Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3162/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1759.29 (min yeddi yüz əlli doqquz ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları əsas, 534.25 (beş yüz otuz dörd ABŞ dolları iyirmi beş sent) ABŞ dolları faiz, 976.02 ABŞ dolları cərimə, xx xxxxxx 2008-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% (beş) faizlə hesablanmış 453.6 (dörd yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3723.16 ABŞ dolları məbləğ borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan “Vaz-2106” markalı, 2005-ci il buraxılışlı, ağ rəngli, 10SC266 dövlət nömrə nişanlı avtomobilə tutma yödəldilsin, həmin avtomobil hərracda satılsın və satışından əldə edilən vəsait Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, xx xxxxxx 2006 tarixli C-48/03/06-№li kredit müqaviləsinə əsasən X5 “xxxx” İKB ASC-nin 3 saylı filialından avtomobil almaq məqsədilə illik 26%-lə 18 ay müddətinə 4200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq o, öz mülkiyyətindəki 10SC266 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Vaz- 2106” minik markalı avtomobilə xx xxxxxx 2006 tarixli ipoteka müqaviləsi bağlanmışdır. Girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2006 tarixli C-48/03/06-İ №li kredit müqaviləsinin 1.14-cü bəndinə görə kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borclu öhdəliklərini vaxtında icra etməsə, borc vaxtı keçmiş kreditə aid edilir və 54%-lə borcludan tələb edilir. xx xxxxxx 2020-dək Cavabdeh banka 1759.29 ABŞ dolları əsas borc, 534.25 ABŞ dolları faiz borcu, 976.02 ABŞ dolları cərimə, xx xxxxxx 2008-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% (beş) faizlə hesablanmış 453.6 (dörd yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3723.16 ABŞ dolları məbləğ borcu vardır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 1759.29 (min yeddi yüz əlli doqquz ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları əsas, 534.25 (beş yüz otuz dörd ABŞ dolları iyirmi beş sent) ABŞ dolları faiz, 976.02 ABŞ dolları cərimə, xx xxxxxx 2008-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% (beş) faizlə hesablanmış 453.6 (dörd yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3723.16 ABŞ dolları məbləğ borcu vardır. İş materiallarında olan X5 “xxxx” İKB ASC-nin 3 saylı filialı arasında bağlanmış xx xxxxxx 2006 tarixli C-48/03/06-№li kredit müqavilədən görünür ki, avtomobil almaq məqsədilə illik 26%-lə 18 ay müddətinə 4200 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan X5 “xxxx” İKB ASC-nin 3 saylı filialı arasında bağlanmış xx xxxxxx 2006 tarixli C-48/03/06-№li ipoteka müqavilədən görünür ki, borcun təminatı olaraq X5 öz mülkiyyətindəki 10SC266 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Vaz-2106” minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN bdypi Girov müqaviləsinin qeydiyyatı haqqında AG№063595 saylı, xx.xx.2006-cı il tarixli girov müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, X3 məxsus “Vaz-2106” minik markalı, 10SC266 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdeh X2 üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 425, 427, 439, 442, 448, 462-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb, cərimə borcu isə tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 976.02 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 97 manat məbləğində müəyyən edir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 423.2-ci maddəsinə görə “müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1759.29 (min yeddi yüz əlli doqquz ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları əsas, 534.25 (beş yüz otuz dörd ABŞ dolları iyirmi beş sent) ABŞ dolları faiz, 97 (doxsan yeddi) ABŞ dolları cərimə, xx xxxxxx 2008-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% (beş) faizlə hesablanmış 453.6 (dörd yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2844.14 (iki min səkkiz yüz qırx dörd ABŞ dolları on dörd sent) ABŞ dolları məbləğ borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan “Vaz-2106” markalı, 2005-ci il buraxılışlı, ağ rəngli, 10SC266 dövlət nömrə nişanlı avtomobilə tutma yödəldilsin, həmin avtomobil hərracda satılsın və satışından əldə edilən vəsait Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaücan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1759.29 (min yeddi yüz əlli doqquz ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları əsas, 534.25 (beş yüz otuz dörd ABŞ dolları iyirmi beş sent) ABŞ dolları faiz, 97 (doxsan yeddi) ABŞ dolları cərimə, xx xxxxxx 2008-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% (beş) faizlə hesablanmış 453.6 (dörd yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2844.14 (iki min səkkiz yüz qırx dörd ABŞ dolları on dörd sent) ABŞ dolları məbləğ borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan “Vaz-2106” markalı, 2005-ci il buraxılışlı, ağ rəngli, 10SC266 dövlət nömrə nişanlı avtomobilə tutma yödəldilsin, həmin avtomobil hərracda satılsın və satışından əldə edilən vəsait Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3162/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3162/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver