Məhkəmə qərarları › İş №2(009)-2021/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2021/2020

21.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2021/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının, onun nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxx» MMC-yə qarşı “işə bərpa və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh «xxxxxxxxxxxxxxxx» MMC-yə qarşı “işə bərpa və dəymiş ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı «xxxxxxxxxxxxxxxx» MMC-də məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə - çörək islehsalat kompleksinin xammal hazırlanması sahəsinə xammal hazırlayan vəzifəsinə bərpa edilməsi və 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2017-ci il tarixli 17/K nömrəli əmri ilə həmin cəmiyyətin çörək islehalat kompleksinin xammal hazırlanma sahəsinə xammal hazırlayan vəzifəsinə təyin edilmişdir. Həmin cəmiyyətin direktorunun xx xxxxxx 2020-ci il tarixli 20/K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “V” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş, heç bir nöqsana yol verməmişdir. «xxxxxxxxxxxxxxxx» MMC-nin rəhbərliyi İddiaçı işə götürərkən daimi götürmüş, müəyyən müddətə götürməmişdir. Cavabdeh «xxxxxxxxxxxxxxxx» MMC onunla hər hansı bir müddətli və ya müddətsiz əmək müqaviləsi bağlamamışdır. Bu hal onun haqqında verilmiş xx.xx.2017-ci il tarixli əmrdən də görünür. İşlədiyi müddət ərzində heç bir əmək müqaviləsinə imza etməmişdir, müddətsiz işə götürülmüşdür. Lakin «xxxxxxxxxxxxxxxx» MMC-nin rəhbərliyi guya müddətin bitməsi ilə bağlı onu işdən çıxarmışdır. İddiaçı bunu qanunsuz və ona qarşı edilmiş qərəzli münasibət kimi qiymətləndirir. «xxxxxxxxxxxxxxxx» MMC-nin rəhbərliyi həmçinin onu müddətindən artıq işə cəlb etmiş, həftəlik 40 saat əvəzinə 72 saat işlədərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsini pozmuşdur. Onun iş saatı 7 günlük həftə ərzində bir dəfə istirahət günü olmaqla hər gün səhər saat 06:00-dan 18:00-a qədər olmuşdur. «xxxxxxxxxxxxxxxx» MMC-nin rəhbərliyi bütün işçilərə qarşı bu mövqedə olmuşdur. Qanuna görə həftəlik iş normasının 40 saat olmasına baxmayaraq 3 il ərzində həftədə 72 saat işləmişdir. İş saatlarından artıq işləməyini sexdə kameralara baxış zamanı da müəyyən etmək olar. İşçilərin iş cədvəli divara vurulmuş siyahılarla da öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, cavabdeh işə müddətli əmək müqaviləsi ilə götürülmüşdür və həmin müddət də bitdikdən sonra işdən azad edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Əmək kitabçasının və xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, İddiaçı oğlu xx.xx.2017-ci il tarixdə «xxxxxxxxxxxxxxxx» MMC-də 3 ay müddətinə müddətli olaraq xammal hazırlayan vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Əmək müqaviləsinin 2.3-cü maddəsinə əsasən əmək müqaviləsi müddətli dövrə bağlanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı oğlu sınaq müddəti təyin edilməklə Sumqayıt şəhəri «xxxxxxxxxxxxxxxx» MMC xammal hazırlayan vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə, işəgötürən qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçini əvvəlcədən xəbərdar etməklə onunla əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. İddia tələbinin iş saatından əlavə işə cəlb edildiyinə görə pul vəsaitinin cavabdehdən tuutlub iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216‑220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun cavabdeh Sumqayıt şəhəri «xxxxxxxxxxxxxxxx» MMC qarşı “işə bərpa və dəymiş ziyan” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar