Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1070/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanovun xx.xx.2024-cü il tarixli əmrinin yəni, onun Azərbaycan Respublikası ƏMək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə işdən azad etməyi barədə əmrinin ləğv edilməsi, onun yenidən Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə təmizlik sahəsində briqadir vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı vaxtadək aylıq 540 manat əmək haqqının tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin direktoru Elmin Zamanov arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində təmizlik sahəsinin briqadiri vəzifəsinə işə qəbul edilmiş və işə başlama tarixi xx.xx.2010-cu il olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Əmək müqaviləsi bağlandığı vaxtdan xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək fasiləsiz olaraq işləsə də, 25 sentyabr 2024-cü il tarixdə ona iş yerindən zəng vurularaq, bir neçə sənədə qol çəkməyi tələb edildi. Sənədlərlə tanış olan zaman sənədlərdə qanunsuzluq olduğunu, kütləvi surətdə işləməyən, tanımadığı şəxslərə əmək haqqı ödənilməsi barədə mühasibat sənədlərinə imza etdirmək istəsələr də, buna etiraz edən zaman ona artıq işdən azad olunduğunu bildirdilər. Lakin, işdən azad olunan zaman onun yazılı ərizəsi olmamış, 25 sentyabr 2024-cü il tarixinədək ona hər hansı inzibati tənbeh verilməsi barədə əmr belə mövcud olmamışdır. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanovun 25 sentyabr 2024-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləsinin surəti ona təqdim edilmədiyindən, bu barədə dəqiq məlumatı yoxdur. Əmək müqaviləsinin surətinin və əmək kitabçasının əsli dəfələrlə tələb etməyinə baxmayaraq, ona əmək kitabçası və əmrin surəti təqdim edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 15 il ərzində bir dəfə də, olsun töhmət almayıb. Töhmət verilibsə, ona bu barədə məlumat veriməyib. O, öz rəhbəri kimi, İ.Qəhrəmanova tabe olub. İşdən icazə almaq istədikdə İ.Qəhrəmanova müraciət edib. İ.Qəhrəmanov işdən çıxandan sonra ona qarşı təzyiqlər olmuş, ərizəsi ilə işdən çıxmasına təkid edilmişdir. E. Zamanovu rəhbər kimi görməyib. N.Qarayevi isə tədbirdən-tədbirə görüb onu kənar bir şəxs kimi tanıyıb. İş yerində briqadir vəzifəsində çalışıb, yolların işçilər tərəfindən təmizlənməsinə nəzarət edib. Lakin rəhbərliyin ondan tələb etdiyi əmək haqqı cədvəlinin təsdiqi ilə bağlı sənədlərə, hansı ki, işçinin sayı 5 nəfər olduğu halda 100 nəfər kimi göstərilirdi, həmin sənədlərə imza etmək istəmədiyindən ondan ərizəsini yazmaq tələb olunub. Lakin ərizəsini yazmayıb. Bu hərəkətindən sonra adını işə gəlmir kimi sənədləşdiriblər, xx.xx.2024-cü il tarixində işə gedəndə əməkdaşlar ona bir neçə gündür ki, işdən çıxarıldığını bildirmişlər. Halbuki, 25 gün işə getməyibsə, nə üçün onu axtaran olmayıb. N.Qarayev ona işə gəlməsi üçün zəng etməyib. N.Qarayevi ona zəng vurulanda, təhqir edib, lakin bu təhqir qanunsuz hərəkətlərə onu məcbur etmələri ilə əlaqədar olub. Əvvəllər tabellər briqadirlərdə olurdu. E.Zamanovdan sonra qol çəkməli olduqları tabellər onlardan alınmışdır. İyul ayından tabelə qol çəkməyib. İ.Qəhrəmanovdan köhnə işçi kimi ehtiyat etdiklərindən, İbadulla ilə işlədiyi dövrdə tabeli imzalamağa təzyiq olmayıb. MKİS-ə təhkim olunması barədə əmr barədə ona məlumat verilməyib. Şahid qismində məhkəməyə təqdim edəcək həmkarları artıq yoxdular. Onların hər birinin öz adamı olduğundan, rahat şəkildə başqa işə keçmişlər. Özünün isə belə bir durumu yoxdur. Təzə işçilər isə jeklərdən gələn işçilərdir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatına bildirmişdir ki, o, töhmət və şiddətli töhmət heç vaxt almamışdır. Ona töhmət verilməsi ilə bağlı məhkəmə iclasında məlumatlı olmuşdur. Əlavə olaraq bildirir ki, şahidlərdən yalnız X1 məhkəmə iclasına gəlmişdir. Digər şahidlər isə məhkəmə iclasında şahid qismində izahat verməkdən imtina etmişlər. O, təmizlik sahəsinin işçisi olmuşdur. Təmizlik sahəsi Mənzil Kommunal Departamentinin tabeliyində idi. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli, 02 nömrəli ƏMR-dən məlumatı olmamış, nə Binəqədi rayon MKTBnin 72 saylı, nə də ki, 79 saylı MKİS-in işçisi olmamışdır. 15 il müddətində işlə bağlı göstərişi X2 almışdır. Təmizlik sahəsinin rəisi İbadulla müəllim idi, məruzəni həmin şəxsə etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirir ki, birliyin yerlərdə davamiyyətə nəzarət edən işçisi olmur. Belə ki, həmin şəxs ümumiyyətlə bu yoxlamanı fiziki olaraq çatdırmaq imkanına malik deyil. Ona görə də, davamiyyətə MKİS rəhbərləri nəzarət edib. İşçi MKİS-lərə təhkim olunanda əvvəlki əmək haqqları saxlanılıb. Ona görə də, birqadirlə sahə nəzarətçisi eyni vəzifəni icra etsələr də, əmək haqqı fərqli olub. Sahə rəisləri, briqadirlər işçi tabellərini ilkin olaraq imzalyıb, MKİS rəhbərliyinə təqdim edirlər. Orada tabellər ümumiləşdirilir və Birliyə göndərilir. Birlik üçün ilkin tabellərin heç bir əhəmiyyəti yoxdur. Həmin tabellər MKİS özünə təqdim edilir.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, iddiaçıya töhmət verilərkən əmrin surətinin ona təqdim edilibedilməməsi barədə məlumatı yoxdur, ümumiyyətlə bu barədə heç iddiaçının şəxsi işinə də heç bir sənəd əlavə olunmamışdır. İddiaçıya işdən çıxarılması barədə əmrin surəti təqdim edilmişdir. İddiaçının işdə olmaması barədə dəfələrlə akt tərtib edilmişdir. Hətta 72 saylı MKİS-nin mühəndisi N.Qarayev iddiaçını 72 saylı MKİS-ə dəvət etmiş, lakin iddiaçı gəlməkdən imtina etmişdir. Təmizlik sahəsi 2020-ci ilədək Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nəzdində olmuş, 2020-ci ilin yanvar ayında Birliyin rəisinin müvafiq əmri ilə ləğv olunmuş və həmin sahənin bütün işçiləri həmin ərazi üzrə müvafiq olaraq aidiyyəti MKİS-ə təhkim olunmuşlar. İşçiləri həmin ərazi üzrə MKİS-ə təhkim olunan zaman onlarla yeni əmək müqaviləsi bağlanmışdır. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli, 02 nömrəli ƏMR-nə əsasən Təmizlik sahələrinin işçiləri işlədikləri iş sahələrinə müvafiq olaraq aidiyyəti MKİS-lərə təhkim edilmişlər. İbadulla Qarayev işdən çıxana kimi 79 saylı MKİS-in işçisi olmuşdur. Strukturda hər hansı bir dəyişiklik olan zaman bu barədə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinə məlumat verilir. İddiaçı 01.09-xx.xx-2024-cü il tarixlərdə işdə olmamışdır. Bununla bağlı akt tərtib olunmuşdur.
7. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında bildirmişdir ki, 2000-ci ildən təmizlik sahəsində işləmiş, 2 ay olar ki, işdən çıxarılmışdır. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi olmuş, MKTB-nin 72 saylı MKİS-nə təhkim edilmişdir. Köhnə Binəqədi Rayon Məhkəməsinin ətrafında təmizlik işini gördüyü vaxtlarda iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin ətrafında təmzilik işinə nəzarət edirdi. Onlara isə Vələd adlı briqadir nəzarət etmişdir. Vələdə isə 72 saylı MKİS-in işçiləri və ya Birliyin səlahiyyətli şəxsləri nəzarət edirdi. İddiaçını sentyabr ayında işdə görmüşdür. Adətən onu işə gələn vaxtı, bəzən fəaliyyət göstərdiyi ərazinin sərhəddində görmüşdür. Bununla belə konkret olaraq hansı günlərdə, hansı vaxtda gördüyünü xatırlamır.İş fəaliyyətləri belə olmuşdur ki, onlar briqadirindən süpürgəçisinə qədər səhər 07.00-dan təhkim olunduğu ərazidə yığışaraq küçələrin təmizliyinə baxırdılar, iş vaxtı bitməsi barədə briqadirləri onlara məlumat vermişdir. Briqadirlərin vəzifəsi müvafiq ərazidə təmizlik aparılması barədə onları istiqamətləndirmək və fəaliyyətlərinə nəzarət etmək idi. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar:
8. Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsi rəisi B.Səlimli ilə İddiaçı arasında imzalanan xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2010-cu il tarixindən 2 saylı Mənzil Kommunal İstismar Sahəsinə 540 manat əmək haqqı müqabilində, briqadir vəzifəsinə təyin edilmişdir.
9. Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsi rəisi B.Səlimli ilə İddiaçı arasında imzalanan xx.xx.2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2010-cu il tarixindən 2 saylı Mənzil Kommunal İstismar Sahəsinə 540 manat əmək haqqı müqabilində, briqadir vəzifəsinə təyin edilmişdir.
10. İddiaçı məxsus ******* saylı əmək kitabçasından görünür ki, o, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2010-cu il tarixində 98-K saylı əmrlə Binəqədi rayon MKTB-nin Təmizlik Sahəsinin briqadir vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində 110-K saylı əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir.
11. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli, 02 saylı Binəqədi rayon MKTB-nin tabeli strukturlarındakı sahələrin işlərinin təkmilləşdirilməsi haqqında əmrindən görünür ki, Binəqədi rayonu ərazisindəki küçələrin prospekt, səki və daxili yolların süpürülməsi, park və yaşıllıq zolaqlarının yığışdırılması sahəsində nəzarətin artırılması üçün Təmizlik Sahəsinin işçiləri işlədikləri iş sahələrinə müvafiq olaraq, aidiyyəti üzrə MKİS-lərə təhkim edilməsi, təhkim olunmuş işçilərin işə davamiyyəti və iş saatları barədə tabellər aidiyyəti MKİS-lər tərəfindən aparılması, qanunvericilikdı nəzərdə tutulmuş qaydada tabelikdə olan işçilərin həvəsləndirilməsi, onların barəsində intizam tənbehi tədbirlərinin görülməsi təhkim olunduqları MKİS-lər tərəfindən həyata keçirilməklə, əlavə tədbirlərin görülməsi üçün MKTB-nə məlumat verilməsi və s. əmr edilmişdir.
12. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəis əvəzi F.Sadıxlının xx.xx.2020-ci il tarixli, 53/k saylı əmri ilə Binəqədi rayon 79 saylı MKİS-nin təmizlik sahəsinin süpürgəçiləri və briqadiri İddiaçı xx.xx.2020-ci il tarixdən 72 saylı MKİS-nin ərazisini süpürdüklərinə görə adları sadalanan işçilərin şəxsi işləri 72 saylı MKİS-ə təhvil verilməsi əmr edilmişdir. Əsas kimi Binəqədi rayon MKTB-dən daxil olmuş 02 saylı xx.xx.2020-ci il tarixli əmri əsas götürülərək, 79 saylı MKİS-nin xx.xx.2020-ci il tarixində yazılmış aktı göstərilmişdir.
13. 79 saylı MKİS-nin mühəndisi F.Sadıxlı, sahə nəzarətçisi Ə.Paşayev, kargüzarı A.Tahirova, 72 saylı MKİS-nin rəisi V.Balayev, mühəndisi N.Qarayev, kargüzarı A.Alıyeva tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Binəqədi rayon MKTB-dən daxil olmuş 02 saylı, xx.xx.2020-ci il tarixli əmri əsas götürərək, 79 saylı MKİSdə briqadir işində çalışan İddiaçı şəxsi işləri 72 saylı MKİS-nə təhvil verilməsi aktlaşdırılmışdır.
14. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsi V.Balayev tərəfindən verilən xx.xx.2020-ci il tarixli əmrin təsdiq olunmuş surətindən görünür ki, Binəqədi rayon MKTB-dən daxil olmuş 02 saylı xx.xx.2020-ci il tarixli əmri əsas götürərək, İddiaçı 79 saylı MKİS-nin briqadiri işindən köçürmə yolu ilə xx.xx.2020-ci il tarixində 72 saylı MKİS-nə briqadir işinə götürülməsi əmr edilmişdir. Əsas kimi 72 saylı MKİS rəisinin dərkənarı ilə olan İddiaçı ərizəsi göstərilmişdir.
15. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisinə ünvanlanan xx.xx.2024-cü il tarixli 79/1 saylı xidməti məlumatda göstərilir: 72 saylı MKİS-də briqadir işində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi icazəsiz işə gəlməmişdir. MKİS-nin mühəndisi X7 İddiaçı ilə 03,04,xx.xx.2024-cü il tarixlərdə dəfələrlə əlaqə saxlanılsa da, zənglərə cavab verməmişdir.
16. Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi B.Səlimli, mühəndir, N.Qarayev və A.Bayramov tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktda göstərilir: briqadir İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi öz başına icazə almadan işə gəlməmişdir. Ona dəfələrlə zəng edilsə də, zənglərə cavab verməmişdir.
17. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi B.Səlimli tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 66/1 saylı Binəqədi rayon MKTB-nin 72 saylı MKİS-nin briqadiri İddiaçı intizam məsuliyyətinə cəlb olunması haqqında əmrdən görünür ki, Binəqədi rayon, 72 saylı MKİSnin xidməti ərazisində reyd və müşahidələr keçirilərkən təmizlik işlərinin sanitar normalara uyğun təşkili, xidməti ərazilərdə tullantıların yığılaraq zərərsizləşdirilməsi üçün daşınması işlərinin günün tələbləri səviyyəsində qurulmasında nöqsan və çatışmazlıqlar aşkar edilmiş, bununla bağlı briqadir İddiaçı təhkim olunduğu sahələrdə mövcud olan nöqsanlara görə MKİS-nin rəhbərliyinə irad bildirilmiş, müvafiq akt tərtib edilmişdir. İddiaçı izahat verməkdən imtina etmişdir. Qeyd olunanlarla bağlı MKİS-nin rəisi B.Səlimli xidməti məlumatında bu cür hallara yol verən işçilər barəsində tədbir görüləcəyini qeyd etmişdir. Qeyd olunanlar, İddiaçı iş təcrübəsini, kollektivdə nüfuzunu və törədilmiş pozuntunun xarakterini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə Əsasən Əmək funksiyalarını tələb olunan səviyyədə yerinə yetirmədiyinə görə Binəqədi rayon MKTB-nin 72 saylı MKİS-nin briqadiri İddiaçı töhmət verilməsi əmr edilmişdir.
18. B.Səlimli, N.Qarayev, R.Məmmədov tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktda göstərilir: briqadir İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi öz başına icazə almadan işə gəlməmişdir. Ona dəfələrlə zəng edilsə də, zənglərə cavab verməmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı ilə əlaqə saxlayıb, işlə bağlı MKİS-nə çağırılsa da, gəlməyəcəyini deyib telefonu söndürmüşdür.
19. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisinə ünvanlanan xx.xx.2024-cü il tarixli 110 saylı xidməti məlumatda göstərilir: 72 saylı MKİS-də briqadir işində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi icazəsiz işə gəlməmişdir. İddiaçı ilə əlaqə saxlanılıb, işlə bağlı MKİS-nə çağırılsa da, gəlməkdən imtina etmişdir.
20. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi B.Səlimli tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 102/2 saylı Binəqədi rayon MKTB-nin 72 saylı MKİS-nin briqadiri İddiaçı intizam məsuliyyətinə cəlb olunması haqqında əmrdən görünür ki, Binəqədi rayon, 72 saylı MKİSnin xidməti ərazisində reyd və müşahidələr keçirilərkən təmizlik işlərinin sanitar normalara uyğun təşkili, xidməti ərazilərdə tullantıların yığılaraq zərərsizləşdirilməsi üçün daşınması işlərinin günün tələbləri səviyyəsində qurulmasında nöqsan və çatışmazlıqlar aşkar edilmiş, bununla bağlı briqadir İddiaçı təhkim olunduğu sahələrdə mövcud olan nöqsanlara görə MKİS-nin rəhbərliyinə irad bildirilmiş, müvafiq akt tərtib edilmişdir. İddiaçı izahat verməkdən imtina etmişdir. Qeyd olunanlarla bağlı MKİS-nin rəisi B.Səlimli xidməti məlumatında bu cür hallara yol verən işçilər barəsində tədbir görüləcəyini qeyd etmişdir. Qeyd olunanlar, İddiaçı iş təcrübəsini, kollektivdə nüfuzunu və törədilmiş pozuntunun xarakterini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə Əsasən Əmək funksiyalarını tələb olunan səviyyədə yerinə yetirmədiyinə görə Binəqədi rayon MKTB-nin 72 saylı MKİS-nin briqadiri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir.
21. 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin briqadiri İddiaçı tərəfindən Binəqədi rayon MKTB-nin rəisinə yazılan izahatın mətni: Yazaraq, sizə bildirirəm ki, 72 saylı MKİS rəisi Bilal Səlimlinin mənim barəmdə yazdıqları həqiqətə uyğun deyildir. Məlumatda göstərilir ki, mən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işdə olmamışam. Bununla bağlı bildirmək istəyirəm ki, həmin vaxtlarda mən işdə olmuşam, təhkim olunduğum sahələrdə İcra Hakimiyyəti yanı Koroğlu küçəsi, Varovskinin kruqu, Azadlıq pr-ti və digər sahələrdə ərazinin təmizlənməsini təmin etmişəm. Qeyd olunanları nəzərə almağınızı xahiş edirəm.
22. 72 saylı MKİS-nin rəisi B.Səlimli, mühəndisi N.Qarayev, sahə nəzarətçisi R.Məmmədov tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktda göstərilir: briqadir İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi öz başına icazə almadan işə gəlməmişdir. Ona dəfələrlə zəng edilsə də, zənglərə cavab verməmişdir. MKİS-nin mühəndisi N.Qarayev briqadir İddiaçı ilə xx.xx.2024-cü il tarixdə əlaqə saxlayıb işə gəlmədiyi üçün MKİS-nə çağırılsa da, o, gələməyəcəyini təhqiramiz ifadələrlər bildirmişdir.
23. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisinə ünvanlanan xx.xx.2024-cü il tarixli 113 saylı xidməti məlumatda göstərilir: 72 saylı MKİS-də briqadir işində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi heç bir məlumat vermədən işə gəlməmişdir. Dəfələrə zənglərə cavab verməmişdir. MKİS-nin mühəndisi N.Qarayev briqadir İddiaçı ilə xx.xx.2024-cü il tarixdə əlaqə saxlayıb işə gəlmədiyi üçün MKİS-nə çağırılsa da, o, gələməyəcəyini təhqiramiz ifadələrlər bildirmişdir.
24. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar X3 sədri N.Qarayevə ünvanlanan xx.xx.2024-cü il tarixli, 112/1 saylı məktubdan göstərilir: sizin, xx.xx.2024-cü il tarixli məktubunuza əsasən bildirmək istəyirəm ki, məktubda göstərilən İddiaçı işə çıxmaması ilə əlaqədar məktubunuz Sahə Həmkarlarda müzakirə olunmuşdur. Bununla bağlı X6 Təşkilatı bildiririk ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmadığına görə onun işdən azad olunmasına Həmkarlar İttifaqı etiraz etmir.
25. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi B.Səlimli tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110-K saylı əmrdən görünür ki, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin briqadiri İddiaçı xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əmrdə əsas kimi 72 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt göstərilmişdir.
26. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli, 435-K saylı əmrinin surətindən görünür ki, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 113 saylı xidməti məlumat və sənədlərə (əmrlər, aktlar, bildirişlər və s) əsasən 72 saylı MKİS-nin briqadiri xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işə çıxmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə (ƏM-nin 72 ci maddəsində göstərilən mək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024-cü il tarixindən işdən azad edilməsi və xx.xx.2010-cu il tarixli 55 saylı əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.
27. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 1.10.2010-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli əmri ilə xitam verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
28. İddiaçı xx.xx.2010-cu il tarixdən Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində təmizlik sahəsinin briqadiri vəzifəsinə işə qəbul edilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 540 manat olmuşdur.
29. MKTB-nin rəisinin xx.xx.2020-ci il tarixli əmri ilə təmizlik sahəsinin işçiləri, o cümlədən İddiaçı işlədikləri iş sahələrinə müvafiq olaraq aidiyyəti MKİS-lərə təhkim edilmişlər.
30. İddiaçı belə əmrin qanunsuz olduğunu və Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin həmin əmrdən xəbərsiz olduğunu bildirsə də, məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, MKTB-nin təsərrüfat funksiyalarının icrası ilə əlaqədar işin səmərəliliyinin və keyfiyyətinin artırılması, bu sahədə nəzarətin gücləndirilməsi üçün təsərrüfat xarakterli və işə götürən kimi fərdi əmrlər vermək hüququ vardır.
31. Təmizlik sahələrinin işçiləri müvafiq MKİS-lərə təhkim edilərkən, iddiaçı əvvəlcə Binəqədi rayon 79 saylı MKİS-ə, 2020-ci ilin oktyabrından isə 72 saylı MKİS-ə təhkim edilmişdir. Bu zaman işçilərin şəxsi işlərinin müvafiq MKİS-lərə təhvil verilməsi ilə yanaşı, MKİS-lər tərəfindən işçilərlə əmək müqavilələrinin bağlanması görüntüsü yaradılmış və o cümlədən iddiaçı ilə də belə bir müqavilə bağlanılmışdır. Hansı ki, iddiaçı bildirmişdir ki, həmin əmək müqaviləsindən xəbəri yoxdur və müqavilədəki imza ona məxsus deyil. Birliyin məhkəmə iclasında iştirak edən nümayəndəsi də həmin faktı təqzib etməmiş, əksinə həmin müqavilələrin elektron informasiya sistemində elektron sənəd formasında bağlanmadığını qəbul etmişdir.
32. MKTB-nin rəisi Elmin Zamanovun xx.xx.2024-cü il tarixli, 435-k nömrəli əmrinə əsasən Binəqədi rayon MKTB-nin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 113 saylı xidməti məlumat və sənədlərə (əmrlər, aktlar, bildirişlər vəs.) əsasən 72 saylı MKİS-in briqadiri İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək üzrsüz səbəbdən işə çıxmadığına görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə (ƏM-nin 72-ci maddəsində göstərilən əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024-cü il tarixdən işdən azad edilməklə xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir.
33. Əmrin verilməsinə əsasən olan sənədlər: 1) 72 saylı MKİS-in rəisi B.Səlimli, mühəndisi N.Qarayev, sahə nəzarətçisi R.Məmmədovun xx.xx.2024-cü il tarixli akt-ı, hansı ki, həmin akt-da qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi öz başına icazə almadan işə gəlməmiş, dəfələrlə zəng edilsə də, zənglərə cavab verməmiş, N.Qarayev tərəfindən onunla əlaqə saxlanılsa da təhqiramiz ifadələrlə gəlməyəcəyini bildirmişdir. 2) 72 saylı MKİS-in rəisinin xidməti məlumatı-hansı ki, həmin məlumat AKT-la eyni məzmunda olmuşdur. 3) Üzrsüz səbəbdən işə çıxmaması barədə işçiyə töhmət və şiddətli töhmət verilməsi barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli 72 saylı MKİS-in rəisinin əmrləri.
34. Bundan əlavə səlahiyyəti olmamasına baxmayaraq, 72 saylı MKİS-in rəisi tərəfindən xx.xx.2024-cü il tarixli, 110-k nömrəli əmr verilmişdir və həmin ƏMR-də İddiaçı xx.xx.2024-cü il tarixdən ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi MKİS-in qəbul etdiyi bu əmrin formal və xidməti məlumat xarakteri daşıdığını və hər hansı hüquqi nəticə doğurmadığını bildirmişdir.
35. İşçinin işdən azad edilməsi ilə bağlı 72 saylı MKİS-in rəisinin müraciətinə 72 saylı MKİS-in Həmkarlar İttifaqının sədri tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu ilə etiraz edilməmişdir.
36. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğunu belə əsaslandırır ki, o, Birliyin qanunsuz tələblərinə etiraz etdiyi üçün ona qarşı belə addım atılmışdır. Belə ki, ondan dövlət vəsaitini mənimsəmək üçün satxa tabellərə imza etmək tələb edilsə də, o, buna etiraz etmiş və müvafiq qurumlara şikayət edəcəyini bildirmişdir. Bundan başqa, o, hər zaman işdə olmuş, lazım olanda isə işdən icazəni rəhbəri İ.Qəhrəmanovdan almışdır. Sonuncu işdən çıxandan sonra ona təzyiqlər başlamışdır. İşdə olduğunu sübut etmək üçün onunla çalışan işçilərin şahid qismində dindirilmələrini təmin edə bilmir, çünki onlar ifadə vermək istəmirlər və o da onları çətin vəziyyətə salmaq istəmir.
37. Cavabdeh tərəf isə iddiaya etiraz edir və etirazını təqdim etdiyi sənədlərlə və Əmək Məcəlləsinin prosedurlarına düzgün əməl edilməsi ilə əsaslandırır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
39. 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
40. 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
41. 71.2 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
42. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
44. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
45. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
46. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
47. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
48. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
49. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
50. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
51. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə iddiaçının tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Hansı ki, həmin normaya əsasən məhkəmə işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydaların tələbinə riayət edib etməməsini yoxlayır. Eyni zamanda yuxarıda göstərilən normaların tələbindən də müəyyən edildiyi kimi işəgötürən qəbul etdiyi əmrədə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalı, əmək müqaviləsinə xitam verilməsi barədə sənədləşmə qaydalarına riayət etməlidir, əks halda onun qəbul etdiyi əmr məhkəmə qərarına əsasən etibarsız hesab edilə bilər.
52. Hazırki mübahisənin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən işəgötürən qəbul etdiyi əmri müvafiq AKT-lara əsasən əsaslandırmış və əmək müqaviləsinə xitam verilməsi qaydalarına riayət etmişdir. Belə ki, işəgötürən işçinin hər hansı üzrlü səbəb olmadan işə gəlməməsi barədə işçiyə birbaşa nəzarət edən səlahiyyətli şəxslərin məlumatını əsas götürərək, həmkarlar ittifaqının razılığını alaraq, işçinin izahatını alaraq əmək müqaviləsinə xitam vermişdir. Odur ki, işçi işəgötürənin müəyyən etdiklərinin əksinə əmək funksiyasını icra etdiyini iddia edirsə sübutetmə yükü onun üzərinə düşür. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahidin(briqadirin nəzarəti altında çalışan süpürgəçi) həmin əmr barədə məlumatının olması nəzərə alındıqda, iddiaçı onun fəaliyyətinə nəzarətin MKİS-lər tərəfindən aparılmalı olması barədə ƏMR-dən məlumatlı olmadığı barədə dəlilləri inandırıcı deyildir. Dolayısı ilə əmək intizamı barədə MKİS-in rəhbərliyi və ya onun fəaliyyətinə nəzarət edən əməkdaşı qarşısında hesabat verməli olmaması barədə iddiaçının dəlilləri də əsassızdır. Bununla belə, iddiaçı ona qarşı qərəzli münasibət göstərildiyi, işdə olmaması barədə saxta AKT tərtib edildiyi barədə istinad etdiyi dəlillərini sübut etməli olduğu halda bunu edə bilməmişdir. Hansı ki, dəfələrlə iddianın əsaslılığı ilə bağlı iddiaçıya mümkün ola biləcək sübutların, varsa şahidlərin təqdim edilməsi təklif edilsə də, iddiaçı həmin dövr üçün kollektivindən əməkdaş qalmadığını, təklif etdyi şəxsləri isə ifadə verməkdən imtina etdiklərini əsas gətirməklə, cavabdeh tərəfin dəlillərini təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında dindirilən şahid isə bildirmişdir ki, onun işlədiyi əraziyə Vələd adlı briqadir nəzarət etmiş, İddiaçı isə başqa əraziyə təhkim edilmişdir, İddiaçı 2024-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixlərdə ərazidə görsə də, lakin onun işlədiyi yer Teymurun olmalı olduğu yeri gözlə görmə məsafəsində olmadığına görə konkret məlumat verə bilməmişdir. Məhkəmə şahid ifadəsini müəyyən edilməli olan faktı birbaşa təsdiq edən sübut kimi qiymətləndirməyərək hesab edir ki, iddiaçı tələbinin dəlilləri ilə bağlı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, iddiaçı uzun zaman kəsiyinə aid olan dövr üçün(ən azından xx.xx.2025-xx.xx.2025) kifayət qədər sübut təqdim etmək imkanına malik olmuşdur və işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
53. Bununla bağlı qanunvericiliyin mövqeyi belədir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Hazırki iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Tətbiq edilən prosessual normalar:
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
55. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
56. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
57. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
58. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.
59. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddiaçı cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev