Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2645/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X26 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16- 5/7-43/25 saylı məktubla xx.xx.1946-cı il tarixdə Ermənistan Respublikasının Razdan rayonunun Axundov kəndində doğulmuş anası X2 adına doğum haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktı qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Yuxarıda qeyd edilən məktubda həmçinin bildirilmişdir ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiklərindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. X17 xx.xx.1946-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonunun Axundov kəndində doğulmuş, həmçinin, atası Murtuz Mahmudov da 1944-cü ildə həmin kənddə doğulmuş və hər ikisi uzun müddət orada yaşamışlar. Valideynləri xx.xx.1964-cü il tarixdə Sevan rayonunda birgə nikahlarını qeyd etdirməklə evlənmişlər və 1665-ci ildə onların birgə nikahlarından o, yəni Ərizəçi doğulmuş, bu barədə ona xx.xx.1965-ci il tarixdə orada doğum haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə, onlar ailələri ilə, eləcə də ata və ana nəsli üzrə qohumları ilə birlikdə uzun müddət orada yaşamışlar, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma dədəbaba yurdlarından qaçqın düşərək Azərbaycan Respublikasına gəlmişlər. Valideynləri ömrünün sonunadək Bakı şəhərində yaşamış, anası xx.xx.2009-cu il tarixdə, atası isə xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişlər və burada dəfn edilmişlər. Bu faktı valideynləri ilə birlikdə Ermənistanda və sonradan Azərbaycanda yaşayan çoxlu qohumları təsdiq edə bilərlər. Bununla yanaşı, anası Azərbaycana gəldiyi və yaşadığı vaxt onun doğum haqqında şəhadətnaməsi özündə olmuş, lakin onun vəfatından sonra həmin sənəd naməlum şəkildə itmişdir. O, hazırda yaranmış zərurətlə əlaqədar onun doğum haqqında şəhadətnaməsini bərpa etmək istəyir. Yuxarıda qeyd edilən səbəbdən Maraqlı şəxs tərəfindən həmin sənədin verilməsi mümkün olmamışdır. Bu əsasla hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.1946-cı il tarixdə doğulmuş, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X5 onun anasıdır. O, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, Korpus 37, ev 295-də qeydiyyatda olmuşdur. Mərhum anası Z.Mahmudova xx.xx.2009-cu il tarixdə vəfat etmiş, Bakı şəhərində dəfn edilmiş və ona xx.xx.2009-cu il tarixdə Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Anasının Ermənistanda doğulması, uzun müddət orada yaşaması, Azərbaycana köçməsi və burada yaşaması, eləcə də digər hallar yaxın qohumları tərəfindən məhkəmə iclasında təsdiq oluna bilər. Anasının doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi ona vərəsəlik işi ilə bağlı aidiyyəti orqan və təşkilatlara təqdim etmək üçün lazımdır. Ərizəçi ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3 maddəsi ilə əsaslandıraraq, X2 xx.xx.1946-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonunun Axundov kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi və həmin akt qeydində onun anasının doğum tarixinin xx.xx.1946-ci il kimi, doğulduğu yerin Ermənistan Respublikası, Razdan rayonu, Axundov kəndi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/7-43/25 №-li məktubdan görünür ki, qeydiyyat şöbəsi tərəfindən onun müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlılq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Eyni zamanda bildirilmişdir ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiklərindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı, 771424 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı, 355433 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZE seriyalı, 02270323 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1946-cı il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 05462765 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 XX.XX.1944-cü il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda doğulmuşdur. İş materiallarında olan İ-ЗЖ seriyalı 127276 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında xx.xx.1964-cü il tarixdə nikah bağlanmış və 6 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan İ-ЗЖ seriyalı 816108 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Razdan rayonunda doğulmuş, atası X8, anası isə X4r. İş materiallarında olan İ-СЛ seriyalı 498285 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 dekabr 1974-cü il tarixdə Razdan rayonunda doğulmuş, atası X8, anası isə X4r. İş materiallarında olan Axta rayonu VVAQ bürosu tərəfindən verilmiş İ-ЗЖ seriyalı, 199908 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 1944-cü ildə Razdan rayonunda anadan olmuşdur, atası X14, anası isə X3r. İş materiallarında olan Axta rayonu Meğrazor kəndi tərəfindən verilmiş ЗЖ seriyalı, 437558 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 1952-ci ildə Axta rayonu, Axundov kəndində anadan olmuşdur, atası X10, anası isə X1r. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 29 aprel 2025-ci il tarixli 3-13-46/2-19139/2025 №-li məktubdan görünür ki, X2 xx.xx.2005-ci il tarixdə ilkin şəxsiyyət vəsiqəsi almasına əsas olmuş sənədlər DİN-in normalarına uyğun olaraq məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ərizəçinin bacısı olmaqla yanaşı, anasının Qərbi Azərbaycanda 1946-cı ildə doğulduğunu, 1988-ci ildə Azərbaycana köçdükdən sonra doğum haqqında şəhadətnamənin itirildiyini bildirərək, X2 10 fevral 1946-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonu, Axundov kəndində doğulması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ərizəçinin dayısı olmaqla yanaşı, ailədə səkkiz uşaq olduqlarını, Azərbaycana köçdükdən sonra doğum haqqında şəhadətnamənin itirildiyini bildirərək, bacısı X2 10 fevral 1946-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonu, Axundov kəndində doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi anası X2 10 fevral 1946-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonu, Axundov kəndində doğulmasının qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X2 10 fevral 1946-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonu, Axundov kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 10 fevral 1946-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonu, Axundov kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2645/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2645/2025
15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver