Məhkəmə qərarları › İş №2(001)-2396/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2396/2025

19.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2396/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X8 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə 08 oktyabr 2010-cu il tarixində ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Aralarında yaranmış ailə mübahisəsinin məhkəmədə həll olunması üçün qanunvericiliyin tələblərinə müvafiq qaydada mediasiya təşkilatına müraciət etmişlər. Mediasiya təşkilatında mediasiya prosesi zamanı cavabdeh Maraqlı şəxs ilə razılıq əldə etmiş və aralarında 29 fevral 2024-cü il tarixli, MŞB/8/2024-00358 nömrəli barışıq sazişi üçtərəfli qaydada imzalanmışdır. Aralarında yaranmış ailə mübahisəsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2998/2024 nömrəli qətnaməsinə əsasən 1384 nömrəli akt qeydi ilə 08 oktyabr 2010-cu il tarixində aralarında bağlanmış nikah pozulmuşdur. Uşaqların saxlanılması üçün aliment isə barışıq sazişi ilə tənzimləndiyindən məhkəmə qətnaməsində onun icrası öz əksini tapmamışdır. Barışıq sazişinin icrası mütəmadi olaraq gecikir və bəzən bir neçə ay yubanır. Yəni cavabdeh Maraqlı şəxs barışıq sazişi ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Halbuki barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalı idi. Bu səbəbdən Maraqlı şəxs ilə aralarında bağlanmış 29 fevral 2024- cü il tarixli, MŞB/8/2024- 00358 nömrəli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Maraqlı şəxs xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00358 saylı Barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və həmin sazişdə aşağıdakılar göstərilmişdir: “ ...1.İkinci tərəf: Ərizəçi bu Sazişi imzaladıqdan sonra Birinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu tarixdə № 1384 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2.İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3.İkinci tərəf Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2016-cı if təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 5-dən 10-na dək üç uşaq üçün ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin birinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. 4.İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir.” Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli, MŞB/8/2024-00358 saylı Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs aylıq hər üç uşağa görə ümumilikdə 200 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən qeyd olunanlar hal-hazırkı vaxtadək icra edilməmişdir. İş materiallarında olan sənədlərlə Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində sadalanmış əsasların mövcud olması təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00358 saylı Barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə hesab edir k, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticə hissəsi QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 00358 saylı Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “...2.İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3.İkinci tərəf Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2016-cı if təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 5-dən 10-na dək üç uşaq üçün ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin birinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. 4.İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir.” Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar