Məhkəmə qərarları › İş №1(102)-100/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-100/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-100/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 1441.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Abışov Sadıq Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1970-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmamış, Ünvan2 pasport qeydiyyatında olan və ünvan 1 ünvanında yaşayan, Azərb aycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 1441.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə təqsirli bilinərək, CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum qadınları maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edib aldadaraq və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi i lə cəlb edib, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək təkrarən tamah niyyəti ilə doqquz şəxs barəsində insan alveri cinayətini törətmişdir. Belə ki, Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2017-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə edib Qətər Əmirliyində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə yaşadığı Ünvan 3-də cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən Məhkum xx xxxxx 2017-ci il tarixdə, saat 02:53-də onu Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən keçirməklə təy yarə ilə Qətər Əmirliyinin Doha şəhərinə aparıb «Turist» adlı hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxx 2017-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin aprel ayının ortalarında Ünvan4-də yaşayan, tanışı Zərərçəkmiş şəxs7 ilə telefon əlaqəsi saxlayıb xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxxxx 2007-ci il tarixədək Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində fahişəliklə məşğul olmağı barədə ərinə məlumat verəcəyini bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin aprel ayının sonlarında tanışları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 maddi imkansızlıqları ilə əlaqədar zəiflik vəziyyətlərindən suiistifadə edib Qətər Əmirliyində ticarətlə məşğul olmaqla yüksək gəlir əldə edəcəkləri adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə yaşadığı Ünvan3də cəlb etmiş, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 razılıq verdiklərindən Məhkum xx xxx 2017-ci il tarixdə, saat 02:49-da onları Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən keçirməklə təyyarə ilə Qətər Əmirliyinin Doha ş əhərinə aparıb «Turist» adlı hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 pasportlarını götürüb saxlamaqla gizlədərək xx xxx 2017-ci il tarixdən xx xxx 2017-ci il tarixədək olan müddət ərzində həmin hoteldə pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə dörd şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan əlavə Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin aprel ayının sonlarında tanışı Zərərçəkmiş şəxs1 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Qətər Əmirliyində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə yaşadığı Ünvan 3-də cəlb etmiş, bundan başqa Məhkum təkrarən qe yriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin may ayının əvvəllərində Qətər Əmirliyinin Doha şəhərindən Zərərçəkmiş şəxs1 yaşadığı Ünvan5-da olan, sonuncunun tanışı Zərərçəkmiş şəxs2 ilə vhatsap ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək Qətər Əmirliyində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 razılıq verdiklərindən xx xxx 2017-ci il tarixdə, saat 01:45-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən keçməklə təyyarə ilə Qətər Əmirliyinin Doha şəhərinə getmiş, Məhkum onları orada qarşılayıb «Turist» adlı hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxx 2017-cı il tarixədək olan müddət ərzində Doha şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə altı şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs9 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Qətər Əmirliyində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin yaxınlığında cəlb etmiş, Zərərçəkmiş şəxs9 razılıq ve rdiyindən Məhkum xx xxxx 2017-ci il tarixdə, saat 02:13-də onu Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən keçirməklə təyyarə ilə Qətər Əmirliyinin Doha şəhərinə aparıb «Turist» adlı hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxx 2017-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyul ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 xx xxx 2017-ci il tarix dən xx xxx 2017-ci il tarixədək Qətər Əmirliyinin Doha şəhərində müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədəqorxu məcburetmə vasitəsindən istifadə edərək yaşadığı Ünvan 3-də cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Qətər Əmirliyində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə yaşadığı Ünvan 3-də cəlb etmiş, bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyul ayının 8-də Qətər Əmirliyinin Doha şəhəri nə getdikdən sonra oradan Zərərçəkmiş şəxs1 yaşadığı Ünvan5da olan Zərərçəkmiş şəxs4ın qohumu Zərərçəkmiş şəxs8 ilə vhatsap ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə Qətər Əmirliyində yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyul ayının 8-də Qətər Əmirliyinin Doha şəhərinə getdikdən sonra oradan ünvan6-da yaşayan, tanışı Zərərçəkmiş şəxs2 ilə vhatsap ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, xx xxx 2017ci il tarixdən xx xxx 2017-ci il tarixədək Qətər Əmirliyinin Doha şəhərində müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədəqorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 razılıq verdiklərindən xx xxxx 2017-ci il tarixdə, saat 02:07-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən keçməklə təyyarə ilə Qətər Əmirliyinin Doha şəhərinə getmiş, Məhkum onları orada qarşılayıb «Turist» adlı hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 pasportlarını götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxx 2017-cı il tarixədək olan müddət ərzində Doha şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə doqquz şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan əlavə Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin avqust ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs4 xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək Qətər Əmirliyinin Doha şəhərində fahişəliklə məşğul olmağı barədə oğluna deyəcəyini bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək yaşadığı Ünvan 3-də cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin avqust ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs3 xx xxxxx 2017-ci il tarixdən xx xxxxx 2017-ci il tarixədək Qətər Əmirliyinin Doha şəhərində fahişəlik lə məşğul olmağı barədə ailə üzvlərinə deyəcəyini bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək yaşadığı Ünvan 3-də cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin avqust ayının ortalarında ünvan6-da yaşayan, tanışı Zərərçəkmiş şəxs2 ilə vhatsap ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, xx xxx 2017-ci il tarixdən xx xxx 2017-ci il tarixədək Qətər Əmirliyinin Doha şəhərində müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 razılıq verdiklərindən Məhkum onları xx xxxxxx 2017-ci il tarixdə, saat 04:02-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən keçirməklə Bakı-Dubay-Amman avia reysi ilə İordaniya Haşimilər Krallığının Amman şəhərinə aparıb istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra həmin tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə doqquz şəxs barəsində insan alveri cinayətini törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və H.H.Əhmədovd an ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Abışov Sadiq Hüseyn oğlu kassasiya şikayətləri verərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona şərti cəza təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətində himayəsində olan 2 övladının onun köməyi nə ehtiyacı olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, törətdiyi əməlin cinayət olduğunu bilmədiyini, əməlindən peşiman olduğunu və xəstəliyini nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi-vəkil Abışov Sadiq Hüseyn oğlu kassasiya şikayətində cəzanı yüngülləşdirən halların və məhkumun onkoloji xəstəliyini nəzərə alaraq onun barəsində şərti məhkumetmə tətbiq edilməsi üçün əsaslar olsa da məhkəmələr tətbiq etməmişlər. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi n əticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində məhkumun cinayət əməllərinin hüquqi tövsifi mübahisələndirilməmiş, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti mhkumetmə tətbiq edilməsi xahiş edilmişdir. Məhkum məhkəmələrin qərarlarına əsasən dəfələrlə təkrar, bir neçə şəxs barəsində insan alveri qurbanlarını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insan alver i cinayətlərini, cinsi istismara cəlb etdiyi şəxslərin insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək təkrarən tamah niyyəti ilə barələrində insan alveri cinayətini törətməkdə təqsirli bilinmişdir. Onun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə təsdiq edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Məhkum ilk dəfə cinayət törətməsini, qadın olmasını və iki zərər çəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirərək təqsirli bilindiyi maddələrin sanksiyası həddində ona 08 (sə kkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət işinə baxmış Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında göstərilmişdir ki, işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin xx xxxx 2020-ci il tarixli, 20-04/-293 saylı məktubdan görünür ki, Məhkum laborator və instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmiş, ilkin olaraq göndərilmə diaqnozu təsdiq edilmişdir. Milli Onkologiya Mərkəzindən (MOM) dəvət olunan onkoloqun məsləhəti ilə Məhkum kiçik çanaq orqanlarının MRT müayinəsindən keçirilmiş, nəticədə uşaqlıqda çoxsaylı müxtəlif ölçülü fibroadenomalar aşkar olunmuşdur. Konsultasiya və sonrakı taktikanın seçilməsi məqsədi ilə Məhkum təkra r MOM-a göndərilməsi planlaşdırılır. Hazırda həbs edilmiş şəxsin vəziyyəti nisbi kafidir, tibbi tədbirləri davam etdirilir. Məhkəmə kollegiyası Məhkum cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərin (doqquz nəfər) onunla barışdığını onun törətdiyi cinayətin ictimai təhlükəliliyini azaldan müstəsna hal hesab etməklə, həmçinin Məhkum xəstə olmasını və əvvəllər məhkum olunmadığını, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə almaqla Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini mümkün hesab edərək cəzanı təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az həddə endirərək yüngülləşdirmiş, üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış məhkəmələr tərəfindən məhkumun cəzasını yüngülləşdirən halların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ardıcıl olaraq dəfələrlə yuxarıda şərh edilən cinayət əməllərini təkrar törətməsi onun cəza çəkmədən islah olunacağına əsas vermir. Ona görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkumetmə tətbiq edilməsi barədə kassasiya şikayətlərinin dəlilləri əsassız hesab edilməli və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci m addəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum və müdafiəçisi-vəkil Abışov Sadiq Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 1441.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar