Məhkəmə qərarları › İş №2(010)-5826/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5826/2021

21.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5826/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra MTK) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən MTK ilə Cavabdeh arasında 28 avqust 2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “AB” yaşayış sahəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 6-cı mərtəbə, ümumi sahəsi 93.3 m2 olan, 63 saylı mənzilin izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə MTK arasında bağlanmış 28 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, MTK-nın inşa etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 93.3 m2, 2 otaqlı, 63 saylı, ümumi dəyəri 65310 manat olan mənzilin alqı-satqısına dair razılıq əldə edilmişdir. Lakin qeyd olunan müqavilə şərtləri, mənzilin dəyərinin ödənilməsini müqavilə imzalandığı an tam şəkildə yerinə yetirilməsini nəzərdə tutsa da hal-hazıradək cavabdeh tərəfindən “Kooperativ”ə 30410 manat hissəsi ödənilməyən borcu qalmışdır. Qeyd edilən müqavilə şərtləri pozulduğu və mənzilin dəyəri ödənilmədiyindən, eləcə də, götürülən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilmədiyindən tikinti-inşaat işlərinin vaxtında başa çatdırılması və işin gedişinə ziyan vurulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək əlavə etdi ki, Cavabdeh iddiaçı MTK ilə bağlanmış müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Bu səbəbdən həmin müqavilənin ləğv edilməsi tələb edilmişdir. Mənzil hələ tam hazır deyil. Hər bir halda müqavilə üzrə cavabdeh tərəfindən edilmiş bütün ödənişlər MTK tərəfindən geri qaytarılacaqdır. Cavabdeh də ödənişlər edildikdən sonra müqavilənin ləğvinə etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən mənzil almaq məqsədilə onun tərəfindən MTK-ya cəmi 34900 manat məbləğində pul ödənilmişdir. Mənzil hələ tikilib təhvil verilməmişdir. Lakin əgər ödədiyi pul ona tam olaraq nağd şəkildə qaytarılarsa, o müqavilənin ləğvinə etiraz etmir. Bu pulun ona hissə-hissə yox, tam şəkildə qaytarılmasını tələb edir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə alaraq ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, 1 m2 700 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 6-cı mərtəbəsində, ümumi sahəsi 93.3 kv.m olan, 2 otaqlı yaşayış mənzilini Cavabdeh mülkiyyətinə təhvil verməyi MTK öhdəsinə götürür. Cavabdeh pay şəkilində qoyacağı pul vəsaiti 65310 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MTK və Cavabdeh arasında 28.08.2019-cu il tarixdə müqavilə bağlanılmış, bu müqaviləyə əsasən MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB yaşayış sahəsində inşa edilən binada 93.3 m2 ümumi sahəsi olan mənzili tikib Cavabdeh təhvil verməyi, Cavabdeh isə mənzilin tikintisi və ona təhvil verilməsi üçün cəmi 65310 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 34900 manat məbləğində ödəniş edilmiş, lakin qalan 30410 manat məbləğində pulun ödənişi həyata keçirilməmiş, bununla da cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, aralarında bağlanmış müqaviləyə əsasən, ödəməli olduğu məbləğin təxminən yarısını lazımınca ödəməyən Cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqaviləninn 2.2.1-ci maddəsində qeyd edilir ki, Payçı (Cavabdeh) bu müqavilənin 1.2-ci bəndinə göstərilən üzvlük haqqını (65310 manat) ödəməlidir. Lakin hazırkı işdən görünür ki, cavabdeh tərəfindən cəmi 34900 manat məbləğində ödəniş edilmiş, 30410 manat məbləğində ödənilməmiş borc qalmışdır. Bu halı hər iki tərəf mübahisələndirmədən qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı MTK bu müqavilənin ləğvini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddia tələbinin mənzildən istifadəyə maneələrin aradan qaldırılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin izahatlarından məlum olduğu kimi mənzil hələ tam tikilməmişdir və təhvilə hazır deyil. Belə olan halda cavabdehin hansı şəkildə mənzildən istifadəyə mane olan hərəkətlər etməsi qeyri-müəyyəndir. Həmçinin, bununla bağlı nə iddia ərizəsində hər hansı əsaslandırmaya yer verilmiş, nə də məhkəməyə hər hansı dəlil təqdim edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi ilə faktiki olaraq cavabdehin həmin mənzillə bağlı bütün hüquqlarına xitam verilmişdir. Bu səbəbdən məhkəmə müqavilənin ləğvinin müəyyən edilməsi ilə iddianı tam təmin edilmiş hesab edir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, işin mübahisələndirilməyən hallarından biri də cavabdehin bu müqavilə üzrə cəmi 34900 manat məbləğində ödəniş etməsidir. Hansı ki, cavabdeh ödədiyi pul ona tam şəkildə qaytarıldığı halda müqavilənin ləğvinə, beləliklə də müqavilə üzrə bütün hüquqlarına xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi isə MTK-nın ödənilmiş vəsaiti cavabdehə qaytaracağını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin ədalətli həllinin təmini məqsədilə hazırda qəbul edilən qətnamənin icrası qaydası da məhkəmə tərəfindən müəyyən edilməli və qətnamə cavabdeh tərəfindən ödənilmiş 34900 manat məbləğində pul iddiaçı MTK tərəfindən cavabdehə qaytarıldığı vaxtdan icra edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 11.1-ci maddəsində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hakim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində inşa edilən binada mənzilin satılmasına dair bağlanmış 28.08.2019-cu il tarixli müqavilə ləğv edilməli, qətnamə cavabdeh tərəfindən ödənilmiş 34900 (otuz dörd min doqquz yüz) manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh qaytarıldığı vaxtdan icra edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində inşa edilən binada mənzilin satılmasına dair bağlanmış 28.08.2019cu il tarixli müqavilə ləğv edilsin. Qətnamə cavabdeh tərəfindən ödənilmiş 34900 (otuz dörd min doqquz yüz) manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh qaytarıldığı vaxtdan icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar