Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4363/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTK arasında olan “Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” 3/6/2B-36, 3/6/2A-37, 3/6/3A-38 nömrəli, 24 oktyabr 2024-cü il tarixli müqavilənin 6.6cı bəndində olan səhvə düzəliş edilməsi və iddiaçıya təqdim olunan mənzilin daxili divarları hesablanmaqla - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 79 kv.m, - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 78 kv.m, - 1 ədəd 3 otaqlı mənzil ümumi daxili sahəsi 94 kv.m göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aramızda “ Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair ” № 3/6/2B-36, 3/6/2A -37, 3/6/3A- 38 saylı, 24 oktyabr 2024- cü il tarixli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, cavabdeh, mülkiyyətində olan 74 kv.m (+14,8 kv.m (20%))+ 60 kv.m (zirzəmi sahəsi) = 148.8 kv.m sahənin əvəzinə hazırkı müqavilənin 1.2-ci bəndlərində nəzərdə tutulmuş şərtlərlə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa ediləcək: - 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 79 kv.m olan 2 (iki) otaqlı 2B-36 saylı təmirsiz mənzil, -3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı 2A-37 saylı təmirsiz mənzil, -3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzili onun mülkiyyətinə verməyi (cəmi 251 kv.m olmaqla) öhdəsinə götürmüşdür. Ona verilməli olan cəmi 251 kv.m sahənin verilməsi, müqavilənin 1.2-ci maddəsinə əsasən müvəqqəti yaşayış üçün veriləcək hər ayda nəzərdə tutulan 900 azn kirayə haqqı və 500 azn anbardan istifadəyə görə istifadə haqqı olaraq, ümumi 1400 azn məbləğin 36 ay üçün cəmi olaraq 50 400 azn və 148.8 kv.m sahənin təmir pulu olaraq 220 azndən hesablamaqla 32 736 azn məbləğin tərəfindən imtina etməklə, cəmi 83 136 (50 400 +32 736) azn məbləği, kv.m dəyəri 1600 azn olmaqla əvəzləşdirmə apararaq, əlavə 51.96 kv.m olmaqla nəzərdə tutulmuşdur. Bununla bağlı müqavilənin 2.2.10 və 2.2.1 ci bəndlərində də təhvil veriləcək mənzillərin 1 ədəd 2 (iki) otaqlı 2B-36 saylı təmirsiz mənzil, 1 ədəd 2 otaqlı 2A-37 saylı təmirsiz mənzil və 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzil olması göstərilmişdir. Aralarında bağlanmış müqavilə əsasında onun tərəfindən cavabdehə təhvil verilmiş əmlak aşağıdakılardan ibarət olmuşdur: - ünvan 1 ünvanda inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən hüquqi sənəd üzrə 3, faktiki olaraq 4 otaqlı, təmirli, 11 saylı mənzil- ümumi sahəsi 92,51 kv.m, - ünvan 1 ünvanda inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın, zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi - 32,86 kv.m, - ünvan 2 ünvanda inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən, 11 saylı mənzilin tərkib hissəsi olan 2-ci zirzəmi, ümumi sahəsi - 20,19 kv.m, - ünvan 1 ünvanda inşa edilmiş 3 mərtəbli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən, 11 saylı mənzilin tərkib hissəsi olan 3-cü zirzəmi, ümumi sahəsi - 23,54 kv.m. Qeyd olunan yaşayış və qeyri yaşayış sahələri cavabdehə təhvil verilmiş və onların əvəzi olaraq, eyni zamanda zamanda 36 aylıq kirayə haqqı və təmir haqqı üzərinə gəlməklə aramızda olan razılaşmaya əsasən mənə, ümumi sahəsi 79 kv.m olan 2 (iki) otaqlı 2B-36 saylı, ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı 2A- 37 saylı təmirsiz mənzil, ümumi sahəsi 94 kv.m olan 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzili, cəmi 251 kv.m sahənin mənim verilməsi nəzərdə tutulmuşdur. Onun yaşayış tərzi onun üçün çox rahat və əlverişli səviyyədə olduğundan arada olan razılaşma qısa müddət ərzində tələm-tələsik, ona və ailəsinə müxtəlif təzyiqlər göstərilməklə, eyni zamanda yaşadığı mənzilin Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, (hansıkı, sonradan məlum olmuşdur ki bu qərardad qeyri-qanuni olduğundan Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur) onun iradəsinə zidd olaraq boşaldılacağı, onu və ailəsinin məcburi olaraq köçürüləcəyi, binaya girişin qadağan olacağı, həmin ərazinin çəpərlənəcəyi hədələri altında, gərginlik və məcburiyyət qarşısında belə bir müqavilənin bağlanması mümkün olmuşdur. Yəni, nəticədə (uzun sürən mübahisələrdən sonra) - verdiyi əmlakın müqabilində, gələcəkdə, ümumi sahəsi 251 kv.m sahədən ibarət mənzillərin əldə olunması barədə razılıq əldə olunmuşdur. Bununla belə, sonradan, ona məxsus əmlakı tərk edərək ailəsi yerləşdirdikdən, arada olan gərginlik aradan qalxdıqdan və hüquqi yardim məqsədi ilə peşakarlara müraciət etdikdən sonra məlum olmuşdur ki, aralarında olan razılaşmaya əsasən, ona verilən mənzil 251 kv.m deyil, ümumiyyətlə 179 kv. m təşkil edir. Ondan da 51.96 kv.m sahəsi kirayə haqqı və təmirin pulu təşkil edir, belə çıxır ki tərəfindən təqdim olunan əmlakın əvəzinə ona cəmi 127 kv.m (179 kv.m - 51.96 = 127) təqdim olunur. Belə ki, cavabdeh tərəfindən tərtib olunan müqavilənin 6.6-cı bəndində qeyd olunmuşdur ki, ümumi sahəsi 79 kv.m olan 2 (iki) otaqlı 2B-36 saylı, ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı 2A-37 saylı təmirsiz mənzil, ümumi sahəsi 94 kv.m olan 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzil xarici oxlardan hesablanmaqla, ona veriləcək sahə 1 ədəd 2 otaqlı 2B-36 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 69 kv.m, 1 ədəd 2 otaqlı 2A-37 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 67 kv.m, 1 ədəd 3 otaqlı 3A-38 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 43 kv.m təşkil edir (cəmi 179 kv.m). Hesab edir ki, aralarında olan razılaşma ümumi sahə 251 kv.m olduğu halda və hər yerdə bu qeyd olunduğu halda, ona cəmi 179 kv.m sahənin təklif olunması absurtdur və aldatmadan başqa bir şey deyildir. Digər tərəfdən, yaşadığı “Stalinka” tipli binanın qalınlığı iki daş olmaqla 45-50 sm olduğu halda ona məxsus əmlak daxili divarlarla hesablandığı halda, təklif olunan əmlak xarici divarlarla hesablanır. Bu nə deməkdi və hansı məntiqli hesablamalardan irəli gəlir? Hal bu ki, çoxmənzili binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması44 qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşmələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Lakin bununla belə cavabdeh tərəfindən, müxtəlif yalanlara, təzyiq və böhtanlara məruz qoyaraq, tikinti ilə bağlı bütün sənədlərin hazır olmaqla məhkəmə qərardadına əsasən məcburən çıxaracağı barədə hədələri nəticəsində tələm-tələsik müqavilə bağlayaraq onu ailəsi ilə oranı tərk etməyə sövq etməsi aldatmadan başqa bir şey deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qismən qəbul edərək, müqavilənin 6.6-cı bəndində mənzilin ümumi daxili sahəsinin 43 m2 göstərilməsinin texniki səhv olduğunu qəbul etdiklərini, həmin hissədə iddianın təmin olunmasına etiraz etmədiklərini, iddianın qalan hissədə təmin olunmamasını, müqavilənin sərbəst formada bağlandığını, müqavilə bağlanarkən iddiaçıya şərtlərin izah olunduğunu bildirdi. İş materiallarında olan Əvəzləşdirilmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair xx.xx.2024-cü il tarixli, 3/6/2B-36, 3/6/2A-37, 3/6/3A-38 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən Cavabdeh MTK, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43, 45 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi”nin söküntüsü nəzərdə tutulmuş 41 №-li binanın 11 №-li mənzilinin əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, **********84-05101-093026 reyestr nömrəli Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) və 41 saylı binadakı istifadəsində olan zirzəmi sahəsi və 41 saylı binadakı istifadəsində olan zirzəmi sahəsi əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2018-cü il tarixli, **********84-05101-083001 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə (74 kv.m + 14.8 kv.m (20%) + 60 kv.m (zirzəmi sahəsi) = 148.8 kv.m, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa edəcəyi 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 79 kv.m olan 1 ədəd 2 (iki) otaqlı 2B- 36 saylı təmirsiz mənzili, 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı 2A-37 saylı təmirsiz mənzili və 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 94 kv.m olan 1 ədəd 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzili bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş şərtlər əsasında “Mənzil mülkiyyətçisinin mülkiyyətinə verməyi, “Mənzil mülkiyyətçisi" isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, daxili sahəsi 74 kv.m (Çıxarışa əsasən 69.3 kv.m) olan söküləcək 11 saylı mənzilini və 60 kv.m (Çıxarışa əsasən 32.9 kv.m) olan söküləcək zirzəmi sahəsini “Kooperativ”ə təhvil-təslim aktı əsasında təhvil verməyi və “Tərəflər” arasında müəyyən edilmiş qrafik əsasında ödənişləri “Kooperativ”ə ödəməyi öhdələrinə götürürlər. 1.2-ci bəndinə əsasən “Mənzil Mülkiyyətçisi” “Kooperativ” tərəfindən müvəqqəti yaşayış üçün ona veriləcək 900 (doqquz yüz) azn mənzilə görə və 500 (beş yüz) azn (zirzəminin ambar olaraq istifadəsinə görə verilən) kirayə haqqından imtina edərək (1400 azn x 36 ay) = 50400 (əlli min dörd yüz) manatından və ona veriləcək mənzilin təmiri üçün nəzərdə tutulan (148.8 kv.m x 220 azn) = 32736 (otuz iki min yeddi yüz otuz altı) manatından imtina edir, əvəzində isə (50400 azn + 32736 azn) = 83136 (səksən üç min bir yüz otuz altı) “Kooperativ’dən (83136 azn : 1600azn) = 51.96 kv.m sahə alır. (148.8 kv.m + 51.96 kv.m = 200.76 kv.m) “Kooperativ” tərəfindən əlavə olaraq 17.24 kv.m əvəzsiz sahə verilməklə (200.76 kv.m + 17.24 kv.m = 218 kv.m) 1 ədəd 2 (iki) otaqlı mənzil təmirsiz ümumi daxili sahəsi 69 kv.m olan, 1 ədəd 2 (iki) otaqlı təmirsiz mənzil ümumi daxili sahəsi 67 kv.m olan və 1 ədəd 3 (üç) otaqlı təmirsiz mənzil ümumi daxili sahəsi 82 kv.m olan təmirsiz mənzil, bu müqavilənin şərtlərinə uyğun olaraq verilir. (Bu müqavilə üzrə “Kooperativ tərəfindən 11 saylı mənzilə görə “Mənzil Mülkiyyətçiləri”nə əvəzsiz olaraq verilən əlavə kvadrat sahəsi (14.8 kv.m (20%) + 17.24 kv.m) = 32.04 kv.m təşkil edir). 5.1-ci bəndinə əsasən bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqlıqların aparılması yolu ilə həll edilir. 5.2-ci bəndinə əsasən qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. 6.6-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, bu müqavilənin şərtlərinə əsasən “Mənzil mülkiyyətçisinin mülkiyyətinə veriləcək 1 ədəd 2 otaqlı 2B-36 saylı mənzilin hesablanmış ümumi sahəsi 79 kv.m, 1 ədəd 2 otaqlı 2A-37 saylı mənzilin hesablanmış ümumi sahəsi 78 kv.m və 1 ədəd 3 otaqlı 3A-38 saylı mənzilin ümumi sahəsi 94 kv m həmin ərazidə inşa ediləcək yaşayış binalarının tikintisi üçün təsdiq edilmiş layihəyə uyğun olaraq onların oxdan-oxa, (mənzilin daxili arakəsmələri tam və qonşuya düşən divarlarının 50% hesablanmaqla) yəni xarici oxlardan, hesablanmış, sahələridir. “Mənzil mülkiyyətçisi”nə veriləcək 1 ədəd 2 otaqlı 2B-36 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 69 kv.m, 1 ədəd 2 otaqlı 2A-37 saylı hesablanmış ümumi daxili sahəsi 67 kv.m və 1 ədəd 3 otaqlı 3A- 38 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 43 kv.m təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02-82/24 nömrəli mütəxəssis rəyinə əsasən 1. İddiaçı məxsus ünvan 3 ünvanında inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın, 1-ci mərtəbəsində yerləşən hüquqi sənəd üzrə 3, faktiki otaraq 4 otaqlı, təmirli, 11 saytı mənzilin ümumi sahəsi 92,51 (doxsan iki tam yüzdə əlli bir) kv.m təkil edir. 2. İddiaçı məxsus ünvan 3 ünvanında inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın, zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 32,86 (otuz iki tam yüzdə səksən altı) kv.m təşkil edir. 3. İddiaçı istifadəsində olan ünvan 3 ünvanında inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın, 1-ci mərtəbəsində yerləşən 11 saylı mənzilin tərkib hissəsi olan 2-ci zirzəmi sahəsinin ümumi sahəsi 20,19 (iyirmi tam yüzdə on doqquz) kv.m təşkil edir. 4. İddiaçı istifadəsində olan ünvan 3 ünvanında inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın, 1-ci mərtəbəsində yerləşən 11 saylı mənzilin tərkib hissəsi olan 3-cü zirzəmi sahəsinin ümumi sahəsi 23,54 (iyirmi üç tam yüzdə əlli dörd) kv.m təşkil edir. 5. İddiaçı istifadəsində olan ünvan 3 ünvanında inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın, 1-ci mərtəbəsində yerləşən 11 saylı mənzilin tərkib hissəsi olan bağ sahəsinin ümumi sahəsi 115,52 (bir yüz on beş tam yüzdə əlli iki) kv.m təşkil edir. İş materiallarında olan İddiaçı Cavabdeh MTK-ya ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubuna əsasən aralarında olan “Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə yəjnüvəqqəti yaşayışına dair ” № 3/6/2B-36, 3/6/2A -37, 3/6/3A-38 saylı 24 oktyabr 2024-cü il tarixli Müqavilənin 6.6-cı bəndində olan səhvə düzəliş edilməsi və ona təqdim olunan mənzilin, daxili divarları hesablanmaqla - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 79 kv.m, - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 78 kv.m, - 1 ədəd 3 otaqlı mənzil ümumi daxili sahəsi 94 kv.m təşkil etməsi qeyd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, AR MM-nin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış əvəzləşdirilmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair xx.xx.2024-cü il tarixli, 3/6/2B-36, 3/6/2A-37, 3/6/3A-38 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43, 45 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi” İddiaçı söküntüsü nəzərdə tutulmuş 41 №-li binanın 11 №-li mənzilinin əvəzində və 41 №-li binadakı istifadəsində olan zirzəmi sahəsi və 41 №-li binadakı istifadəsində olan zirzəmi sahəsi əvəzində mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə (74 kv.m + 14.8 kv.m (20%) + 60 kv.m (zirzəmi sahəsi) = 148.8 kv.m, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa edəcəyi 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 79 kv.m olan 1 ədəd 2 otaqlı 2B-36 saylı təmirsiz mənzili, 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 78 kv.m olan 2 otaqlı 2A-37 saylı təmirsiz mənzili və 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 94 kv.m olan 1 ədəd 3 otaqlı 3A- 38 saylı təmirsiz mənzili bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş şərtlər əsasında (“Mənzil Mülkiyyətçisi” “Kooperativ” tərəfindən müvəqqəti yaşayış üçün ona veriləcək 900 AZN mənzilə görə və 500 AZN (zirzəminin anbar olaraq istifadəsinə görə verilən) kirayə haqqından imtina edərək (1400 azn x 36 ay) = 50400 manatından və ona veriləcək mənzilin təmiri üçün nəzərdə tutulan (148.8 kv.m x 220 azn) = 32736 manatından imtina edir, əvəzində isə (50400 azn + 32736 azn) = 83136 “Kooperativ”dən (83136 azn : 1600azn) = 51.96 kv.m sahə alır. (148.8 kv.m + 51.96 kv.m = 200.76 kv.m) “Kooperativ” tərəfindən əlavə olaraq 17.24 kv.m əvəzsiz sahə verilməklə (200.76 kv.m + 17.24 kv.m = 218 kv.m) 1 ədəd 2 otaqlı mənzil təmirsiz ümumi daxili sahəsi 69 kv.m olan, 1 ədəd 2 otaqlı təmirsiz mənzil ümumi daxili sahəsi 67 kv.m olan və 1 ədəd 3 otaqlı təmirsiz mənzil ümumi daxili sahəsi 82 kv.m olan təmirsiz mənzili (“Kooperativ tərəfindən 11 saylı mənzilə görə “Mənzil Mülkiyyətçiləri”nə əvəzsiz olaraq verilən əlavə kvadrat sahəsi (14.8 kv.m (20%) + 17.24 kv.m) = 32.04 kv.m təşkil edir)) İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.6-ci bəndinə əsasən “Mənzil mülkiyyətçisinin mülkiyyətinə veriləcək 1 ədəd 2 otaqlı 2B-36 saylı mənzilin hesablanmış ümumi sahəsi 79 kv.m, 1 ədəd 2 otaqlı 2A-37 saylı mənzilin hesablanmış ümumi sahəsi 78 kv.m və 1 ədəd 3 otaqlı 3A-38 saylı mənzilin ümumi sahəsi 94 kv.m həmin ərazidə inşa ediləcək yaşayış binalarının tikintisi üçün təsdiq edilmiş layihəyə uyğun olaraq onların oxdan-oxa, (mənzilin daxili arakəsmələri tam və qonşuya düşən divarlarının 50% hesablanmaqla) yəni xarici oxlardan, hesablanmış, sahələridir. “Mənzil mülkiyyətçisi”nə veriləcək 1 ədəd 2 otaqlı 2B-36 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 69 kv.m, 1 ədəd 2 otaqlı 2A-37 saylı hesablanmış ümumi daxili sahəsi 67 kv.m və 1 ədəd 3 otaqlı 3A- 38 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 43 kv.m təşkil edir. Hazırda İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin 6.6-cı bəndində olan səhvə düzəliş edilməsi və iddiaçıya təqdim olunan mənzilin daxili divarları hesablanmaqla - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 79 kv.m, - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 78 kv.m, - 1 ədəd 3 otaqlı mənzil ümumi daxili sahəsi 94 kv.m göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki qanunvericiliyin prinsiplərindən biri müqavilə azadlığı prinsipidir, hər bir fiziki və hüquqi şəxs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, yəni tərəflər müqavilə şərtlərini sərbəst, könüllü, azad şəkildə müəyyənləşdirirlər Məhkəmə araşdırması zamanı müqavilənin qanunun tələb etdiyi şərtlərə uyğun olaraq tərtib edildiyi, müqavilənin şərtlərinin aydın şəkildə müəyyənləşdirildiyi, tərəflər arasında bu şərtlərlə bağlı hər hansı bir anlaşılmazlıq və ya yanıltma hallarının olmadığı, tərəflərin müqaviləni bağlarkən müqavilə azadlığı prinsipinə riayət etdikləri, şəxsi əqdi bağlamağa məcburetmə, aldatma, zorakılıq, hər hansı hədə təsiri müəyyən olunmamışdır. Həmçinin, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqeyə əsasən yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir, Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Göründüyü kimi, hazırkı halda müqavilənin şərtlərinin dəyişdirilməsi məhkəmədənkənar qaydada tərəflərin razılaşması yolu ilə mümkündür. Məhkəmə qaydasında müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında mümkündür. Məhkəmə cavabdehin nümayəndəsinin müqavilənin 6.6-cı bəndində göstərilən səhvə düzəliş edilməsi tələbini, həmin bənddə mənzilin ümumi daxili sahəsinin 43 kv.m göstərilməsinin texniki səhv olduğunu qəbul etməsinə münasibətdə qeyd edir, müqavilənin 5.1-ci və 5.2-ci bəndinə əsasən bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqlıqların aparılması yolu ilə həll edilir. Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Müqavilənin 6.6-cı bəndindəki mənzilin ümumi daxili sahəsinin 43 kv.m göstərilməsinin texniki səhv nəticəsində yazılmağı ilə bağlı tərəflər arasında mübahisənin olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, bu məsələnin məhkəmə vasitəsilə həllinə ehtiyac yoxdur. Hər iki tərəf, müqavilə şərtlərinə uyğun olaraq, danışıqlıqların aparılması yolu ilə bu düzəlişi həyata keçirə bilərlər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-4363/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4363/2025
02.10.2025 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver