Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-136/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdeh, Cavabdehlər X3 və Zeynalov Nəsib Hüseyn oğlunun nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X20 cavabdehlər Cavabdeh, X5 və Zeynalov Nəsib Hüseyn oğluna qarşı “torpaqdan istifadə etməsinin qadağan olunması, həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilən fermanın cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X26 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Bərdə şəhər S.Zöhrabbəyov 176 ünvanında yerləşən ümumi sahəsi 20967.5 kv.m olan torpaq sahəsinin 0.15 ha hissəsindən istifadə etməsinə qadağan qoyulmasına və həmin torpaq sahəsi üzərində qanunsuz inşa etdiyi fermanın cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X26 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhər S.Zöhrabbəyov 176 ünvanında Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyində olan X26 fəaliyyət göstərir. X21 yerləşdiyi 20967.5 kv.m olan torpaq sahəsinə 02 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən inventar nömrəsi 20377 və Reyestr nömrəsi **********54-12101 olan “Texniki Pasport” verilmişdir. Uzun illərdir Şuşa şəhərindən olan məcburi köçkün, hazırki iş üzrə Cavabdeh X24 məxsus həmin torpaq sahəsinin 0.16 ha hissəsini zəbt edərək, orada ailə üzvləri ilə birlikdə yaşamış və özünə məxsus xırda və iribuynuzlu heyvanların saxlanılması üçün ferma inşa edərək istifadə etməkdədir. Tədrislə bir araya sığmayan fermada mal-qaranın saxlanılması, heyvanların hər gün liseyin həyətindən aparılıb gətirilməsi Liseyin fəaliyyətinə mənfi təsir göstərir. Həmçinin iddiaçı qeyd etmişdir ki, hazırda Avropa İttifaqının maliyyə dəstəyi ilə X25 ordenləşdirilməsi layihəsi təsdiq edilmişdir. X14 nümayəndələri tərəfindən X24 məxsus əraziyə baxış keçirilmiş və müvafiq işlərin görülməsi barədə müsbət rəy verilmişdir. Ancaq Cavabdeh fermasının mövcudluğu fermanın reallaşmasına əngəl törədir. Belə olan halda həm dövlət, həm də təhsil ziyan çəkir. Cavabdehdən dəfələrlə qanunsuz olaraq heyvanlarını saxladığı fermanın sökülməsi və liseyə məxsus torpaq sahəsindən çıxmasını tələb etsələr də, bundan imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X20 nümayəndəsi X11 ərizə təqdim edərək, Cavabdeh əlavə X3 və Zeynalov Nəsib Hüseyn oğlunun əlavə cavabdeh kimi cəlb olunmasını və Bərdə şəhər S.Zöhrabbəyov 176 ünvanında yerləşən ümumi sahəsi 20967.5 kv.m olan torpaq sahəsinin 0.15 ha hissəsindən cavabdehlərin istifadə etməsinə qadağan qoyulmasına və həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş fermanın cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında X3 və Zeynalov Nəsib Hüseyn oğlunun nümayəndəsi və vəkili X15 ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb, iddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X24 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddələrinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 13207644 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 10.05.1958-ci il tarixdə Qubadlı rayon Milanlı kəndində anadan olmuşdur. Bərdə rayon Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə- İxtisas Təhsil Müəssisəsi Firuzəddin Cəfərov adına X26 tərəfindən verilmiş 46 saylı 01.05.2020-ci il tarixli Arazyışdan görünür ki, X11 18.11.2010-cu ildə Təhsil Nazirinin əmri ilə X24 direktor vəzifəsinə təyin edilmiş və hal hazırki vaxtda da həmin vəzifədə işləyir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş İnventar nömrəsi 20377, Reyestr nömrəsi **********54-12101 olan Texiniki Pasportun surətindən görünür ki, Bərdə şəhər S.Zöhrabbəyov 176 ünvanında yerləşən “Əmlak Kompleksi”nin hüququ subyekti X26, balans saxlayıcı Azərbaycan Respublikası Təhzil Nazirliyi, X22. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30.01.2007-ci il tarixli 06 saylı iclasının Protokolundan Çıxarışdan görünür ki, Bərdə rayon Mollalı kənd sakini Quliyev Muradxan Nürəddin oğlunun uzun müddət həyətyanı sahə kimi istifadə etdiyi, Bərdə-Qaradəmirçi yolunun cənubunda, şərqdən Suvarma sistemləri İdarəsinin həyəti, şimaldan 47 saylı Texini Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla, 33x24 m, cəmi 792 kv.m ölçüdə həyətyanı torpaq sahəsi Quliyev Muradxan Nürəddin oğluna satılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30.01.2007-ci il tarixli 06 saylı iclasının Protokolundan Çıxarışdan görünür ki, Bərdə rayon sakini Zeynalov Nəsib Hüseynqulu oğlunun uzun müddət həyətyanı sahə kimi istifadə etdiyi, Bərdə-Qaradəmirçi yolunun cənubunda, şərqdən Quliyev Muradxana məxsus həyət, şimaldan 47 saylı Texniki Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla, 33x24 m, cəmi 792 kv.m ölçüdə həyətyanı torpaq sahəsi Zeynalov Nəsib Hüseynqulu oğluna satılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən Bərdə rayon Bələdiyyəsinin 30.01.2007-ci il tarixli 06 saylı qərarı ilə Bərdə rayon sakini Zeynalov Nəsib Hüseynqulu oğluna fərdi yaşayış evi tikmək üçün 792 kv.m ölçüdə torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 615 nömrəli 15.12.2020-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur: iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, 20377 invertar nömrəli **********54-12101 reyestr nömərli Texini pasporta əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X26 adına qeydiyyata alınmış 20967.5 kv.m torpaq sahəsinin koordinatları ilə tutuşduruldu məlum oldu ki, sənəd üzrə Peşə Liseyinin istifadəsində olan 20967.5 kv.m torpaq sahəsinin 0.17 ha hissəsi cavbdeh tərəfindən hasara alınaraq 1 ədəd qeyri-yaşayış binası tikmişdir. İş materiallarında olan Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC–nin iş üzrə mübahisəli torpaq sahəsinin inventarladırılmasına dair ekspertiza xərclərinə dair smetasından müəyyən edilir ki, ekspertiza xərci 145.58 manat təşkil edir. Məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış protokolundan görünür ki, sözügedən torpaq sahəsi hasara alınmış, orada tövlə inşa olunmuş və tövlənin faktiki istifadəşisi cavabdehlərdən Cavabdehdur. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, 20377 invertar nömrəli **********54-12101 reyestr nömərli Texini pasporta əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X26 adına qeydiyyata alınmış 20967.5 kv.m torpaq sahəsinin koordinatları ilə tutuşduruldu məlum oldu ki, sənəd üzrə Peşə Liseyinin istifadəsində olan 20967.5 kv.m torpaq sahəsinin 0.17 ha hissəsi cavbdeh tərəfindən hasara alınaraq 1 ədəd qeyri-yaşayış binası tikmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin tövlədən cavabdehlərdən Cavabdeh faktiki istifadə edir. Digər cavabdehlər isə həmin torpaq sahəsinin onlara məxsus olduğunu bildirərək bu barədə bələdiyyənin alqı-satqı barədə aktı əsas tuturlar. Məhkəmə iddia tələbinin işin faktiki halları ilə əlaqəli şəkildə müqaisə edərək hazırkı vəziyyətdə qeyd edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, nə qədər ki, cavabdehərdən X3 və Zeynalov Nəsib Hüseyn oğlunun həmin mübahisəli torpaq sahəsinə dair bələdiyyə ilə alqı-satqı aktı və bələdiyyənin həmin torpaq sahəsinə dair alqı-satqısına dair protokol var və həmin alqı-satqı aktı və protokol inzibati məhkəmə qaydasında ləğv olunmayıb cavabdehlər M.Quliyevin və N.Zeynalovun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları gözlənilməlidir. O ki, qaldı digər Cavabdeh mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olan cavabdehləridən biri ilə quda olduğundan həmin torpaq sahəsində tikilən tövlədə mal qara saxlayır ki, tövlə onun tərəfindən inşa olunmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 37.1-ci maddəsinə əsasən təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir. Həmin Qanunun 37.3-ci maddəsinə əsasən təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza xərci 145.58 manat Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X20 alınaraq Hesab:AZ23AİİB********************, VÖEN **********,Bank: Kapital Bank ASC saylıXətaifilialıKodu:200071,VÖEN:**********,M/H:AZ37NABZ********************.S.W.İ.F.T: AİİBAZ 2X hesabına köçürülməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X20 cavabdehlər Cavabdeh, X5 və Zeynalov Nəsib Hüseyn oğluna qarşı “torpaqdan istifadə etməsinin qadağan olunması, həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilən fermanın cavabdehin vəsaiti hesabına sökülməsi” dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci 145.58 manat iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X19 alınaraq Hesab: AZ23AİİB********************, VÖEN**********,Bank: Kapital Bank ASC 1 saylı Xətai filialı , Kodu: 200071,VÖEN:**********,M/H:AZ37NABZ********************.S.W.İ.F.T: AİİBAZ 2X hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-136/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-136/2021
08.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver