Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1211/2024 09.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X22 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi Maraqlı şəxs1nə qarşı “övladlığa götürmənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olmuş X5 övladlığa götürmə haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olmuşdur. xx.xx.1988-ci ildə Ağsu rayon VVAQ Şöbəsi tərəfindən ona doğum haqqında şəhadətnamə verilmişdir. X4, anası X3r. Uşaq yaşlarında babası və nənəsinə övladlığa verilmişdir. Somnradan isə övladlığa verilmə ləğv olunmuş və öz doğma valideynlərinin adına qalmışdır. Bütün bu proseslər Ağsu rayon VVAQ Şöbəsində həyata keçirilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etdikdən sonra vərəsəlik işləri ilə bağlı atası sənədləşmə işləri aparakən müəyyən olub ki, nənəsinin övladlarının siyahısında onun da adı var. Bu barədə Maraqlı şəxs1ndən maraqlananda ona bildirmişdirlər ki, sonradan övladlığa verilmə ləğv olunaraq öz doğma valideynlərinin adına keçsə də, həmin vaxt, yəni 1991-ci ildə bu əməliyyatlar qeydiyyat kitablarına işlənməmişdir. Bununla bağlı rəsmi olaraq Maraqlı şəxs1nə ərizə yazaraq övladlığa götürmə aktının ləğv olunmasını xahiş etmişdir. Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli məktubla övladlığa götürmə haqqında akt qeydinin ləğv edilməsindən imtina edərək, məhkəməyə müraciət etməyini bildirmişlər. İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirmişdir ki, iddiaçının anasıdır. Oğlu 1988-ci ildə anadan olmuşdur. 1991-ci ildə isə nənə və babası tərəfindən övladlığa götürülmüşdür. Oğlu 1 il nənəsinin və babasının himayəsində qalmış, ondan sonra isə öz yanlarında qalmışdır. Hər zaman atası anası kimi onları, yəni öz valideynlərini bilmişdir. Hazırda da bir evdə yaşayır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid X16 izahat verərək bildirmişdir ki, iddiaçının əmisi və qaynatasıdır. Atası və anası 1991-ci ildə Ərizəçi övladlığa götürmüş, 1 il sonra öz valideynlərinə geri qaytarmışdır. Ərizəçi həmişədən Ziyanı atası bilib. Akt qeydində Ərizəçi baba və nənəsinin onun valideyni kimi qeyd edilməsindən məlumatları olmayıb, çünki hazıradək rəsmi sənədlərdə doğma valideynlərinin adları qeyd edilmişdir. Məhkəmə iclasında şahid X15 izahat verərək bildirmişdir ki, iddiaçının atasıdır. Uşaq vaxtı atası həbsdə olmuşdur, amnistiyaya düşməsi üçün oğlu Pərvizi onun adına keçirmişlər. Pərviz isə həmişə onu atası bilmişdir. Sənədləşmə aparılarkən məlum olmuşdur ki, akt qeydində Pərvizin valideyni kimi onun valideynləri göstərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Хİİİ-ЖГ № 369622 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında X4, anası X7 olması qeyd edilmişdir. - Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-325/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kavineti tərəfindən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 4.7-ci bəndinə əsasən övladlığa götürmənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir. Bu səbəbdən Maraqlı şəxs1 sizin övladlığa göötürmə haqqında akt qeydinizin ləğv edilməsindən imtina edir. - Maraqlı şəxs2 Başçısının Ağsu Şəhər İnzibati Ərazi X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-34-13/2-3-3881/2024 saylı arayışdan görünür ki, X2 şəhəri, N.Nərimanov küçəsi, ev 24 ünvanında yaşamaqla aşağıdakı tərkibdə ailə üzvü var: X11xx.xx.1993-cü il (həyat yoldaşı), X17-xx.xx.1962-ci il (atası), X6-xx.xx.1963-cü il (anası), X9-xx.xx.1993-cü il (qardaşı). Məhkəmə iddianın xarakterini nəzərə alaraq, övladlığa götürmə institutunun mahiyyəti, eləcə də övladlığa götürmənin ləğvi qaydaları ilə bağlı ailə qanunvericiliyinin bir sıra müddəalarına istinad etməyi zəruri sayır. Belə ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən övladlığa götürmə institutu ilə təmin edilir. Övladlığa götürmə institutunun əsas məqsədi övladlığa götürülən uşağın normal fiziki və mənəvi inkişafını təmin etməkdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 117.1-ci maddəsinə əsasən, övladlığa götürməyə yalnız uşağın mənafeyi naminə yol verilir. Övladlığa götürmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli fiziki, psixi və mənəvi inkişafı üçün zəruri şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. 133-cü maddəsinə əsasən, övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 134.1-ci və 134.2-ci maddələrinə əsasən, övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə şəxsi qeyriəmlak və əmlak hüquq və vəzifələrini itirirlər. Göründüyü kimi, övladlığa götürmə barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi ilə övladlığa götürənlə övladlığa götürülən arasında valideynlik münasibətləri ilə analoji hüquq münasibətləri əmələ gəlir. (Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli Qərarı). Bununla yanaşı, qanunverici, övladlığa götürmənin ləğv edilməsi əsaslarını və qaydasını müəyyən etmişdir. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə, övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda övladlığa götürmə ləğv edilir. Bundan əlavə, məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər (Ailə Məcəlləsi, maddə 131.1, 132). “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il, 01/2009 saylı qərarının 27-ci bəndinə əsasən övladlığa götürənin valideynlik hüquqları uşağın onlara mənsubluğuna görə deyil, övladlığa götürmə ilə əlaqədar yarandığına görə övladlığa götürənlər onların üzərinə düşən valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüququndan sui-istifadə etdikdə və ya övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, həmçinin övladlığa götürən xroniki alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkdikdə, məhkəmə tərəfindən övladlığa götürmənin ləğvi məsələsi həll edilə bilər. Bu zaman valideynlik hüquqlarından məhrum etmə və ya bu hüquqların məhdudlaşdırılması barədə normalar tətbiq edilə bilməz. Belə hallarda övladlığa götürmənin ləğvi üçün övladlığa götürülən uşağın razılığı tələb olunmur. Ailə Məcəlləsinin 132.2-ci maddəsinə müvafiq olaraq məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər. Həmin maddədəki müddəa imperativ xarakter daşımadığına görə qanunverici uşağın rəyi ilə bağlı yaş həddi müəyyən etməmiş, konkret halların qiymətləndirilməsi və qərar qəbul edilməsini məhkəmənin öhdəsinə buraxmışdır. Məhkəmələrə izah edilsin ki, Ailə Məcəlləsinin 132.2ci maddəsinə əsasən övladlığa götürənin təqsirli davranışı olmadan da məhkəmələr övladlığa götürməni ləğv edə bilər. Belə ki, övladlığa götürənin davranışından asılı olan və ya olmayan hallara görə uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan münasibətlər yaranmadıqda (məsələn, övladlığa götürənin və ya götürülənin şəxsi keyfiyyətləri ilə əlaqədar onlar arasında qarşılıqlı anlaşmanın yaranmaması nəticəsində övladlığa götürənin uşağın gözündə nüfuza malik olmaması və ya uşağın özünü övladlığa götürənin ailə üzvü hiss etməməsi və s.) məhkəmə övladlığa götürməni ləğv edə bilər. Övladlığa götürənin qabaqcadan məlumatlandırılmadığı, tərbiyə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirən və ya mümkünsüz edən övladlığa götürmədən sonra uşağın sağlamlığında əqli çatışmazlığa və ya irsi əyintilərə malik olmasının aşkarlandığı hallarda məhkəmələr, uşağın mənafeyindən çıxış edərək övladlığa götürməni ləğv etməyə haqlıdır. Belə hallarda övladlığa götürmənin ləğvi zamanı buna övladlığa götürənin davranışının səbəb olmaması qətnamədə göstərilməlidir. Göründüyü kimi, qanun, övladlığa götürmənin ləğvi üçün konkret əsaslar nəzərdə tutmaqla yanaşı, uşağın mənafeyi üçün onun rəyi nəzərə alınmaqla başqa hallarda da övladlığa götürmənin ləğvi imkanını nəzərdə tutmuş və bunu konkret işin halları baxımından məhkəmənin mülahizəsinə buraxmışdır. Hazırkı işdə övladlığa götürülən X12 məhkəməyə müraciət edərək övladlığa götürmənin ləğv edilməsini xahiş edir. Ərizəsini isə öz valideynləri ilə birgə yaşamaq istəyi ilə və onları öz ata, anası kimi bilməsi ilə, həmçinin anadan olduğu tarixdən hazıradək öz doğma valideynlərinin yanında olması, baba və nənəsi tərəfindən övladlığa götürüldüyünü sənəd işi ilə əlaqədar məlumatı olması ilə əsaslandırmışdır. Məhkəmə, iddia tələbini qiymətləndirərkən nəzərə alır ki, uşağın övladlığa verilməsi yalnız uşağın mənafeyinə xidmət etməklə, onun lazımi qaydada tərbiyə olunması, fiziki, psixi və mənəvi baxımdan sağlam yetişməsi üçün zəruri şəraitin yaradılması məqsədini daşıyır. Bu səbəbdən uşaqla övladlığa götürənlər arasında psixoloji bağın olması, bunun davam etməsi, onların bir-birini ailə üzvü kimi qəbul etmələri və bu hisslərdən yaranan qarşılıqlı hörmət və anlaşma içində yaşamaq istəkləri çox önəmlidir. Həmin dəyərlərin hər hansı səbəbdən zədələnməsi isə sağlam övladlıq münasibətinin davam etməsi və uşağın mənafeyi üçün zərərlidir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X12 onu övladlığa götürən nənə və babası ilə deyil, öz bioloji ata və anası olan X17 və X6 ilə birlikdə yaşamış və onları daim öz validenyləri kimi bilmişdir. Onlar da ərizənin təmin olunmasına etiraz etmirlər. Qeyd edilənlər ona dəlalət edir ki, X5 övladlığının ləğv edilməsi onun mənafeyi üçün xeyirli və zəruridir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olmuş Ərizəçi övladlığa götürmə haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1988ci ildə Ağsu rayonunda anadan olmuş Ərizəçi övladlığa götürmə haqqında akt qeydi ləğv edilsin. Məhkəmə xərci Ərizəçi aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1211/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1211/2024
09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi - Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver