Məhkəmə qərarları › İş №2(011)-3763/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3763/2021

07.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3763/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qüdrətəli oğlunun Cavabdeh İB-yə qarşı komunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qüdrətəli oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 (ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00008) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpası məqsədi ilə hesablanmış 1130 manat, 40 qəpik və sayğacın dəyərinə görə hesablanmış 235 manat 88 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07.05.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 1030.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birgə yaşayır, vaxtı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir, evdə quraşdırılan sayğac onun öz adına rəsmiləşdirilmişdir, Cavabdeh İB –nin əməkdaşları İddiaçı məlumatı olmadan evə gəlmiş, guya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasını aşkarlamış, buna görə də müxtəlif tarixlərdə aktlar tərtib edərək ona 835.20 manat borc yazmışlar, aktlar İddiaçı iştirakı olmadan tərtib olunmuş və yalnız birliyin əməkdaşları tərəfindən imzalanmış, akta əlavə olunmuş fotoşəkillər isə İddiaçı yaşadığı fərdi evdə çəkilməmişdir. İddiaçı həmçinin qeyd edir ki, sözügedən ünvanda əsasən bağ mövsümü müddətində yaşayır və bir neçə ildir ki, bağ mövsümündə bu ünvana gedə bilmir, bu səbəbdən qazdan istifadə üçün zərurət yaranmamışdır, buna baxmayaraq, Cavabdeh İB –nin hesablama komissiyasının rəyində daxili borunun en kəsiyindən keçən maksimal saatlıq qaz sərfi bir saat üçün 2,5 kub metr olmaqla 24 saat hesablanmış, hesabat müddəti 90 gün qəbul edilməklə ona 540 manat borc hesablanmışdır, əvvəlcə iddia ərizəsində 1130.40 manatın silinməsi nəzərdə tutulsa da, hazırda iddia tələbinin dədiqləşməsi barədə verdiyi ərizəsi üzrə iddia tələbi 1030.40 manat məbləğindədir. Cavabdeh İB tərəfindən ondan tələb olunan 1030.40 manat məbləğində vəsaitin heç bir hüquqi əsası yoxdur, ona görə hesab edir ki, borc silinməlidir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacdan qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və akt tərtib olunmuş, tərtib olunmuş aktda abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi qeyd olunmuşdur, bununla bağlı qanunsuz istifadəyə görə itirilmiş qaz sərfiyyatı İddiaçı abonent koduna hesablanmış və həmin məbləğ də ondan tələb edilir. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.12.2019-cu il il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən, 1702AZ**********80 saylı qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkarlanmış,kənar xəttin kəsilməsi və dəymiş ziyanın hesablanması tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair 30.12.2019-cu il tarixli Qərar-Hesabatın surətindən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5400 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.01.2020-ci il il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən, 1702AZ**********80 saylı qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi və dəymiş ziyanın hesablanması tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair 30.01.2020-ci il tarixli Qərar-Hesabatın surətindən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2952 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən, 1702AZ**********80 saylı qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qazdan istifadə etməsi və dəymiş ziyanın hesablanması tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair 28.02.2020-ci il tarixli Qərar-Hesabatın surətindən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2952 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 04.12.2020-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, iddiaçının **********00008 saylı abonent koduna 2019-cu il dekabr ayı üçün 540 manat, 2020ci ilin yanvar ayı üçün 295.20 manat, fevral ayı üçün 295.20 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçıya yaşadığı evə baxış keçrilərəkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə müxtəlif tarixlərdə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə 1130.40 manat borc hesablanmışdır, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir, iddiaçı iddia tələbini hesablanmış borc üzrə məbləğindən 1030,4 manat hissədə irəli sürmüşdür. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına itirilmiş qazın bərpası məqsədilə hesablanmış 1130.40 manat məbləğində borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı ilə bağlı İddiaçı **********00008 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1030 (min otuz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar