Məhkəmə qərarları › İş №2(009)-1750/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1750/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1750/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “ipoteka predmetinin ipoteka saxlayana verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “ipoteka predmetinin ipoteka saxlayana verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli ipoteka müqaviləsi və xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan və borc alan Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmədiyindən, yəni ipoteka predmeti lazımi vəziyyətdə saxlanılmadığından, ipoteka predmetinin vəziyyətini və saxlanma şəraitini faktik surətdə yoxlamaq imkanı olmadığından, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ipoteka saxlayanın və borc verənin İddiaçı adına yüklü edilmiş ipoteka predmetinin - ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv/metr təşkil edən 4 otaqlı mənzilin İddiaçı Sabiq qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Sabiq qızı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək xx xxxx 2019-cu il tarixli ipoteka müqaviləsi və xx xxxx 2019-cu il tarixli üzrə kredit müqaviləsi üzrə ipoteka qoyan və borc alan Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmədiyindən, yəni ipoteka predmeti lazımi vəziyyətdə saxlanılmadığından, ipoteka predmetinin vəziyyətini və saxlanma şəraitini faktik surətdə yoxlamaq imkanı olmadığından, Cavabdeh və İddiaçı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ipoteka müqaviləsi və xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ipoteka saxlayanın və borc verənin İddiaçı adına yüklü edilmiş ipoteka predmetinin - ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzilin İddiaçı mülkiyyətinə verilməsi, Cavabdeh adına olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MA N20223 921 xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi və ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzillə bağlı ona Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsini Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X5 notariat qaydasında təsdiq edilmiş Barışıq Sazişini məhkəməyə təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında notariat qaydasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1.1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı ipoteka predmetinin ipoteka saxlayana verilməsi barədə iddiası üzrə 2(009)-1648/2019- 005 N-li mülki işlə bağlı aşağıdakılarla bağlı barışıq sazişi bağlayırıq:

1. Cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 98.9 kv.metr təşkil edən 4 otaqlı mənzili (Azərbäycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MA N°0223921 xx.xx.2011-ci il tarixli çıxarış) İddiaçı ilə bağlanmış xx xxxx 2019-ci il tarixli kredit müqaviləsinə əsasən ondan götürdüyü 175 000 (yüz yetmiş beş min) manat puf krediti ilə bağlı Azərbaycan -Respub1ikaşr/Əmi.ak;Məsələfəa üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində İddiaçı xeyrinə ipoteka edilmiş və bununla bağlı seriya RX N°1310068 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmış, digər yüklülüklərdən və digər şəxslərin iddialarından azad olan mənzili həmin krediti qaytara bilmədiyindən, müqavilə üzrə öhdəlikləri yerinə yetirilmədiyindən, yəni ipoteka predmeti lazımi vəziyyətdə saxlanılmadığından, ipoteka saxlayanın İddiaçı ipoteka predmetinin vəziyyətini və saxlanma şəraitini faktik surətdə yoxlamaq imkanı olmadığından həmin mənzili mövcud vəziyyətində xx xxxx 2019-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı götürdüyü 175 000 (yüz yetmiş beş min) manat pul kreditinin əvəzinə İddiaçı mülkiyyətinə verir və xx xxxx 2019-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi xitam olunur.

2. İddiaçı xx xxxx 2019-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verdiyi 175 000 (yüz yetmiş beş min) manat kreditlə bağlı xeyrinə ipoteka edilmiş və bununla bağlı seriya RX N°91310068 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmış Cavabdeh məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzili mövcud vəziyyətində 175000 (yüz yetmiş beş min) manat kreditin əvəzinə mülkiyyətinə qəbuİ edir və xx xxxx 2019-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi xitam olunur.

3. Cavabdeh ona məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzili İddiaçı mülkiyyətinə verdikdən sonra bu mənzillə və xx xxxx 2019-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi ilə bağlı İddiaçı qarşı gələcəkdə heç bir iddiasının olmayacağını bildirir.

4. İddiaçı Cavabdeh məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzil 175000 (yüz yetmiş beş min) manat kreditin əvəzinə mülkiyyətinə qəbul etdikdən sonra bu mənzil və xx xxxx 2019-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi ilə bağlı gələcəkdə Cavabdeh heç bir iddiasının olmayacağını bildirir.

5. Barışıq sazişi Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir, hazırki işə AR MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə əsasən xitam verilir. Barışıq sazişinin pozulmasına görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

6. Tərəflərin imzaladıqları bu barışıq sazişi 4( dörd) nüsxədə tərtib edilmiş bir nüsxəsi Bakı şəhəri 27 saylı notariat ofisində saxlanılır və tərəflərin hər birində bir nüsxə olmaqla, digər nüsxə Səbail rayon Məhkəməsinə təqdim etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1648/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Sabiq qızı ilə Cavabdeh arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli Barışıq Sazişi təsdiq edilmişdir. İddiaçı məhkəmənin qeyd edilən qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1648/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı çıxarılarkən qərardadda barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişində 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində qeyd olunmuş ipoteka və kredit müqavilələrinin tarixləri səhvən x xxxx 2019cu il kimi qeyd olunmuşdur. Əslində həmin müqavilələrin tarixi xx xxxx 2018-ci ildir. Məhkəməyə xx xxxx 2018-ci il tarixli ipoteka müqaviləsinin surəti və xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin surəti təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Sabail rayon Məhkəməsinin 2(009)-1648/2019 saylı iş üzrə xx xxxx 2019- cü il tarixli qərardadını dəyişdirilməsini və ipoteka və kredit müqavilələrinin x xxxx 2019-cu kimi qeyd olunmuş tarixlərinin xx xxxx 2018-ci il kimi dəyişdirilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5230/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1648/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq, aralarında bağlanılmış barışıq müqaviləsində olan texniki səhvin nəzərə alınmasını və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə ünvanlayaraq, aralarında bağlanılmış barışıq müqaviləsində olan texniki səhvin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 notariat qaydasında təsdiq edilmiş Barışıq Sazişini müdafiə edərək, sazişdə ipoteka və kredit müqavilələrinin xx xxxx 2019-cu kimi qeyd olunmuş tarixlərinin xx xxxx 2018-ci il kimi dəyişdirilməsini qəbul etməklə barışıq sazişini təsdiq edərək işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin ərizələrini, iş materiallarını nəzərdən keçirib, notariat qaydasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin kredit və ipoteka müqavilələrinin tarixlərinin xx xxxx 2018-ci il tarixi kimi əsas götürməklə təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X3 175000 (yüz yetmiş beş min) manat məbləğində pulu xx.xx.2019-cu il tarixədək borc vermişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, RX seriyalı 91310068 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzili mövcud vəziyyətində 175000 (yüz yetmiş beş min) manat kreditin əvəzinə İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 191.1 maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

I. İddiaçı Sabiq qızı ilə Cavabdeh arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi (sazişdə qeyd edilən kredit və ipoteka müqavilələrinin bağlanma tarixi xx xxxx 2018-ci il tarixi olaraq qəbul edilməklə) təsdiq edilsin: 1.1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı ipoteka predmetinin ipoteka saxlayana verilməsi barədə iddiası üzrə 2(009)-1750/2020 Nli mülki işlə bağlı aşağıdakılarla bağlı barışıq sazişi bağlayırıq:

1. Cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 98.9 kv.metr təşkil edən 4 otaqlı mənzili (Azərbäycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MA N°0223921 xx.xx.2011-ci il tarixli çıxarış) İddiaçı ilə bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ondan götürdüyü 175 000 (yüz yetmiş beş min) manat puf krediti ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində İddiaçı xeyrinə ipoteka edilmiş və bununla bağlı seriya RX N°1310068 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmış, digər yüklülüklərdən və digər şəxslərin iddialarından azad olan mənzili həmin krediti qaytara bilmədiyindən, müqavilə üzrə öhdəlikləri yerinə yetirilmədiyindən, yəni ipoteka predmeti lazımi vəziyyətdə saxlanılmadığından, ipoteka saxlayanın İddiaçı ipoteka predmetinin vəziyyətini və saxlanma şəraitini faktik surətdə yoxlamaq imkanı olmadığından həmin mənzili mövcud vəziyyətində xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı götürdüyü 175 000 (yüz yetmiş beş min) manat pul kreditinin əvəzinə İddiaçı mülkiyyətinə verir və xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi xitam olunur.

2. İddiaçı xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verdiyi 175 000 (yüz yetmiş beş min) manat kreditlə bağlı xeyrinə ipoteka edilmiş və bununla bağlı seriya RX N°91310068 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmış Cavabdeh məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzili mövcud vəziyyətində 175000 (yüz yetmiş beş min) manat kreditin əvəzinə mülkiyyətinə qəbuİ edir və xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi xitam olunur.

3. Cavabdeh ona məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzili İddiaçı mülkiyyətinə verdikdən sonra bu mənzillə və xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi ilə bağlı İddiaçı qarşı gələcəkdə heç bir iddiasının olmayacağını bildirir.

4. İddiaçı Cavabdeh məxsus olan ünvan 1 mənzil 12 ünvanda yerləşən ümumi sahəsi 99.9 kv.metr təşkil edən 4 otaqlı mənzil 175000 (yüz yetmiş beş min) manat kreditin əvəzinə mülkiyyətinə qəbul etdikdən sonra bu mənzil və xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi ilə bağlı gələcəkdə Cavabdeh heç bir iddiasının olmayacağını bildirir.

5. Barışıq sazişi Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir, hazırki işə AR MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə əsasən xitam verilir. Barışıq sazişinin pozulmasına görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

6. Tərəflərin imzaladıqları bu barışıq sazişi 4 (dörd) nüsxədə tərtib edilmiş bir nüsxəsi Bakı şəhəri 27 saylı notariat ofisində saxlanılır və tərəflərin hər birində bir nüsxə olmaqla, digər nüsxə Səbail Rayon Məhkəməsinə təqdim edilir. İİ. İddiaçı Sabiq qızının - Cavabdeh qarşı “ipoteka predmetinin ipoteka saxlayana verilməsi” tələbinə dair 2(009)-1750/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. İİİ.İddiaçı Sabiq qızı və Cavabdeh izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar