Məhkəmə qərarları › İş №1(102)-2094/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2094/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2094/2024 19.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Məhkum olunmuş şəxs Məhkum və müdafiəçi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Ba kı şəhəri “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tarixli, 1(103)-109/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə (bundan sonra mətndə kassasiya şikayəti) baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olu nmamış, Gədəbəy rayonu Arısu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 07 sentyabr 2023cü il tarixli, 1(002)-27/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasının əvvəlinin 07 sentyabr 2023-cü il tarixdən hesablanması, Məhkum hökm qanuni qüvvəsini alanadək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi hökm edilmiş, hökmlə həmçinin digər təqsriləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

3. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 birgə qaydada, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən), X4 və X1 ibarət məhkəmə tərkibində) 09 aprel 2024-cü il tarixli, 1(103)-109/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və Müdafiəçi5 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir.

6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti ni geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər:

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhku m müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının da çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tarixli, 1(103)-109/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılmalıdır.

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il t arixli, 1(103)-109/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar