Məhkəmə qərarları › İş №2(006)-2818/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2818/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2818/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 katibliyiilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh1" X9 ləğvedicisi X1rşı "restrukturizasiyanın tətbiqi və borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh1" X9 ləğvedicisi X1rşı "restrukturizasiyanın tətbiqi və borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, "Cavabdeh1” X9 İmişli filialından xx xxx 2015-ci il tarixdə 8674 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə 3000 manat kredit götürmüş və krediti qrafik üzrə hissə-hissə ödəmişdir. İddiaçı, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsinə baxmayaraq, bank bu müqaviləni restrukturizasiya etməmiş, restrukturizasiya edilməsini tələb etsə də ona cavab verilməmişdir. Ona görə X6 Palatasına restrukturizasiya ilə əlaqədar rəsmi müraciət etmişdir.Problemli kreditlərin kompensasiyası saytından xx.xx.2019-cu il tarixli çıxarışdan iddiaçıya məlum olmuşdur ki, ləğv prosesində olan "Cavabdeh1” açıq səhmdar cəmiyyətinə xx xxxx 2019-cu il tarixə 767,37 manat borcu vardır. İddiaçı həmin borcu ödəmək üçün bankın yerli nümayəndəliyinə müraciət etmiş, nümayəndə sənədlərə baxıb demişdir kı, iddiaçıya əlavə faizlər hesablanmış və borcu 1200 manat təşkil etmiş və həmin məbləği ödəməlidir. Xidmət göstərən bank iddiaçıya kömək etmək əvəzinə vəziyyətini ağırlaşdıraraq Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanını ona şamil etməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının 6-cı maddəsində deyilir ki, Banklara tövsiyə edilsin ki, 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər: məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirılməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilir ki, kreditin qalıq məbləği 17000 manatdırsa və onun vaxtı 1 ildən çox, yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya etməklə Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilən güzəştləri şamil etməlidir. Şəhid ailəsi kimi bankın bu haqsızlığı mənə çox : ağır təsir edir.Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı ıl tarixli 2-1(81)-3620/16 saylı qərarı ilə Cavabdeh1açıq səhmdar cəmiyyəti muflıs elan edilərək, bank barəsində iflas proseduruna başlanılmışdır. X4 xx.xx.2016-cı il tarixdən ləğv prosesində olan "Cavabdeh1" X9 Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Göstərilənlərə əsasən, "Cavabdeh1" açıq səhmdar cəmiyyəti ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentininxx xxxxxx 2019-cu il tarixli fərmanı ilə əlaqədar restrukturizasiya tətbiq edilməsi və bank tərəfindən artıq hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı fərmanda qeyd olunan 1 (bir) illik müddət ərzində banka yaxınlaşmamış və bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bunları nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə "Cavabdeh1” X9 İmişli filialı arasında xx xxx 2015-ci il tarixli 8674 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən "Cavabdeh1” X9 İmişli filialı tərəfindən iddiaçıya illik 28 faiz olmaqla 3000 manat kredit verilmişdir. Hazırda iddiaçı kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya tətbiq edilməkləartıq hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddianın hüquqi əsası olmadığından iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə X5 xx xxxx 2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmin Qaydanın 6.17-ci bəndinə əsasən ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Fərmanın və onu icra edən Qaydanın tələblərindən göründüyü kimi kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır və kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətin qəbulu üçün son tarix xx xxxxxx 2019-cu il nəzərdə tutulmuşdur ki, həmin müddət də bitmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia ərizəsində və məhkəmə iclasında iddiaçı izahatında kredit borcunun restrukturizasiya olunması barədə cavabdehə müraciət etməsini göstərsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, kredit borcunun restrukturizasiya olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət bitmişdir. Həmçinin iddianın digər tələbi olan borcun silinməsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ilk tələbi fərmanla əlaqədar restrukturizasiyanın tətbiqi hissəsində iddia rədd olunduğundan və ikinci tələbi olan borc mübahisəsi birinci tələblə bağlı olduğundan iddia bu hissədə də təmin edilməməlidir. Həmçinin məhkəmə prosessual qənaət prinsipini üstün tutaraq ikinci tələblə bağlı əlavə araşdırma aparılmasınada lüzum görməyir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh1" X9 ləğvedicisi X1rşı "restrukturizasiyanın tətbiqi və borcun silinməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar