Məhkəmə qərarları › İş №2(011)-174/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-174/2025

17.02.2025 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-174/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2696668Vəkil2, İddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X20 və X13, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı üçüncü şəxslər X20 və X26 olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məcburi payın müəyyən edilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X1 ona məxsus olan "Ordubad” kiçik müəssisəsinin (VÖEN **********) əmlakının 85% Cavabdeh1, 15%-i isə Cavabdeh2 və Astara rayonunun Pensər kəndində 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 100 kv.metr olan fərdi yaşayış evinin bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və bununla bağlı hüquqverən sənədlərin ləğv edilməsi, miras əmlakda vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi, bölünməsi və mülkiyyət hüququnun tanınması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, miras əmlakda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X4 miras qalan "xxxx" kiçik müəssisəsinin (VÖEN: **********) əmlakda, Astara rayonun Pensər kəndində 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 100 kv.metr olan fərdi yaşayış evində və Unibank ASC-nin bank hesabından çıxarılan 5500 manat və ACCESSBANK QSC-sən çıxarılan 32500 manat pul vəsaitində ona çatası məcburi payımın müəyyən edilməsi və əmlakdan payının tamamlanması barədə və 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X20 və X26 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)-174/2025 saylı mülki iş üzrə iddiaçı tərəfindən maraqlı şəxs qismində cəlb edilmələrini, mərhum ataları X17 xx.xx.2022ci ildə vəfat edənə kimi onun mülkiyyətində olan və AR İqtisadiyyat Nazirliyi nəzdində DƏDRX-nin Bakı çəhəri Ərazisi İdarəsində dövlət reyestrində 600 nömrəli reyestr kitabında 55146 nömrəli vərəqində qeydə alınmış, Seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, General Şıxlinski, küç. ev 37, 79 saylı mənzilindən, 08.08. 1994-cü ildə X30 qeydiyyatında qeydə alınmış "xxxx" kiçik müəssisəsi (VÖEN **********) əmlakdan, Astara rayonun Pensər kəndində 0,12 ha. torpaq sahəsi və onu üzərində inşa edilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən və 200 kv.m. fərdi yaşayış evindən, "xxxx" ASC-nin hesabından çıxarılan 5500 manat və "xxxx"QSCdən çıxarılan 32500 manat pul vəsaitindən onlara çatan məcburi payın müəyyən edilməsi və cavabdehlər X11 və Cavabdeh2 alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, miras qoyan atası X7 xx.xx.2022-cı il tarixdə ölümündən sonra onun mülkiyyətində olan Bakı şəhər, Xətai rayonu, General Şıxlınskı küçəsi, 37 saylı evin ümumi sahəsi 68.22 kv.metr,yaşayış sahəsi 46 62 kv.metrdən ibarət 3 otaqlı 79 saylı mənzili, "xxxx" kiçik müəssisəsının əmlakı, Astara rayonunun Pensər kəndində 0.12 ha həyətyanı orpaq sahəsi və onun üzərində ümumi sahəsi 100 kv.metr olan fərdi yaşayış evi mıras qalmışdır. Miras qoyanın ölümündən sonra birinci növbə vərəsələr kimi atasının birinci nikahından ögey qardaş və bacısı X26, X21, ikinci nikahından o, doğma qardaşları Cavabdeh1 və Cavabdeh2 vərəsə olmuşlar, atalarının ikinci nıkahdan arvadı, anası X18 miras qoyanın ölümündən əvvəl, yəni xx.xx.2020-cı ıl tarixdə vəfat etmişdir, Rəhilə Cəfərzadənin ölümündən sonra onun X14 ilə brgə nikah müddətində əldə edilmiş ümumi birgə mülkiyyətdə olan əmlakda Rəhilə Cəfərzadəyə aid olan hissəsində vərəsəlik açılmış və bununla bağlı Bakı şəhən 18 saylı Notariat Ofisinə müraciət edilmişdir, o və hazırkı iş üzrə cavabdehlər X39 oölu və Cavabdeh2 həmin Notariat ofisində vərəsəlik iş üzrə hər birinə R.Cəfərzadədən qalan miras payından ataları Əmiırşah İbadzadənın xeyrinə imtina etmişlər, anasından ona çatacaq miras payından atası Əmirşahın və qardaşları tərəfindən ona göstərilən təzyiqlər, hədə-qorxular, hətta insan ləyaqətini alçaldan təhqirlərdən sonra yazmışdır, atası Nadir və Namiqin ona olan təzyiqlərinə dözməyərək pis vəziyyətə düşdüyünü və onun imtina barədə ərizə yazmağını xahiş etmiş, atasının yüksək şəkərli dibet və təzyiq xəstəsi, ürəyində problemin olduğuna və onun ölmə ehtimalını nəzərə alaraq o, payından imtina barədə ərizə yazmağa məcbur olmuşdur, bundan sonra o, Nadir və Namiqin əsil niyyətlərini - atamı pis vəziyyətə saldıqlarını gördükdə 18 saylı Notariat Ofisinə verdiyi imtina barədə ərizəni geri götürməyi barədə müraciət etmiş, lakin ona izah edilmişdir ki, miras paydan imtina barədə ərizənin geri götürülməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Atasının ölümündən sonra ona məlum olmuşdur ki, cavabdehlər X6 ağır vəziyyətdə olduğunu, öz hərəkətlərinin nəticəsini dərk etmək iqtidarında olmadığından suiistifadə edərək mülkiyyətində olan əmlakları öz adlarına bağış ama muqavıləsi əsasında keçirilməsinə məcbur edərək nail olmuşlar, bundan başqa, cavabdehlər X9 ilə Rəhilə Cəfərzadənin birgə nikah müddətində əldə edilmiş və sonuncunun "xxxx" ASC-nin bank hesabında olan 5500 manat və "ACCSESSBANK” QSC-də olan 32 500 manat pul vəsaitini çıxararaq mənimsəmişlər. Atasının ölümündən sonra o, qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 6 saylı “Asan Xidmət” Mərkəzinın notarıat ofisinə ərizə ilə müraciət etmiş və həmin vaxt ona məlum olub ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 37 saylı evin ümumi sahəsi 68.22 kv.metr yaşayış sahəsi 46.62 kv metrdən ibarət 3 otaqlı 79 saylı mənzilindən başqa digər əmlaklar miras kütləyə daxil edilməmişdir, o, atasının miras qoyduğu Bakı şəhəri, Xətaı rayonu, General Şıxlınskı küçəsi, 37 saylı evin 79 saylı mənzilində miras payını almış, lakin miras kütləyə daxil olan dgər əmlaklarla bağlı cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona çatan payından məhrum olmuşdur, belə ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlrlər Baş kdarəsinin X30 Qeydiyyatı İdarəsinin 14 iyun 2023-cü il tarixli məktubuna əsasən "xxxx" kiçik müəssisəsinin (VÖEN **********) əmlakının 8596 Cavabdeh1, 1596-İ isə Cavabdeh2, Astara rayonunun Pensər kəndində 0.12 ha həyətyanı orpaq sahəsi və onun üzərində ümumi sahəsi 100 kv.metr olan fərdi yaşayış evi bağışlama yolu ilə cavabdehlərin adına keçirilmişdir. Obyektin dəyəri 4 milyondur. Ondan əlavə Verginin sənədi var ilə 30 min pul qazanır əlavə qeyri-rəsmi 50 min qazanırlar həmin obyektdən, eyni zamanda 37 min manat bankda pul olub, ona 7 min manat pul çatmalıdır, kənddəki evin qiyməti 100 min manat olmalıdır, ona 20 min çatmalıdır. Ordubad müəssisəsi qiymətləndirilə bilmirlər, 99 illlik icarəyə götürülüb. Üzərindəki obyektlər də sənədsizdir. Sənədləşəndə onlar satışa gedə bilər. Bu gün ora sənədi olmadan işləyir. Orada 40-50 otaq var məişət xidməti görür. Sonuncu dəfə 4 milyon idi. Banklardakı pulu 2021-ci ilin avqustunda atası çıxardıb. Buna görə də, həmin əmlaklar hesabına onun payı tamamlanmalıdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddiaçının izahatına uyğun izahat verərək bildirdi ki, iddiaçı miras qoyanın qızı olmaqla, birinci dərəcə vərəsədir, onun məcburi pay hüququ vardır, iddiaçının atasından qalmış əmlaklarda onun payı müəyyən edilməklə bağışlanmış əmlakların, yəni "xxxx" Kiçik Müəssisəsi və ünvan 4ində yerləşən torpaq sahəsi və evin dəyəri hesabına iddiaçının payı tamamlanmalı və cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Sonda Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X26 iddia tələbini müdafiə edərək bildirdi ki, “mərhum ataları X17 xx.xx.2022-ci ildə vəfat edənə kimi onun mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu , General Şıxlinski, küç. ev 37, 79 saylı mənzil, həmçinin "xxxx" kiçik müəssisəsi (VÖEN **********) əmlak, Astara rayonun Pensər kəndində 0,12 ha. torpaq sahəsi və onu üzərində inşa edilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən və "xxxx" ASCnin hesabından çıxarılan 5500 manat və "xxxx"QSC -dən çıxarılan 32500 manat pul vəsaiti olmuşdur. X15 iki dəfə ailə qurmuş və iki nikahından onun 5 övladı olmuşdur. X2 və anaları X16 ilə birgə nikahından - X5 Aygün Əmirşah qızı Bakı şəhərində anadan olmuş. Həmçinin ataları , başqa bir qadınla X18 yaşamış və onların 3 övladları olmuşdur. 1974-cü il təvəllüdlü İbadova, Sevinc Əmirşah qızı, 1980-cı ildə Cavabdeh1 və 1983-cı il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Beləliklə ataları X8 hər iki nikahdan 5 övladı olmuşdur: o, X26, X21, Cavabdeh2, X22, İddiaçı. X3 08.08.202-ci ildə vəfat edənə kimi onun adına avtomobil, daşınmaz əmlak mənzil , Şadlıq evi və.s. olmuşdur. Atası vəfat edəndən sonra Notariat kontorunda Vərəsəlik işi açılmış və onlar beş bacı-qardaş hamısı qanuni vərəsə kimi qeydiyyatdan keçmişlər, o zaman qardaşı Cavabdeh2 bacı-qardaşlara bildirmişdir ki, atadan qalmış miras əmlakın onun adına bir vərəsəlik şəhadətnaməsi yazılsın və o da öz növbəsində ata mülkünü sataraq onun hər birinə 100.000 (yüz min) manat pul ödəyəcəkdir. Ona görə razılaşmış və Notariat ofisində ərizə yazaraq miras paydan Namiqin xeyrinə imtina barədə ərizə yazmışlar, lakin sonradan nə Cavabdeh2 , nə də Cavabdeh1 öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi üçün biz məcbur olub Xətai rayon məhkəməsinə müraciət etmişik . Mübahisəli işin məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki , cavabdehlər atası xəstə olduğu və özünü dərk etmək iqtidarına malik olmadığı zamana, atalarını aldatmış və vəfat etməmişdən bir neçə gün əvvəl atamızın adına olan əmlakları bağışlama qaydası ilə cavabdehlərin adına keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsiin X30 Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Ordubad Kiçik müəssisəsinin ( VÖEN ********** ) əmlakının 85% Cavabdeh1 , 15% -i isə Cavabdeh2 adına və Astara rayonun Pensər kəndində 0,12 ha. həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evi bağışlanma yolu ilə cavabdehlərin adma keçirilmişdir. Eyni zaman da atalarının adına olan "xxxx" ASC-nin hesabından çıxarılan 5500 manat və "xxxx"QSC -dən çıxarılan 32500 manat pul vəsaitini mənimsəmişlər. Hazırda bacları İddiaçı məhkəməyə müraciət edərək atalarının adına olmuş əmlaklardan məcburi payının ayrılaraq ona verilməsini xahiş etmişir. Ona görədə hesab edirik ki, X2nun adına olmuş əmlaklardan onlara ayrılmalı olan məcburi payın ayrılması üçün iş üzrə iddiaçı tərəfindən 3-cü şəxs qismində məhkəməyə müraciət edirlər, cavabdehlərin tamahkarlıqları və qanunsuz əməlləri nəticəsində atalarının adına olmuş əmlaklardan bizə çatmalı olan məcburi pay əmlaklarından məhrum olmuşlar” X44 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Aygün İbadova, iddiaçı və onun vəkilinümayəndəsinin izahatları ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “əmlak üzərində həbs olduğuna görə o, digər şəxslərə çatacaq 100 min manat pulu verə bilmir, əmlak satılsa, o və digər cavabdehdən başqa 3 şəxsə 100 min manat əmlak satılandan sonra verməyə razıdır, İddiaçı çox şeyə nail ola bilərdi, atası sağ olanda. Sonra isə atasından çox şey istədi. Atası Sevincə ev verdi. Ona da ev tikdirdi. O özü gəlib deyib ki ev məsələsini həll etsinlər. Bütün kənd də bilir ki atası vəsiyyət zamanı nələr deyib. Atası ona deyib ki vərəsəlik məsələsini həll etsin, o da etməlidir, Sevinc isə əmlaklara həbs qoydurdu. Əvvəldən işlər görüb. Nadirin də onun də atasının da maşının alıb əllərindən, məhkəmənin qərarı ilə nə oldusa icra da elədi. Atası deyib gəlsin Sevinc maşını götürsün, biraz sonra rəhmətə getdi. Sevinc atasının tələblərini yerinə yetirmədi. Atası deyib evi Namiqə verir o da belə elədi. Hamı razı oldu. Sevinc istəmədi. Atamın evinə getdi şkafdan pul götürdü, qızıl götürdü. Məni şərlədi polisə verdi bizi 100 dəfə polisə verib. Hər şeyi ələ almaq istədi. Biz əziyyət çəkmişik qardaşımla. Sevincin heç bir əməli olmayıb. Bütün əziyyətləri biz çəkmişik. İndi Sevincə də 100 min manat təklif edirəm . Sevinc atamın son sözlərin etməlidir. O maşınları qaytarmalıdır. Hansı ki məhkəmə ilə götürüb. Vərəsəsində də 100 min deyib atam. Onu verirəm mən. Hazırda dövlət sənədsiz yerləri nəzarətə götürüb. İndi yavaş yavaş sənədləşir. Biz təsisçiyik. Dövlətdən aldığımız torpaqdır. İcarəyə götürmüşük 99 illik onun üzərində yerlər tikilib”. Sonda Cavabdeh2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “anam rəhmədə gedəndən sonra 40-ı çıxmamış mən, qardaşım və Sevinc imtina ərizəsi yazmışıq. İmtinadan sonra 6 aydan sonra. Adında nə varsa imtina etdik. Ev, müəssisə, pul idi. Atam dedi imtina edəssiz mənimdır hamısı biz də əməl elədik. Pulu da atam çıxartdı. Sonra sevinc bizi məhkəməyə verməyə başladı. Atam gördü ki ondan əl çəkmir Sevinc. Bizə dedi ki sizi süründürəcəm. 2022 fevral ayında mən və atamla bakıya gəldi sphbət elədi. Dedi barış bizlə. Evi qardaşıvın adına keçəsinə etiraz eləmə. barışaq. Sevinc razılaşmadı dedi ki, birinci mən deyən olacaq sonra o. Bununla bağlı səsi də var onların. Gördü ki atam barışmır. Mənim adıma keçirmək istədi atam müəssisəni 85 % qardaşımın 15 faiz mənim adımadır ora. Atam yenə cəhd elədi yenə barışmadı. İyun ayında 12 sont kənddəki torpağı 3 sot mənə bağışladı 9 sot qardaşımın. Bütün sənədləşmə işləri atamın sağlığında oldu ora ilə bağlı. 1 il polislərə verdi Sevinc bizi. Evin də torpağın da sənədi yox idi. Mənzildən qardaşımın xeyrinə imtina eləmişəm mən. 2-3 ildi məhkəməyə verir bizi Sevinc. Bütün əmlaka həbs qoyulub. Çox məsələlər atamın sağlığında olub. 9 ay maşınsız qalmışam mən. Ordubadın əmlakın dəyərləndirə bilmərəm 48 sot torpaqdır o da dövlətindir. Şəhadətnamə alınmalıdır və bundan sonra özəlləşməlidir. Sot 30-40 mindir orada. O da sənədli olanda”. Sonda Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, Aygün İbadova və Elşən İbadovun iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, 79 saylı mənzil tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 261146 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan **********478 nömrəli ərizədən görünür ki, X20, X6 xx.xx.2022ci il tarixli vəfatı ilə əlaqədar X4 qalan miras əmlakın ona çatası payından xx.xx.2022-ci il tarixdə Cavabdeh2 xeyrinə imtina etmişdir. AR MM-nin 1268-ci maddəsi ona izah olunmuşdur. İş materiallarında olan **********479 nömrəli ərizədən görünür ki, Cavabdeh1, X6 xx.xx.2022-ci il tarixli vəfatı ilə əlaqədar X4 qalan miras əmlakın ona çatası payından xx.xx.2022-ci il tarixdə Cavabdeh2 xeyrinə imtina etmişdir. AR MM-nin 1268-ci maddəsi ona izah olunmuşdur. İş materiallarında olan **********477 nömrəli ərizədən görünür ki, X26, X6 xx.xx.2022ci il tarixli vəfatı ilə əlaqədar X4 qalan miras əmlakın ona çatası payından xx.xx.2022-ci il tarixdə Cavabdeh2 xeyrinə imtina etmişdir. AR MM-nin 1268-ci maddəsi ona izah olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 79 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 1/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 79 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 4/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 151039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri X33 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən "xxxx" Kiçik Müəssisəsinə (VÖEN: **********) məxsus ünvan 2 ünvanda yerləşən **********-20002 kodlu təsərrüfat subyektinin (obyektinin) xx.xx.2006-cı il tarixdə qeydiyyata alınması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin X30 qeydiyyatı idarəsinin məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən "xxxx" Kiçik Müəssisəsinin nizamnamə kapitalının məbləği 1 (bir) manat təşkil edir. Bundan başqa müəssisənin təsisçiləri və payları barədə məlumatlar aşağıdakı kimidir: Cavabdeh1 ~ 85 %; Cavabdeh2 - 15 % İş materiallarında olan "xxxx" MMC-nin 07 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak kompkeksinin orta bazar dəyəri ******* manat likvid dəyəri ******* manat müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş hesabdan görünür ki, aparılmış ekspertizanın dəyəri 350 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/5446-9/5622 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 4i ünvanında yerləşən (Çıxarış № 1343736) torpaq sahəsinin 0,12 ha təşkil etməsini nəzərə alaraq həmin torpaq sahəsinin üzərindəki əmlaklarla hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 43.000,0 manat məbləğində müəyyən olunur. Həmin Rəyə əlavə edilmiş hesabdan görünür ki, aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “qeyd olunan şəxsə dair müvafiq məlumatların verilməsi barədə” məktubundan görünür ki, ünvan 4i ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi o.089 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir, onun adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan AR DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, X26 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, X26 tərəfindən 108 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC və "xxxx" ASC-nin məktublarından görünür ki, X6 adına həmin banklarda bank hesabı və depozit qutusu mövcud deyil. İş materillarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması Müqavilələrindən görünür ki, X10 mülkiyyətində olan ünvan 4ində yerləşən 0.12 ha torpaq sahəsindən 0,031 ha hissəni Cavabdeh1, 0,089 ha hissəni Cavabdeh2 bağışlamışdır. İş materillarında olan xx.xx.2022-ci il tarixli Təsis payının bağışlanması Müqaviləsindən görünür ki, X10 "xxxx" Kiçik Müəssisəsinin təsis payının (dəyəri 1 manat) 85%-ni Cavabdeh1, 15%-ni Cavabdeh2 bağışlamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, X20, Cavabdeh1, Cavabdeh2, X26 və İddiaçı X6 uşaqları olmaqla birinci dərcəli vərəsələridirlər, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, 79 saylı mənzilə dair mərhuun mülkiyyət hüququ müvafiq dövlət reyesterində qeydiyyata alınmışdır, mülkiyyətçinin xx.xx.2022-ci il tarixdə ölməsi ilə miras açılmışdır, miras açıldıqdan sonra xx.xx.2022-ci tarixdə X20, Cavabdeh1 və X26, X4 qalan miras əmlakın onlara çatası payından Cavabdeh2 xeyrinə imtina ediblər, mirasın qəbulundan imtina qanunvericiliklə müəyyən edilmiş üç aylıq müddət ərzində verilmişdir, bundan sonra 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş Vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, 79 saylı mənzil üzərində Cavabdeh2 - 4/5 hissədə, İddiaçı – 1/5 hissədə payı müəyyən olunmuşdur. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X10 xx.xx.2022-ci il tarixdə mülkiyətində olmuş ünvan 4i kəndində yerləşən 0.12 ha torpaq sahəsindən 0,031 ha hissəni Cavabdeh1, 0,089 ha hissəni Cavabdeh2, "xxxx" Kiçik Müəssisəsinin təsis payının (dəyəri 1 manat) xx.xx.2022-ci il tarixdə 85%-ni Cavabdeh1, 15%-ni Cavabdeh2 bağışlamışdır, hazırda iddiaçı məcburi pay hüququ olan əmlaklar hesabına payının tamamlanmasını, üçüncü şəxslər isə məcburi paylarının müəyyən edilməsi və ayrılaraq onlara verilməsini tələb edirlər. Məhkəmə, İddiaçı iddia tələbinə münasibətdə qeyd edir ki, o, birinci növbəli vərəsə kimi onun ünvan 4ində yerləşən 0,012 ha torpaq sahəsi ilə "xxxx" Kiçik Müəssisəsi miras qoyan tərəfindən üçüncü şəxslərə (Cavabdeh2 və Cavabdeh1) bağışlanmış əmlakdan qanun üzrə vərəsəlik zamanı ona çatası məcburi payın 1/10 (yarısının 1/5-i) hissəsinin dəyəri həddində məcburi payın tamamlanmasını tələb etmək hüququ da vardr. Məhkəmə, İddiaçı tamamlanmalı olan payının məbləğini müəyyən edərkən, ünvan 4i ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin qiymətinin 9/5622 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi əsasında 43000 manat və "xxxx" Kiçik Müəssisəsinin nizamnamə kapitalının 1 manat olmasını nəzərə alır. Belə olan halda məhkəmə hesab edir ki, həmin əmlakların ümumi dəyərinin (43001 manat) 1/10 hissəsini təşkil edən 4300,1 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, iddaçının tamamlanmalı olan payının hansı cavabdehdən və hansı məbləğdə tutulmasına münasibətdə hesab edir ki, hər bir cavabdeh onlara bağışlanmış paylara mütənasib olaraq öhdəlik daşıdığından və ünvan 4i kəndində yerləşən 0.12 ha torpaq sahəsindən 0,031 ha hissəsi Cavabdeh1, 0,089 ha hissəsi Cavabdeh2, bağışlandığından 4300 manatın 0,26 (0,031/0,12) hissəsi, yəni 1118 manat Cavabdeh1, 0,74 (0,089/0,12) hissəsi, yəni 3182 manat Cavabdeh2, "xxxx" Kiçik Müəssisəsinin paylarının 0,15 hissəsi Cavabdeh1, 0,85 hissəsi isə Cavabdeh2 bağışlandığından 0,1 manatın 0,85 hissəsi Cavabdeh1, 0,1 manatın 0,15 hissəsi isə Cavabdeh2 tutulmalıdır. Məhkəmə, idda tələbinin “"xxxx" ASC-nin bank hesabından çıxarılan 5500 manat və "xxxx" QSC-dən çıxarılan 32 500 manat pul vəsaiti” hissəsinə münasibətdə qeyd edir ki, bu sübutetmə yükü ilə bağlıdır, belə ki, iddiaçı həmin pul vəsaitlərinin miras əmlaka daxil olması, həmin pul vəsaitinin cavabdehlərə bağışlanması və miras kimi cavabdehlərə keçməsi ilə bağlı sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, X6 həmin banklarda hər hansı bank hesabı və depoziti olmamışdır. Məhkəmə, üçüncü şəxslərin iddia tələbi ilə bağlı qeyd edir ki, Aygün İbadova və Elşən İbadov Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, 79 saylı mənzilə dair paylarından imtina etdiklərindən, "xxxx" ASC-nin bank hesabından çıxarılan 5500 manat və "xxxx" QSC-dən çıxarılan 32 500 manat pul vəsaitlərinin miras əmlaka daxil olması, həmin pul vəsaitinin cavabdehlərə bağışlanması və miras kimi cavabdehlərə keçməsi sübuta yetirilmədiyindən, ünvan 4i kəndində yerləşən 0.12 ha torpaq sahəsi və "xxxx" Kiçik Müəssisəsi isə Əmirşah İbadzadənin öldüyü tarixdə onun mülkiyyətində olmamaqla miras əmlaka daxil olmadığından və iddia tələbi məcburi payın müəyyən edilərək cavabdehlərdən alınması barədə olduğundan iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, irasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1197-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Həmin Məcəllənin 1200-ci maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Həmin Məcəllənin 1201-ci maddəsinə əsasən, əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 4300 manatın 0,26 (0,031/0,12) hissəsi, yəni 1118 manat Cavabdeh1, 0,74 (0,089/0,12) hissəsi, yəni 3182 manat Cavabdeh2, "xxxx" Kiçik Müəssisəsinin paylarının 0,15 hissəsi Cavabdeh1, 0,85 hissəsi isə Cavabdeh2 bağışlandığından 0,1 manatın 0,85 hissəsi Cavabdeh1, 0,1 manatın 0,15 hissəsi isə Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə və üçüncü şəxslərin iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin həcminin (4300 manat) nəzərə alınmaqla, dövlət rüsumu cavabdehə aid edilməli və 63 manat ondan alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1118 (min yüz on səkkiz) manat və Cavabdeh2 3182 (üç min yüz səksən iki) manat 10 (on) qəpik alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi qismində ümumilikdə 63 manat alınaraq İddiaçı ödənilsin. Üçüncü şəxslər X27 və X13 “mərhum ataları X17 xx.xx.2022-ci ildə vəfat edənə kimi onun mülkiyyətində olan və AR İqtisadiyyat Nazirliyi nəzdində DƏDRX-nin Bakı şəhəri Ərazisi İdarəsində dövlət reyestrində 600 nömrəli reyestr kitabında 55146 nömrəli vərəqində qeydə alınmış, Seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, General Şıxlinski, küç. ev 37, 79 saylı mənzilindən, 08.08. 1994-cü ildə X30 qeydiyyatında qeydə alınmış "xxxx" kiçik müəssisəsi (VÖEN **********) əmlakdan, Astara rayonun Pensər kəndində 0,12 ha torpaq sahəsi və onu üzərində inşa edilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən və 200 kv.m. fərdi yaşayış evindən, "xxxx" ASC-nin hesabından çıxarılan 5500 manat və "xxxx" QSC-dən çıxarılan 32500 manat pul vəsaitindən onlara çatan məcburi payın müəyyən edilməsi və cavabdehlər X11 və Cavabdeh2 alınaraq onlara verilməsi” barədə iddia tələbləri təmin edilməsin. X26 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar