Məhkəmə qərarları › İş №1(102)-851/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-851/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-851/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının Q Ə R A Rİ Hakimlər: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri X1, məhkumlar Məhkum1 və Məhkum2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarından Məhkum1 v ə Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli,1(99)-451/2019 nömrəli hökmü ilə, 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yaşamış Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1,181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2019-cu il tarixdən hesablanmış, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşamış Məhkum2 Azərbaycan Respublikasının CM-in 181.2.1,181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin, X6 və X2 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 30 may 2019-cu il tarixdə Bakı şəhərində tanışları X2, Məhkum1 ilə Lənkəran şəhərinə gedib orada özgənin əmlakını yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq yolu ilə ələ keçirmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, həmin gecə Lənkəran şəhərinə gələndən sonra tanışı X4 cinayət törətmək niyyətini bildirib onun da quldurluqda iştirakı barədə razılığını alıb qabaqcadan əlbir olub bir qrup halında birləşəndən sonra, Mələkxanım Tağızadənin cinayəti törədən zaman tanınmamaq və zərərçəkmiş şəxsdə vahimə yaratmaqdan ötrü aldığı dörd ədəd tibbi maskadan birini özünə götürüb saat 23:45-də ünvan 1 ünvanında yerləşən çox mənzilli beşmərtəbəli binanın qarşısına gələrək həmin binanın birinci mərtəbəsində yerləşən X3 yaşadığı 67 №-li mənzilə yaxınlaşıb, əvvəlcədən razılaşdıqları kimi onunla və digər iştir akçılarla eyni niyyətlə hərəkət edərək cinayətdə tətbiq etmək üçün cib bıçağı ilə silahlanmış Məhkum1 qapını döymüş, Esmira Nəcəfova mənzilin qapısını açdıqdan sonra Məhkum1 daxil olub Esmira Nəcəfovanın bıçağı boğazına tutub həyatı üçün təhlükəli zor tətbiq etməklə hədələyərək əli ilə ağzını sıxıb köməyə çağırmaq və müqavimət göstərmək imkanından məhrum etdiyi zaman, o, Mələkxanım Tağızadə, İsmayıl Hacıyev ilə birlikdə zərərçəkmiş şəxsə məxsus 2000 manat pulu ələ keçirmək məqsədi ilə mənzilə üzlərində maska ilə daxil olandan sonra zərərçəkmiş şəxsi tutub saxlamaqda Məhkum1 kömək etmiş, Mələkxanım Tağızada mətbəx otağından götürdüyü tava ilə Esmira Nəcəfovanın başına zərbə vurandan sonra mənzili axtarıb, yataq otağında paltar dolabın içərisində asılmış gödəkcənin cibindən 200 manat pul və həmin otaqda masanın üstündən üzərindəki ***-***-**-** nömrəli simkartla birlikdə qiyməti 353 manat olan Samsung markalı mobil telefonu ələ keçirəndən sonra, binanın arxa tərəfinə çıxan eyvanın pəncərəsindən mənzili tərk edərək, Esmira Nəcəfovaya sağ bazu oynağı nahiyəsinin yumşaq toxumaların əzilməsi-qansızma, başın təpə nahiyəsində qansızma, sol bazu nahiyəsində qançırdan ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ümumilikdə 553 manat ziyan vurmaqla quldurluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 30 may 2019-cu il tarixdə Bakı şəhərində tanışları X2, Məhkum2 ilə Lənkəran şəhərinə gedib orada özgənin əmlakını yaşayış sahəsinə qan unsuz olaraq girməklə quldurluq yolu ilə ələ keçirmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, həmin gecə Lənkəran şəhərinə gələndən sonra tanışı X4 cinayət törətmək niyyətini bildirib onun da quldurluqda iştirakı barədə razılığını alıb qabaqcadan əlbir olub bir qrup halında birləşəndən sonra, Mələkxanım Tağızadənin cinayəti törədən zaman tanınmamaq və zərərçəkmiş şəxsdə vahimə yaratmaqdan ötrü aldığı dörd ədəd tibbi maskadan birini özünə götürüb saat 23:45-də ünvan 1 ünvanında yerləşən çox mənzilli beşmərtəbəli binanın qarşısına gələrək həmin binanın birinci mərtəbəsində yerləşən X3 yaşadığı 67 №-li mənzilə yaxınlaşıb, əvvəlcədən razılaşdıqları kimi onunla və digər iştirakçılarla eyni niyyətlə hərəkət edərək cinayətdə tətbiq etmək üçün cib bıçağı ilə silahlanaraq qapını döymüş, Esmira Nəcəfova mənzilin qapısını açdıqdan sonra mənzilə daxil olub Esmira Nəcəfovanın bıçağı boğazına tutub həyatı üçün təhlükəli zor tətbiq etməklə hədələyərək əli ilə ağzını sıxıb köməyə çağırmaq və müqavimət göstərmək imkanından 4 məhrum etdiyi zaman, Mələkxanım Tağızadə, Məhkum2 və İsmayıl Hacıyev ilə birlikdə zərərçəkmiş şəxsə məxsus 2000 manat pulu ələ keçirmək məqsədi ilə mənzilə üzlərində maska ilə daxil olandan sonra Məhkum2 ona zərərçəkmiş şəxsi tutub saxlamaqda kömək etmiş, Mələkxanım Tağızadə mətbəx otağından götürdüyü tava ilə Esmira Nəcəfovanın başına zərbə vurandan sonra mənzili axtarıb, yataq otağında paltar dolabın içərisində asılmış gödəkcənin cibindən 200 manat pul və həmin otaqda masanın üstündən üzərindəki ***-***-**-** nömrəli simkartla birlikdə qiy məti 353 manat olan Samsung markalı mobil telefonu ələ keçirəndən sonra, binanın arxa tərəfinə çıxan eyvanın pəncərəsindən mənzili tərk edərək, Esmira Nəcəfovaya sağ bazu oynağı nahiyəsinin yumşaq toxumaların əzilməsi-qansızma, başın təpə nahiyəsində qansızma, sol bazu nahiyəsində qançırdan ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ümumilikdə 553 manat ziyan vurmaqla quldurluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər İsmayıl Əhmədov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)-45/2020 nömrəli 23 oktyabr 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyab r 2019-cu il tarixli hökmü məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri məhkumlara aid hissədə təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qərardan narazı qalan Məhkum1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarın ləğv edilməsini və onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini, Məhkum2 isə kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 oktyabr 2020ci il tarixli qərarın ləğv edilməsini və ona tətbiq edilmiş CM-in 181.2.1,181.2.3 və 181.2.5-ci maddələrindən həmin CM-in 180.2.1,180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilməsini və cəzasının şərti cəza ilə əvəz edil məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi Məsələlər: Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxılması 26 oktyabr 2021-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasında baxılarkən məhkumlar Məhkum2 və Məhkum1 ərizələrlə müraciət edərək öz kassasiya şikayətlərinin geri götürmələrini bildirmişlər. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək hüquq una malikdir. Məhkəmə kollegiyası məhkumların ərizələri ilə əlaqədar dövlət ittihamçısının və Məhkum2 müdafiəçisinin fikirlərini dinləyib kassasiya şikayətləri yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 ərizələri təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarından iş üzrə məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar