Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1198/2021 28.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh2” İstehsalat Birliyinə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “Cavabdeh2” İstehsalat Birliyinə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh2" X8 X15 idarəsi ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2019-cıı il tarixli 27/k əmrin ləğv olunması və xx.xx.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hüquq anlayışı olmadığı və hüquq qaydalarını bilmədiyi üçün yalnız aidiyyatı üzrə nazirliklərə ərizə yazmaqla kifayətlənərək bu qədər vaxt itirmişdir.Ancaq son vaxtlar ona məsləhət olunmuşdur ki, yalnız məhkəməyə müraciət etməlidir. xx.xx.2010-cu il tarixdə “Cavabdeh2” İB-nin Bakı şəhəri Nərimanov rayonu Qaz İstismar şöbəsinin yaşayış yerlərində qaz xətlərinə və məişət qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul olunmuşdur. xx.xx.2014-cü il tarixdə köçürülmə ilə X21 sahəsinə yaşayış yerlərində qaz xətlərinə və məişət qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. X21 sahəsi yeni yaradılmış Ağsu Regional X12 tərkibinə daxil olunduğu üçün Regionun rəisi Elşən Rəhimovla xx.xx.2015-ci il tarixli 255 saylı müqavilə əsasında İdarənin Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul olunmuşdjur. X25 Qİİ-nə yeni təyin olunmuş Namiq Məmmədov heç bir səbəb olmadan onunla bağlanmış müqaviləyə xəbərdarlıq olunmadan xx.xx.2019-cu il tarixli 27/k nömrəli əmrlə xitam vermişdir. Azərbaycan Respublikasının Konistutsiyasmm 149-cu maddəsinin 1-ci bəndində göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır. Bu baxımdan hesab edir ki, “Cavabdeh2” İB Ağsu Regional Qİİ-nin rəisinin imzası ilə təsdiqlənmiş və onun işdən azad olunması barədə əmr hüquqa və haqq-ədalətə əsaslanmamışdır. xx.xx.2019-cu il tarixə kimi “Cavabdeh2” İB Ağsu Regional Qİİ Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində qüsursuz işləmiş, indiyə kimi heç bir intizam tənbehi almamışdır. İşdən azad edildiyi tarixə kimi fasiləsiz işləmişdir. İşlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmişdir. Əmək vəzifəsini yerinə yetirərkən kiçikdə olsa qanun pozuntularına yol verməmişdir. Əksinə kollektivin və rəhbərliyin hörməti və etimadını qazanmışdır. Himayəsində 1 azyaşlı uşağı var. Həyat yoldaşı ankoloji xəstədir. Orta ixtisas təhsili var. Qazanc mənbəyi yeganə iş yeri olub. İş üzrə cavabdeh “Cavabdeh2” İB iddia ərizəsinə etiraz edərək, eyni zamanda, fərdi əmək mübahisəsinin həllində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, iddiaı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İddiaçı ilə “Cavabdeh2” X8 X22 İdarəsi arasında tərəflərin qarşılıqlı razılığı əsasında müddəti xx.xx.2015-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək olan xx.xx.2015-cı il tarixli, 255 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin müqavilənin müddəti xx.xx.2019-ci il tarixinədək uzadılmış hesab edilmişdir. “Cavabdeh2 “İB-nin X27 İstsismarı İdarəsinin xx.xx.2019-ci il tarixli, 27/k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı əmək müqaviləsinin bitmə müddəti xx.xx.2019-cu il tarixə təsadüf edir.Lakin, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xəstəlik vərəqəsində olduğu üçün “Cavabdeh2”X8 Regional X12 Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 05-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri ilə bağlanmış xx.xx.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. İddiaçı Məhkəməyə müraciət edərkən prosessual pozuntuya yol verilmişdir.Bununla bağlı bildirirk ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunun aşkar edildiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Məhkəməyə təqdim olunan akt ilə müəyyən olunur ki, İddiaçı bir ədəd əmrinin sürətini və əmək müqaviləsinin elektron bildirşin surətini götürmüşdür. Bununla bağlı müvafiq qaydada xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. İddiaçı tərəfindən məhkəməyə 2020-cu ilin dekabr ayında müraciət edilmişdir.Bununla da müəyyən edilmiş prosessual müddəti buraxmışdır. İddiaçı ərizəsində xx.xx.2019-cu ilə qədər işlədiyi müddət ərzində qüsursuz işlədiyini gstərmişdir. İşlədiyi müddət ərzində intizam tənbehi almadığını göstərmişdir. Halbuki İddiaçı barəsində dəfələrlə intizam tənbehi tədbiri görülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinə iddia müddətinin ötürülməsinin əsasları haqqında qeyd olunan müddəalar şamil olunaraq rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddia tələbini əsassız hesab edərək iddia müddəti tətbiq edilməklə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Cavabdeh2” X8 X15 idarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə xx.xx.2016-cı il tarixinədək müddətli əmək müqaviləsi bağlanmış və o, X27 X5 ravonu üzrə Təbii oazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Ağsu RQİİ-nin baş mühəndisi E.İbrahimovun xx.xx.2018-ci il tarixli “Əmək və icra intizamı haqqında” 236-u nömrəli əmrinin surətindən görünür ki, Kürdəmir XS-nın TQQ və SX-nin QAİ və T üzrə çilingərləri X6, X3, X1, X17, X4 və Kürdəmir XS-nin TQQ və SX-nin mühəndisi X7 işlərində səhlənkarlığa yol verdiyi,vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin və onlara həvalə edilmiş işlərin öhdəsindən layiqincə gəlmə bilmədiyi müəyyən edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin *‘b" bəndinə nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarına əlavə olunmuş əmək qabiliyyətinin olmaması barədə 222415 və 357081 saylı vərəqələrin surətindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işləməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 27/k saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, X19 Qaz X5 rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 05-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış xx.xx.2015-ci tarixli 255 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumat xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. Ağsu RQİİ-nin Hüquq şöbəsinin rəisi K.K.Mustafayev, Kadrlar şöbəsinin rəisi A.A.Yahyayeva və Kadrlar üzrə mütəxəssis M.M.Kamilov tərəfindən tərtib olunmuş “Əmək kitabçasının təhvil götürülməsindən imtina edilməsi haqqında” xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Ağsu RQlİ-nin Kürdəmir rayonu üzrə-Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin başa çatması ilə bağlı idarənin işəgötürəni N.N.Məmmədovun xx.xx.2019-cu il tarixli 27/k nömrəli əmrinə müvafiq olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək kitabçasının alması, əmr ilə tanış olması üçün İddiaçı xx.xx.2019-cu il tarixdə saat 17°°-da Ağsu RQli-nə dəvət olunmuş, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə AR.ƏM-nin 73-cü maddəsi bir daha izah olunmuş, o əmrin və əmək müqaviləsinin elektron bildirişin surətini götürdü lakin əmrlə rəsmi tanış olmaqdan və əmək kitabçasını almaqdan imtina etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. X20 Məhkəməsi “X2” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı 1 il müddətinə “Cavabdeh2” X8 Regional Qaz X5 rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 05-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilməsi, “Cavabdeh2” İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli, 27/k saylı əmri ilə onunla bağlanmış xx.xx.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdikdə) xx.xx.2019-cu il tarixdən xitam verilməsi, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin məhkəmə baxışında təsdiqini tapmamasını və əmrin ləğv edilməsi üçün əsasların olmamasını nəzərə alıb qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin h) bəndinə görə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 288-ci maddəsinin 1-ci bəndinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə eləcə də, hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından İddiaçı cavabdeh “Cavabdeh2” İstehsalat Birliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbi üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia tələbi iddia müddəti tətbiq edilməklə də, rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “Cavabdeh2” İstehsalat Birliyinə qarşı Ağsu X15 idarəsi ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2019-cıı il tarixli 27/k əmrin ləğv olunması və xx.xx.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsinin bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1198/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1198/2021
28.01.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver