Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6911/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent hesab nömrəsi: **********00630) hesablanmış 2592 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi, həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılıb qurtarana kimi abonent hesab nömrəsinə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qaz təchizatının dayandırılması və qaz sayğacından borca pul tutulmalarının aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizənin dəlillərini araşdıraraq, məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin əlaqəli olduğu iş üzrə iddiaçı eyni cavabdehə qarşı, eyni tələb və eyni əsasla iddia ərizəsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət etmiş, həmin iş 2(011)-6212/2023 nömrə ilə Məhkəmənin digər hakimi Şəhriyar Əliyevin icraatına verilmişdir. Həmçinin, hakim Şəhriyar Əliyevin icraatında olan mülki işlə əlaqədar olaraq da ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 16(011)-923/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizə təmin edilərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00630) təbii qaz təchizatının dayandırılması və qaz sayğacından borca tutulmaların aparılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Şərh edilənlərdən də göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin (hakimin) icraatında iş olmasına baxmayaraq, iddiaçı hazırki iş üzrə eyni cavabdehə qarşı, eyni tələblə və eyni əsasla yenidən məhkəməyə müraciət etmiş və hazırkı iş də 2(011)-6212/2023 nömrəsi ilə hakim Pərviz Zamanlının icraatına verilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ Ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-6911/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6911/2023
12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver