Məhkəmə qərarları › İş №2(011)-225/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-225/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-225/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC–nin xeyrinə 14R********** saylı kredit razılaşması üzrə 30182.44 ABŞ Dolları məbləğində kredit borcu, 16634.38 ABŞ Dolları məbləğində faiz borcu və 13849.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 60666.81 ABŞ Dolları, 014R********** saylı kredit razılaşması üzrə 5990.84 ABŞ Dolları məbləğində kredit borcu, 3280.39 ABŞ Dolları məbləğində faiz borcu və 2161.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11433.22 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14R000010292 saylı kredit razılaşması üzrə 30182.44 ABŞ dolları kredit borcu, 16634.38 ABŞ dolları faiz borcu və 13849.99 ABŞ dolları cərimə olmaqla, cəmi 60666.81 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə 5990.84 ABŞ dolları kredit borcu, 3280.39 ABŞ dolları faiz borcu və 2161.99 ABŞ dolları cərimə olmaqla, cəmi 11433.22 ABŞ dolları, 2(iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 72100 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1a məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cəmi 72100 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi M.M.Ağamirov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2006-cı il 02L000000105 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 105 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 120 (yüz iyirmi) ay, kredit xəttinin məbləği 300000 ABŞ Dolları olaraq müəyyən edilmişdir, daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 02L000000105S saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 230 ay, kredit xəttinin məbləği ******* ABŞ Dolları olaraq müəyyən edilmişdir, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 14R000010292 saylı kredit razılaşması əsasında 23 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80000 ABŞ Dolları məbləğində kredit götürmüşdür, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 14R000010292SA saylı, xx.xx.2016-cı tarixli 14R000010292SB saylı, xx.xx.2016-cı il tarixli 14R000010292SC saylı, xx.xx.2016-cı il tarixli 14R000010292SE saylı, xx.xx.2017ci il tarixli 14R000010292SF saylı, xx.xx.2017-ci il tarixli 14R000010292SG saylı, xx.xx.2018-ci il tarixli 14R000010292SH saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək ilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2006-cı il 12M000000119 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 119 saylı sazişlə ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* №-li çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində yerləşən 18 saylı evin 113 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır, daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 02M000000119S saylı müqavilə təkrarən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bankın iddia tələbi üzrə kredit borcu həddindən artıq şişirdilmiş, həm əsas borc, həm faiz borcu, həm də dəbbə pulu artıq hesablanmış, ödənişləri nəzərə alınmamışdır, Cavabdeh1lə “xxxx” ASC arasında bağlanmış kredit razılaşmaları üzrə tərəfindən banka ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilmiş, valyuta məzənnələrində baş verən dəyişiklik və devalvasiya ilə əlaqədar olaraq ABŞ dolları ilə ödənişlərdə çətinlik yaranmışdır, Bank ilə cavabdeh arasında olan kredit müqaviləsi bağlanarkən verilmiş kredit üzrə ABŞ dollarının manata olan məzənnəsi 1 dollar 0.78 manat kursuna bərabər idi, o, buna ümid edib kredit müqaviləsini bağlamışdır, uzun müddət də ödənişləri etmişdir, hazırda da edir, ölkədə anidən baş verən devalvasiya, ölkənin üzən məzənnə sisteminə keçməsi vətəndaş olaraq ona xeyli miqdarda ziyan vurmuşdur, halbuki, müqavilənin bağlanması anında bunu güman etsəydi, bu müqaviləni bağlamaz, belə bir öhdəliyin altına girməzdi, bankla aralarında olan kredit müqaviləsi üzrə şərtlər dəyişdirilməli, ABŞ dolları ilə olan kredit borcunun qalıq hissəsi ödəniş günü manata olan məzənnə ilə deyil, müqavilənin bağlandığı günə olan məzənnə ilə hesablanmalıdır, bu barədə dəfələrə banka müraciət etmiş, xahişlər etmişdir, bunun heç bir faydası olmamışdır. Sonda Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixli **********04 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə, 30000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 105 saylı xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilərək “bankın bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 ABŞ dolları məbləğində kredit xəttini açır, kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək və bu müqavilə bankın kredit vermək vədini ifadə etmir, bu müqavilə ilə kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, xx.xx.2016-cı il tarixdən gec olmayaraq verilməlidir” kimi müəyyən edilməsi haqqında tərəflər razılaşmışlar. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 02L000000105S saylı xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsinin 1.1,1.2 və 1.3-cü bəndlərinə dəyişiklik edilərək “bankın bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana ******* ABŞ dolları məbləğində kredit xəttini açması, kredit xəttinin müddəti 230 ay müddətinə, xx.xx.2025-ci il tarixdən gec olmayan tarix” kimi müəyyən edilməsi haqqında tərəflər razılaşmışlar. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2006cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 14R000010292 saylı kredit razılaşmasından görünür ki, bank 80000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla 23 ay müddətinə kredit alana-Cavabdeh1 verir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SH saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 14R000010292 saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödənilməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından aslı olmayaraq həmin xarici valyutada banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2006cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit razılaşmasından görünür ki, bank 18000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla 12 ay müddətinə kredit alana-Cavabdeh1 verir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SA saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 014R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından aslı olmayaraq həmin xarici valyutada banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SB saylı xx.xx.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SC saylı xx.xx.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2015-ci il il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri xx.xx.2016-cı il tarixdən aylıq 1.4583 faiz olmaqla ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SD saylı xx.xx.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SE saylı xx.xx.2016-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri 6 ay ərzində aylıq 1.8333 faiz olmaqla ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SE saylı xx.xx.2016-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri 6 ay ərzində aylıq 1.8333 faiz olmaqla ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SA saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SB saylı xx.xx.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SF saylı xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SF saylı xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SG saylı xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SG saylı 26.09..2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SH saylı 25.04..2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, xx.xx.2017-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SC saylı xx.xx.2016-cı il tarixli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişdən görünür ki, xx.xx.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 014R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması əsasında kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.4583 faiz dərəcəsi ilə faiz hesablanır və Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir, kredit alan bu Saziş bağlandıqdan sonra yenidən cari krediti üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restruktruzasiya olunduğu halda kreditin qalıq məbləğinə 1.6667 faiz dərəcəsi ilə faiz hesablanması haqqında tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2010cu il tarixli, 02S00001135 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə 300000 ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 02S00001135S saylı Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, bank ilə zamin xx.xx.2010-cu il tarixli, 02S00001135 Zaminlik müqaviləsi üzrə “zaminlik müqaviləsi Bank və Cavabdeh1 və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etməyi, kredit xətti müqaviləsininn məbləği ******* ABŞ dolları, müddəti isə 230 ay təşkil etməsi” barədə razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı» QSC və Cavabdeh1 arasında bağlanmış 02M000000119 saylı,xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2006cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə borclunun arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı» QSC və Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə 119 saylı, xx.xx.2008-ci il tarixli Sazişdən görünür ki, kredit xəttinin məbləği 300000 ABŞ dolları olmaqla 120 ay müddətinə olmaqla dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı» QSC və Cavabdeh1 arasında notariat qaydasında bağlanmış ipoteka müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə **********119S saylı, xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, kredit xəttinin məbləği ******* ABŞ dolları olaraq dəyişdirilmişdir. İş materiallarında olan MH ******* saylı, xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil İddiaçı QSC Babək filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX ******* saylı, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil İddiaçı QSC Bakıxanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 014R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə borcu 5990.84 ABŞ Dolları məbləğində kredit borcu, 3280.39 ABŞ Dolları məbləğində faiz borcu və 2161.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11433.22 ABŞ Dolları təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 14R000010292 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə borcu 30182.44 ABŞ Dolları məbləğində kredit borcu, 16634.38 ABŞ Dolları məbləğində faiz borcu və 13849.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 60666.81 ABŞ Dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 31869 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 “xx.xx.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 30182.44 ABŞ dolları, faiz borcu üzrə 5472.38 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 5990.84 ABŞ dolları, faiz borcu üzrə 1035.34 ABŞ dolları kimi müəyyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 40 saylı mənzilin qiymətləndirilməsinə dair ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzili, Kiyev layihəli yığma panel konstruksiyadan inşa edilmiş 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşməklə 70.0 m2 ümumi sahədə 3 yaşayış otağından və əlverişli yardımçı sahələrdən ibarət olan, orta (orta səviyyədən nisbətən aşağı) səviyyəli təmirə malik olan mənzilin hazırkı orta bazar qiymətinə uyğun olaraq satış məbləği 95000 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə 02L000000105 saylı kredit müqaviləsi imzalanmışdır, xx.xx.2014-cü il tarixdə eyni tərəflər arasında həmin kredit müqaviləsinin tərkib hissəsi olan 80000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan kredit razılaşması və xx.xx.2015-ci il tarixdə həmin kredit müqaviləsinin tərkib hissəsi olan 18000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan kredit razılaşması imzalanmışdır, müqavilələyə əsasən bank öhdəliyini lazımınca icra edərək pul məbləğini Cavabdeh1 vermiş, o da həmin məbləği almışdır, Cavabdeh2 kreditor və borclu arasında bağlanmış 2006-cı il tarixli kredit xətti müqaviləsi üzrə zamin dürmuş, həmin müqaviləyə xx.xx.2015-ci il tarixdə əlavə və dəyişikliklər edilmişdir, kreditor və borclu arasında kredit xətti müqaviləsinə ən son əlavə və dəyişikliklər xx.xx.2018-ci il tarixdə olmuşdur, xx.xx.2006-cı il tarixdə bank və borclu arasında ipoteka müaviləsi bağlanmışdır, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil kredit xətti müqaviləsinin təminatı olaraq Bankın xeyrinə yüklü edilmişdir, ipoteka müqaviləsi daşınmaz əmlakın reyestri xidmətində qeydiyyata alınmışdır, ipoteka predmeti olan mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 95000 manat təşkil edir, Cavabdeh1 kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir, hazırda Cavabdeh1 iddiaçıya kredit xətti müqaviləsi üzrə əsas borcu üzrə 36173,28 ABŞ dolları, faiz borcu üzrə 6507,70 ABŞ dolları məbləğində borcu qalmışdır. Bununla belə, Cavabdeh1 müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən, həmçinin kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən etibarən edilmiş əlavə və dəyişikliklərdən sonra borclunun yaranmış öhdəliklərinin zaminliklə təminatına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdeh olan Cavabdeh2 zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə qeyd edir ki, bankla zamin Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə Saziş xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Bu tarixdən sonra borcalanla kreditor arasında kredit müqaviləsi və ödəniş planına dəyişiklilər barəsində sazişlər imzalanmış və bununla da daha yuxarı aylıq faiz dərəcəsi ilə və yeni ödəniş cədvəli ilə bağlı tərəflər razılığa gəlmişlər. Lakin kredit xətti müqavilənin əsas şərtlərinin dəyişdirilməsi barədə xx.xx.2016cı il tarixdən sonrakı xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017 və xx.xx.2018-ci sazişlər imzalanmış, bununla da həmin sazişlərlə öhdəliklərin həcmi dəyişmiş, nəticədə müqavilə üzrə nəzərdə tutulan 1,6667 aylıq faiz dərəcəsi artırılaraq 1,8333 olmaqla zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran həmin saziş üzrə zaminlik şərtlərinə yenidən baxılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildiyindən və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan zaminlik müqaviləsinə xitam verilməli, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək, borcun məbləğini əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticəyə müvafiq müəyyən edilməsini mümkün hesab edir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 14R000010292 saylı kredit razılaşması üzrə 300 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə isə 60 ABŞ dolları həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 477.0.1.-cü maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminlik müqaviləsinə xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 470 və 471-ci maddələrinin tələblərinə uyğun olaraq, yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 14R000010292 saylı kredit razılaşması üzrə əsas borc üzrə 30182.44 ABŞ dolları, faiz borcu üzrə 5472.38 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 5990.84 ABŞ dolları, faiz borcu üzrə 1035.34 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 nanat və 20 manat alınaraq İddiaçı QSC-yə ödənilməli, tələb Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməli, əmlaklara tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzil boşaldılmalı və alcıya təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat, məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manat Cavabdeh1 aid edilməli, ondan 30 manat alınaraq iddiaçıya, 145 manat alınaraq dövlət büdcəsinə, 300 manat isə alınaraq “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 14R000010292 saylı kredit razılaşması üzrə əsas borc kimi 30182.44 ABŞ dolları, faiz borcu kimi 5472.38 ABŞ dolları, cərimə kimi 300 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə əsas borc kimi 5990.84 ABŞ dolları, faiz borcu kimi 1035.34 ABŞ dolları, cərimə kimi 60 ABŞ dolları və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətin ödənilsin. Tələb Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına borc ödənilsin. Əmlaklara tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzil boşaldılsın və alıcıya təhvil verilsin. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ X1 alınsın. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat pul məbləği Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul məbləği Cavabdeh1 alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar