Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-629/2025 20.11.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X8 ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. Onların ilk övladı xx.xx.2007-ci il təvəllüdlü X6 birinci dərəcəli əlillik serebral iflic xəstəliyinə tutulmuşdur. Hal hazırda övladının beyni fəaliyyət göstərmir. Serebral iflic xəstəsi olduğuna görə qəyyumluq təyin edilməsinə görə köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Yardımlı rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 spatik serebral iflic, spaik tetraplegiya diaqnozu ilə birinci dərəcəli əlillik müəyyən edilmişdir. «Nikah haqqında» şəhadətnamədən görünür ki, X8 və X2 xx.xx.2006-cı il tarixdə Yardımlı RİH-nin Urakəran ərazi nümayəndəliyində 01 saylı nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. 2 saylı Bakı Asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X8 arvadı Ərizəçi, övladları – X6, X9 və X3 ibarət ailə üzvləri vardır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Yardımlı şəhərində doğulmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 3619 saylı rəyindən görünür ki, X5 «Dərin əqli gerilik, uşaq serebral iflici nəticəsində» aşkar olunur. X6 hazırda öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsas vardır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi övladı - X5 uşaq serebral iflici nəticəsində dərin əqli gerilik müəyyən edimişdir. Bu səbəbdən onun fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları ekspert rəyi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏSİ: Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.2007-ci il tarixdə Yardımlı şəhərində doğulmuş və Yardımlı rayonu, Urağaran kəndində qeydiyyatda olan və yaşayan X6 (ş/v: AA6206705, FİN:6P4YBXQ) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.2007-ci il tarixdə Yardımlı şəhərində doğulmuş və Yardımlı rayonu, Urağaran kəndində qeydiyyatda olan və yaşayan X6 (ş/v: AA6206705, FİN:6P4YBXQ) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2(038)-629/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-629/2025
20.11.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver