Məhkəmə qərarları › İş №2(001)-7225/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7225/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7225/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi Şahid qızının iştirakı ilə Ərizəçi Şahid “doğum akt qeydinin bərpsı barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Şahid ərizə ilə məhkəməyə müraciət edərək, Şahid 15 may 1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonu Mağaracıq kəndində anadan olması, atasının X9, anasının X3 olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şahid 15 may 1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonu, Mağaracıq kəndində doğulmuşdur. O, 1988-ci iləd məlum hadisələrdən sonra Ermənistandan Azərbaycana köçmüşdür. Qızı ilə birlikdə əvvəlcə Şəmkir rayonunda, daha sonra isə Bakı şəhərində məskunlaşmışdır. Ərizəçi Qurbanova doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Məlumat üçün bildirmişdir ki, ərizəçnin X5, anası X3 adlı şəxslər olmuşdur. Milliyətcə azərbaycanlıdırlar. Bu barədə ərizəçinin bacısının doğum haqqında şəhadətnaməsində qeyd vardır. Ərizəçi hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Ərizəçi sənədi olmadığı üçün faktiki yaşadığı ünvana pasport qeydiyyatına düşə bilər. Ərizəçi dəfələrlə doğum haqqında şəhadətnaməni almağa cəhd etsə də, bürokratik əngəllərdən qorxmuş, savadsızlığı nəticəsində bu işi bitirə bilməmişdir. Hal-hazırda ərizəçi üçün şəxsiyyət vəsiqəsini almaq zəruridir. Belə ki, məlum olduğu kimi Respublikada tətbiq olunan karantin rejimi ilə əlaqədar vaksin olunmalıdır. Əks halda işləyə bilmir. Lakin şəxsiyyət vəsiqəsi olmadığına görə ona vaksin vurulmur. O, şəxsiyyət vəsiqəsini almaq üçün doğum haqqında şəhadətnaməni təqdim etməlidir. Qeydiyyat şöbəsinin 30.08.2021-ci il tarixli cavab məktubu ilə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məktubda qeyd edilir ki, ərizəçi Qurbanovanın şəxsiyyətini təsdiq edən sənədlər olmadığından doğumu haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, bildirmişdir ki ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.Əvvəlki məhkəmə iclasında isə ərizəçi bildirmişdir ki, o, 15 may 1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda Mağaracıq kəndində anadan olmuşdur. 1988-ci il hadisələri ilə bağlı Ermənistandan Azərbaycana köçmüşlər. Əvvəlcə Şəmkir rayonunda, daha sonra Bakı şəhərində məskunlaşmışdır. Onun doğum haqqında şəhadətnaməsi və digər sənədləri olmuşdur, lakin həyat yoldaşı 1988-ci ildə onları götürmüş və daha sonra həyat yoldaşı vəfat etdiyindən sənədlər də itib-batmışdır. Onun hələdə şəxsiyyət vəsiqəsi yoxdur və qeydiyyatsız yaşayır. X5 olmuşdur. Ondan böyük qardaşları var, onlar doğum faktını təsdiq edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş-etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasın maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Kazımova Fatmabaim ifadəsində bildirmişdir ki, özü 1949-cu ildə Ermənistan Respublikasının, Mağaracıq kəndində doğulmuşdur. Ərizəçi Əntiqə isə 15 may 1969-cu ildə anadan olmuşdur. Həmin ərəfədə o, azyaşlı uşaq olmuşdur. Lakin ona məlum idi ki, xalasının uşağı olub və adını Əntiqə qoyublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, özü 1940-cı il təvəllüdlüdür və ərizəçinin qardaşıdır. Əntiqə 1959-cu il may ayının 15-də Ermənistan Respublikasının Mağaracıq kəndində doğulmuşdur. X15 anası Qurbanova Gülşaddır. Ataları eyni adam olsa da, anaları fərqlidir. Əntiqə doğulanda onun 19 yaşı olmuşdur. Özü bacısının doğulduğu vaxtı xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşıdır və ondan balacadır. Bacısı 15 may 1959-cu ildə doğulub. Ad günü qeyd etmədikləri üçün, bacısının yaşı ilə əlaqədar nə zaman ad günü qeyd etdikləri barədə nəsə deyə bilmir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən özünü Şahid kimi təqdim edən vətəndaşa ünvanlanan məktubun surətindən görünür ki, ərizəçi 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnaməsinin bərpa edilməsini xahiş etmişdir. Şöbəyə doğum qeydinin həqiqət olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) və şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadığına görə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə ərizənin təmin edilməsi qeyri-mümkün olmuşdur. Amasiya rayon, mağaracıq kənd soveti tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14.05.1970-ci ildə Mağaracıq kəndində doğulmuş, X5, anası X2r. Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilən AZ seriyalı, № 063306 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 29 yanvar 2000-ci ildə 71 yaşında Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 aprel 2000-ci ildə 296 № ilə qeyd edilmişdir. AZE seriyalı, 17900329 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1940-cı ildə Ermənistan Respublikasının, Amasiya rayonunda doğulmuşdur; AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 27.08.1961-cı ildə Ermənistan Respublikasında doğulmuşdur; 02.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən ərizəçi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ərizəçinin əvvəllər doğum akt qeydi mövcud olmuş, lakin doğum haqqında şəhadətnamənin əsli 1988-ci ildən Ermənistandan Azərbaycan Respublikasına köçərkən itdiyindən onu bərpa etmək mümkün olmamışdır. Doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçi ona şəxsiyyət vəsiqəsinin verilməsi üçün aidiyyatı orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hazırda qeyd edilən hüquqi faktın müəyyən edilməsi, cavabdehə şəxsiyyət vəsiqəsi əldə etmək, yaşadığı ünvana pasport qeydiyyatına alınmaq, vaksinasiyadan keçmək və s. üçün zəruridir. Əlavə olaraq müəyyən edilmişdir ki, X10, X6 və X8 ərizəçinin bacı və qardaşlarıdır. Belə ki iş materiallarında olan ərizəçinin bacısının X4 doğum haqqında olan şəhadətnaməsində valideynləri qrafasında atasının adı X9, anasının X1 qeyd olunmuşdur. Ərizəçinin valideyləri ölmüşdür. Ərizəçinin doğumunun qeyd edilməsinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi özünün doğulması faktını təsdiq edən sənədi başqa yolla əldə edə bilmir. Müəyyən edilməsini xahiş etdiyi fakt isə hüquqi əhəmiyyətlidir. Ərizəçi Şahid 15.05.1959-cu ildə Ermənistan Respublikasının, Amasiya rayonu Mağaracıq kəndində doğulması, atasının X9, anasının X3 olması bacısının doğum aktı qeydində olan məlumatlar və şahid ifadələri ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Şahid doğumunun qeyd edilmə faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikasının, Amasiya rayonu Mağaracıq kəndi”, doğum tarixi qrafasında “15.05.1959cu il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X9”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X3”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməlidir. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Şahid doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikasının, Amasiya rayonu, Mağaracıq kəndi”, doğum tarixi qrafasında “15.05.1959-cu il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X9”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X3”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar