Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-869/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 655 ünvannda yerləşən fərdi yaşayış evi (Bundan sonra – Fərdi yaşayış evi) üzrə əvvəllər **********10000 saylı abonent kodu ilə Qurban Zeynalov (Bundan sonra - əvvəlki mülkiyyətçi) abonent kimi qeydiyyata alınmış, Fərdi yaşayış evi əvvəlki mülkiyyətçinin mülkiyyətində olduğu dövrdə cavabdeh tərəfindən 2019-cu ilin fevral, aprel, iyun, iyul, sentyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral və mart ayları üzrə ümumilikdə 10 dəfə təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş, aktdlarda əvvəlki mülkiyyətçinin təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən, ümumilkdə 2667,80 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır. Əvvəlki mülkiyyətçinin təbi qazdan istifadəyə görə 1493,91 manat sərfiyyat borcu olmaqla, ümumilikdə cavabdehə ödənilməli 4161,71 manat borcu mövcud olmuşdur.
2. Fərdi yaşayış evi sonradan əvvəlki mülkiyyətçi tərəfindən iddiaçıya satılmış, xx.xx.2022-ci il tarixində iddiaçının ərizəsi əsasında iddiaçı ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqavilə bağlanmış, Fərdi yaşayış evi üzrə qeydiyyata alınmış abonent hesab nömrəsi iddiaçının adına keçirilmiş, iddiaçıya yeni smart kart təqdim edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı Fərdi yaşayış evinə (abonent kodu **********1000) əsassız olaraq yazılmış 4138.41 manat borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, etdiyi ödənişlərdən cavabdeh tərəfindən əsassız olaraq tutulmuş 42 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və Qurban Zeynalova hesablanmış borcun ondan tələb edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Fərdi yaşayış evində (abonent kodu **********10000) yaşayır. Cavabdehin nümayəndələri tərəfindən həmin yaşayış evinə sayğac dəyişdirilərək yeni smart kart tipli sayğaclar quraşdırmşdır. Cavabdehin əməkdaşları tərəfindən köhnə qaz sayğacı aparıldıqdan sonra məlumat vermişlər ki, sayğacda problem olub və o, cərimə ödəməlidir. Həmin evdə istifadəyə görə yaranmış borclar evin köhnə sahibindən qalmışdır, X2 Cavabdeh əməkdaşı kimi təqdim etdiyi şəxsləri gətirmiş və borcu ödəmək üçün ondan həmin pul məbləğini almışdır. Sonradan məlum olmuşdur ki, qaz borcu olduğu kimi qalıb. Ev sahibi ona bildirmişdir ki, borc 1400 manat təşkil edir, lakin sonra məlum oldu ki, 4138.41 manat borc qalıb.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Fərdi yaşayış evinə köçəndə orada təbii qazın verilişi yox idi. O, smart kartı əldə etmək üçün cavabdehə müraciət etdikdə ona bildirmişlər ki, əvvəlki mülkiyətçinin borcu var, ancaq borcu əvvəlki mülkiyyətçi özü ödəyəcək. Ona bir sənəd təqdim etmiş və bildirmişlər ki, onu imzalamalıdır ki, kartı ona versinlər. Məcbur qalaraq həmin sənədi imzalamış, onun məzmunu ilə tanış olmamışdır.
8. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı özü departemantə yaxınlaşaraq əvvəlki mülkiyyətçinin borcu ilə tanış edilib, onun borcunu qəbul etdiyini və ödəyəcəyini bildirib. Bu kimi halalrda əgər əvvəlki mülkiyyətçi ilə yeni mçülkiyyətçi arasında borcla bağlı razılaşma varsa o zaman cavabdeh qurum qeyd edilən razılaşma əsasında borcu yeni mülkiyyətçidən tələb edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
12. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
14. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
15. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
16. Maddə 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
18. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
19. MM-nin yuxarıda qeyd edilən 386.1-ci maddəsində öhdəliyin yaranması əsasları və dairəsi ümumi şəkildə müəyyən edilmişdir. Həmin müddəanın məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında mülki hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.
20. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalıdır. Müqaviləyə verilən anlayışdan da görünür ki, onun tərəfləri aralarındakı hüquq münasibətlərinin tənzimlənməsi məqsədilə öz davranış qaydalarını müəyyən edir, aralarındakı hüquq münasibətlərinə irəli gələn müvafiq öhdəliklər götürür, özləri üçün vəzifələr müəyyən edir, habelə müqavilənin icrası ilə bağlı digər (müqavilə azadlığı prinsipinə uyğun olaraq) davranış qaydalarını müəyyən edirlər. Sadalanan bütün bu halların məcburililiyi isə yalnız müqavilə bağlandıqdan sonra qüvvəyə minmiş olur.
21. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 655 ünvannda yerləşən fərdi yaşayış evinə dair qazdan istifadəyə görə alqı-satqı müqaviləsi iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış, yalnız bundan sonra iddiaçı qazdan istifadə ilə bağlı üzərinə müqavilə üzrə müvafiq öhdəliklər götürmüşdür. İddiaçının ondan tutulmamasını tələb etdiyi borc isə 2022-ci ilin may ayınadək, yəni əvvəlki mülkiyyətçinin yaşadığı dövrdə qazdan istifadəyə görə yaranmış borcdur.
22. Məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, cavabdeh onunla qazdan istifadə ilə bağlı hər hansı hüquq münasibətinin yaranmadığı zaman başqa bir abonentin istifadə edərək ödəmədiyi qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Çünki, həmin borcun yaranması iddiaçının öhdəliyindən kənar baş vermiş və buna görə iddiaçının heç bir məsuliyyəti yaranmamışdır.
23. Cavabdeh qeyd edilən borcu iddiaçıdan tələb edərkən ona istinad edir ki, iddiaçı özü cavabdehə ünvanladığı ərizəsində Fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin borcun qəbul etmiş və onu ödəcəyini bildirmişdir.
24. Məhkəmə həmin ərizəyə münasbətdə qeyd edir ki, həmin ərizə iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyinin yaranması üçün əsas ola bilməz. Belə ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alqı-satqısı müqaviləsinin bağlanması və s. ilə yalnız Cavabdeh məşğul olur. Yaşayış və qeyri-yaşayış sahələrinə təbii qazın verilişi də yalnız istehlakçı ilə cavabdeh arasında bağlanmış qazın alqı-satqısına dair müqavilə əsasında mümkündür. İddiaçı Fərdi yaşayış evinə təbii qazın verilməsi və qaz sayğacına smart kartın əldə edilməsi üçün yalnız cavabdehlə qazın alqısatqısı müqaviləsi bağlamalı idi. Sözügedən müqavilənin bağlanması isə iddiaçının əvvəlki mülkiyyətçinin borcunu qəbul etməsi kimi qiymətləndirilə bilməz.
25. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqın” AR Qanununun 8-ci maddəsində qeyd edilir ki, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
26. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb olunan borc cavcabdeh tərəfin özünün də etiraf etdiyi kimi əvvəlki mülkiyyətçinin Fərdi yaşayış evinin iddiçıya satılan dövrə qədər olan borcu olmuşdur. Yuxarıda qeyd olunan Qaydaların 6.4-cü bəndində də qeyd olunduğu kimi əgər təbii qazdan istifadə ilə bağlı əvvəlki mülkiyyətçinin borcu var idisə, cavabdeh ilk öncə həmin borcun və dəymiş ziyanın ödənilməsini keçmiş mülkiyyətçidən tələb etməli borc ödənildikdən sonra borcun olmaması barədə arayış iddiaçıya təqdim edilməli idi. Lakin Qaydaların bu tələblərinin heç birinə cavabdeh tərəfindən əməl edilməyib, cavabdehin nümayəndəsinin məhkəmə iclasında bildiriyi kimi cavabdeh iddiaçını əvvəlki mülkiyyətçinin borcu ilə tanış etməklə kifayətlənmişdir. Digər bir tərəfdən cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, təbii qazın verildiyi yaşayış sahəsi başqa şəxsə satılıbsa, əvvəlki mülkiyyətçi ilə yeni mülkiyyətçi arasında borcun yeni mülkiyyətçidən tutulması barədə razılaşma olduqda borc razılaşma əsasında yeni mülkiyyətçidən tələb edilir. Hazırki işdə isə iddiaçı ilə Fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi arasında belə bir razılaşmanın olması barədə cavabdeh heç bir sübut məhkəməyə təqdim etməmişdir. Digər bir tərəfdən, yaşayış və qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi qaydalarını tənzimləyən “Qazdan istifadə Qaydaları”nda da yaşayış sahəsinə dair əvvəlki mülkiyyətçinin borcunun yeni istehlakçıdan tutulmalı olması (onlar arasındakı razılaşma əsasında) nəzərdə tutulmamışdır.
27. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən borc Fərdi yaşayış sahəsinin əvvəlki mülkiyyətçisninin borcu olduğundan və həmin borcun ödənilməsi öhdəliyi iddiaçının üzərində olmadığından iddia həmin hissədə təmin edilərək, başqa bir şəxsin öhdəliyinin iddiaçıdan tələb edilməsi əsassızdır.
28. Məhkəmə hesab edir ki, iddia tələbi borca görə tutulmuş 42 manat məbləğində pulun geri qaytarılması hissəsində də əsaslıdır.
29. Belə ki, iş materiallarından olan “GASREP” saldo ilə müəyyən edilir ki, 2022-ci ilin avqust ayından başlayaraq iddiaçının ödədiyi vəsaitdən borca görə ümumilikdə 43,50 manat pul tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, borca görə iddiaçının ödədiyi vəsaitdən tutulmuş 42 manat pul ona geri qaytarılmalıdır.
30. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
31. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur.
32. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 655 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10000) dair Zeynalov Qurbana məxsus borc İddiaçı tələb edilməsin. 42 manat pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı
-