Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2621/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi G.B.Bəşirovun iştirakı ilə İddiaçı «X3» Bakı Filialının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «X3» Bakı Filialının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “X3” Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 15.05.2019-cu il tarixli, 17AV No-li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X3” Bakı filialı ilə Cavabdeh arasında 15.05.2019-cu il tarixli 17Aİ No-li ipoteka müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ay həmin günü ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 manat ödəməli idi. Müqavilə şərtlərinə uyğun olaraq “Borcalan” 30.09.2021-ci il tarixə bank 10.130,53 manat ödəniş yerinə yetirməli idi. Lakin 30.09.2021-ci il tarixədək “Borcalan” tərəfindən “Bank”a 8.441,0 manat kredit borcu üzrə ödəniş həyata keçirilmişdir. 30.09.2021-ci il tarixə borcalanın Banka 4.423,66 manat kredit borcu vardır. Bundan 4.268,17 manat kredit (vaxtı keçmiş kredit) borcu və 155,49 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün “Borcalan” “Bank”a illik 29% ödəməlidir. Cavabdehə dəfələrlə müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. “Bank” və “İpoteka qoyan” arasında imzalanmış 15.05.2019-cu il tarixli 17 Aİ No-li ipoteka müqaviləsinə əsasən “Borcalan”ın kredit müqaviləsi üzrə öz öhdəliklərinin icra olunmasının təminatı kimi, “İpoteka qoyan” ** ST *** qeydiyyat nömrəli, 2019-cu il buraxılışı, boz metallik rəngli, mühərrik 0089422, Ban XTAGFK330KY318024, tip “Universal”, “Lada-Vesta” minik markalı avtomobil ipoteka kimi təqdim edilmişdir. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi borcun əsas hissəsi, hesablanmış faizlər, “Borcalan” tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən “İpoteka saxlayan”a dəyən zərərlər və həmçinin “İpoteka saxlayan” tərəfindən ipoteka predmetinə ödəniş yönəldilməsilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh 4.423,66 manat (bundan 4.268,17 manat əsas (vaxtı keçmiş kredit) borcu və 155,49 manat faiz borcu) və 30 manat dövlət rüsumu tutulmasına “X3” Bakı filialına verilməsi və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş ** ST *** qeydiyyat nömrəli, 2019cu il buraxılışı, boz metallik rəngli, mühərrik 0089422, ban XTAGFK330KY318024, tip Universal, “Lada-Vesta” minik markalı avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması və əldə olunan vəsaitdən “X3” Bakı filialına olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş 2021-ci ilin aprel ayında olmuş, sonradan isə hər hansı ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanılıb ödəniş edilməsi tələb edilsə də, hər hansı ödəniş edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Bank» qismində «X3» Bakı filialı ilə digər tərəfdən «Borc alan» Cavabdeh arasında bağlanmış 15 may 2019-cu il tarixli, 17 AV saylı kredit müqaviləsinə əsasən «Bank» tərəfindən «Borc alan»a avtomobilin alınması üçün 36 ay müddətinə, illik 19%-lə 10.000 manat məbləğində kredit verilmişdir. İş üzrə «İpoteka saxlayan» qismində «X3» Bakı filialı ilə «İpoteka qoyan» qismində Cavabdeh arasında bağlanılmış 15.05.2019-cu il tarixli, 17 Aİ saylı ipoteka müqaviləsinə əsasən «İpoteka qoyan» bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə «Lada-Vesta» markalı, 2019-cu il buraxılışlı, mühərrik 0089422, ban 318024, boz metal rəngli avtomaşını bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş AD№506270 seriyalı 15.05.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Lada-Vesta» minik markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə «X3» Bakı filialı tərəfindən verilmiş 29.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 17 AV saylı, 15.05.2019-cu il tarixli krediti müqaviləsi üzrə iddia məhkəməyə verilən tarixə, yəni 30.09.2021-ci il tarixə əsas borcu 4.268,17 manat, faiz borcu 155,49 manat, cəmi 4.423,66 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə «X3» Bakı filialı arasında bağlanılmış 15.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh avtomobil alınması məqsədilə illik 19% hesablanmaqla, 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmiş və müqavilənin təminatı kimi cavabdeh mülkiyyətində olan «Lada Vesta» minik markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomaşını bank qarşısında ipoteka ilə yüklü etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə lazımınca yerinə yetirməmiş və banka ümumilikdə 4.268,17 manat əsas, 155,49 manat faiz, cəmi 4.423,66 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və həmin borcun ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci m addəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər.Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc ipoteka yüklü edilmiş «Lada Vesta» minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «X3»nın xeyrinə 15 may 2019-cu il tarixli, 17 AV saylı kredit müqaviləsi üzrə 30.09.2021-ci il tarixə yaranmış 4.268,17 manat əsas borc, 155,49 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 4453,66 (dörd min dörd yüz əlli üç manat altmış altı qəpik) manat məbləğində pul tutulsun. Həmin tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş «Lada Vesta» minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2621/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2621/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver