Məhkəmə qərarları › İş №2(011)-3912/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3912/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3912/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Ərizəçi Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi və dəlilləri Ərizəçinin X4nun doğum akt qeydinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X3nun qızı olmuşdur. X3 1936-cı ildə Qubadlı rayonu, Məmər kəndində doğulmuşdur. Bakı şəhərində yaşamış və xx.xx.2024-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamə və bütün digər sənədlər orada qalmış və itirilmişdir. Hazırda Ərizəçi vərəsəlik işinin açılması üçün müraciət etmişdir. Vərəsəlik işinin açılması üçün ondan mərhumun doğum haqqında şəhadətnamə tələb edilir. Ərizəçi mərhum atasının doğum haqqında şəhadətnaməsini əldə etmək üçün arxivə müraciət edilmişdir. Maraqlı şəxs2 1 saylı ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Qubadlı rayon X1 Qeydiyyatı İdarəsindən Maraqlı şəxs2nə, Dövlət Mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir, ona görə də 1936-cı il təvəllüdlü X8 adına ölüm aktının qeydiyyatı haqqında bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, 1936-cı ilə dair Qubadlı rayon Qeydiyyat Şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X8 təvəllüdü barədə heç bir məlumat aşkarlanmamışdır. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məlumat üçün qeyd etmək zəruridir ki, X3nun ata adı X13, ana adı isə X5r. Ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə dəqiqləşdirilmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, Ərizəçi X4nun doğum akt qeydinin bərpa olunmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirərək, Ərizəçi X4nun doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, ərizənin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslarin ərizəyə dair münasibəti Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməməklərinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin sürətinə əsasən X9 xx.xx.1973-cü ildə anadan olmuşdur. X4, anası X6muşdur. xx.xx.2024-cü il tarixli “Ölüm haqqında” şəhadətnaməyə əsasən X8 xx.xx.2024-cü il tarixdə 239 saylı akt qeydi ilə ölüm faktı qeydə alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qubadlı Ryon İcra Hakimiyyəti Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixli, 3-48-29RA/-05/2025 saylı məktubuna əsasən Qubadlı rayon X1 Qeydiyyatı İdarəsindən Maraqlı şəxs2nə, Dövlət Mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. Ona görə də 1936-cı il təvəllüdlü X8 adına ölüm aktının qeydiyyatı haqqında bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-V-345-6-370/2025 saylı məktubuna əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktlar idarəsi” arxiv fondunda mühafizə edilən 1936-cı ilə dair Qubadlı tayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X8 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, 1936-cı il Qubadlı rayon Məmər kəndinin doğum haqqında qeydiyyat kitabları arxivə Dövlət mühafizəsinə təhvil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, ərizəçi onun bibisidir. Mərhum 30 sentyabr 1936-cı ildə Qubadlı rayonunun Məmər kəndində anadan olub. Atasının adı Oruc, anasının adı Pakizə olub. Şəkidə rəhmətə gedib. Elə orda da dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, ərizəçi onun baldızıdır. 2011-ci ildə ailə həyatı qurub. Əhmədov Yusifin gəlini, Əhmədov İlhamın həyat yoldaşıdır. Qubadlı rayonunun Məmər kəndində ya 1935-ci, ya da 1936-cı ildə anadan olub. Doğum haqqında şəhadətnamə ilə bağlı onun məlumatı yoxdur. Atasının adı Oruc idi, anasını bilmir. Atası da, anası da azərbaycanlı idi. Qaynatasını görüb, amma qaynanasını görməyib. O ailə quranda rəhmətə getmişdi. Şəkli də yox idi. Qaynatası da 2023-cü ildə rəhmətə gedib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-14170/25 saylı məktubuna əsasən, xx.xx.1936-cı il təvəllüdlü X12 ilk dəfə xx.xx.2005-ci il tarixdə AZE-04134704 nömrəli şəxsiyyət vəsiqəsilə təmin olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, adı göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 07.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, X8 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi onun vərəsəsi olan Ərizəçi qanunvericiliklə müəyyən edilmiş vərəsəlik hüquqlarının təmin edilməsi baxımından hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin mərhumun doğumun qeydə alınmasını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X8 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçi mərhum atasının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 xx.xx.1936-cı il tarixində Qubadlı rayonu, Məmər kəndində doğulması şahidlərinin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X4nun xx.xx.1936-cı ildə Qubadlı rayonu, Məmər kəndində doğumun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar