Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3199/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” X2 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1934-cü il təvəllüdlü X3 ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixində saat 10:00-da ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X7 ünvan 1 ünvanında ərizəçi ilə birlikdə yaşamışdır. Sonuncu xx.xx.2024-cü il tarixində saat 10:00-da vəfat etmişdir. Təcili və X4 Stansiyasının həkim briqadası ölüm haqqında xəbərdarlı vərəqəsi vermişdir. O, yaxın qohumları X6 Bakı şəhəri ,Qaradağ rayonu, ümumşəhər qəbirstanlığında dəfn etmişdirlər. Ərizəçinin ölüm haqqında müraciətinə Bakı şəhəri 2 saylı “ASAN XİDMƏT” X1 imtina cavabı verilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs 2 saylı Bakı “Asan Xidmət” X5 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AA1375445 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1934-cü il tarixində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 7 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2024-cü il tarixində X3 meyiti aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1934-cü il tarixində doğulmuş və xx.xx.2024-cü il tarixində vəfat etmiş X7 xx.xx.2024-cü il tarixində Qaradağ rayonu, Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli 43 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının 4.8-ci maddəsinə əsasən X3 ölümü haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı ASAN Xidmət X2n xx.xx.2024-cü il tarixli 3-16-5/7-4-79-75/24 nömrəli məktubundan görünür ki, şöbə tərəfindən X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Məhkəməyə təqdim edilmiş bir ədəd fotoşəkildə, X3 baş daşı əks edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi və mərhum X6 çoxdan tanıyır, onların qonşusu olmuşdur. X7 xəstələnəndə o, ona köməklik etmişdir. Onun üçün marketə gedirdi, alış-veriş edirdi, dərmanlarını alırdı. Mərhum əsa ilə gəzirdi. Daha sonra o, evdə yıxılmışdır. Bundan sonra mərhum yataq xəstəsi olmuşdur. xx.xx.2024-cü il tarixində o, mərhuma səhər yeməyini hazırlamaq üçün getmiş və X3 vəfat etdiyini aşkar etmişdir. O, Marinaya zəng etmiş, sonuncu gəlmişdir. Mərhumun 89 yaşı var idi. Dəfn xərclərini də Marina çəkmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2019-ci il tarixli 3 nömrəli Qərarına istinadən qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, məhkəmə araşdırması zamanı Ərizəçi mərhum X7 ilə hər hansı qohumluq münasibətlərinin olmadığı müəyyən edilmişdir. Belə olan halda, X3 ölümünə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi nəticələr doğurmamaqla, onun qeyd edilən hüquqi əhəmiyyətli olan faktın təsdiq edilməsində marağı müəyyən edilmir. Ərizəçi bu halı təsdiq edəcək dəlil və sübutları da məhkəməyə təqdim etməmişdir. Buna görə də ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi xx.xx.1934-cü il təvəllüdlü X3 ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixində saat 10:00-da ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3199/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3199/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver