Məhkəmə qərarları › İş №2(011)-403/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-403/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-403/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 12 Saylı Şəki Ərazi İdarəsinə qarşı “protokolun və eyni tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 12 Saylı Şəki Ərazi İdarəsinə qarşı “protokolun və eyni tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi barədə müsbət yöndə danışıqlar getdiyindən iddianın geri qaytarılması və iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qaytarılması barəsində ərizə verdiyində mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 12 Saylı Şəki Ərazi İdarəsinə qarşı “protokolun və eyni tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:**********) özünə qaytarılsın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar