Məhkəmə qərarları › İş №2(010)-5532/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5532/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5532/2020 02.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi Ağaməmməd oğlunun maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”inə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Ağaməmməd oğlu maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun xx.xx.1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində yerləşən “Çənlibel” adına kolxozda fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərin surətləri notariat qaydasında təsdiq edilməmişdir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, məhkəməyə yalnız sənədlərin əsli, yaxud notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilə bilər. Bu məhkəmə tərəfindən həmin sənədlərin həqiqiliyinin müəyyən edilməsi baxımından zəruridir. Məsələn, hazırkı iş üzrə ərizəçi məcburi köçkün vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətini ərizəsinə əlavə etmədiyindən onun həqiqətən məcburi köçkün olub-olmamasının müəyyən edilməsi və beləliklə də onun məcburi köçkün kimi dövlət rüsumunun ödənilməsindən azad olub-olmadığını aydınlaşdırmaq mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi ərizənin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ərizə məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Ağaməmməd oğlunun maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”inə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçi Ağaməmməd oğlunun maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”inə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar