Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1894/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdehnə qarşı nikah qeydinin bərpa edilməsi tələbi barədə iddia ərizəsinə xx xxxxxx 2021-cu il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdehnə qarşı nikah qeydinin bərpa edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi, X1 ilə aralarında bağlanmış xx.xx.1982-ci il tarixli nikah qeydinin bərpa olunması, nikah haqqında şəhadətnamənin verilməsi və Elman Məsimovun başqa qadınla bağladığı nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda həmin iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə MPM-nin 170.1-ci maddəsinin tələblərinə görə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdehnə qarşı nikah qeydinin bərpa edilməsi tələbi barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1894/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1894/2021
16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver