Məhkəmə qərarları › İş №10(1-8)-209/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-209/2026

17.09.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-209/2026 17.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Türkiyə Respublikasının Uzunkörpü * saylı Asliye Hüquq Məhkəməsinin 2024-cü il ## ####### tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, MÜƏYYƏN ETDI: 1.

2. Vəsatətdə barəsində məhkəmə tapşırığı verilən şəxs2 göstərmişdir ki, nikahı Türkiyə Respublikasının Uzunkörpü * saylı Asliye Hüquq Məhkəməsinin 2024-cü il ## ####### tarixli qərarı ilə pozulmuşdur. Nikahın pozulmasının Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın səlahiyyətli məhkəmə tərəfindən tanınması tələb olunur. Göstərilənləri nəzərə alaraq həmin qərarın Azərbaycan Respublikasında tanınmasına dair qərar çıxarılmasını xahiş edir.

3. Məhkəmə kollegiyası vəsatəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, vəsatət təmin edilməlidir.

4. Belə ki, Türkiyə Respublikasının Uzunkörpü * saylı Asliye Hüquq Məhkəməsinin 2024cü il ## ####### tarixli qərarı ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1lə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasındakı nikah pozulmuş və digər məsələlər həll edilmişdir. Qərar ## ####### 2024-cü il tarixdə qüvvəyə minmişdir.

5. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.

6. Ərizəçinin xarici dövlətin qətnaməsinin tanınması tələbinin hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin Azərbaycan Respublikası MPMnin 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ərarvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.

7. Həmin Məcəllənin 459.0.3-cü maddəsinə əsasən, nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.

8. Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

9. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

10. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

11. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

12. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı).

13. MPM-in istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.

14. Məhkəmə kollegiyası hesab edir ki, Türkiyə Respublikasının Uzunkörpü * saylı Asliye Hüquq Məhkəməsinin 2024-cü il ## ####### tarixli 2024/421 (əsas 2024/368) qərarının Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün vəsatət təmin edilməli, həmin qərar nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınmalıdır.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 459, 465, 469-473-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Vəsatət təmin edilsin. Türkiyə Respublikasının Uzunkörpü * saylı Asliye Hüquq Məhkəməsinin 2024-cü il ## ####### tarixli qərarı barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasındakı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar