Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6033/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ABC Telecom” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.03.2019-cu il tarixli müqavilə üzrə Venus tumba, Venus çarpayı bazalı, Venus dolab, Venus termo, doshek Uretan üçün 1680 manat ödənilməmiş hissə, 504 manat dəbbə pulu olmaqla, 2184 manat, 06.04.2019-cu il tarixli müqavilə üzrə Apple AirPods qulaqlıq üçün 30 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu olmaqla, 42 manat, 07.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********52416 X7 markalı telefon və X3qlıq üçün 153 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu olmaqla, 199 manat, 23.07.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 236 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu olmaqla, 306 manat, 04.09.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV və Sonorous Surefıx asqı üçün 1092 manat ödənilməmiş hissə, 327 manat dəbbə pulu olmaqla, 1419 manat, 04.11.2019-cu il tarixli müqavilə üzrə Playstatıon- 4 Sony üçün 712 manat ödənilməmiş hissə, 213 manat dəbbə pulu olmaqla, 925 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə Playstatıon-4 pult üçün 54,40 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu olmaqla, 70,40 manat, 19.03.2020-ci il tarixli müqavilə üzrə Playstatıon-4 Sony üçün 1050 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu olmaqla, 1363 manat, 26.03.2020-ci il tarixli müqavilə üzrə **********07297 olan iPhone 11 markalı telefon üçün 1984,80 manat ödənilməmiş hissə, 594 manat dəbbə pulu olmaqla, 2578,80 manat, ümumilikdə 9087,20 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 10.03.2019-cu il, 06.04.2019-cu il, 07.06.2019-cu il, 23.07.2019-cu il, 04.09.2019-cu il, 04.11.2019-cu il, 29.12.2019-cu il, 19.03.2020-ci il və 26.03.2020-ci il tarixli müqavilələrə əsasən, Venus tumba, Venus çarpayı bazalı, Venus dolab, Venus termo, doshek Uretan, Apple AirPods qulaqlıq, İMEİ Kodu **********52416 və **********07297 olan X7 və iPhone 11 markalı telefon, X3qlıq, 2 ədəd Samsung LED TV, Sonorous Surefıx asqı, 2 ədəd Playstatıon-4 Sony, Playstatıon-4 pult almış və nəticədə 9087,20 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4222 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 10.03.2019-cu il, 06.04.2019-cu il, 07.06.2019-cu il, 23.07.2019-cu il, 04.09.2019-cu il, 04.11.2019-cu il, 29.12.2019-cu il, 19.03.2020-ci il və 26.03.2020-ci il tarixli müqavilələrə əsasən, Venus tumba, Venus çarpayı bazalı, Venus dolab, Venus termo, doshek Uretan, Apple AirPods qulaqlıq, İMEİ Kodu **********52416 və **********07297 olan X7 və iPhone 11 markalı telefon, X3qlıq, 2 ədəd Samsung LED TV, Sonorous Surefıx asqı, 2 ədəd Playstatıon-4 Sony, Playstatıon-4 pult almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4222 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 10.03.2019-cu il tarixli müqavilə üzrə 1680 manat ödənilməmiş hissə, 504 manat dəbbə pulu olmaqla, 2184 manat, 06.04.2019-cu il tarixli müqavilə üzrə 30 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu olmaqla, 42 manat, 07.06.2019-cu il tarixli müqavilə üzrə 153 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu olmaqla, 199 manat, 23.07.2019-cu il tarixli müqavilə üzrə 236 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu olmaqla, 306 manat, 04.09.2019-cu il tarixli müqavilə üzrə 1092 manat ödənilməmiş hissə, 327 manat dəbbə pulu olmaqla, 1419 manat, 04.11.2019-cu il tarixli müqavilə üzrə 712 manat ödənilməmiş hissə, 213 manat dəbbə pulu olmaqla, 925 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə 54,40 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu olmaqla, 70,40 manat, 19.03.2020-ci il tarixli müqavilə üzrə 1050 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu olmaqla, 1363 manat, 26.03.2020-ci il tarixli müqavilə üzrə 1984,80 manat ödənilməmiş hissə, 594 manat dəbbə pulu olmaqla, 2578,80 manat, ümumilikdə 9087,20 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 10.03.2019-cu il tarixli müqavilə üzrə Venus tumba, Venus çarpayı bazalı, Venus dolab, Venus termo, doshek Uretan üçün 1680 manat ödənilməmiş hissə, 104 manat dəbbə pulu olmaqla, 1784 manat, 06.04.2019-cu il tarixli müqavilə üzrə Apple AirPods qulaqlıq üçün 30 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu olmaqla, 32 manat, 07.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********52416 X7 markalı telefon və X3qlıq üçün 153 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu olmaqla, 159 manat, 23.07.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 236 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu olmaqla, 243 manat, 04.09.2019cu il tarixli müqavilə üzrə Samsung LED TV və Sonorous Surefıx asqı üçün 1092 manat ödənilməmiş hissə, 127 manat dəbbə pulu olmaqla, 1219 manat, 04.11.2019-cu il tarixli müqavilə üzrə Playstatıon-4 Sony üçün 712 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu olmaqla, 825 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə Playstatıon-4 pult üçün 54,40 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu olmaqla, 60,40 manat, 19.03.2020-ci il tarixli müqavilə üzrə Playstatıon-4 Sony üçün 1050 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu olmaqla, 1163 manat, 26.03.2020-ci il tarixli müqavilə üzrə **********07297 olan iPhone 11 markalı telefon üçün 1984,80 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu olmaqla, 2278,80 manat, ümumilikdə 7764,20 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.03.2019-cu il tarixli müqavilə üzrə Venus tumba, Venus çarpayı bazalı, Venus dolab, Venus termo, doshek Uretan üçün 1680 manat ödənilməmiş hissə, 104 manat dəbbə pulu olmaqla, 1784 manat, 06.04.2019-cu il tarixli müqavilə üzrə Apple AirPods qulaqlıq üçün 30 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu olmaqla, 32 manat, 07.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********52416 X7 markalı telefon və X3qlıq üçün 153 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu olmaqla, 159 manat, 23.07.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 236 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu olmaqla, 243 manat, 04.09.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV və Sonorous Surefıx asqı üçün 1092 manat ödənilməmiş hissə, 127 manat dəbbə pulu olmaqla, 1219 manat, 04.11.2019-cu il tarixli müqavilə üzrə Playstatıon- 4 Sony üçün 712 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu olmaqla, 825 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə Playstatıon-4 pult üçün 54,40 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu olmaqla, 60,40 manat, 19.03.2020-ci il tarixli müqavilə üzrə Playstatıon-4 Sony üçün 1050 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu olmaqla, 1163 manat, 26.03.2020-ci il tarixli müqavilə üzrə **********07297 olan iPhone 11 markalı telefon üçün 1984,80 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu olmaqla, 2278,80 manat, ümumilikdə 7764,20 (yeddi min yeddi yüz altmış dörd manat 20 qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6033/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6033/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver