Məhkəmə qərarları › İş №2(010)-2972/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2972/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2972/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1929,77 AZN əsas, 435,97 AZN faiz, cəmi 2365,74 məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-i iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 121RGTK0327224AA saylı kredit müqaviləsinə əsasən ona 34 ay müddətinə illik 29,84 faiz dərəcəsi ilə 2314,57 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, Z- 121RGTK0327224AA saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflər bankla bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 1929,77 AZN əsas, 435,97 AZN faiz, cəmi 2365,74 AZN borcu yaranmışdır. Bununla əlaqədar İddiaçı ASCcavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1929,77 AZN əsas, 435,97 AZN faiz, cəmi 2365,74 məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il ərizəsində iddia ərizəsində qeyd edilənləri, bankın filiallarında hüquqşünas ştatının olmadığını nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianı təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 121RGTK0327224AA nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 illik 29,84 faiz olmaqla 34 ay müddətində 2314,57 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli Z-121RGTK0327224AA nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin – Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 121RGTK0327224AA nömrəli müqaviləsi üzrə borcalanın Kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin – Cavabdeh1 kreditor – İddiaçı ASC qarşısında borcalanla – Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan xx.xx.2019-cu il tarixli sənədindən görünür ki, Cavabdeh2 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 101,66 (bir yüz bir manat ) manat olmaqla xx.xx.2021-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən, ona gündəlik tələbat məqsədləri üçün 2314,57 (iki min üç yüz on dörd manat əlli yeddi qəpik) manat məbləğində, 34 (otuz dörd) ay müddətinə nağd pul krediti verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil ediləcəkdir. Bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli razılıq ərizəsinə əsasən, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 121RGTK0327224AA saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir. İş mateiallarında olan İddiaçı ASC-nin maliyyə arayışına əsasən xx xxxxxx 2019-cu il tarixli 121RGTK0327224AA nömrəli kredit müqaviləsinə əsasən xx xxxx 2020-ci il tarixə banka 1929,77 manat əsas borcun, 435,97 manat məbləğində faiz borcu, cəmi 2365,74 manat borcu vardır. İş materillarında olan Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Bakıxanov filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, onlara bank tərəfindən 34 ay müddətinə, illik 29,84 faiz hesablanmaqla, 2314,57 manat məbləğində Restrukturizasiya olunmuş gündəlik tələbat krediti verilmiş və bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə 2186,59 manat məbləğində ümumi borcu, gecikmə günü 110 olmaqla 453,3 manat məbləğində gecikmə yaranmışdır. Bu xəbərdarlığı aldıqdan sonra Bank qarşısında olan gecikdirilmiş 453,3 manat məbləğində öhdəliyi dərhal yerinə yetirilməsi tələb olunur. Əks təqdirdə, İddiaçı ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019cu il tarixli 121RGTK0327224AA saylı kredit müqaviləsinə əsasən ona 34 ay müddətinə, illik 29,84 faiz dərəcəsi ilə 2314,57 AZN məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə zamin – Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli Z- 121RGTK0327224AA nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin - Cavabdeh1 xx.xx.2019-cu il tarixli Z-121RGTK0327224AA saylı kredit müqaviləsi üzrə borcalanın - Cavabdeh2 kreditor – İddiaçı ASC qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və zamin – Cavabdeh1 kreditor – İddiaçı ASC qarşısında borcalanla – Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdehlər müqavilənin şərtlərini pozmuş, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1929,77 (bir min doqquz yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas borcu, 435,97 (dörd yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, cəmi 2365,74 (iki min üç yüz altmış beş manat yetmiş dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı X1 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 -ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1929,77 (bir min doqquz yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas borcu, 435,97 (dörd yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, cəmi 2365,74 (iki min üç yüz altmış beş manat yetmiş dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar