Məhkəmə qərarları › İş №2(011)-7426/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7426/2021

15.10.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7426/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Əli-zadə Rafael Kamal oğlunun cavabdehlər X6, X3 və “X9” MMC-yə qarşı “keçirilmiş hərracların və onun yekununa dair protokolların etibarsız hesab edilməsi, müqavilələrin ləğv edilməsi, girov kimi qoyulmuş qızıl-zinət əşyalarının (yaxud dəyərinin) geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əli-zadə Rafael Kamal oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər X6, X3 və “X9” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ilə iddiaçının arasında 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi, eləcə də müqavilələrin təminatı kimi girov qoyulmuş ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq,1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin iddiaçıya qaytarılmasına, eləcə də iddiaçıya vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 manat pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ümumilikdə isə 5030 manat pulun cavabdehlər X4 və X1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X7 arasında 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilməklə əşyanın lombardda girovu haqqında müqavilələr bağlanılmışdır. ******* saylı girov bileti əsasında 5000 manat, ******* saylı girov bileti əsasında 5000 manat və ******* saylı girov bileti əsasında isə 4000 manat məbləğində kreditlər verilmiş və müqavilələrin müddəti 2 ay müəyyən edilmişdir. Müqavilələrin təminatı kimi ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sep girov qoyulmuşdur. Bağlanmış müqavilələr əsasında iddiaçı tərəfindən ümumilikdə 12.000 manat məbləğində pul ödənilmişdir. Lakin bir müddət əvvəl aralarında bağlanmış müqaviləyə heç bir aidiyyatı olmayan şəxs-cavabdeh X2 adından iddiaçıya bildiriş təqdim edilərək, X7 ilə bağlanmış müqavilələrə istinad edilməklə, 18.024 manat yaranmış borcun ödənilməyəcəyi təqdirdə kredit təminatı kimi girov qoyulmuş qızıl-zinət əşyalarının Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən, açıq hərrac vasitəsi ilə satılacağı göstərilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, X3 və “X9” MMC-yə qarşı-cavabdeh X7 ilə arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin təminatı kimi girov qoyulmuş iddiaçıya məxsus ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə 1 üzük, 3 cüt sırğa və 2 sepin açıq hərracda satılmasına dair keçirilən hərracların və hərracların nəticəsi olaraq “X9” MMC-nin tərtib etdiyi 14 aprel 2021-ci il tarixli yekun protokolların etibarsız hesab edilməsi, həmin protokolların hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh X7 ilə arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi, eləcə də müqavilələrin təminatı kimi girov qoyulmuş ümumi dəyəri 80.000 manat olan ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq,1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin iddiaçıya qaytarılması, qızılların qaytarılması mümkün olmadıqda isə qızılların dəyəri olan 80.000 manatın cavabdehlər X7, X5 və “X9” MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, eləcə də iddiaçıya vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehlər X7, X5 və “X9” MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması, eyni zamanda, cavabdehlər X7, X5 və “X9” MMC-nin müvafiq vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-nin 306-cı, 178-ci madddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə onların bu əməllərinə lazımi hüquqi qiymət verilərək cinayət işinin başlanmasından ötrü prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 25 oktyabr 2018-ci il tarixdə Əli-zadə Rafael Kamal oğlu kredit götürmək məqsədilə lombarda müraciət etmiş, özünə aid qızıl-zinət əşyalarını kreditin qaytarılmasının təminatı kimi girov qoyaraq, həmin gün rəsmiləşdirilmiş ******* saylı girov biletinə əsasən 5000 manat, ******* saylı girov biletinə əsasən 5000 manat, ******* saylı girov biletinə əsasən 4000 manat məbləğində, ümumilikdə hər üç girov bileti üzrə 14.000 manat kredit götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Əli-zadə Rafael Kamal oğlu sonuncu dəfə 27 noyabr 2020-ci il tarixdə hər üç girov bileti üzrə götürdüyü kreditin faizləri olan 420 manat pul ödəmiş və həmin tarixdən sonra heç bir ödəniş etməmişdir. Girov qoyan Rafael Əlizadənin lombard qarşısında öhdəliklərini yerinə yetirməməsi nəticəsində 18.024 manat borcu yaranmışdır. İddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdə qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Həmin Məcəllənin 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı və Zamanova Xanım arasında girov müqaviləsi əsasında yaranmış hüquq münasibətləri mövcud olmuşdur. İddiaçının girov müqaviləsi ilə tənzimlənən lombard qarşısında öhdəliklərini yerinə yetirməməsi nəticəsində 18.024 manat borcu yaranmışdır. Nəticədə cavabdeh Xanım Zamanova Mülki Məcəllənin 302.7-ci maddəsi ilə tənzimlənən qaydaya əsaslanıb müqavilə şərtlərinin icra edilməməsi nəticəsində girov əmlakların hərrac vasitəsi ilə satılmasının təşkil edilməsi qənaətinə gəlmişdir. Girovların hərrac vasitəsi ilə satışını təşkil etmək üçün 05 mart 2021-ci il tarixdə 04 iyun 2020-ci il tarixli etibarnaməyə əsasən (həmin etibarnamə Bakı şəhəri 52 saylı notariat ofisində 7E-3925 nömrəsi ilə təsdiq edilmişdir) Elçin İbrahimov tərəfindən (Xanım Zamanovanın səlahiyyətli nümayəndəsi olaraq) hərraca sifariş verilmiş və 14 aprel 2021-ci il tarixdə girovlar açıq hərrac vasitəsilə satılaraq girov qoyan Rafael Əli-zadənin götürdüyü əsas kredit məbləğinin və həmin kreditlər üzrə faiz hesabı ilə yaranmış borcunun ödənilməsinə yönəlmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının vəkili və nümayəndəsi tərəfindən Elçin İbrahimovun hərracın keçirilməsini sifariş vermək hüququnun olmadığı qeyd edilmiş və məhz bu səbəbdən hərracın keçirilməsinin qanunsuz olduğuna istinad edilmişdir. Məhkəmə iddiaçının qeyd etdiyi dəlilə qiymət verərək hesab edir ki, Elçin İbrahimov ona verilmiş etibarnamə əsasında Xanım Zamanovanı təmsil etmişdir. Odur ki onun etibarnamə əsasında hərrac sifariş verməsi qanunazidd sayıla bilməz. Daha sonra məhkəmə cavabdeh X7 ilə iddiaçı arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi tələbinə qiymət verərək hesab edir ki, 05 mart 2021-ci il tarixdə kredit məbləğinin təminatı kimi lombarda qoyulmuş girovların açıq hərracdan satılmasına dair sifariş verildiyi andan, ƏİX 9140385, ƏİX ******* və ƏİX ******* saylı girov biletləri (girov müqaviləsi) artıq ləğv edilmişdir. Odur ki, girov müqavilələri artıq ləğv edildiyindən, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “hərracların və hərracların nəticəsi olaraq “X9” MMC-nin tərtib etdiyi 14 aprel 2021-ci il tarixli yekun protokolların etibarsız hesab edilməsi, həmin protokolların hüquqi nəticələrinin ləğv edilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X9” MMC tərəfindən sözügedən qızıl-zinət əşyaları satılmaq üçün açıq hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən Əli-zadə Rafael Kamal oğluna bildiriş göndərilmişdir. Hərrac sifariş verilmiş, 14 aprel 2021-ci il tarixdə girovlar açıq hərrac vasitəsilə satılaraq girov qoyan Rafael Əli-zadənin götürdüyü əsas kredit məbləğinin və həmin kreditlər üzrə faiz hesabı ilə yaranmış borcunun ödənilməsinə yönəlmişdir. Məhkəmə araşdırması zamanı “X9” MMC tərəfindən hərracın qanunazidd keçirilməsi halları müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının vəkili və nümayəndəsi cavabdehlə aralarında bağlanmış girov müqavilələrinin müddətinin 2 ay müəyyən edilməsinə və müqavilə müddətinin 2 ayın sonunda bitməsinə istinad etmişdir. Məhkəmə qeyd edilən dəlilə qiymət verərək hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin müddəti 2 ay müəyyən edilsə də, iddiaçı tərəfin özünün məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, 2 aylıq müddətin bitməsinə baxmayaraq sonrakı tarixlərdə də iddiaçı ödənişlər etməklə və cavabdeh də ödənişləri qəbul etməklə müqavilə münasibətlərini davam etdirmələrini nümayiş etdirmişlər. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, cavabdeh “X9” MMC tərəfindən hərrac qanunauyğun şəkildə keçirilmiş, hərracın keçirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə iddiaçının hərracın nəticələrinin, hərrac protokolunun, girov müqavilələrinin ləğv edilməsini, girov qoyulmuş əşyaların ona geri qaytarılmasını tələb etməsi, tərəflər arasında bağlanmış girov müqaviləsinə və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun deyildir. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5.000 manat pulun cavabdehlər X7, X5 və “X9” MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı cavabdehlərin törətdiyi əməl nəticəsində ona mənəvi ziyan vurulduğunu qeyd etsə də, məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımı qaydada icra etmədiyinə görə ona məxsus əmlaklar hərrac vasitəsi ilə satılmışdır. Həmçinin iddiaçı tərəf cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən kredit borcu tam şəkildə ödənilmiş və onun lombard qarşısında öhdəlikləri yerinə yetirilmiş olsaydı, həmin halda o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olardı. İddiaçı məhkəmə araşdırması zamanı lombard qarşısında öhdəliyini tam icra etməsini sübuta yetirə bilməmiş, bu hal işin hər hansı dəlili ilə sübuta yetirilməmişdir. Əksinə iddiaçı tərəfin təqdim etdiyi qəbzlərə əsasən onun lombard qarşısında icra etmədiyi öhdəliyinin mövcud olması aşkar görünür. İşin hazırkı mərhələsində girovla təmin edilmiş kredit məbləği müəyyən edilmiş müddətdə qaytarılmadığı üçün, iddiaçının kredit borcunun təminatı kimi hərracın keçirilməsi qanunamüvafiq olmuşdur. Məhkəmə iddia tələbinin “cavabdehlər X7, X5 və “X9” MMC-nin müvafiq vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-nin 306-cı, 178-ci madddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə onların bu əməllərinə lazımi hüquqi qiymət verilərək cinayət işinin başlanmasından ötrü prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılması” hissəsinə qiymət verərək hesab edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Əli-zadə Rafael Kamal oğlunun cavabdehlər X6, X3 və “X9” MMC-yə qarşı -cavabdeh X7 ilə arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin təminatı kimi girov qoyulmuş iddiaçıya məxsus ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə 1 üzük, 3 cüt sırğa və 2 sepin açıq hərracda satılmasına dair keçirilən hərracların və hərracların nəticəsi olaraq “X9” MMC-nin tərtib etdiyi 14 aprel 2021-ci il tarixli yekun protokolların etibarsız hesab edilməsi, həmin protokolların hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh X7 ilə arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi, eləcə də müqavilələrin təminatı kimi girov qoyulmuş ümumi dəyəri 80.000 manat olan ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq,1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin iddiaçıya qaytarılması, qızılların qaytarılması mümkün olmadıqda isə qızılların dəyəri olan 80.000 manatın cavabdehlər X7, X5 və “X9” MMCdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, eləcə də iddiaçıya vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehlər X7, X5 və “X9” MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması, eyni zamanda, cavabdehlər X7, X5 və “X9” MMC-nin müvafiq vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-nin 306-cı, 178-ci madddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə onların bu əməllərinə lazımi hüquqi qiymət verilərək cinayət işinin başlanmasından ötrü prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar