Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-827/2020 03.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-221A, Kod 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər ailə üzvləri ilə birlikdə ona, yəni Ərizəçi məxsus olması hüquq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, o, xx.xx.1999-ci ildə Qəbələ rayonu Abrıx kəndində anadan olmuşdur. Qəbələ rayonu X10 xx xxxxxx 1999-cu il tarixli, 20 saylı qərarı ilə ona Qəbələ rayonu Yemişanlı kəndi ərazisindən 0.12 ha torpaq sahəsi verilmiş və bu baradə ona və digər ailə üzvləri atası X2, anası X3, bacıları X5 və X6 JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Sonradan JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni itirmişlər. Bu barədə xx xxxxxx 2019-cu il tarixdə “Qəbələ” qəzetində elan dərc edilmiş, bundan sonra Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Qəbələ rayon Polis şöbəsində bu barədə axtarış tədbirləri keçirilmiş, lakin xx xxxxxx 2019-cu il tarixədək itmiş sənəd barədə tapıntı kimi heç bir məlumat Qəbələ RPŞ-yə daxil olmamışdır. Bu məqsədlə şəhadətnamənin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 9 saylı Ərazi İdarəsindən surətini alaraq, çıxarış almaq barədə müraciət etmişlər. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, onun soyadı və adı səhvən “Məmmədşərifova Pərvanə”, “oğlu” yerinə isə “qızı” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, hərbi biletdə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda ona və ailə üzvləinə məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Şəhadətnamədə soyadı və adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X14 ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılması barədə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona xx xxxxxx 2020-ci il tarixli, **********68 saylı məktubla yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-211A (Kod: 40615048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən, X2, X3, X5, X7 və X1 birgə mülkiyyətinə Qəbələ şəhərində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Tikanlı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 1999-cu il tarixli, İ- AZ seriyalı, 041204 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu ildə Qəbələ rayonu Abrıx kəndində doğulmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********34 nömrəli məktubundan görünür ki, JN-211A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Abrıx kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 110 nömrəli arayışdan görünür ki, Qəbələ rayon X10 xx.xx.1999cu il tarixli 20 saylı qərarı ilə verilmiş JN-211A saylı, kod 40615048 “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə Ərizəçi adı səhvən “X4” kimi düşmüşdür. Abrıx kənd inzibati ərazi nümayəndəliyinin təsərrüfat başına kitabda vətəndaşın düzgün adı Ərizəçidur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, Qəbələ rayon X10 xx xxxxxx 1999-cu il tarixli 20 saylı qərarı ilə onun və ailə üzvlərinin adına verilmiş JN seriyalı 211A nömrəli (kod 40615048) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Qəbələ rayon Polis şöbəsinə tapıntı kimi daxil olmamışdır. İş materiallarında olan “Qəbələ” qəzetinin xx xxxxxx 2019-cu il tarixli tirajının elanlar bölməsindən görünür ki, Qəbələ Rayon X10 xx xxxxxx 1999-cu il tarixli 20 saylı qərarı ilə Yemişanlı kənd sakini Ərizəçi verilmiş JN seriyalı 211A nömrəli (kod 40615048) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə itdiyi üçün etibarsız sayılır. İş materiallarında olan ərizəçiyə aid xx xxxx 2017-ci il tarixli, SX seriyalı, ******* nörməli “Hərbi bilet”in surətindən görünür ki, həmin sənəddə ərizəçin adı, soyadı və ata adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə Qəbələ rayonu Abrıx kəndində doğulmuş, Qəbələ rayonu Abrıx kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X2, X3, X5, X7 və X1 birgə mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 211A nömrəli (kod:40615048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi soyadı səhvən «Məmmədşərifova», adı «Pərvanə», cinsiyyəti «qızı» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 20dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X2, X3, X5, X7 və X1 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 211A nömrəli (kod:40615048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ailə üzvləri ilə birlikdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-827/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-827/2020
03.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver