Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2350/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmünə əsasən Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X12, hakimlər X1 və X6 ibarət tərkibdə) ## #### 2024-cü il tarixli hökmü ilə ## ###### 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin başlanğıcının hökm elan olunduğu, yəni ## #### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbs olunması, ## ###### 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Məhkum Azərbaycan Respublikasının CM-nin 29, 234.4.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) *(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 və Məhkum müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş apelyasiya şikayətləri, müdafiəçilər müdafiəçi4 və müdafiəçi6 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ## #### 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan məhkum Məhkum müdafiəçisi müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda məhkumun müdafiəçisi tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz və dövlət ittihamçısı tərəfindən kassasiya protesti daxil olmamışdır. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Hüquqi məsələlər Kassasiya şikayətində məhkum Məhkum müdafiəçisi müdafiəçi5 apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və əməlin CM-nin 29, 234.1-ci maddəyə tövsif edilməsini xahiş etmişdir. Digər kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və əməlin CM-nin 29, 234.1ci maddəyə tövsif edilməsini və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs və məhkum Məhkum ## ##### 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından müdafiəçiləri tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumların ərizələri təmin olunmalı, kassasiya şikayətləri baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum Məhkum müdafiəçisi müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin geri götürülməsi haqqında məhkumların ərizələrini nəzərə alıb cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumların ərizələri təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, və 234.4.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri məhkumlar Məhkum və Təqsirləndirilən şəxs özlərinin ərizələrinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2350/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2350/2025
30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver