Məhkəmə qərarları › İş №2(029)-530/2024

Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(029)-530/2024

10.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-530/2024 10.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən alınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “TUFAN CİTY 50” markalı, ağ rəng, CN:L5YXGCBB8M1172084, istehsal ili 221-ci il, mühərrik nömrəsi: BN139QMBM2704489, həcmi: 50 cm3 olan mopedin Cavabdeh alınıb ona təhvil verilməsi, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manatın Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək “TUFAN CİTY 50” markalı, rəng: ağ, CN:L5YXGCBB8M1172084, istehsal ili: 221-ci il, mühərrik nömrəsi: BN139QMBM2704489, həcmi: 50 cm3 olan mopedin Cavabdeh alınıb ona təhvil verilməsi, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onun dəyərinin Cavabdeh tutulub ona ödənilməsi, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manatın Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, EKOSOFT MMC ilə aralarında bağlanmış 22.01,2022-ci il tarixli, 10111584 nömrəli alqı-satqı müqaviləsinə əsasən “TUFAN CİTY 50” markalı, ağ rəngli, CN:L5YXGCBB8M1172084, istehsal ili 221-ci il, mühərrik nömrəsi BN139QMBM2704489, həcmi 50 cm3 olan mopedi 2420 manat ödəməklə alıb mülkiyyətinə keçirmişdir. Mopedi idarə edə bilmədiyindən onu satmaq barədə elan vermişdir. Cavabdeh onunla əlaqə saxlayıb görüşmüş və mopedi hissə-hissə ödənişlə almaq istədiyini bildirmişdir. O, cavabdehlə 21,02.2022-ci il tarixdə mopedi ümumi qiyməti 2420 manata olmaqla 14 ay müddətinə hər ay 200 AZN ödəmək şərti ilə ona satmağı razılaşmış və mopedi ona təhvil vermişdir. Həmçinin, o öz xətti ilə qəbz verərək mopedi nə vaxt, hansı qiymətə aldığını, ödəniş şərtlərini orada açıq-aydın qeyd etmişdir. Mopedin cavabdehə təhvil verilməsindən bu yana 2 il vaxt keçməsinə baxmayaraq cavabdeh ona heç bir ödəniş etməmiş, mopedi də qaytarmamışdır. Dəfələrlə cavabdehə zəng edib tələb etmişdir ki, mopedini ona qaytarsın. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək yayınmış, sonuncu dəfə isə guya mopedin oğurlandığını, onda olmadığını söyləmişdir. Cavabdehin bu hərəkətləri ilə onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququna, o cümlədən, sahiblik hüququna xələl gəlmişdir və gəlməkdədir. İddia tələbi təmin olunarsa, sözügedən moped cavabdehdən alınıb ona verilməli olacaqdır. Qətnamə icra olunanadək isə cavabdeh həmin əmlakı yararsız hala sala və ya naturada məhv edə bilər. Ona görə qətnamə icra olunarkən əmlakın qaytarılması mümkün olmadığı halda onun dəyərinin ona ödənilməsi tələb olunmalıdır. Məhkəmə iсlasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ona məxsus mopedi 14 ay müddətinə ödəniş etməklə 2420 manata ondan satın almış, bununla bağlı qəbz vermişdir. Cavabdeh ona cəmi 100 manat vermiş, qalan hissəsini isə indiyədək ödəməmiş, həmçinin mopedi ona qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş vərəqəsi təqdim edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10111584 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “TUFAN CİTY 50” markalı, ağ rəngli, CN:L5YXGCBB8M1172084, istehsal ili 221-ci il, mühərrik nömrəsi BN139QMBM2704489, həcmi 50 cm3 olan moped 2420 manata İddiaçı satılmışdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, 2420 manat dəyərində “TUFAN CİTY 50” markalı mopedi aylıq 200 manat olmaqla 14 (on dörd) ay müddətinə ödəniş etməklə kredit şərti ilə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarını sistemli təhlili onu göstərir ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsinə dair iddia (vindikasiya iddiası) yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar (əvəzedilməz əşyalar) barəsində verilə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaytarılmasını tələb etdiyi mopedin mövcudluğu, həmin mopedin iddiaçıya məxsus olması və xx.xx.2022-ci il tarixdən faktiki olaraq cavabdehin sahibliyində olması, mopedi indiyədək iddiaçının iradəsinə zidd olaraq özündə saxlaması, eyni zamanda mopedin dəyərinin 2420 manat olması iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və yuxarıda qeyd olunan sübutlarla təsdiq olunur. Belə olan halda məhkəmə iddiaçının iddia tələbinin dəlilləri ilə razılaşır və iddia tələbini əsaslı hesab edir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, “TUFAN CİTY 50” markalı, ağ rəngli, CN:L5YXGCBB8M1172084, istehsal ili 221-ci il, mühərrik nömrəsi BN139QMBM2704489, həcmi 50 cm3 olan moped Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməli, həmin moped mövcud olmadıqda isə onun dəyəri olaraq 2420 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “TUFAN CİTY 50” markalı, ağ rəngli, CN:L5YXGCBB8M1172084, istehsal ili 221-ci il, mühərrik nömrəsi BN139QMBM2704489, həcmi 50 cm3 olan moped və ya həmin mopedin dəyəri olaraq 2420 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Qusar rayon məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar