Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1527/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh və Bank "xxxx" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh və Bank "xxxx" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bank "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, 13 saylı evdə yerləşən 1B və 2B saylı mənzillərə dair bağlanmış 28.08.2018-ci il tarixli SMMG-00055-17/18A saylı və 30.08.2019-cu il tarixli SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13 2B saylı mənzildə də yaşayırlar. Bu mənzil və 1B saylı mənzil ailə başçısı Cavabdeh adına xüsusi miilkiyyət hüququ ilə qeydə alınmışdır. Bakı Kommersiya Məhkəməsindən daxıl olmuş 27.10.2021-ci il tarixli məhkəmə bildirişdən məlum olmuşdur ki, borcverən "xxxx" ASC ilə "xxxx" MMC, həmçinin X18 arasında imzalanmış borc müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün ipoteka saxlayan “Bank BTB“ ASC" ilə ipoteka qoyan Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, 13 saylı evdə yerləşən 1B və 2B saylı mənzillərə dair 28.08 2018-ci il tarixli, SMMG-00055-17/18A saylı ipoteka müqaviləsi və 30.08.2019-cu il tarixli SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qedd olunan mənzillər iddiaçıların və cavabdehin ümumi mülkiyyətində olan daşınmaz əmlakdır. Hesab edirlər ki, mənzillərin cavabdeh X19 tərəfindən sonrakı ipotekaya qoyulması zamanı mövcud qanunvericiliyin müddəalarına əməl edilmiş olsa da, hər iki ipoteka müqavilələrinə 1 və 2 saylı əlavə razılaşmaların tərtibi zamanı qanunvericiliyin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki. həmin əlavə razılaşmaların tərtibinə razılıqları alınmamışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etiraz edərək ipoteka müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir əsasın olmadığını göstərib iddia tələbinin əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 28.08.2018-ci ii tarixli SMN-00055- 17/18A saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 16 faizlə 150000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan Bank "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh və borcalan "xxxx" MMC arasında bağlanmış 28.08.2018-ci il tarixli, SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, 28.08.2018-ci ii tarixli SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka qoyan Azərbaycan Respublikası DODRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********837-05301-093019 saylı reyestr, qeydiyyat nömrəsi **********, 11.07.2017-ci il tarixində qeydə alınmış RX seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov kiiçəsi, ev 13, 1B və 2B saylı mənzilləri bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bank "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 28.08.2018-ci il tarixli SMN-00055- 17/18A saylı kredit müqaviləsinə 25.12.2019-cu il tarixli 02 saylı əlavənin, 31.05.2020-ci il tarixli 1 nömrəli, 28.08.2020-ci il tarixli 1 nömrəli, 24.12.2020-ci il tarixli 1 nömrəli əlavə sazişlərin surətindən görünür ki, həmin kredit müqaviləsinə 24.12.2020-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 28.12.2020-ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 27.08.2021-ci il tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16% olaraq müəyyən edilmişdir. Bank "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 30.08.2019-cu il tarixli SMN-00164- 17/19A saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 17 faizlə 250000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan Bank "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh və borcalan "xxxx" MMC arasında bağlanmış 30.08.2019-cu il tarixli SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, 30.08.2019-cu il tarixli SMN-00164-17/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka qoyan tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov kiiçəsi, ev 13, 1B və 2B saylı mənzilləri bank qarşısında ipoteka ilə yüklü etmişdir. İV-JQ seriyalı, 479242 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 06.11.1988-ci ildə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 2447 nömrəli akt qeydi ilə rəqmiləşdirilmişdir. 28.08.2018-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrin surətindən görünür ki, İddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov kiiçəsi, ev 13, 1B və 2B saylı mənzilləriin Bank "xxxx" ASC-yə (həmin bankın “Sumqayıt” filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. 28.08.2018-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, X2 Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov kiiçəsi, ev 13, 2B saylı mənzilin Bank "xxxx" ASC-yə (həmin bankın “Sumqayıt” filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Bank "xxxx" ASC ilə “Caspian Plast" MMC arasında imzalanmış 30.08.2019-cu il tarixli SMN-00164-17/19A saylı kredit müqaviləsinə 31.05.2020-ci il tarixli 1 nömrəli əlavə sazişin surətindən görünür ki, müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 26.06.2020ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 26.08.2022-ci il tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16% olaraq müəyyən edilmişdir. Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 28.08.2018-ci il tarixli DEN-00057-17/18A saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 17 faizlə 150000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan Bank "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 28.08.2018-ci il tarixli SMMG-A0055-17/18A saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, 28.08.2018-ci il tarixli DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka qoyan tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov kiiçəsi, ev 13, 1B və 2B saylı mənzilləri bank qarşısında ipoteka ilə yüklü etmişdir. 29.08.2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrin surətindən görünür ki, İddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov kiiçəsi, ev 13, 1B və 2B saylı mənzilləriin Bank "xxxx" ASC-yə (həmin bankın “Sumqayıt” filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 271.1-ci maddəsinə əsaən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03.11.2015-ci il tarixli qərarı ilə müəyyən etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən sonrakı ipoteka müqavilələri yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun şəkildə bağlanmışdır. Yəni, sonrakı ipoteka müqavilələri bağlanarkən ipoteka ilə yüklü edilən mənzillər tam mülkiyyət hüququ ilə ipoteka qoyan Cavabdeh məxsus olmuş və onun arvadı və qızı, iş üzrə iddiaçılar İddiaçı və X1 mənzillərin ipotekaya qoyulmasına razılığı alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh və Bank "xxxx" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin etibarsız hesab olunmasını tələb etsələr də, iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmişlər. Əksinə, iş materialları ilə Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28.08.2018-ci il tarixli SMMG-00055-17/18A saylı və 30.08.2019-cu il tarixli SMMG- 00164-17/19A saylı sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığı müəyyən edilmişdir. Odur ki, iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh və Bank "xxxx" ASC-yə qarşı "Bank "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, 13 saylı evdə yerləşən 1B və 2B saylı mənzillərə dair bağlanmış 28.08.2018-ci il tarixli SMMG-00055-17/18A saylı və 30.08.2019-cu il tarixli SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1527/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1527/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver