Məhkəmə qərarları › İş №2(027)-1604/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1604/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1604/2020 24.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “kredit borcu” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 7748.94 manat əsas və 978.82 manat faiz borcu, 5.77 manat cərimə borcu olmaqla, cəmi 8733.53 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdehə məxsus “X2” MMC tərəfindən emissiya olunaraq xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001796 nömrəli mənzil sertifikatına yönəldilməsi, mənzil sertifaktının hərracda satılması, satışda əldə olunmuş vəsait İddiaçı-nin hesabına ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 344AKN/07 saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh 174 ay müddətinə, illik 15% ödəmək şərtilə 26134.93 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla cavabdeh arasında bağlanmış 344AKNİ/07 saylı, xx.xx.2007-ci il tarixli girov müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus “X2” MMC tərəfindən emissiya edilmiş AMS seriyalı 001796 nömrəli mənzil sertifikatı İddiaçı-nin xeyrinə girov qoyulmuşdur. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ğdənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 7748.94 manat əsas və 978.82 manat faiz borcu, 5.77 manat cərimə borcu olmaqla, cəmi 8733.53 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə teleqram göndərərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 344AKN/07 saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 174 ay müddətinə, illik 15% ödəmək şərtilə 26134.93 manat kredit verilmiş, Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla cavabdeh arasında bağlanmış 344AKNİ/07 saylı, xx.xx.2007-ci il tarixli girov müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus “X2” MMC tərəfindən emissiya edilmiş AMS seriyalı 001796 nömrəli mənzil sertifikatı İddiaçı-nin xeyrinə girov qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 344AKN/07 saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən 7748.94 manat əsas, 978.82 manat faiz borcu, 5.77 manat cərimə borcu və 0 manat komisyon borcu olmaqla, cəmi 8733.53 manat pul öhdəliyi vardır. Bundan başqa, 344AKN/07 saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə cavabdeh arasında 344AKNİ/07 saylı, xx.xx.2007-ci il tarixli girov müqaviləsi bağlanmışdır. Həmin girov müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə cavabdehə məxsus “X2” MMC tərəfindən emissiya edilmiş AMS seriyalı 001796 nömrəli mənzil sertifikatı İddiaçı-nin xeyrinə girov qoyulmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin şərq hissəsində yerləşən ümumi sahəsi 85,20 m2, yaşayış sahəsi 47,81 m2 olan 3 otaqlı mənzilin nominal dəyəri 40.470 manat məbləğindədir. Ona görə də, “X2” MMC tərəfindən emissiya olunaraq xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001796 nömrəli mənzil sertifikatının ilkin satış qiyməti 40.470 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Həmin Məcəllənin 1076-3.1-ci maddəsinə əsasən, girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti investisiya qiymətli kağızları, daşınmaz əmlak sertifikatları, daşınmaz və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ qeydə alınan daşınar əşyalar, habelə bu Məcəllənin 1076-6cı maddəsi ilə müəyyən edilmiş ipoteka örtüyü ola bilər. Həmin Məcəllənin 1078-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin, qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. (maddə 1078-1.2) Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının “İpoteka Haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən, ipoteka kağızı - ipoteka hüququnu təsbit edən adlı qiymətli kağızdır. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı sənədsiz adlı qiymətli kağız formasında rəsmiləşdirilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh İddiaçı-nin xeyrinə 7748.94 manat əsas və 978.82 manat faiz borcu, 5.77 manat cərimə borcu olmaqla, cəmi 8733.53 manat tutulmalı, tələb cavabdehə məxsus “X2” MMC tərəfindən emissiya olunaraq xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001796 nömrəli mənzil sertifikatına yönəldilməli, “X2” MMC tərəfindən emissiya olunaraq xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001796 nömrəli mənzil sertifikatının ilkin satış qiyməti 40.470 manat dəyərində müəyyən edilməli, mənzil sertifaktı hərracda satılmalı, satışda əldə əldə ediləcək vəsaitin hesabına kredit borcu, kreditdən istifadəyə görə faizlər, cərimə ödənilməli və artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Ödənilmiş dövlət rüsumu olan 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 7748.94 manat əsas və 978.82 manat faiz borcu, 5.77 manat cərimə borcu olmaqla, cəmi 8733.53 manat tutulsun, tələb cavabdehə məxsus “X2” MMC tərəfindən emissiya olunaraq xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001796 nömrəli mənzil sertifikatına yönəldilsin, “X2” MMC tərəfindən emissiya olunaraq xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001796 nömrəli mənzil sertifikatının ilkin satış qiyməti 40.470 manat dəyərində müəyyən edilsin, mənzil sertifaktı hərracda satılsın, satışda əldə əldə ediləcək vəsaitin hesabına kredit borcu, kreditdən istifadəyə görə faizlər, cərimə ödənilsin və artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar