Məhkəmə qərarları › İş №2(006)-3423/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3423/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3423/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət X6 nümayəndəsi X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri, 58-ci kvartal ünvanında vətəndaş İddiaçı məxsus fərdi yaşayış evi yerləşir. Qeyd olunan daşınmaz əmlak xx.xx.2018-ci il tarixində, bir il müddətinə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri risklərindən sığortalanmışdır. xx.xx.2018-ci il tarixində sözügedən daşınmaz əmlakın yerləşdiyi ərazidə təbii fəlakət hadisəsinin baş verməsi müəyyən olunmuşdur. Baş vermiş sığorta hadisəsi nəticəsində mülkiyyətçiyə 30 000 (otuz min) manat məbləğində zərər dəymişdir. Qeyd olunan hadisə üzrə Azərbaycan Respublikası Dövlət X7 məlumat verilmiş, lakin sığorta şirkəti sözügedən sığorta hadisəsinin sığorta təminatına daxil olmaması qənaətinə gəlmişdir. Ona görə də sığorta ödənişinin verilməsi üzrə heç bir tədbir görməmişdir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət X4 iddiaçının xeyrinə 30 000 (otuz min) manat sığorta ödənişi, 20 000 (iyirmi min) manat öhdəliyin icra edilməməsi ilə vurulan zərər, 30 manat dövlət rüsümu, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində, yəni 2000 (iki min) manat məbləğində dəbbə pulu, ümumilikdə 52 030 (əlli iki min otuz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət X6 nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan sığortaçı Azərbaycan Respublikası Dövlət X11 ilə sığortalı İddiaçı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli,BA № 840625 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, sığorta məbləği 15.000 manat, azadolma məbləği isə 150 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X8 “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil edilmiş X10 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “sığorta hadisəsinə dair” arayışda qeyd edilmişdir ki, Goranboy şəhəri, 58-ci kvartal ünvanında vətəndaş İddiaçı məxsus fərdi yaşayış evində xx.xx.2018-ci il tarixdə təbii fəlakət hadisəsinin baş verməsi müəyyən olunmuşdur. Baş vermiş sığorta hadisəsi nəticəsində mülkiyyətçiyə 30.000 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Goranboy rayonu Goranboy şəhər Sülh küçəsi, 58-ci kvartal ərazisinin mühəndisi – geoloji şəraiti haqqında” arayışda qeyd edilmişdir ki, İddiaçı məxsus sahəyə baxış zamanı müəyyən olunmuşdur ki, cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə (oturma) (5,2 x 8,4 m – dərinliyi 3-5 sm) prosesi baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15786 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı Məhəmməd qızına məxsus olan evdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 20/502 saylı arayışa əsasən, xx xxxx 2018-ci il tarixdə İddiaçı Məhəmməd qızına məxsus sahəyə cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə prosesi baş vermiş və nəticədə baxış zamanı həmin yaşayış evində çatlar əmələ gəlmişdir. Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı məxsus olan evin bünövrəsi texniki pasportun məlumatlarıma əsasən betondan olduğunu və eləcədə tədqiq olunan yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq texniki pasport verildiyini nəzərə alaraq, həmin yaşayış evin çökməsi və zədələrin yaranması həmin tikilinin inşa edilməsi zamanı tikinti qaydalarına riayət edilməməsi səbəbindən yaranmamışdır.Tədqiq olunan yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 13815 manat məbləğində müəyyən olunur. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. İrəli sürülən iddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı Məhəmməd qızına məxsus olan fərdi yaşayış evində xx.xx.2018-ci il tarixdə çökmə prosesi baş vermiş və nəticədə həmin yaşayış evində çatlar əmələ gəlmişdir. Bununla əlaqədar İddiaçı aralarında bağlanmış “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nə əsasən Azərbaycan Respublikası Dövlət X7 müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət X11 İddiaçı məxsus yaşayış evinə dəymiş zərərin baş vermiş təbii fəlakət hadisəsinin konkret adı göstərilmədiyindən, həmçinin torpağın boşluğu yaşayış evinin konstruktiv elementlərinin çatışmamazlığı yaxud bünövrənin düzgün qurulmaması nəticəsində zədələndəyini əsas gətirərək, imtina cavabı vermişdir. Halbuki, işin məhkəmə araşdırılması zamanı (təyin edilmiş ekspertiza rəyinə əsasən) müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə İddiaçı Məhəmməd qızına məxsus sahəyə cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə prosesi baş vermiş və nəticədə baxış zamanı həmin yaşayış evində çatlar əmələ gəlmiş, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı məxsus olan evin bünövrəsi texniki pasportun məlumatlarına əsasən betondan olduğunu və eləcədə tədqiq olunan yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq texniki pasport verildiyini nəzərə alaraq, həmin yaşayış evin çökməsi və zədələrin yaranmasının həmin tikilinin inşa edilməsi zamanı tikinti qaydalarına riayət edilməməsi səbəbindən yaranmaması müəyyən edilmişdir. Göründüyü kimi sığorta şirkəti sığortalı İddiaçı məxsus yaşayış evinə dəymiş zərərin həmin evin bünövrəsinin düzgün qurulmaması səbəbindən yarandığını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi (meliorator.az saytına istinadən) zəruri hesab edir ki, torpağın sürüşməsi (çökməsi) dedikdə qruntun tədricən yamac boyunca aşağıya doğru yerini dəyişməsi prosesi başa düşülür. Sürüşmə (çökmə) prosesləri əksər hallarda dağ yamacları, dağ ətəkləri, çay, göl və dəniz sahilləri, iri kanalların yamacları üçün xarakterikdir. Nəticədə, tikililər, qurğular, körpülər, yollar, yaşayış evləri, kanallar və s dağılaraq dövlətə böyük ziyan dəyir. Sürüşmə (çökmə) hallarının baş verməsinin əsas səbəbi kimi, həmin ərazilərdə rütubətin kəskin artması və yüksək olması göstərilir, odur ki, mübarizə tədbirləti kimi yeralti və yerüstü axınlarının nizamlanmasının aparılması gərəkdir. Sürüşməyə (çökməyə) meyilli ərazilərdə suvarma apararkən torpağın ancaq aktiv qatının mənimsəməsi üçün minimum suvarma norması tətbiq etmək lazımdır. Göründüyü kimi iddiaçıya məxsus evin yerləşdiyi ərazidə çökmə prosesinin yaranması halı özündə torpağın sürüşməsi halını ehtiva edir ki, bu hal da “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət X11 tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı fərdi yaşayış evinə dəymiş zərərə görə 30.000 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, tədqiq olunan yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 13815 manat məbləğində müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli,BA № 840625 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin 4 və 5-ci bəndlərindən görünür ki, daşınmaz əmlakın sığorta məbləği 15.000 manat, azadolma məbləği isə 150 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 13665 manat (13815-150 azad olma məbləği= 13665 manat) sığorta ödənişinin əvəzi alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “20 000 (iyirmi min) manat öhdəliyin icra edilməməsi ilə vurulan zərər və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində, yəni 2000 (iki min) manat məbləğində dəbbə pulu tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissələrdə əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 13.665 (on üç min altı yüz altmış beş) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 13680 (on üç min altı yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət X4 tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X4 13.665 (on üç min altı yüz altmış beş) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 13680 (on üç min altı yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət X4 tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar