Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7420/2025 16.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı, Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qȧrşı “fərdi yaşayış evinin qazla təchiz edilməsi, qazın alqısatqısına dair müqavilənin bağlanması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinin qazla təchiz edilməsi, qazın alqısatqısına dair müqavilənin bağlanması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanda yerləşən torpaq sahəsində onun tərəfindən inşa edilmiş yaşayış evinə qaz sayğacının quraşdırılmasının və qazın alqı-satqısına dair müqavilənin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti, Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən ona ayrılmış, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən 400 kv.m torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində ailəsilə birlikdə qeydiyyatsız yaşayır. Yeni tikilmiş fərdi yaşayış evində kommunal xidmətlərin qoşulması üçün iddiaçı tərəfindən "xxxx", "xxxx" və Cavabdeh İB-nə müraciətlər edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən su sayğacı quraşdırılaraq iddiaçı abonent kimi qeydiyyata alınmışdır, xx.xx.2024cü il tarixdə isə "xxxx" ASC tərəfindən işıq sayğacı quraşdırılaraq iddiaçı abonent kimi qeydiyyata alınmışdır. Bir tək Cavabdeh İB tərəfindən bugünədək qaz sayğacının quraşdırılmasına və iddiaçının abonent kimi qeydiyyata alınmasına imtina edilir. Səbəb kimi isə yaşayış evinin çıxarışının olmaması qeyd edilir. Yaşadıqları küçə təbii qazla təchiz edilmişdir və iddiaçının qonşularının yaşadığı evlər çıxarışları olmasa da təbii qazla təchiz edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti, Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin iddiaçının digər kommunal xidmətlərə qoşulmağından göründüyü kimi iddiaçı həmin evin istifadəçisidir. Cavabdeh təşkilat isə yalnız mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmasını tələb edir. Bu isə tam qanunsuzdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçının əşya hüququ müəyyən olunmuş lakin buna baxmayaraq cavabdeh təşkilat qaz sayğacının quraşdırılmasından imtina edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, mübahisəli yaşayış evinin qaz təchizatından imtina tam əsaslı və qanuni olmuşdur. İddiaçının mülkiyyət hüququna dair çıxarışı yoxdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci bəndinə əsasən qazlaşdırma qeyri-mümkündür. Cavabdeh tərəfindən iddia tələbinə etiraz verilərək, qeyd edilmişdir ki, Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893- VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilən 3015 nömrəli, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Suraxanı rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısının surətindən görünür ki, İddiaçı abonent olaraq ********************1 abonent kodu üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında elektron çıxarışından görünür ki, İddiaçı abonent olaraq **********20001 abonent kodu ilə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X2 İddiaçı verdiyi etibarnamənin surətindən görünür ki, etibar edən etibar edilənə onun faktiki istifadəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 3320 nömrəli arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən torpaq sahəsini nəzərdə tutulmuş qaydada mülkiyyətinə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin topaq və yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 400 kv.m torpaq sahəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit vasitəsilə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan vergi obyekti barədə elektron çıxarışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdən etibarən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsindəki 400 kv.m torpaq sahəsinə görə Hövsan Bələdiyyəsinə torpaq vergisi hesablanır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Qanunun: 2.2-ci maddəsinə görə normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3-cü maddəsinə görə törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.1-ci maddəsinə görə əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. Həmin Məcəllənin 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə görə istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. 8-ci maddəsinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun (bu Qanun Azərbaycan Respublikasının 8 iyul 2025-ci il tarixli 233-VİİQ nömrəli Qanunu ilə ləğv edilmişdir) 13-cü maddəsinin 10-1. bəndinə görə (bu bənd xx.xx.2023-cü ildən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 14.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1.2.2-ci bəndinə görə sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxsdir. Həmin Qaydanın 1.5-ci bəndinə görə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan(yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 1.6-cı bəndinə görə bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 2.3-cü bəndinə görə tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Həmin Qaydanın 2.15-ci bəndinə görə tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 5 nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus yaşayış evi müvafiq məlumatlandırma icraatı aparılmadan, yəni yerli icra hakimiyyəti orqanına müvafiq məlumat verilmədən inşa edildiyindən, cavabdeh orqan evin qazla təchiz edilməsindən imtina etmişdir. Bu zaman cavabdeh orqan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10- 1-ci bəndinə istinad etmişdir. İddiaçın izahatına əsasən o, torpaq sahəsini 2022-ci ildən alıb, yaşayış evinin tikintisinə 2024-cü ildə başlamışdır. İş materiallarından iddiaçının torpaq sahəsinə sahiblənməsi və ya yaşayış evinin tikintisinə başlaması tarixləri bəlli deyil. Mübahisəli yaşayış evi özbaşına tikilidir. Lakin, işə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, torpaqla bağlı qeydiyyat əməliyyatlarının iddiaçıya həvalə edilməsinə dair həmin etibarnamə xx.xx.2022-ci ildə rəsmiləşdirilmişdir. Qeyd olunanları və həmçinin iddiaçı tərəfindən bunun əksini təsdiq edən sübutların təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 10-1-ci bəndi zamana görə bu mübahisəyə tətbiq edilməməlidir. Belə ki, iddiaçının 2022-ci ildən etibarən torpaq sahəsinə sahiblənməsi və 2024-cü ildən tikintiyə başlaması nəzərə alınarsa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi iddiaçının vəziyyətini pisləşdirdiyindən geriyə tətbiq edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunsuz hesab edilərək, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması xidməti üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifin iddiaçı tərəfindən ödənilməsi şərti ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki təhlükəsizlik qaydalarına riayət etməklə qazlaşdırılması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Bununla əlaqədar həmçinin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı iddiaçı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması və həmin ünvanda qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumundan azad edildiyindən, 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması xidməti üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifin iddiaçı tərəfindən ödənilməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki təhlükəsizlik qaydalarına riayət etməklə qazlaşdırılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı iddiaçı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması və həmin ünvanda qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-7420/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7420/2025
16.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver