Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1025/2020 23.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Fərdi fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1977-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, məhkum olunmamış, Tovuz rayonu, Dondar Quşçu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 2, ev 22-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qadınları maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edib aldadaraq və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək təkrarən tamah niyyəti ilə iki və ya daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayının əvvəllərində ünvan 1 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək onu Türkiyə Respublikasında olan tekstil fabriklərindən birində yüksək məvacibli işə düzəldəcəyinə dair yalan vəd verib aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirib cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdiyindən xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdə onu qarşılayaraq kirayə götürdüyü mənzilə aparıb yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxx 2018-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin fevral ayının ortalarında ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə edərək onu Türkiyə Respublikasında olan tekstil fabriklərindən birində yüksək məvacibli işə düzəldəcəyinə dair yalan vəd verib aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirib cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdiyindən xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə onu qarşılayaraq kirayə götürdüyü mənzilə aparıb yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxx 2018-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən xx xxxxx 2018-ci il tarixdə ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb onun Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində olan müddət ərzində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları sosial şəbəkədə yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirib cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdə onu qarşılayaraq kirayə götürdüyü mənzilə aparıb yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxx 2018-ci il tarixdə ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində olan müddət ərzində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları sosial şəbəkədə yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirib cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan sonra Zərərçəkmiş şəxs2 bütün yol xərclərini ödəyərək onu xx xxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb gizlədərək saxlamaqla xx xxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin iyul ayının əvvələrində ünvan 1 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb onun Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində olan müddət ərzində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları sosial şəbəkədə yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirib cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə onu qarşılayaraq kirayə götürdüyü mənzilə aparıb yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin avqust ayının əvvəllərində ünvan 3 ünvanında olan Zərərçəkmiş şəxs3 ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək onu Türkiyə Respublikasında olan tekstil fabriklərindən birində yüksək məvacibli işə düzəldəcəyinə dair yalan vəd verib aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirib cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə onu qarşılayaraq kirayə götürdüyü mənzilə aparıb yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin sentyabr ayının sonlarında ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb onun Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində olan müddət ərzində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları sosial şəbəkədə yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirib cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə onu qarşılayaraq kirayə götürdüyü mənzilə aparıb yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin oktyabr ayının əvvəllərində ünvan 3 ünvanında olan Zərərçəkmiş şəxs3 ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb onun Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində olan müddət ərzində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları sosial şəbəkədə yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirib cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə onu qarşılayaraq kirayə götürdüyü mənzilə aparıb yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 yaşında bir oğlu var, ərindən boşandığı üçün oğlu qaynanası ilə yaşayır. O, Bakı şəhərində icarəyə götürdüyü sahələrdə kafe işlətmiş, məhz bu səbəbdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanımışdır. 2017-ci ilin may ayında o, Türkiyə Respublikasının İstanbul şəhərinə gedib orada tikiş fabrikində işləmiş, lakin fabrikdə əmək haqqı az olduğu üçün o, Aynur adlı qadının dəvəti ilə Tokat bölgəsinin Zile qəsəbəsinə getməklə orada fahişəliklə məşğul olmağa başlamışdır. Sonra isə Zile qəsəbəsində tanışı, türk vətəndaşı olan Fuada məxsus mağazanı işlətmiş, Zile qəsəbəsinə getməyi də mağazada işləməyi ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs1 o, Sabunçu qəsəbəsindən tanımış, Səidə onun işlətdiyi kafeyə gedib gəlirmiş, Səidə onun Türkiyə Respublikasına gedib gəlməyindən məlumatlı olmuş və 2018-ci ilin əvvəllərində Türkiyədə olduğu zaman Səidə onunla vhatsap vasitəsilə əlaqə saxlayaraq Türkiyə Respublikasına gəlmək istədiyini, vəziyyətinin pis olduğunu, pulunun olmadığını, ondan yol pulu göndərməyini xahiş etmiş, o da Türkiyədən Səidənin adına 100 ABŞ dolları pul göndərmişdir. 2018-ci ilin aprel ayında Səidə Tokat vilayətinin Zile qəsəbəsinə gəldiyi zaman o onu avtobus vağzalında qarşılayaraq kirayə yaşadığı mənzilə aparmışdır. Ziledə bir işi olmadığı üçün və ona borclu olduğu 100 ABŞ dollarını qaytarmaq üçün Səidəni fahişəliyə yönəltmiş, ilk olaraq birinci iki müştərini Səidəyə o tapmış, bundan sonra Səidə özü müştəri taparaq müştərini apradığı yerlərdə intim əlaqəda olurdu. Səidənin ona verdiyi pul isə borcun ödənilməsi verilən pullar idi. Həmçinin kirayə qaldığı evin pulunu ödəmək üçün Səidə qazandığı pulun bir hissəsini bu məqsədlə ona vermişdir. Zərərçəkmiş şəxs2 o Sabunçu qəsəbəsində kafe işlətdiyi vaxtdan tanımış, Şəlalə onun işlətdiyi kafedə ofisiant işləmiş, həmin vaxt aralarında yaxın münasibət olmuş, kafeni bağlayıb işləmək üçün Türkiyəyə getdikdən sonra Şəlalə onunla telefon əlaqəsi saxlayaraq Türkiyəyə gəlmək istədiyini bildirmiş, lakin gəlmək üçün pulu olmadığını demişdir. O Şəlaləyə Türkiyəyə gəlməsi üçün yol pulu göndərmiş, Şəlalə də Tokat bölgəsinin Zile qəsəbəsinə gəlməklə orada fahişəliklə məşğul olmağa başlamışdır. Belə ki, yaşadıqları mənzilin kirayə pulunu və digər xərcləri ödəmək üçün və ona olan yol pulunu qaytarmaq üçün Şəlalə öz xoşu ilə kənar kişilərlə intim əlaqəda olmaqla əldə etdiyi puldan ona aid olan hissəsini ödəyirdi. Həmçinin Bakıda Sabunçu rayonunda işlədiyi kafedən tanıdığı Zərərçəkmiş şəxs3 da vəziyyətinin ağır olmasında gileylənərək onun yanına gəlib işləmək istəmisini bildirmişdir. O da ona yol pulu göndərmiş və Arzu Zileyə gəldikdə onu qarşılayıb evinə gətirmişdir. Arzu da o biri zərərçəkmiş şəxslər kimi yaşadıqları evin xərcini və ona olan borcunu ödəmək üçün fahişəliklə məşğul olmağa başlamışdır. O, zərərçəkmiş şəxslərin heç birinə hədə-qorxu gəlməmiş, zorla onları fahişəliklə məşğul olmaq üçün məcbur etməmişdir. O, Səidə, Arzı və Şəlalənin, yəni onların heç birinin pasportunu alıb özündə məcburi saxlamamış, bu qızların istədikləri zaman Azərbaycana getmələrinə mane törətməmiş, onlar intim əlaqəda olduqda heç bir çəkiliş aparmamış, bu çəkilişləri yaymaqla zərərçəkmiş şəxsləri hədələməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən tanımışdır. Belə ki, o, Sabunçu qəsəbəsində yerləşən «Bakı» adlı kafeni işlədən Təqsirləndirilən şəxs ilə tanış olmuş, arada Elnarənin işlətdiyi kafedə də təmizlik işləri görmüşdür. Təxminən 2017-ci ilin sonlarında Elnarə işlətdiyi kafeni bağlayaraq Türkiyə Respublikasına getmiş və təxminən 2018-ci ilin yanvar ayının əvvəllərində Elnarə onunla telefonun vhatsapp proqramı vasitəsi ilə əlaqə saxlayaraq Türkiyə Respublikası Tokat bölgəsinin, Zile qəsəbəsində olduğunu, orada tikiş fabrikində işlədiyini, yüksək maaş aldığını bildirərək ona yanına gəlməyini təklif etmişdir. Lakin o, Elnarəyə pasportunun və yol pulunun olmadığını bildirdikdə Elnarə ona pasport alacağını və yol pulunu ödəmək üçün pul göndərəcəyini demişdir. Bir neçə gün sonra Elnarə öz adından onun adına 150 ABŞ dolları məbləğində pul göndərmiş, bundan sonra o, Asan xidmət vasitəsi ilə xarici pasport almış və xx xxxxx 2018-ci il tarixdə avtobusla Şıxlı sərhəd buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasına yollanmış, xx xxxxx 2018-ci il tarixdə Elnarə onu Zile qəsəbəsində qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, həmin vaxt mənzildə digər Zərərçəkmiş şəxs2 da olmuşdur. Elnarədən harada işləyəcəyini soruşduqda Elnarə onun üçün hər hansı iş olmadığını, işinin Şəlalə kimi tanışı olan kişilərə intim xidmətlər göstərmək olduğunu bildirmişdir. Bakıda işi olmadığı üçün Elnarəyə pul borcu olduğu üçün onun təklifini qəbul edərək Şəlalə ilə birlikdə Elnarı tərəfindən ayrı-ayrı kafelərdə təşkil etdiyi tanımadıqları kişilərlə intim əlaqəda olmaq üçün sonuncuların istədiyi yerlərə getmiş, Elnarə müştərilərdən pulları özü şəxsən almışdır. Elnarənin həmin kişilərdən nə qədər pul aldığını bilməmiş, Elnarə ona heç vaxt pul verməmişdir. İstismar olunduğunu gördükdə Elnarə ilə mübahisə edərək Azərbaycana getmək istədiyini bildirmişdir. Belə ki, artıq 11 gün olaraq gündə 3-4 nəfərlə intim əlaqəda olub. Elnarə onun fikrində qəti olduğunu görərək getməsinə etiraz etməmiş, lakin xəbərdarlıq etmişdir ki, onun intim görüşlərinin videoyazıları onda var, əgər o, polisə müraciət etdikdə həmin görüntüləri internetdə yaymaqla rüsvay edəcəkdir. Onun iki qızı var, böyük qızının 16 yaşı tamam olmuşdur. Rusvay olmaqdan qorxduğu üçün Elnarə ilə razılaşmışdır. Azərbaycana qayıdaraq xx xxxx 2018-ci il tarixə kimi burada yaşamış, lakin Elnarə onu təkrarən Türkiyə Respublikası çağırdığı üçün Şıxlı sərhəd buraxılış məntəqəsindən keçərək yenidən Elnarənin yanına getmiş, Elnarə onu qarşılayaraq yenidən yaşadığı mənzilə aparmışdır. Həmin vaxt Şəlalə artıq orada olmamışdır. Elnarənin tələblərinə əsasən yenidən onun tapdığı müştərilərə intim xidmətləri göstərmişdir. Yenidən Elnarənin nəzarəti altınd sonuncunun kirayələdiyi evdə yaşamaqla hər gün Elnarənin kafelərdə tapdığı müştərilərə ayrı-ayrı yerlərdə intim xidməti göstərmiş, Elnaarə onu gündə 3-4 müştəri ilə olmağa məcbur etmişdir. Lakin 1 aydan sonra o Elnarəyə özünü öldürəcəyi ilə hədələdiyi üçün Elnarə qorxub Azərbaycana qayıtmağına icazə vermiş, bundan sonra o, xx xxxx 2018-ci il tarixdə avtobusla Bakı şəhərinə gəlmiş və bir daha heç vaxt Elnarə ilə əlaqə saxlamamış nə də Elnarə onunla danışıb yenidən Türkiyə Respublikasına çağırmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun Bakı şəhəri, Sabunçu rayonunda işlətdiyi kafedə ofisiant işlədiyi zamandan tanımışdır. Lakin kafe bağlanmış Elnarə isə işləmək üçün Türkiyə Respublikasına getmişdir. O isə başqa kafedə ofisiant işləmişdir. Elnarə ilə əsasən vvhatsapp vasitəsilə əlaqə saxlamış, 2018-ci ilin aprel ayında o Rusiya Federasiyasına qardaşının yanına getmiş, Rusiyadan qayıtdıqdan sonra Elnarə Türkiyə Respublikasından vvhatsapp vasitəsilə onunla telefon əlaqəsi saxlayaraq ona tekstil fabrikində işlədiyini, yaxşı maaş aldığını, yanına gəlməyini, gəldiyi halda onu yüksək maaşı olan işə düzəldəcəyini bildirmişdir. Həmin vaxt maddi durumu yaxşı olmadığı üçün Elnarə ilə razılaşmış, Elnarə Türkiyə Respublikasından onun adına banka 100 ABŞ dolları pul göndərdikdə o həmin pulu bankdan götürüb xx xxxxxx 2018-ci il tarixdə beynəlxalq avtovağzaldan avtobusa minərək Türkiyə Respublikasının Tokat vilayətinin Zile qəsəbəsinə getmiş, orada avtovağzalda Elnarə onu qarşılayaraq kirayə yaşadığı mənzilə aparmış, onun pasportunu işlə bağlı qeydiyyata düşmək üçün lazım olduğunu deyib ondan almışdır. Həmçinin Elnarə ona bildirmişdir ki, tekstil fabrikində iş yoxdur, onun ona göndərdiyi pulu qaytarmaq üçün tanışı olan şəxslərlə cinsi əlaqədə olmaqla pulunu qaytarmasını tələb etmişdir. Bundan sonra məcburiyyət qarşısında Elnarənin nəzarəti altında müştərilərlə cinsi əlaqədə olmağa başlamış, müştərilərin yanına onu Elnarənin özü aparır, pulu müştərilərdən özü alırdı. Elə gün olurdu ki, Elnarə onu 10 nəfərə qədər müştərilərlə görüşdürürdü. Elnarə müştəridən aldığı pulun yarısını ona vermiş, pulun qalan yarısını isə özünə götürmüş, o, müştərilərlə intim əlaqədə olduğu zaman onu telefonuna çəkmiş, hədələyirdi ki, o, ona tabe olmasa görüntüləri qohumlarına göndərəcəkdir. O, Elnarənin yanında olduğu zaman Elnarə Zərərçəkmiş şəxs1 da öz yanına Azərbaycandan yol pulu verərək gətizdirmiş və onu da müştərilərə təqdim edərək cinsi istismar etmişdir. Vizanın müddəti bitdiyi üçün Elnarə onu xx xxxxxxxx 2018-ci il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etdikdən sonra Azərbaycana yola salmış, dediyi zaman yanına qayıtmalı olduğunu, gəlmədiyi halda müştərilərlə cinsi əlaqədə olduğum zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələmişdir. Bundan sonra o avtobusla xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycana gəlmiş, 2018-ci ilin oktyabr ayının əvvəllərində Elnarə onunla vvhatsap vasitəsilə əlaqə saxlayaraq yanına qayıtmağını tələb etmiş, o da onun hədələrindən qorxaraq, məcburiyyət qarşısında Elnarə ilə razılaşmış, sonuncu ona 100 ABŞ dolları məbləğində yol pulu göndərdikdən sonra özünə bilet alaraq xx xxxxxxx 2018-ci il tarixdə avtobusla xx xxxxxxx 2018-ci il tarixdə Zile bölgəsinə çatıb Elnarənin kirayə yaşadığı mənzilə getmişdir. Elnarə yenə əvvəlki qaydada onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, Elnarə ona görə müştərilərdən aldığı 100 TL pulun 50 TL-sini ona vermiş, qalan yarısını isə özünə götürmüşdür. Bu dəfə Elnarə onunla yanaşı Azərbaycandan Zərərçəkmiş şəxs2, Şəlaləyə yol pulu göndərməklə öz yanına gətizdirərək onu da fahişəliyə cəlb etmişdir. Yəni hər ikisini kafelərə apararaq müştərilərə təqdim etmişdir. Elnarə onu xx xxxxxxx 2018-ci il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, həmin tarixdə o Elnarə ilə birlikdə Azərbaycana gəlmiş, bundan sonra Elnarə onu öz yanına çağırmamışdır. Hal-hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Elnarə ilə Ramana qəsəbəsində qonşu olmuş, Elnarə Sabunçu stansiyası kimi tanınan yerdə «Bakı» adlı kafeni işlətməyə başladıqda o da Elnarənin yanına gedərək xidmətçi işləmiş, təxminən 2017-ci ildə Elnarə kafeni başqa bir şəxsə təhvil versə də o həmin kafedə xidmətçi işləməkdə davam etmişdir. Elnarə bundan sonra Türkiyə Respublikasına gedib-gəlməyə başlamış, aralarında telefonla olan söhbətlər zamanı Elnarə Türkiyə Respublikasında tekstil fabrikində işlədiyini bildirmişdir. Təxminən 2018-ci ilin fevral ayının ortalarında Elnarə onunla telefonun vvhatsapp proqramı vasitəsi ilə əlaqə saxlayaraq ona tekstil fabrikində iş tapdığını, yanına gəlməyini bildirmiş, o, Elnarəyə yol pulunun və pasportunun olmadığını dediyi zaman Elnarə narahat olmamağını, ona pul göndərəcəyini demiş və bir neçə gün sonra Elnarə ona 100 ABŞ dolları pulu bank vasitəsi ilə göndərmiş, o, pulu aldıqdan sonra özünə 10 gün ərzində Asan xidmətdən pasport alaraq xx xxxx 2018-ci il tarixdə avtobusla yola düşmüş, xx xxxx 2018-ci il tarixdə Elnarə onu Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsində, avtovağzalda onu qarşılayaraq yaşadığı mənzilinə aparmış, qeydiyyata düşmək adı ilə onun pasportunu almışdır. Elnarənin mənzilində həmin vaxt sonuncunun tanışı olan bir türk vətəndaşı olmuşdur. Elnarə onu türk vətəndaşı ilə tək qoyub mənzildən çıxmaq istədikdə Elnarədən onu türklə tək buraxmamağını xahiş etmiş, lakin Elnarə onu türklə tək buraxıb getmişdir. Bundan sonra türk onu döyərək zorlamışdır. O zaman başa düşmüşdür ki, Elnarə onu yanına fahişəlik etmək üçün gətizdirmişdir. Bundan sonra Elnarə onu müştərilərə təqdim etmiş, onlardan pulu özü almış, gün ərzində Elnarə onu 5 və ondan çox sayda kişilərə təqdim edirdi. Hətta Elnarə o kişilərlə intim əlaqədə olduğu zaman telefonla çəkilişlər aparmış və həmin çəkilişləri sözünə qulaq asmadığı təqdirdə yayacağı ilə hədələmişdir. Onun viza müddəti bitdiyi üçün Elnarə onun geri qayıtmağına icazə vermiş, onun tələbi ilə yanına qayıtmadığı halda çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələmişdir. xx xxxxx 2018-ci il tarixdə Azərbaycana yollanmış, növbəti gün o Bakıya gəlmişdir. Təxminən 3 gün sonra Elnarə onunla telefonun vvhatsapp proqramı vasitəsi ilə əlaqə saxlayaraq yanına qayıtmağını, ona bilet sifariş etdiyini bildirmiş, o, məcburiyyət qarşısında, Elnarənin bank vasitəsi ilə göndərdiyi yol pulu ilə xx xxxxx 2018-ci il tarixdə avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçərək xx xxxxx 2018-ci il tarixdə Zile qəsəbəsinə çatmışdır. Elnarə onu qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, əvvəlki qaydada onu pul qarşılığında cinsi əlaqədə olmaları üçün tanışı olan kişilərə təqdim etmiş, təxminən 1 həftə sonra Elnarə Zərərçəkmiş şəxs1 da mənzilə gətirərək cinsi əlaqədə olması üçün öz müştərilərinə təqdim etmişdir. Onun Türkiyədə qalma müddəti bitdiyi üçün Elnarə onun geri qayıtmağına icazə vermişdir. xx xxx 2018-ci il tarixdə o Bakı şəhərinə qayıtmış, bir neçə gün sonra Elnarə də Bakı şəhərinə gələrək hər gün onunla əlaqə saxlamış, xx xxx 2018-ci il tarixdə isə Elnarə onun kirayə yaşadığı evə gələrək bilet aldığını bildirərək birlikdə geri qayıtmalarını demişdir. O, Elnarədən qorxduğu üçün Elnarəyə etiraz edə bilməmiş, çünki Elnarə ona getmədiyi halda müştəri ilə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələmişdir. Türkiyə Respublikasına gəldikdən sonra o, yenə Elnarənin nəzarəti altında fahişəliklə məşğul olmuşdur. Elnarə müştəriləri ilə əlaqə saxlayıb müştəriləri mənzilə gələrək onu və Afət adlı başqa bir qızı özü ilə cinsi əlaqədə olmaları üçün meşəlik əraziyə aparır, cinsi əlaqə olduqdan sonra isə Elnarəyə təhvil vermişlər. xx xxxx 2018-ci il tarixədək Elnarə onu cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, bundan sonra Türkiyədə qalma müddətinin bitməsinə az vaxt qaldığı üçün Elnarə onun geri qayıtmağına icazə vermiş, bundan sonra o, Bakı şəhərinə gəlmişdir. Təxminən 2018-ci ilin sentyabr ayının sonlarında yaşadığı evdə olarkən Elnarə onunla vvhatsap vasitəsilə əlaqə saxlayaraq təkrarən yanına gəlməyini tələb etmiş, gəlmədiyi halda intim görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələmişdir. Bundan qorxaraq xx xxxxxxx 2018-ci il tarixdə Zileyə yola düşmüş, xx xxxxxxx 2018-ci il tarixdə Elnarə onu qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, və əvvəlki qaydada onu pul qarşılığında cinsi istismara məruz qoymuşdur. Onunla yanaşı Elnarə Zərərçəkmiş şəxs1 da orada istismar etmişdir. Səidə Azərbaycana qayıtdığı üçün Elnarənin yanına Zərərçəkmiş şəxs3 gəlmiş, Arzunu o Sabunçu qəsəbəsində kafedə işləyən vaxtlardan tanımış, xx xxxxxxx 2018-ci il tarixədək Elnarə onu və Arzunu müştərilərinə pul qarşılığında cinsi əlaqədə olmaq üçün təqdim etmiş, xx xxxxxx 2018-ci il tarixdə Elnarə onu və Arzunu özü ilə birlikdə Bakı şəhərinə gətirmiş və bir daha onunla əlaqə saxlamamışdır. Elnarəyə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN X4 Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onu işə düzəltmək adlı ilə aldadaraq Türkiyə Respublikasında cinsi istismara məruz qqoymuşdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 İAQMBİ-nə müraciəti əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli ştfahi ərizə protokolundan müəyyən olunur ki, onu Bakı şəhər sakini Təqsirləndirilən şəxs Türkiyə Respublikasının Tokat şəhərində cinsi istismara məruz qoymuşdur. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” protokollardan müəyyən olunur ki, xx xxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1, xx xxxxxx 2019-cu il tarixdə isə zərərçəkmiş şəxs Şəlalə Qurbanova ifadələrinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən göndərilən pul vəsaitini ünvan 4 ünvanında yerləşən “xxxxxxxxx” ASC-nin Bakıxanov filialından, Zərərçəkmiş şəxs2 isə ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən göndərilən pul vəsaitini ünvan 6 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sabunçu filialından götürdüklərini qeyd etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sabunçu filialının xx xxxxxx 2019-cu il tarixli, 1647/1 saylı məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 adına Təqsirləndirilən şəxs tərəfindən 99,00 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “xxxxxxxxx” ASC-nin Bakıxanov filialının xx.xx.2020-ci il tarixli, 028 saylı məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 adına Təqsirləndirilən şəxs tərəfindən müxtəlif vaxtlarda fərqli məbləğlərdə, yəni iki dəfə 150 ABŞ dolları və bir dəfə 100 ABŞ dolları məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-cu il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsində təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış və Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, DİN-in İAMAS-dan götürülmüş MAPS-uçot xəritələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 özünə məxsus «C01928096» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuş, yenidən özünə məxsus «C01928096» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 özünə məxsus «C02102637» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuş, yenidən özünə məxsus «C02102637» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuş, bundan başqa özünə məxsus «C02102637» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuş, bir daha özünə məxsus «C02102637» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 özünə məxsus «C01809921» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxxxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuş, yenidən özünə məxsus «C01809921» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs özünə məxsus “C01230800” nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuş, yenidən özünə məxsus “C01230800” nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Beləliklə, məhkəmə məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qadınları cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün aldatma yolu ilə tamah niyyəti ilə cəlb etməklə iki və ya daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətdiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası qüvvədə olan Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb olunurlar. Eləcə də, həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, … insan alveri … törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə ilə cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsinə əsasən, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alveri cinayətinin tərkibini yaradır. Eləcə də, «X4 mübarizə haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanununun 1.0.1-ci maddəsinə görə insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurluq, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən suiistifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsindən ibarət olan əməlləri əhatə edir. Azərbaycan Respublikasının xx xxx 1996-cı il tarixli “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Konvensiyaya qoşulmaq barədə” Qanunu ilə qoşulduğu adı qeyd olunan Konvensiyanın 1-ci maddəsinə əsasən, bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün: 1)digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran; 2)digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər. Şəxsin istismar məqsədi ilə cəlb edilməsi maddənin dispozisiyasında sadalanan üsullardan hər hansı biri vasitəsilə şəxsin razılığının alınmasını ifadə edir. İnsan alveri cinayətindən zərərçəkmiş şəxs istismar məqsədi ilə cəlb edildikdə onun razılığını bildirməsi cinayətin başa çatması anını ifadə edir. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 maddi imkansızlıqları ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək işlə təmin adı ilə aldadıb razılıqlarını alması, eyni zamanda müştərilərlə cinsi əlaqəda olduqları zaman video görüntülərini yayacağını bildirməsi insan alveri cinayətində onların zəiflik vəziyyətlərindən sui-istifadə etməklə aldadaraq və hədə-qorxu məcburetmə vasitələrindən istifadə etməklə Təqsirləndirilən şəxs nəzarəti altında fahişəliklə məşğul olmağa iradələrindən kənar razılıq vermişlər. Bu isə Təqsirləndirilən şəxs cinayətkar məqsədinə nail olması və zərərçəkmiş şəxsləri təkrarən cinsi istismar məqsədi ilə cəlb etməsi ilə nəticələnmişdir. Mövcüd istintaq və məhkəmə praktikasına əsasən insan alveri qurbanının Azərbaycan Respublikasının hüdudlarından kənarda istismar edilməsi insan alverçisinin Azərbaycan Respublikası CM-nin 144-1.2.4-1-ci maddəsi ilə məsuliyyət daşımasını nəzərdə tutur. Cinayət işi üzrə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərin cinsi istismar məqsədi ilə cəlb edilərək bu məqsədlə cinayətə məruz qaldıqları yer məhz ölkə hüdudlarından kənarda, daha dəqiq Türkiyə Respublikasının Tokat bölgəsinin Zile qəsəbəsi olmuşdur. Əməlin ictimai təhlükəliliyi onda ifadə olunur ki, insan alverçisi xarici dövlətdə cinayətkar niyyətlərini reallaşdırmaq üçün kifayət qədər imkana və şəraitə malik olur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri istismar etdiyi yerin ölkə hüdudlarından kənarda olması iş üzrə şəxslərin sərhəd keçmələrinə baxış protokolundan, eləcə də ifadələrdən aydın olur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı insan alveri cinayətini törətmədiyini, onlara hədə-qorxu gəlmədiyini, onları aldatmadığına dair ifadələrinə tənqidi yanayır. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmələr, baxış protokolları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs gətirdiyi dəlillərin toplanmış digər mötəbər sübutlarla təsdiq edilməməsi onun hadisə ilə bağlı göstərdiklərinin həqiqi olmadığını bir daha göstərir və onun özünümüdafiə xarakiteri daşıyır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığın bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş xx xxxxxxx 2020-ci il tarixdən hesablamalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib məhkəmə iclasından həbsə alınmalı, cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 220 AZN (iki yüz iyirmi manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 144-3.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəza müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı hüquq məsləhətxanasının hesabına 220 AZN (iki yüz iyirmi manat) məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1025/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1025/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver