Məhkəmə qərarları › İş №2(011)-1562/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1562/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1562/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi və iddianın dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 saylı Notariat Ofisində iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, 14 saylı Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab ediləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının tanışı X1 Həsən Yusif oğlundan aldığı 32000 manat məbləğində pulun müqabilində X4 təklifi ilə iddiaçının evini Cavabdeh2 adına girov olaraq keçirtmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh1 telefon vasitəsilə ona Cavabdeh2la aralarında pulla bağlı mübahisənin olduğuna görə sözü gedən evi görmədən, evə baxış keçirtmədən aldığını bildirmişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh1 qazanc əldə etmək məqsədi ilə Cavabdeh2 24500 manat məbləğində pul vermişdir. Elman pulu alandan bir həftə sonra Tofikin zənglərinə cavab verməmiş, sonuncu aldadıldığını anlamışdır.. O, Elman barəsində Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nə şikayət etmişdir. Şikayətlə əlaqədar Elman Tofikə ayrı-ayrı vaxtlarda cəmi 11000 manat məbləğində pul ödəmişdir. Tofiq isə qalan 13500 manat borcun tam olaraq ödənilməsini tələb etmiş, Elmanı həbs etdirməklə hədələmiş və Elmandan Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Tofiq həbsdən qorxaraq adına əmanət kimi rəsmişləşdirilmiş iddiaçıya aid Şirvan şəhərində olan evi, pul qaytarılanadək, müvəqqəti olaraq Tofiqin adına sənədləşdirmişdir. Belə ki, Tofiq Elmanı tanışı olan 14 saylı Notariat Ofisində aparmış və orada heç bir pul ödəmədən evi 45000 manata alqı-satqı müqaviləsi əsasında sənədləşdirmiş, müqavilənin bağlanılmasına 2500 manat pul xərclənmişdir. Bundan sonra Cavabdeh1 öz adına çıxarış almışdır. Bündan sonra Şirvan şəhərində yerləşən evi tapmış və evdə yaşayan sakinlərə evə aldığını bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 iddiaya dair münasibəti Cavabdeh X2 nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmişdir. O, İddiaçı ilə xx.xx.2020-ci il tarixində bağlanılmış alqı-satqı müqaviləsin, eyni zamanda onunla Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində bağlanmış müqavilənin etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 iddiaya dair münasibəti: Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsii xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, pul verib ev almışdır. Müqavilə notarial qaydada bağlanılmışdır. O, xaricdən yeni gəlmişdir. Cavabdeh2 ona iş təklif etmişdir, o da razılaşmış, sonuncuya 24500 manat məbləğində pul vermişdir. Daha sonra Cavabdeh2 onun zənglərinə cavab verməmişdir. O da aldadıldığını anlamışdır. Daha sonra Elman 2000 manat ona ödəniş etmiş, lakin sonra yenə də zənglərə cavab verməmişdir. Bundan sonra X20 barəsində polisə şikayət etmişdir. Polis vasitəsilə Elman 4000 manat daha ödəniş etmişdir. Bundan sonra əlində mülkin olduğunu bildirdi, onu Kərimov Tofikə satmağı təklif etdi. O, Elmana bildirmişdir ki, evi şəhid ailəsinə ucuz qiymətə kirayə verir. Elman evi almamışdan sonra evi uzaqdan görmüş, Elman evə girməyə icazə verməmişdir. O, bildirdi ki, başqa borcları da var. Elman 24500 manatdan 6000 manat məbləğində pulu qaytarmış, qalan borcu isə 18500 təşkil etmişdir. Cavabdeh2 evi Tofiqə 40000 manata satmışdır. O, banka pulu qoydu, daha sonra Cavabdeh2 pulu çıxartdı 18500 manatı Elmana qaytardı. 21500 manatı isə aldı və getdi. O, Elmandan tələb etdi ki, polisdən ərizəni götürsün. Elman da polisdən ərizəsini geri götürdü. Daha sonra o. Cavabdeh2la birdə əlaqə saxlamamışdır. O, evə dair çıxarış alandan sonra evə getmişdir. Cavabdeh1 pullarını qaytarsalar evi qaytarmağa hazır olduğunu bildirmişdir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını 2019-cu ildən bəri tanıyır. Cavabdehlərin hər ikisini mübahisəli evlə bağlı tanıyır. O iddiaçıdan xahiş etmişdir ki, bir nəfərdən borc alsın, əvəzində isə öz evini girov qoymuşdur. Sonra o pul Elmana geri qaytarılmışdır. Lakin sonradan Elman evi borclu olduğu Tofiq adlı şəxsə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını uzun müddətdir, təxmini 10-11 ildir ki, tanıyır. Cavabdehləri isə son baş verən hadisələrdən sonra tanıyır. 2023-cü ilin oktyabr ayında iddiaçı ilə biryerdə olanda. iddiaçıya Şirvan şəhərindən ailə üzvlərindən zəng gəlmişdir ki, bir nəfər evə yaxınlaşaraq iddia edir ki, evi almışdır, ev onundur. Sonra Tofiq atası ilə birlikdə gəldi dedi ki. evi alıblar, çıxarışları da var. İddiaçı Tofiqə onu tanımadığını, ona ev satmadığını bildirmişdir. Lakin Tofiq demişdir ki, Elman adlı şəxslə aralarında borc məsələsi var, dəfələrlə borcunu istəsə də qaytarmayıb. Nəticədə polisə müraciət etmək məcburiyyətində qalıb. Elman da borcu qaytara bilmədiyinə görə məcbur qalaraq evi verib. İşin halları: İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixində notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 hektar torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Müqavilədə satıcının daşınmaz əmlakı 33500 manata satdığı, alıcının isə həmin qiymətə aldığı qeyd edilmişdir. Müqavilə bağlanılan zaman İddiaçı arvadının razılığı alınmışdır. Müqavilə üzrə mənzilin dəyəri Cavabdeh2 tərəfindən notariusun depozit hesabına mədaxil edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və və 0,06 hektar torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixində ********** nömrə ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil satıldıqdan sonra mənzildə İddiaçı ailə üzvləri yaşamış, hal-hazırda da həmin şəxslər evdə yaşamağa davam edirlər. Cavabdeh2 ilə X10 arasında xx.xx.2023-cü il tarixində notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evi və və 0,06 hektar torpaq sahəsini X8 mülkiyyətinə vermişdir. Müqavilədə satışının daşınmaz əmlakı 40000 manata satdığı, alıcınını isə həmin qiymətə aldığı qeyd edilmişdir. Daşınmaz əmlakın alqı-satqısı zamanı Cavabdeh2 arvadının razılığı alınmışdır. Müqavilə üzrə mənzilin dəyəri Cavabdeh1 tərəfindən notariusun depozit hesabına mədaxil edilmişdir. Ləğv prosessində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş qəbzin surətindən görünür ki, Cavabdeh2 ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənişi Cavabdeh2 almışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və və 0,06 hektar torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində ********** nömrə ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi” əqdin subyektləri, forma və məzmunla bağlı qanunvericiliyin tələblərinə uyğun olsa belə, müqavilə tərəflərinin niyyəti sözü gedən əmlakın alqı-satqısı olmamışdır. Yəni tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı razılaşma mövcud olmamış, onlar müqavilədə qeyd edilən hüquq və vəzifələrinin əmələ gəlməməsi barədə aralarında razılaşmışdırlar. Buna dəlalət edən hallardan biri də odur ki, müqavilə 2020-ci ildə bağlanılsa da, müqavilənin predmeti olan daşınmaz əmlak heç bir zaman alıcıya təhvil verilməmiş, fərdi yaşayış evində hal-hazırda da, müqavilə üzrə satıcı olan İddiaçı ailə üzvləri yaşayırlar. Digər tərəfdən tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, daşınmaz əmlaka görə Cavabdeh2 tərəfindən İddiaçı ödəniş edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış müqavilə etibarsızdır. Yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlanıldığı zaman, Cavabdeh2 hüquqdan sui-istifadə etmiş, İddiaçı ilə aralarında olan alqı-satqı müqaviləsinin faktiki olaraq etibarsız olduğunu bilə-bilə həmin əmlaka dair Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında pulun ödənilməsi ilə bağlı mübahisə olmuş, Cavabdeh2 Cavabdeh1 borcu olmuşdur. Cavabdeh1 Cavabdeh2 barəsində polisə şikayət etdiyinə görə o, ünvan 2 ünvanında yerləşən evi və torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh1 ilə müqavilə bağlamışdır. Göründüyü kimi, müqavilə tərəflərinin niyyəti daşınmaz əmlakın alqı-satqısı olmamışdır. Bununla yanaşı, Cavabdeh1 fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı fərdi yaşayış evinə baxış keçirtməmiş, evdə üçüncü şəxslərin yaşadığını bilmişdir. Cavabdeh1 fərdi yaşayış evinə X6 icazə vermədiyinə görə baxış keçirtmədiyi ilə bağlı isə dəlilini məhkəmə inandırıcı hesab etmir. Belə ki, o, yalnız mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra evə getmiş və evdə yaşayan şəxslərə evi aldığını bəyan etmişdir. Buna baxmayaraq mübahisəli evdə hal-hazırda da İddiaçı ailə üzvləri yaşayırlar. Bundan başqa cavabdeh özü məhkəmə iclasında verdiyi izahatında da göstərmişdir ki, Cavabdeh2 ona olan borcu ödənildiyindən sonra evi qaytarmağa hazırdır. Bütün bunlar onu deməyə əsas verir ki, X13 da qeyd edilən alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı kimi hərəkət etməmişdir. Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlanılması və bu müqavilə əsasında daşınmaz əmlaka dair Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəticə etibarı ilə cavabdehlər arasında olan hüquq münasibətlərinə aidiyyəti olmayan, qeyd edilən məsələlərdən bixəbər olan iddiaçı və onun ailə üzvlərinin əsassız olaraq əmlakından və yaşayış yerində məhrum edilməsinə gətirib çıxarır. Məhkəmə hesab edir ki, bu cür yanaşma vicdanlılıq anlayışına ziddir və aşkar ədalətsizliyə səbəb olacaqdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021 il 17 sentyabr tarixli qərarına istinadən qeyd edir ki, vicdanlılıq institutu mülki hüququnun təməl prinsiplərindən olmaqla dürüstlükk kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olmalı ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftaraq zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış müqavilə etibarsız hesab edilməli və tərəflərin müqavilə üzrə aldıqları restitusiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixində notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız əqd əsasən aparıldığına görə ləğv edilməlidir. Müqavilə üzrə hər hansı ödəniş edilmədiyinə, pul məbləği restitusiya olunmamalıdır. Eyni qaydada Cavabdeh2 ilə Cavabdeh1 arasında sözügedən əmlak barəsində xx.xx.2023-cü il tarixində notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Əmlaka dair mülkiyyət hüququnun Cavabdeh1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Müqavilə üzrə Cavabdeh1 tərəfindən Cavabdeh2 ödənilmiş 21500 manat məbləğində vəsait Cavabdeh1 geri ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixində notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və və 0,06 hektar torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində aparılmış ********** nömrəli qeydiyyat və çıxarış ləğv edilsin. Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixində notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və və 0,06 hektar torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixində aparılmış ********** nömrəli qeydiyyat və çıxarış ləğv edilsin. Müqavilə üzrə Cavabdeh1 tərəfindən Cavabdeh2 ödənilmiş 21500 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq X11 ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar