Məhkəmə qərarları › İş №2(012)-1627/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1627/2025

13.05.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1627/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2019-cu il 30 iyul tarixli 22/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və onun ailə üzvləri X4, X10, X1, X5 və X2 Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2019-cu tarixli 22/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili ilə təmin edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” çərçivəsində və ünvan 2 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 580 kodlu evə köçmək üçün Cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq. Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün verilmiş, kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təhvil vermələrini və ünvan 3 ünvanda yerləşən tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir. Lakin, Cavabdeh ünvan 3 ünvanda yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, Laçın rayonundan məcburi köçkün olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Bildirir ki, o, işğaldan azad edilmiş Laçın rayonuna getmiş və ona verilən evi görmüşdür. Qeyd edir ki, iddiaçı qurumun əməkdaşları tərəfindən Laçın rayonunda vətəndaşların hazırda yaşamaqları üçün evlərin şəraiti əvvəlcədən yoxlanılmamış və baxılmamışdır. Lakin onun ailə üzvlərini Laçında evlə təmin etmədən hazırda müvəqqəti məskunlaşdıqları evdən çıxarılmaları düzgün deyildir. Belə ki, onunla yaşayan oğlu X10 3cü qrup əlildir. Odur ki, iddianı qismən qəbul edir və o, Laçın rayonunda ona verilən evdə yaşamağa razıdır, lakin ailə üzvlərinə də Laçında ev verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin İ. hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, “22/27" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City- 2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. Müqavilənin 5.4-cü bəndinə əsasən, aşağıdakı hallarda bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla); 5.4.3. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci bəndinə əsasən, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. -Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili ünvanda müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh ailə üzvləri X4, X10, X1, X5 və X6 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Laçın rayonu, Laçın şəhərində yerləşən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planın 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, dövlət tərəfindən bərpa edilən 580 kodlu evə daimi yaşayış üçün köçürüləcəkləri, ailənin köçürülməsi üçün ona 1 ədəd yük avtomobili və sərnişin avtobusu ayrılacağı, onları Bakı şəhərindən Laçın rayonunun Laçın şəhərinə qədər Daxili İşlər Nazirliyinin, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin əməkdaşlarının müşayiət edəcəyi bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən onlara ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaqları üçün verilmiş dövlətə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron City-2014” yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli binanın, 27 nömrəli mənzilinin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təhvil verilməsi xahiş olunmuşdur. -Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin qeydiyyat sektorunun müdiri X8, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin Yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi şöbəsinin baş məsləhətçisi X9 və "xxxx" MMC-nin mühəndis-nəzarətçisi X12 tərəfindən tərtib edilmiş təmir-bərpa olunan evlər haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki,19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan aşağıdakı fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdırıldığı imzalarıyla təsdiq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh ünvan 6 ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2019-cu tarixli 22/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili ilə təmin edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” çərçivəsində və ünvan 3 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 580 kodlu evə köçməsi üçün Cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bu səbəbdən iddiaçı kirayəçilərlə bağlanmış müqavilənin ləğv edilərək cavabdehin və ailə üzvlərinin Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 83.0.2-ci maddəsinə görə sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən çıxarılırlar. 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 91.1.6-cı maddəsinə əsasən qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, этэк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 100.3. maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh və onun ailəsi Laçın rayonundan məcburi köçkün olduğundan onunla xx.xx.2019-cu il tarixli, “22/27" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə verilməsi barədə müqavilə bağlanılmış və hazırda cavabdeh ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilində yaşayır. İddiaçı xx.xx.2023-cü ildə cavabdehə bildiriş göndərməklə, ünvan 3 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 580 kodlu evə köçürülməsini və kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün ona verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City- 2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə təmin edilməsinin əsası tərəflər arasında bağlanılmış müqavilənin 5.7.3-cü maddəsidir. Mübahisəsiz şəkildə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 580 kodlu ev dövlət tərəfindən bərpa edilərək, Cavabdeh ayrılmışdır. Müqavilənin 5.7.3-cü maddəsinə nəzər yetirdikdə görünür ki, kirayəçi və ailə üzvlərinin ayrıca yaşayış sahəsi əldə etməsi xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsinə əsasdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə əsasən Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət ProqramTnın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi həyata keçirir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinin kirayə verilməsi barədə müqavilə 2019-cu ildə bağlanılmışdır. xx.xx.2020-ci il tarixli üçtərəfli bəyanat imzalanmasından sonra Ermənistan- Azərbaycan münaqişəsinə son qoyulmuş və Azərbaycan münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuşdur. Ərazilərin işğaldan azad edilməsi yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun həyata keçirməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı" təsdiq edilmiş və məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi başlanılmışdır. 2019-cu ildə kirayə müqaviləsi bağlanan zaman həmin müqavilənin məhkəmə qaydasına ləğv edilməsi üçün şərtlərindən biri olan kirayəçinin şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsinin əldə edilməsi onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq da yaşayış sahəsi ilə təmin edilməsini özündə ehtiva edir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Buna görə də hazırkı qətnamə cavabdehin və ailə üzvlərin konstitusion hüququ olan azadlıq hüququnu məhdudlaşdırılması, yəni iradəsinə zidd olaraq yaşayış sahəsi seçilməsi kimi başa düşülməməlidir. Göründüyü kimi iddia tələbi cavabdeh ilə iddiaçı arasında kirayə müqaviləsinin ləğv edilməsi və kirayəçi və onun ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlıdır. Hazırkı məhkəmə araşdırması zamanı isə xx.xx.2019-cu il tarixli, “22/27" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini hüquqi əsasları mövcud olmuşdur. Odur ki, cavabdeh dövlət hesabına ayrıca yaşayış sahəsi əldə etdiyindən tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, “22/27" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City- 2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinə dair xx.xx.2019-cu il tarixli, “22/27” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdeh Həsənov X11 rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılmalı və Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdehin ailə üzvlərinin sözügedən evdən çıxarılması hissəsində iddia tələbinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City- 2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilinə dair xx.xx.2019-cu il tarixli, “22/27" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh Həsənov X11 rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzilindən çıxarılsın və Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City-2014 yaşayış kompleksi ünvanda yerləşən 22 nömrəli evin 27 nömrəli mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar