Məhkəmə qərarları › İş №2(029)-695/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-695/2021

11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-695/2021 11.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı işləmə faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı işləmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş Dövlər Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı tərəfindən Ərizəçi ünvanlanmış 17 iyun 2021-ci il tarixli **********6 saylı məktubdan görünür ki, həmin şəxsə 01.01.2006-cı il tarixədək 25 il sosial sığorta stajı hesablanmışdır. Cəmi nəzərə alınan staj 25 il 3 aya görə 19150.09 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 144-ə bölündükdə 132.98 manat olur. Minimum əmək pensiyalarının məbləği 01.10.2019-cu il tarixdən 200.00 manata çatdırıldığı üçün avtomatlaşdırılmış qaydada hesablanmış 132.98 manat əmək pensiyasının sığorta hissəsi 200.00 manata çatdırılaraq qanuna müvafiq qaydada ödənilir. Göründüyü kimi, Ərizəçi pensiya təyin etmiş orqan tərəfindən sosial sığorta stajı 01.01.2006-cı il tarixədək 25 il hesablanmış və həmin staja görə ona təyin edilməli olan pensiya məbləğindən artıq pensiya təyin edilmişdir. Bu səbəbdən də, onun tələb olunan dövrlər üzrə işləmə faktının müəyyən edilməsi onun pensiya hüququna təsir etmir və həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti yoxdur. Odur ki, hazırkı ərizəyə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndində qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, hazırkı ərizənin yol verilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bundan başqa, ərizəçiyə pensiya təyinatı ilə əlaqədar pensiya təyinatını həyata keçirən orqanla mübahisə olduğu təqdirdə, bu barədə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etrmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı işləmə faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi pensiya təyinatı ilə əlaqədar pensiya təyinatını həyata keçirən orqanla mübahisə olduğu təqdirdə, bu barədə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etrmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar