Məhkəmə qərarları › İş №2(011)-4466/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4466/2024

17.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4466/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1/- 1379/2023 saylı əmri və Cavabdeh İB-nin Şəmkir RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2- 13/3-1-i-445/2023 saylı əmrin ləğv edilməsi, Cavabdeh İB ilə İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 01 nömrəli Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçiyə hər ay tarif haqqında (vəzifə maaşına) 270.00 manat məbləğində əlavənin ödənişi bərpa edilməsi və Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1/-1379/2023 saylı əmri və Cavabdeh İB-nin Şəmkir RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1-i-445/2023 saylı əmrin icrası ilə əlaqədar əmək haqqından məcburi tutulmuş məbləğlər Cavabdeh İB tərəfindən İddiaçı geri ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən “Azəriqaz" X3 X8 İdarəsinə Hüquq şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda da həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. İşlədiyi müddət ərzində hal-hazıra qədər ciddi nöqsana yol verməmiş heç bir iltizam məsuliyyətinə cəlb edilməmiş və heç bir intizam tənbehi almamışdır. Hazırkı iddia tələbinin irəli sürülməsinə səbəb olmuş məsələ ilə əlaqədar isə bildirir ki, 2023-cü ilin noyabr ayının 21-də idarə tərəfindən verilmiş naməlum əmrlə iddiaçıya məlum olmuşdur ki, 2023-cü ilin sentyabr ayının 1-dən illərdir əmək haqqına edilmiş 270,00 manat məbləğində əlavə ləğv edilmişdir. Həmin tarixdən də aidiyyəti üzrə icraya yönləndirilmiş sözügedən əmrlə əmək haqqına aparılan əlavə ödəniş dayandırılmış, son 2 (iki) ay ərzində ödənilmiş əlavənin də geri tutulması aparılmışdır. Hazırda həmin əmr qüvvədədir və icrası təmin edilməkdədir. Sözügedən əmri qəbul etməməklə aşağıda qeyd etdiklərinə əsasən qanunsuz və əsassız hesab edir. Belə ki, əmək müqaviləsi əsasında fəaliyyət göstərən hər hansı bir işçi əmək funksiyasının icrasını yerinə yetirmədikdə və ya yetirə bilmədikdə yol verdiyi nöqsanın dairəsi müəyyən olunmalı, müvafiq qaydada sənədləşdirilməli və aidiyyəti üzrə icraya yönləndirilməlidir. Belə ki, işçinin məhz əmək funksiyası təsnifatında göstərilən vəzifə öhdəliklərinin nöqsanlı icrası və yol verdiyi pozuntusu dəqiq sənədləşdirilməli və xidməti yazı şəklində rəhbərliyə məruzə olunmalı, beləliklə həmin sənədləşmələr əsasında işçi barəsində intizam icraatı açılmalıdır, icraat gedişində ətraflı araşdırma aparılmalı işçinin məhz əmək funksiyası təsnifatında göstərilmiş və icra etməli olduğu lakin nöqsana yol verdiyi hərəkətlərin dairəsi dəqiqliklə müəyyən olunmalıdır. Bundan sonra iş üçün əhəmiyyət kəsb edən aidiyyəti şəxslərin o cümlədən xüsusi əhəmiyyət kəsb edən barəsində icraat aparılan şəxsin izahat verməsi tələb olunmalı, izahatı alınmalıdır. Nöqsana yol verdiyi tam sübuta yetirildiyi təqdirdə müvafiq qaydada sənədləşdirilməklə işçi intizam məsuliyyətinə cəlb edilməlidir. Eyni zamanda bu tədbirlər qanunvericiliklə müəyyən olunmuş müddət 1 (bir) ay ərzində icra edilərək tamamlanmalıdır. İş üzrə iddiaçı barəsində bunların heç birinə əməl edilməmiş icra edilməmişdir. Nə konkret hansı nöqsana yol verdiyi sübuta yetirilmiş, nə iş üzrə izahat verməyi tələb olunmuş, nə də heç bir müddətə əməl olunmamışdır (təxminən 4 aylıq bir sənədləşmə). Nəticədə heç bir hüquqi əsas olmadan birdən birə əmr verilmişdir və 3 (üç) ay əvvəldən eləcə də bundan sonra əmək haqqına aparılan əlavə ödəniş dayandırılmışdır. Halbuki, bu da tam qanunsuz və yanlış bir sənədləşmənin göstəricisidir. Çünki qüvvədə olan qanunvericilik birmənalı şəkildə ehtiva edir ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni qüvvəyə mindikdən sonra əməl olunma məcburiyyətini şərtləndirir. Sözügedən əmr isə bu kontekstdən də səhv bir sənədləşmədir ki, icrasını qüvvəyə minəndən 3 (üç) ay əvvələ icraçı üçün təsbit və məcbur edir. Bu isə qəbuledilməzdir və qüvvədə olan qanunvericiliyə tamamilə ziddir. Beləliklə tamamilə qərəzçiliyə köklənən sözügedən əmr illərdir kollektiv, işgüzar və sosial səviyyədə qazandığı kifayət qədər peşəkarlığa, sosial nüfuza və işgüzar nüfuza xələl gətirməklə yanaşı maddiyyat və mənəviyyatına da ciddi təsir göstərmişdir. Ona görə də heç bir qanunçuluğa söykənməyən və heç bir hüquqi əsası olmayan, qərəzçiliyə və aqressivliyə köklənən sözügedən əmrin ləğv edilməsinə və hüquqi ədalətin bərpa olunmasına ümid edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh, həmçinin məhkəməyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini tətbiq etməklə məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları: Cavabdeh İB-nin X11 İstismar İdarəsi ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixində 01 nömrəli Əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinə əsasən İddiaçı Şəmkir X8 İdarəsinin hüquq şöbəsinin rəisi vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında birgə imzalanmış “SOCAR-da çalışan işçilərin tarif (vəzifə) maaşlarının artırılması haqqında" **********00030010 A00015 nömrəli 30 dekabr 2021-ci il tarixli əmr-qərarına müvafiq olaraq Cavabdeh SOCAR**********300040020a01006 saylı 30 dekabr 2021-ci il tarixli əmri xx.xx.2022-ci il tarixdən Şəmkir X8 İdarəsinin qulluqçu və fəhlələrinin mövcud tarif (vəzifə) maaşları 20% miqdarında, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə’nin 19-cu Əlavəsinə əsasən müvafiq olaraq peşəkarlığa və aparıcı, məsul işçilərə və səlahiyyətə görə Şəmkir RQİİ-nin aidiyyəti işçilərinə təyin edilmiş aylıq əlavə ödənişlərin məbləğləri xx.xx.2022-ci il tarixdən 100 (yüz) faiz artırılmışdır. Cavabdeh İB-nin X11 İstismar İdarəsinin rəisi və hüquq şöbəsinin 15-ci dərəcəli rəisi İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 01 nömrəli əmək müqaviləsinə 11 saylı Dəyişikliyə əsasən işçiyə hər ay 2204.00 manat məbləğdə əmək haqqı ödənilir. Əmək haqqı 1934.0manat məbləğində tarif haqqından (vəzifə maaşından):-tarif haqqında (vəzifə maaşına) 270.00 manat (SQCARSS-010.2015 standartının 05.3.1 bəndinə əsasən Peşəkarlığa görə avlıq əlavə ödəniş) məbləğində əlavədən ibarətdir. xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1/-1379/2023 saylı əmrin surətindən görünür ki, SOCAR-ın 14 noyabr 2023-cü il tarixli 14-2/3-1 i-nömrəli “Aylıq əlavə ödənişin ləğv edilməsi haqqında'əmrinın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 19 avqust 2022-cı il tarixli SOCAR**********00040020A00125 nömrəli əmri ilə təsdiq edilmiş ‘SOCAR-ın işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları”nı rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 19 avqust 2022-cı il tarixli SOCAR**********00040020A00125 nömrəli əmri ilə təsdiq edilmiş ‘SOCAR-ın işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları'nın 4.1 bəndinə əsasən “Azərıqaz" İB-nin Şəmkir X8 İdarəsinin Huquq şöbəsinin rəisi İddiaçı peşəkarlığa görə əvvəllər təyin edilmiş 270 manat məbləğində aylıq əlavə ödənişin 01 sentyabr 2023-cü ıl tarixdən ləğv edilməsinin nəzərə alınması barədə əmr verilmişdir. 21 noyabr 2023-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 19 avqust 2022-ci il tarıxlı SOCAR**********0004QQ20AO0125 nömrəli,, əmri ilə təsdıq edilmiş 'SOCAR-ın işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları”nı rəhbər tutaraq Cavabdeh xx.xx.2023-cü il, tarıxlı 14-2-2/3-11-1379/2023 saylı əmrinin icrasını təmın etmək məqsədi ilə “SOCAR-ın” işçilərinə bəzi ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən X11 İstismar İdarəsinin Hüquq şöbəsinin şöbə rəisi İddiaçı peşəkarlığa görə əvəllər təyin edilmiş 270 manat məbləğində aylıq əlavə ödənişin tətbiqi 01 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Sənədləşmə işlərinin aparılmasının mümkün olmaması haqqında Xidməti Yazıdan görünür ki, “Azəriqaz" İstehsalat Birliyinin 16 noyabr 2023-cü il tarixli 14-2-2-13/3-11- 1379/2023 saylı və Şəmkir RQİİ-nin 21 noyabr 2023-cü il tarixli 14-2-2-13/3-1İ- 445/2023 saylı əmrləri ilə İdarənin Hüquq şöbəsinin şöbə rəisi İddiaçı peşəkarlığa görə təyin edilmiş 270 manat məbləğində əlavə ödəniş 01 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinə müvafiq dəyişiklik edilərək imza qeydi atması üçün ona təqdim edilən zaman o, əmək müqaviləsinə edilmiş dəyişikliyə imza atmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsində qeyd edildiyi kimi əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edildiyini və İddiaçı əmək müqaviləsinə dəyişikliyə imza qeydi atmaqdan imtina etdiyini nəzərə alaraq bildiririk ki, İddiaçı təyin olunmuş peşəkarlığa görə 270 manat məbləğində aylıq əlavə ödənişin dayandırılması haqqında onunla bağlanmış əmək müqaviləsinə və “Əmək və məşğulluq“ altsistemində (ƏMAS) müvafiq dəyişikliklərin edilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Şəmkir X8 İdarəsinin İnsan resursları şöbəsinin şöbə rəisi X6, həmin şöbənin kadrlar üzrə aparıcı mütəxəssisi X5 və kadrlar üzrə mütəxəssisi X2 bu aktı tərtıb etmişlər ondan ötrü ki, "X1 16 noyabr 2023-cü il tarixli 14-2-2-13/3-1İ 1379/2023 saylı və Şəmkir RQll-nin 21 noyabr 2023-cu il tarixli 14-2- 2-13/3-1İ-445/2023 saylı əmrlər ilə İdarənin Hüquq şöbəsinin şöbə rəisi İddiaçı peşəkarlığa görə təyin edilmiş 270 manat möbləğində əlavə ödəniş 01 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinə müvafiq dəyişiklik edilərək imza qeydi atması üçün ona təqdim edilən zaman o əmək müqaviləsinə edilmiş dəyişikliyə imza atmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-c» hissəsində qeyd edildiyi kimi əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edildiyi və İddiaçı əmək müqaviləsinə dəyişikliyə imza qeydi atmaqdan imtina etdiyi üçün K Qasımova təyin olunmuş peşəkarlığa görə 270 manat məbləğində aylıq əlavə ödənişin dayandırılması haqqında onunla bağlanmış əmək müqaviləsinə və "Əmək və məşğulluq' altsistemində (OMAS) müvafiq dəyişikliklərin edilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 43. Əmək müqaviləsinin məzmunu

4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi (28 iyun 2024-cü il tarixinədək olan redaksiyada)

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Maddə 54. Əmək şəraitinin təmin edilməsi

1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.

2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Maddə 55. Əmək şəraitinin əlavə şərtləri

Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

Maddə 82. Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi

Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Maddə 156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Mülki Prosessual Məcəllə

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatın və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə hallara görə əsaslı hesab edilərək təmin edilməlidir. Yuxarıda istinad edilən qanunvericilyin müddəalarından göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə əməyə görə haqqında miqdarının müəyyən edilməsi və onun ödənilməsi işəgötürən tərəfindən təmin edilməli olan əmək şəraiti şərtlərinə daxil olmaqla, birtərəfli qaydada işəgötürən tərəfindən dəyişdirilə bilməz. Bu cür dəyişikliklər işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Digər tərəfdən əmək müqaviləsinə dəyişiklik edilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Lakin mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən, yəni Cavabdeh İB tərəfindən əmək şəraitinin şərtləri hesab edilən əmək haqqının miqdarı işçinin razılığı olmadan birtərəfli qaydada dəyişdirmiş, bununla bağlı bildiriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron informasiya sisteminə yerləşdirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin dəyişiklilər qanunvericiliyin tələbləri pozulmaqla aparılmış və hüquqi qüvvəyə minməmişdir. Odur ki, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1/-1379/2023 saylı əmri və Cavabdeh İB-nin Şəmkir RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1-i-445/2023 saylı əmri ləğv edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçiyə hər ay tarif haqqında (vəzifə maaşına) 270.00 manat məbləğində əlavənin ödənişi bərpa edilməli, əmrlərin icrası ilə əlaqədar əmək haqqından məcburi tutulmuş məbləğlər işçiyə geri ödənilməlidir. Məhkəmə Cavabdeh İB-nin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddia, mahiyyəti etibarı ilə, işçinin işəgötürənə qarşı pul tələbi ilə bağlı olduğundan iddiaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 ayqlı deyil, həmin Məcəllənin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, istinadə edilən maddədə birmənalı olaraq işçinin işəgötürənə qarşı pul, əmlak və ziyan tələbləri üzrə 1 illik iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddia müddətini axımı işçiyə 2023-cü 30-dan hesablanmalıdır. Belə olan halda, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün bu növ iddia tələbləri üçün müəyyən edilmiş bir illik iddia müddəti ötürülmədən müraciət etdiyi aşkardır. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1/-1379/2023 saylı əmri və Cavabdeh İB-nin Şəmkir RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1-i-445/2023 saylı əmri ləğv edilsin. Cavabdeh İB ilə İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixində 01 nömrəli Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçiyə hər ay tarif haqqında (vəzifə maaşına) 270.00 manat məbləğində əlavənin ödənişi bərpa edilsin. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1/-1379/2023 saylı əmri və Cavabdeh İB-nin Şəmkir RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1-i-445/2023 saylı əmrin icrası ilə əlaqədar əmək haqqından məcburi tutulmuş məbləğlər Cavabdeh İB tərəfindən İddiaçı geri ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar