Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4434/2023 30.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, cavabdehin nümayəndəsi X6 qarşı iştirakı ilə iddiaçı X2 cavabdeh “Bank "xxxx" ASC-yə qarşı əqdin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi və iddianın dəlilləri: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı tərəflər arasında olan (ləğvedilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı) kredit müqaviləsinin və həmin müqavilə ilə əlaqədar cavabdeh Bank "xxxx" ASC arasında bağlanmış restrukturizasiya müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı X7 ilə ləğv edilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024 F nömrəli kredit müqaviləsinə əsasən borcalan İddiaçı illik 8 faiz hesablanmaqla 204 ay müddətinə, 01 iyul 2026-cı il tarixinədək 39000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı qismində "xxxx" ASC ilə imzalanmış 20 iyul 2009-cu il tarixli AS-İP-024 AİF saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X5 ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzili alıcı-ipoteka qoyan X3 mülkiyyətinə vermiş, alıcı-ipoteka qoyan İddiaçı isə ünvan 1, 12 saylı mənzili "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük AR ƏMDK yanında DƏDRX xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********68-05101-093003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci l tarixli 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə dəfələrlə cavabdehə şifahi və yazılı və KİV hesabına məlumat verilmişdir. 12 noyabr 2009-cu il tarixli DYB-İP N000121 saylı ipoteka kağızına əsasən cavabdehə qarşı AR İpoteka və Kredit Zəmanət Fondunun tələb hüququ inodossament yolu ilə Bank "xxxx" ASC-yə verilmişdir. Cavabdeh Bank "xxxx" ASC-nin iddiaçıya verdiyi məlumata görə 20 iyul 2009-cu il tarixli Ne 024 AİF saylı kredit müqaviləsi üzrə 16 noyabr 2022-ci il tarixinə əsas borc 18706,67 manat, ümumi faiz borcu 375,92 manat, cəmi borc 19082,59 manat təşkil edir. İddiaçı Bank "xxxx" ASC tərəfindən hesablanmış borclarla razı deyildir. İddiaçının iştirakı olmadan cavabdeh Bank "xxxx" ASC-nin təşəbbüsü əsasında Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən xx.xx.2022-ci il tarixində İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılmışdır. 20 iyul 2009cu il tarixli 024 AİF saylı kredit müqavilə restrukturizasiya olunarkən cavabdeh Bank "xxxx" ASC-nin nümayəndələri iddiaçını inandırdılar ki, ümumi borc məbləğindəki faiz borcları və gecikdirilmiş günə görə cərimə borcları silinəcək və ümumi borc məbləği Prezidentin müvafiq fərmanına uyğun olaraq azaldılacaq. Odur ki, cavabdeh Bank "xxxx" ASC-nin tərtib etdiyi bütün restrukturizasıya sənədlərini imzalamışdır. Lakin sonradan Bank sənədlərindən iddiaçıya məlum oldu ki, cavabdeh Bank "xxxx" ASC iddiaçıya verdiyi vədlərə əmək etməmiş, əksinə iddiaçı barəsində şişirdirilmiş borc məbləği, faizlər, cərimələr hesabladı. Bank "xxxx" ASC-nin məqsədi iddiaçının evini bazar dəyərindən olduqca ucuz qiymətə qiymətləndirməklə, saxta hərrac vasitəsi ilə ələ keçirtmək olmuşdur. Odur ki, Bank "xxxx" ASC-nin nümayəndələri iddiaçını aldatma yolu ilə Bank sənədlərinə imza etdirdikləri üçün restrukturizasiya müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdehin etirazı və etirazın dəlilləri: Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları: "xxxx" ASC ilə borcalan İddiaçı və X4 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsində yerləşən 1 saylı evin 12 saylı mənzilin alınması məqsədi ilə illik 8 faiz olmaq şərti ilə 204 ay müddətinə 39000 manat məbləğində ipoteka krediti götürülmüşdür. Kredit ARİKZF tərəfindən yenidən maliyyələşdirilmişdir. "xxxx" ASC ilə (Bank BTB ASC tərəfindən xidmət olunur) borcalanlar X7 və X4 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən tərəflər arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi üzrə bu günə hesablanmış 403,91 manat məbləğində gecikdirilmiş faiz öhdəlikləri kapıtallaşdırılır və ümumi borc məbləği 20814,21 manat təşkil etmiş, 01 sentyabr 2020-ci il tarixindən etibarən kredit üzrə aylıq ödəniş məbləği 12 ay müddətinə minimum 100 manat təyin edilmiş, ödəniş qrafiki üzrə ödənilməmiş faiz və əsas məbləğ üzrə borc 12 ay müddətinə hər ay kapitallaşdırılmışdır. Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən xx.xx.2022-ci il tarixində İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsinə yerləşən 12 saylı mənzilə tutmanın yönəldilməsi (öhdəliyi müəyyən edən 024 AİF müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18706,67 manat əsas, 375,92 manat faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 19082,59 manat təşkil edir) haqqında icra qeydi aparılmışdır. 03 aprel 2023-cü il tarixində “X1” "xxxx" MMC tərəfindən keçirilmiş hərracda cavabdeh Bank "xxxx" ASC qalıb alıcı seçilmişdir və iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsinə yerləşən 12 saylı mənzil cavabdehin mülkiyyətində keçmişdir. Tətbiq edilən hüquq: Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsasızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC ilə borcalan İddiaçı və X4 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsinin restrukturizasiyası müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia versə də, məhkəmə mülki iş üzrə təqdim edilmiş sənədlər və tərəflərin izahatları əsasında müəyyən edilir ki, iddiaçı tərəf əslində "xxxx" ASC ilə borcalan İddiaçı və X4 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi üzrə borcun kapitallaşdırılması ilə bağlı Əlavənin etibarsız hesab edilməsini istəyir. Bu səbəblə də məhkəmə, iddiaya "xxxx" ASC ilə borcalan İddiaçı və X4 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi və "xxxx" ASC ilə (Bank BTB ASC tərəfindən xidmət olunur) borcalanlar X7 və X4 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavəyə münasibətdə qiymət verir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda qeyd edilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda istinad etdiyi qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, "xxxx" ASC ilə borcalan İddiaçı və X4 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009cu il tarixli 024 AİF saylı kredit müqaviləsi və "xxxx" ASC ilə (Bank BTB ASC tərəfindən xidmət olunur) borcalanlar X7 və X4 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı tərəflər arasında olan (ləğvedilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı) kredit müqaviləsinin və həmin müqavilələrlə əlaqədar cavabdeh Bank "xxxx" ASC arasında bağlanmış restrukturizasiya müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı tərəflər arasında olan (ləğvedilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı) kredit müqaviləsinin və həmin müqavilələrlə əlaqədar cavabdeh Bank "xxxx" ASC arasında bağlanmış restrukturizasiya müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4434/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4434/2023
30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver