstərmişdir. Hazırki iş üzrə şahid qismində dindirilmiş eynixarakterli əməllərə görə məhkum olunmuş şəxslər də məhkəmə baxışında Təqsirləndirilən şəxs ümumiyyətlə Suriyada görmədiklərini, sonuncunun orada hər hansı silahlı münaqişələrdə iştirk etmədiyini göstərsələr də, ibtidai istintaq zamanı tam fərqqli mövqe sərgiləmişlər ki, məhkəmə bunu həmin şahidlərin eyni dini əqidəyə mənsub şəxsi qorumaq, sonuncunun ifşa olunmasında iştirak etməmək, yaxud sonuncuya bu yolla hər hansı kömək göstərmək istəməsi ilə əlaqəli olduğu qənaətinə gəlmiş və sonuncuların istintaq zamanı verdiyi ifadələrini əsas götürmüşdür. Məhkəmədə verdikləri ifadələrdə şahid qismində dindirilmiş həmin şəxslər Suriya Ərəb Respublikasına məhz dini ziyarət yerlərini İŞİD terror təşkilatından qorumaq üçün getdiklərini, oradakı fəaliyyətlərinin dövri (2 aydan 6 ayadək ) olduğunu, həmin müddətdə Suriyada hərbi təlim aldıqlarını və müxtəlif silahlardan istifadə bacarıqlarına yiyələndiklərini və gedən döyuşlərdə isə adətən müşahidə, kəşfiyyat və maddi təminat fəaliyyətini həyata keçirdiklərini göstərmişlər ki, bu da təqsirləndirilən şəxsin ilkin ifadələri ilə böyük ölçüdə üst-üstə düşür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin fotoşəkillər üzrə tanıma protokollarına və ifadələrinə ibtidai istintaq orqanı əməkdaşlarının psixloji təzyiqi nəticəsində imza etməsini göstərsə də məhkəmə bunun şəxsin öz ifadələrindən başqa digər hər hansı sübutla təsdiqini tapmadığından qəbul etmir və qeyd edir ki, hər hansı istintaqı aparan şəxsin baxılan iş üzrə şəxsin Suriyadakı fəaliyyətlərini ən xırda nüanslarına qədər bilib protokollara qeyd etməsi ağlabatan, inandırıcı, məntiqəuyğun deyil və yalnız şəxsin səmimi etirafının nəticəsi ola bilərdi. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi 2014-2018-ci illərdə dəfələrlə Azərbaycana gəlib getməsi və həmin müddətlərdə DTX-nin Tovuz rayon şöbəsi tərəfindən çağırılıb sorğu-sual edilməsi ondan İrandakı fəaliyyətləri ilə bağlı izahat alınmasına gəldikdə isə məhkəmə qeyd edir ki, xüsusi xidmət orqanının şəxs barəsində həmin fəaliyyətin olması istisna edilməsə də, bu şəxsin qeyd edilən cinayət əməllərini törətməsini istisna etmir və onun ölkəyə gəlib getməsi ailə, yaxın qohumluq və sair münasibətlərdən irəli gələn, eləcə də məhkəmənin qənaətinə görə faktiki fəaliyyətini pərdələmək funksiyası daşımışdır. 2018-ci ildən üzv olduğu qanunsuz silahlı birləşmə üzvlərinin ifşa edilərək məsuliyyətə cəlb edildiyi vaxtdan sonra təqsirləndirilən şəxsin ailə üzvlərini də götürüb yaşamaq üçün İran İslam Respublikasına getmiş, bir dəfə belə Azərbaycana geri qayıtmamış, uzun müddət müxtəlif ölkələrdə qalaraq cinayət məsuliyyəti və cəzadan yayınmağa çalışmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiyi 2014-2024-cü illərdə İran islam Respublikasında dini təhsil alması istisna edilməsə də cinayət işi materiallarına əsasən Suriyaya göndərilən azərbaycanlı şəxslər məhz dini təhsil müəssisələrində fəaliyyət göstərən “şəxslər”in təkidi və təhriki eləcə də, xarici xüsusi xidmət orqanlarının faliyyəti nəticəsində cinayətkar birliyin üzv olmuş və dini - müqəddəs yerləri müdafiə adı altında münaqişələrdəki silahlı qruplaşmalarda təlim keçərək ağır cinayətlərin iştirakçısı olmuşlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci maddəsinə əsasən cinayətkar birlikdə iştirak etmə altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1-ci maddəsinə əsasən Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsinə əsasən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2, 12.3, 214-3.1, 283-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallar olmamsını, təyin olunacaq cəzanın şəxsin islah olunması və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, ibtidai istintaq orqanının gəldiyi mövqeyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi nə əsasən ibtidai istintaq zamanı törətdiyi cinayət əməlləri ilə bağlı səmimi ifadələr verməsi, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi, 59.1.4-cü maddəsinə əsasən isə azyaşlı övladlarının olması təqsirləndirilən şəxsin cəzasının yüngüllləşdirən hallar olması ilə razılaşır. Bundan başqa Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini də məhkəmə, Azərbaycan Respublikası 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdiriən hallar kimi qəbul edir. Lakin məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin tamah məqsədilə törədilməsi ilə razılaşmır və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında ümumiyyətlə hər hansı cinayət əməli törətmədiyini, Suriyada olmadığını və aparılan döyüş əməliyyatlarında iştirak etmədiyini göstərsə də istintaqın ilk dövründə Suriyada iştirakının iştirakının islam şiə aləminin müqəddəs yerləri olan xanım Zeynəb və xanım Rüqəyyənin hərəmlərinin qorunması və İŞİD-dən müdafiə edilməsi ilə bağlı olduğunu bildirmişdir ki, bu da Təqsirləndirilən şəxs cinayəti tamah motivi ilə deyil daha çox dini təəsübkeşlik və mənəvi dəyərlərdən irəli gələrək törətdiyini təsdiq edir. İbtidai istintaq dövründə verdiyi səmimi etirafedici ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, ona və onun kimi qanunsuz silahlı birləşmələrdə iştirak edən digər şəxslərə zəruri məişət ehtiyaclarını ödəmək üçün ancaq müəyyən məbləğ “hədiyyə” şəklində pul vəsaitləri verilmişdir ki, həmin hal da sonuncunun muzdlu kimi iştirak etməsini inkar edir. İbtidai istintaq orqanı araşdırma zamanı, Təqsirləndirilən şəxs qeyd edilən əməlləri tamah, hansısa gəlir əldə etmək məqsədi ilə törədilməsini təsdiq edən mötəbər sübut təqdim etməmiş və ittiham tərəfi isə məhkəmə baxışı zamanı ittihamı həmin hissədə təsdiq edəcək birbaşa, yaxud yanakı halları müəyyən və təqdim edə bilməmişdir. Aqzərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırılan hal isə onun əməlində cinayətlərin residivinin olmasıdır. Belə ki, 2014-cü il aprel ayında cəzadan azad edilməsinə baxmayaraq hazırda qüvvədə olan qanunvericiliyə əsasən 2 (iki) il keçməmiş o 2015-ci ilin sonundan “Huseyniyyun” cinayətkar birliyinə üzv olaraq 2016-cı ilin əvvəlindən qeyd edilən cinayət əməllərini törətmişdir ki, bu da onun əməllərində cinayətlərin residivinin olmasını təsdiq edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1. residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin məcəllənin 65.2-ci madddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdəsaxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı ev dustaqlığında olduğu müddət həmin müddətə aiddir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1, 283-1.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 12.1, 218.2- ci maddəsi ilə 6 (altı) il, CM-nin 12.3, 214-3.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay, CM-nin 283-1.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Ciinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar