Məhkəmə qərarları › İş №2(011)-2930/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2930/2024

13.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2930/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi X1 iştirakı ilə X1 – şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni tədqiq edərək, iş materialarını araşdıraraq hesab edir ki, mülki işin obyektiv, ədalətli həlli üçün məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi zəruridir. X2 məhkəmə iclasında mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsinə etiraz etmədi. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə tələbi irəli sürülərək onun psixi vəziyyəti mübahisələndirildiyindən, onun psixi qüsurları barəsində kifayət qədər əsaslar vardır. Buna görə də X5 psixi vəziyyətinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsinə əsasən, Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti yarandığından, psixi vəziyyətin araşdırılması və müəyyən edilməsi isə bu sahədə xüsusi biliyə malik olan şəxslər tərəfindən araşdırılmalı və müəyyən edilməli olduğundan, X5 psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməli və iş üzrə ekspert rəyi alınana qədər iş üzrə icraat dayandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda, hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 319, 97-98 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilsin. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulsun:

1. xx.xx.1955-ci il təvəllüdlü X7 ağıl zəifliyi və ya psixi xəstəlikdən əziyyət çəkirmi?

2. xx.xx.1955-ci il təvəllüdlü X7 öz hərəkətlərinin mənasını başa düşürmü və ya özünü idarə etmək və öz hərəkətlərinin mənası dərk etmək iqtidarındadırmı?

3. xx.xx.1955-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərmi? X7 barəsində ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X3 tapşırılsın. Rəy verə bilməsi üçün 2(011)-2518/2024 saylı mülki iş materialları və X7 ekspertə təqdim edilsin. Ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilsin. Ekspertizanın keçirilməsi və rəyin məhkəməyə təqdim edilməsi bir ay müddətində icra edilsin. Rəy alınanadək iş üzrə icraat dayandırılsın. Qərardadın iş üzrə icraatın dayandırılmasına dair hissəsindən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar